Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Sen
    Milli-mənəvi dəyərlər MƏHƏRRƏM AYI: PEYĞƏMBƏRİMİZİN (s) KƏDƏR AYI üçün şərhlər bağlıdır

    abbas_martyrdom_by_miladps3-d5lox2mBismillahir Rəhmanir Rəhim. Mehriban və Rəhimli Allahın adı ilə!
    Bəşəriyyət xəlq olunandan üzü bu yana tarixdə bir çox qanlı döyüşlər baş vermiş, onlardan bəziləri unudulub getmiş, lakin çox az sayda müharibələr yaddaşlara yazılaraq əsrlərlə unudulmamışdır. Belə döyüşlərdən biri hicri təqvimi ilə 61-ci ildə əməvi xəlifəsi, Yezid İbn Müaviyyənin İslamın əziz Peyğəmbərinin (s) nəvəsi, 3-cü imam Hüseyn İbn Əli (ə) və onun ailə üzvlərinə qarşı Kərbəla çölündə baş verdi. Çox dəhşətli bir müharibə! Sayı 30000-ə (otuz min) çatan bir ordu əksəriyyəti öz yaxın qohumlarından olan və sayları heç yüz əlli nəfərə çatmayan, imam Hüseynin (ə) kiçik bir dəstəsinə qarşı sipər çəkilib!
    Bu döyüş ona görə unudulmur ki, haqla nahaq qarşı-qarşıya dayanıb, bir tərəfdə əzəmətli bir səbr, susuz səhranın dili-dodağı quruluqdan parçalayan istisi müqabilində bir dözüm, digər tərəfdə suyun qarşısına özlərini sipər edərək öz Peyğəmbərinin (s) sevimli nəvəsini və onun bütün ailə üzvlərini dəhşətli susuzluğa məruz qoyan böyük bir vicdansız ordu! Daha ətraflı »

    Teqlər:

  • 08Sen
    Milli-mənəvi dəyərlər ÇÖRƏYƏ OLAN MÜNASİBƏT VƏ HÖRMƏT HAQQINDA BİR NEÇƏ SÖZ üçün şərhlər bağlıdır

    corek-liderxeberpedoman-umatSon zamanlar Bakı şəhərində evlərdən zibilxanalara atılan külli miqdarda çörək qırıntılarını və hətta bütöv çörəkləri gördükdə qərara gəldim ki, çörəyə olan belə münasibət və hörmət haqqında bir necə söz deyim. Məlumdur ki, çörək bəşər övladının ya-ranışından onun müqəddəs və ulu neməti olub. Onu insanlar analarının südü, laylası kimi əziz və əvəzsiz biliblər. Ata-babalarımızın, ağbirçək nənələrimizin ən böyük andı çörək olub: “çörək haqqı”, “bərəkət haqqı” andları dilimizin şirinliyi, şəkərliliyi olub. Hətta çörəklə bağlı qarğışlar da yaranıb: “çörək gözünü tutsun”, “görüm səni çörək üzünə həsrət qalasan”, “çörəyin küt getsin”, “çörəyin daşdan çıxsın” və s.
    Ta qədimdən istər şifahi, istərsə də yazılı ədəbiyyatda çörək haqqında saysız-hesabsız bədii nümunələr yaradılıb və yaradılır. Şair yaxşı deyib: “Çörək bol olarsa, basılmaz vətən”. Bəli, bu doğrudan da bir həqiqətdir. Çörək arımız, namusumuz, basılmaz qüdrətimiz, qüvvəmizdir. Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Milli-mənəvi dəyərlər MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ QORUYAQ üçün şərhlər bağlıdır

    SABAHIMIZ ÖZ ƏLİMİZDƏDİR

    1401269808_1366305295_milli-toy-bey-gelin-bey-gelin-fotosessiya_2Biz qloballaşan dünyada yaşayırıq. Qloballaşma obyektiv tarixi zərurətdən yaranır. Yəni bəşəriyyət elə bir məqama çatıb ki, qarşısına çıxan nəhəng problemləri bir və ya bir neçə dövlətin gücü ilə həll etməyə qadir deyil. Belə ümumbəşəri problemlər adekvat olaraq məhz ümumbəşəri güclə həll edilməlidir. Onların sırasına ekoloji problemlər, fəlakətlər (antropogen, texnogen və təbii), xəstəliklərlə mübarizə (şəkər, xərçəng, QİÇS), narkomaniya, qlobal istiləşmə, həmçinin kosmosun tədqiqi, nəhəng iqtisadi layihələr və s. daxildir.
    Beynəlxalq (transmilli) təşkilatların (BMT…), beynəlxalq birliklərin (Avropa Birliyi…), şirkətlərin, firmaların yaranması məhz bu qloballaşma amili ilə şərtlənib. Bu baxımdan, yəni «güc (həm də xilas) birlikdədir» mövqeyindən qloballaşma proqressiv bir fenomendir və bəşəriyyətə firəvan gələcək vəd edir. Lakin qloballaşmanın əleyhdarları, yəni medalın əks üzü də vardır. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Milli-mənəvi dəyərlər Beynəlxalq Muzeylər Günü münasibəti ilə üçün şərhlər bağlıdır

