Aişə Bayramlı 9 may 2008-ci ildə Tərtər şəhərində anadan olub, 16 yaşı var. Tərtər şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. Bu yaxınlarda dünya nüfuzlu “Beynəlxalq Bakalavriat (IB)” məktəbi olan, dünyanın bir çox ölkələrindən xüsusi istedadlı gənclərin təhsil aldığı “UWC Mostar”a 50% təqaüdlə 11 və 12-ci sinif təhsili almaq üçün qəbul edilib və həmin məktəbə qəbul olan ilk azərbaycanlıdır.
Aişə deyir:
–Xəyalım “UWC” kimi nüfuzlu bir məktəbdə qarabağlı bir gənc olaraq Vətənimi təmsil etmək, gələcəkdə “Kompüter Elmləri” ixtisası üzrə təhsil almaq, həmçinin müharibə şəraitində böyümüş bir gənc kimi ölkəmin ucqar bölgələrində yaşayan gənclərin texnologiya savadlılığının, innovasiya və təhsilə inamının artırılmasına dəstək göstərməkdir. Ümid edirəm ki, bu xəyallarımı gerçəkləşdirə və uğurlu “UWC” məzunları siyahısına qoşula bilərəm.
“UWC” məzunları arasında Hollandiya kralı Uilyam Aleksandrı, OpenAI şirkətinin Baş Texnologiya Direktoru Mira Muratini, BMT-nin Dünya Qida Proqramının direktoru Marina Katenanı, hazırkı Kanada Baş nazirinin müavini və İqtisadiy-yat naziri Kristia Frilandı, Danimarkanın sabiq xarici işlər naziri Lene Feltman Esperseni, Almaniya, Hollandiya, Böyük Britaniya və sairə ölkələrdəki parlament üzvlərini, Kanada Hava Yollarının keçmiş sədri Robert Miltonu, Nokia Korporasiyasının keçmiş sədri Yorma Ollilanı, Yale Universitetinin professoru Şevket Turavanı, Oxford Universitetinin professoru Federiko Vareseni, həmin universitetin kafedra müdürlərindən Conatan Miçini və başqalarını qeyd etmək olar. Daha ətraflı »
-
11SenHərbi vətənpərvərlik Aişə Bayramlı “UWS Mostar”da təhsil alır üçün şərhlər bağlıdır
-
29AvqHərbi vətənpərvərlik Şəhid və qazi ailələrinə qayğı hər kəsin borcudur üçün şərhlər bağlıdır
İllər ötür, I və II Qarabağ müharibələri bizdən uzaqlaşır. Ancaq döyüşlərdə qəhrəmanlıq göstərərək, canı-qanı bahasına xalqımıza xoş günlər bəxş edən insanlar və onların ailə üzvləri heç zaman yaddan çıxmır.
Rayon rəhbəri, ictimaiyyət nümayəndələri daim şəhid ailələrinin yanında olur, onların qayğı və problemləri ilə maraqlanırlar.
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun İsmayılbəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Quliyev Şəmil Əli oğlunun anası Adilə Quliyevanın yas mərasimində iştirak edib, ailə üzvlərinə başsağlığı veriblər.
Adilə ana düz 30 il oğul həsrəti ilə yaşamışdı. Oğlu Şəmil Quliyev Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə fəal iştirak etmişdir. O, 1994-cü ilin yanvar ayının 7-də şəhid olub.
Şəmil ailəli idi. Şahin adlı bir oğlu var. Yaxınları deyirlər ki, oğul dərdi ananı çox üzürdü, lakin 44 günlük Vətən müharibəsindən sonra sanki bir təsəlli tapmışdı. Deyirdi ki, Şəmilin və onun kimi yüzlərlə şəhidin qanı yerdə qalmadı. Onların qisası alındı. Daha ətraflı » -
29AvqHərbi vətənpərvərlik VƏTƏNPƏRVƏRLİK RUHU AİLƏDƏN BAŞLAYIR üçün şərhlər bağlıdır
“Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, vətən sevgisi ilə böyüsünlər.” Prezident İlham Əliyev
Vətən bizim namusumuz, şərəfimiz, azadlığımız, mənliyimizdir. Vətən torpağı müqəddəsdir. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır. O, əbədi və əzəlidir. Vətən bizə əcdadlarımızdan, babalarımızdan yadigardır. Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, “xəmirimiz” vətənə məhəbbət hisi ilə “yoğrulmalıdır”.