    RAYONUMUZUN TARİXİNİ ƏKS ETDİRƏN ZƏNGİN MƏKAN

    новый-1Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub. Ölkəmizdə neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərindən indiyə qədər erməni işğalçıları tərəfindən qarət olunur və dağıdılır.
    Tərtər rayon Tarix-Diyarşünaslıq Muzeyi ilk dəfə 1982-ci ildə şəhər mədəniyyət evinin 1 kiçik otağında işə başlayıb. Müdiri Allahyar Musayev, işçisi Zəminə Kazımova olub. Onlar kəndbəkənd gəzərək qədim əşyaları toplayıb yığırdılar. Bir neçə ildən sonra isə muzey oradan köçürülüb, Tərtər Cümə Məscidinin 1-ci mərtəbəsində, 3 ildən sonra isə 2-ci mərtəbəsində fəaliyyətini davam etdirib. Uzun müddətdən sonra Tərtər şəhər Uşaq Musiqi Məktəbinin 1-ci mərtəbəsində 2 darısqal otaqda yerləşdirilib. Daha ətraflı »

    Teqlər:

  • 30İyn
    Milli-mənəvi dəyərlər QƏBİRİSTANLIQLARA MÜNASİBƏT NECƏDİR? üçün şərhlər bağlıdır

    buИзображение 034Bu məsələ nəinki rayonumuzda, hətta bütün ölkə ərazisində ən aktual və ən ağrılı məsələlərdən biridir. İllərdir ki, qəbiristanlıq mövzusu müzakirə obyekti olsa da, hələ öz konkret həllini tapmayıb. Ona görə də bir çox qəbiristanlıqlarda vəziyyət ürəkaçan deyil, bir nizamsızlıq, bir özbaşınalıq mühiti hökm sürür. Nəzarətsizlik və qayğısızlıq bəzi qəbiristanlıqlarda daha qabarıq hiss olunur, qəbirlər kol-kos, ot-ələf içində itib-batır, uçur, dağılır, ümumiyyətlə, bir yiyəsizlik nəzərə çarpır. Bu hal ən çox rayonun kəndlərində, şəhərin Nizami küçəsindəki “Köhnə qəbiristanlıq”da baş verir. Burada qəbirlər elə qarışıq, bir-birinə bitişik salınıb ki, bir cığır tapıb, onları ziyarət etmək çox müşkül və qeyri-mümkün olub. Kim nə cür istəyib, harda istəyib, orada da qəbir qazdırır, baxmır ki, bunun sonrası necə olacaq. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Milli-mənəvi dəyərlər MÜQƏDDƏS RAMAZAN AYI üçün şərhlər bağlıdır

    “ORUC TUTUN Kİ, SAĞLAM OLASINIZ”

    dua-eden-cocuklar16Bismillahir Rəhmanir Rəhim!
    Mehriban və bağışlayan Allahın adı ilə.
    Həzrəti Peyğəmbər (s) buyurur: “Mədə bütün xəstəliklərin evi, pəhriz isə onun dərmanıdır”. “Oruc tutun ki, sağlam olasınız!”
    Qurani-Kərimin Bəqərə surəsinin 184-cü ayəsində Allah Taala buyurur: “…Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”.
    İtaliyada dərc olunan “Emel” jurnalı tibbi araşdırmaçı Noren Kassemin araşdırmaları əsasında insan oruc tutarkən onun bədəninin daxilində hansı proseslərin baş verdiyini bildirən qısa videoçarx təqdim edib. Videoda bildirilir ki, insan oruc tutarkən bədənində artıq yığılmış piylərin, karbohidratların və şəkərin yanması nəticəsində enerji istehsal edilir. Enerji istehsalı zamanı ən mühüm rolu qaraciyər oynayır. Qaraciyər, piyləri “keton” cisimcikləri adlı kimyəvi preparatlara çevirərək insan enerjisinin əsas mənbəyi edir. Daha ətraflı »

    Teqlər:

  • 09İyn
    Milli-mənəvi dəyərlər AİLƏ MÖHKƏM TƏMƏL ÜZƏRİNDƏ QURULMALIDIR üçün şərhlər bağlıdır

    MÜSAHİBƏ

    DSC_2056“Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”. Bu sözləri Ulu Öndərimiz Heydər Əliyev deyib. Ümummilli Lider tərəfindən formalaşdırılmış ailə siyasəti Azərbaycanda bu gün də uğurla davam etdirilir. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
    Bəs, rayonumuzda bu sahədə vəziyyət necədir? Böyüməkdə olan gənc nəsil ailə müqəddəsliyinə yanaşmada ata-babaların yolunu davam etdirirmi? Bu və digər suallarımıza cavab almaq üçün redaksiyamıza rayon icra hakimiyyəti aparatında hüquq şöbəsinin əməkdaşı Çingiz İsayevi dəvət etdik. Daha ətraflı »

    Teqlər:

  • 19May
    Milli-mənəvi dəyərlər 2017-ci il “İslam Həmrəyliyi ili”dir üçün şərhlər bağlıdır

    İSLAM DÜNYASININ TƏƏSSÜBKEŞİ

    HEYDERAzərbaycanın son onillikdə bir çox sahələrdə qazandığı uğurlar dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Ulu Öndər ölkədə bir çox sahələrdə olduğu kimi dini sahədə də problemləri ortadan qaldırdı.
    Dövlətdin münasibətləri yeni mərhələyə qədəm qoydu. 70 illik bir zaman ərzində öz dinindən, adət-ənənəsindən ayrı düşmüş xalq bir boşluq içərisində idi. Belə şəraitdə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev yüksək dövlətçilik təcrübəsi nəticəsində bu sahədə dönüş yaratmağa nail oldu.
    Ulu Öndər məscidlərə gedir, müəyyən dini mərasimlərdə iştirak edir, dindarlarla görüşür, dövlətin bu sahədə strateji xəttini izah edirdi. Uzaqgörən siyasətin nəticəsində dövlətdin münasibətlərində yaranmış uçurum aradan qaldırıldı, dinin birləşdirici gücündən maksimum istifadə edildi.
    Ulu Öndər göstərdi ki, İslam həqiqətən də sülh, mehribanlıq və bərabərlik dinidir. Daha ətraflı »

    Teqlər:

  • 19May
    Milli-mənəvi dəyərlər GƏNCLƏRİMİZİN MİLLİ TƏRBİYƏSİ ƏSAS ŞƏRTDİR üçün şərhlər bağlıdır

    12Hər bir cəmiyyətin sağlamlığı, onun qələcəyi böyüməkdə olan gənc nəslin milli tərbiyəsi ilə bağlıdır. Bu baxımdan gənclərin mənəviyyatca təmiz, vətənpərvər və fiziki cəhətdən sağlam böyümələri ölkəmizdə yeridilən gənclər siyasətinin əsasını təşkil edir.
    Azərbaycanda bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər gənclərin tərbiyəsini ölkə üçün çox vacib olan məsələlərdən hesab edirdi. Heydər Əliyev deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq–budur, vətənpərvərlik”. Daha ətraflı »

    Teqlər:

  • 10May
    Milli-mənəvi dəyərlər HEYDƏR ƏLİYEVÇİLİK VƏ İSLAM HƏMRƏYLİYİ üçün şərhlər bağlıdır

    1449132562_heyder-eliyev-hecc-ziyaretBaşqa xalqlara, mədəniyyətlərə hörmət Ümummilli Lider Heydər Əliyevin milli ideologiya kimi vahid sistem halına gətirdiyi azərbaycançılığın ana xəttini təşkil edir. Ulü Öndər xüsusilə müsəlman ölkələri arasında birlik və əməkdaşlığın gücləndirilməsini zəruri hesab edirdi. Çünki Azərbaycanın çoxəsrlik tarixi, ictimai fikri, mədəniyyəti Yaxın və Orta Şərq ölkələrində, o cümlədən müsəlman dünyasında gedən proseslərlə sıx bağlıdır. Buna görə də mədəniyyətinin kökündə ümum-şərq faktoru xüsusi yer tutan Azərbaycanın İslam aləminə olan marağı, eləcə də müsəlman ölkələrinin Azərbaycana olan diqqəti təbiidir.
    Çıxışlarının birində Heydər Əliyev demişdir: “İslam dini bizim doğma dinimzdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir… Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”. Daha ətraflı »