Vətən sevgisi ana südündən, ana laylasından başlayır. Əlbəttə ki, uşaqların vətənpərvərlik ruhunda formalaşmasında ailənin rolu çox böyükdür.Təbii ki, vətənpərvərlik hissi ailədən başlayır, bağçada, məktəbdə davam edir, cəmiyyətdə formalaşır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır.
Uşaq ilk kəlmələrini evdən, ailədən öyrənir. Cəbhə bölgəsində olan, itkinin ağrısını yaşamış, hərbçi ailələrində böyüyən uşaqların düşüncəsində vətənpərvərlik hisi daha çox ön planda olur. Hansı ailədə ki, vətən sevgisi güclüdür, vətən mövzusu hər zaman diqqətdədir, o ailədə uşaq da vətən sevgisiylə böyüyür və formalaşır. Övladın necə yetişməsi ailədən asılıdır. Bağçada da bu işlər davam etdirilir. Çünki, uşaq bağçadan çox, anadan, atadan aldığı informasiyanı ürəklə qəbul edir.
Bağçaya gedən uşağa ilk olaraq Azərbaycan Himni, dövlət atributları öyrədilir. Elə ilk addımlar da buradan başlayır. Bu hissin aşılanması məktəbdə davam etdirilir. Şagirdlər qələm tutub yazı yazmağa, oxumağa başladıqda yazıb-oxuduqları ilk kəlmələr “Ana” və “Vətən” kəlmələri olur. Daha ətraflı » -
06AvqHərbi vətənpərvərlik AVQUST, KƏDƏR AYINDAN, SEVİNC VƏ QURUCULUQ AYINA ÇEVRİLİB üçün şərhlər bağlıdır
Bu ilin avqust ayını xalqımız yüksək əhval-ruhiyə ilə qarşıladı. Artıq biz işğal tarixlərini qeyd etmirik. Bütün dünya ilə bərabər işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işlərinin sürətini maraqla izləyir, Böyük Qayıdış prosesinə ürəkdən sevinirik.
Prezident İlham Əliyevin söylədiyi kimi, Böyük Qayıdışımız Cəbrayıldan, Cocuq Mərcanlı ilə başlayıb və ikinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə bağlıdır. Cəbrayılın azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi də işğalçılardan təmizləndi. İndi burada böyük quruculuq işləri görülür.
İşğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin rahat yaşaması üçün burada hər cür şərait yaradılıb. İş yerləri açılıb. Əhali Böyük Qayıdış prosesini sürətləndirmək üçün tikinti-quruculuq prosesində yaxından iştirak edir.
Cəbrayıldan sonra Füzuli düşməndən təmizləndi. Prezident İlham Əliyevin dediyi kimi, Füzuli işğaldan azad olunanda bayraq sancmaq üçün burada bir bina tapılmadı. Ancaq bu gün Füzulidə məktəb, inzibati binalar, digər çox mü-hüm obyektlər inşa edilməkdədir. Daha ətraflı » -
21İynHərbi vətənpərvərlik Azərbaycan Silahlı Qüvvələri xalqımızın güvənc yeridir. üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri dövlət müstəqilliyimizin bərpasından, xüsusən Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir. Müstəqil Azərbaycan Ordusunun yüksək səviyyədə inkişafı ümummilli liderimiz Heydər Əliyevin zəhmətinin bəhrəsidir ki, bu gün Azərbaycan Ordusunun tarixi qələbəsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər siyasətinin Möhtərəm Prezidentimiz tərəfindən ardıcıl olaraq ləyaqətl həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycanda ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa gətirib çıxarmışdır.
22 may 1998-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr günü elan edilmişdir ki, həmin Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü olaraq təntənəli şəkildə qeyd olunur.
Bu gün ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.
26 sentyabr 2020-ci il tarixdə başlanan 44 gülük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında başlanan 23 saatlıq antiterror əməliyyatında Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımızın uzun illərdir ki, gözlədiyi günə gətirib çıxardı. Belə ki, Rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi Qarabağ torpağını mənfur düşməndən – erməni faşistlərindən azad etdi. Tarixi qələbənin qazanılmasında orduda xidmət edən Azərbaycan gəncləri böyük qəhrəmanlıqlar göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazdırıblar. Bu möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qeyd etdiyi kimi, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı dərsi verdi.
Bu gün Silahlı Qüvvələr Gününü məhz bu uğurumuzun-torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik. 26 İyun- Silahlı Qüvvələr Günündə 106 yaşlı ordumuzun keçdiyi inkişaf yolunu bir yazıda əhatə etmək mümkün olmasa da, reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb.
26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə Müzəffər Ali Baş Komandanımız başda olmaqla Qalib Azərbaycan Ordusunu təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətdə möhkəm can sağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayırıq.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
-
29FevHərbi vətənpərvərlik AZAD XOCALIYA YENİ BAHAR GƏLİR üçün şərhlər bağlıdır
Litvalı hərbi jurnalist Riçard Lapaitis Azərbaycan xalqının yaxın dostudur. Xocalı faciəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında onun böyük xidmətləri var. Bu xidmətlərinə görə jurnalist Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunub. 44 günlük Vətən müharibəsindən sonra Qalib ölkənin başçısı və xarici jurnalist azad Qarabağda – Şuşada görüşüblər. Xocalı faciəsinin ildönümü ərəfəsində biz Riçard Lapaitislə əlaqə saxlayıb, qəzetimiz üçün müsahibə verməsini xahiş etdik. O, Azərbaycanın Avstriyadakı səfirliyinin xahişi ilə Vyanaya uçmağa hazırlaşırdı. Buna baxmayaraq, jurnalist suallarımızı elə təyyarə limanından cavablandırdı. Hər kəlməsi Azərbaycana və azərbaycanlılara sevgi ilə dolu bu müsahibəni oxucularımzın diqqətinə çatdırırıq.
–Salam əziz Riçard! Sizdən müsahibə götürməzdən əvvəl mən bir daha “Sonsuz dəhliz” filminə baxdım: yenə də həmin dəhşətli ağrı və bu filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə sonsuz təşəkkür hissi.
Bu filmdə yer üzündə həyat yaranandan bəri mövcud olan xeyir və şərdən danışılır. Bununla belə, dünyada müxtəlif millətlər və dinlərlə yanaşı, həm də insanlıq və qeyriinsanlıq kimi ümumi anlayışlar da var.
“Sonsuz dəhliz “ filminin həsr olunduğu Xocalı faciəsi qeyriinsani bir cinayətdir.
Sizin və bu filmin çəkilişində zəhməti olan digər insanların sayəsində dünya erməni cəlladları tərəfindən 32 il əvvəl Xocalı şəhərinin dinc əhalisinin başına gətirilən dəhşətli hadisələrlə tanış oldu.
Bir çox illər keçdi və bizim Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş əraziləri azad etdi və hər bir şəhidimizin, hər bir günahsız körpənin, hər bir qadının, qocanın qisası alındı. O cümlədən bütün dünya Azərbaycan əsgərinin, xalqımızın dinc erməni əhalisinə münasibətini gördü. Onlara Azərbaycan vətəndaşlığını qəbul edərək öz evlərində qalmaq, Azərbaycanın bərabərhüquqlu vətəndaşı kimi yaşamaq təklif olunmuşdu. Ancaq ermənilər könüllü surətdə getməyi üstün tutdular. Təkcə biz yox, bütün dünya onların necə getdiyini izlədi: heç bir düşmənçilik göstərilmədən, uşaqları və qocaları yedizdirir, nəyə ehtiyacları olduğunu soruşurdular. Bir sözlə, onların bizə göstərdikləri bütün insanlığa sığmayan hərəkətlərinin qarşılığında biz insanlıq, humanizm göstərdik və bunu əksər ermənilərin özləri də etiraf edirlər. Ancaq təəccüb doğuran cəhət budur: Ötən əsrin 90-cı illərindən, hətta ondan da əvvəldən kar və kor olan dünya, 30 ildən çox işğal al-tında olan torpaqlarımızda vəhşiliklər törədən ermənilərin hərəkətlərinə göz yuman Qərb indi nədənsə göz yaşları axıdaraq, mövcud olmayan “erməni faciəsi” haqqında danışır. Bu cür paradoksal münasibəti gördükdə təbii ki, sual yaranır. Niyə? Bu, kimə lazımdır? Daha ətraflı » -
29FevHərbi vətənpərvərlik “Şəhidliyin bir zirvə olduğunu həmin gün gördük” üçün şərhlər bağlıdır
Bu sözləri Bəxtiyar Allahverdizadə Laçının Səfiyan kəndindəki döyüşdən danışarkən dedi. Həmin döyüşdə düşmənin hava hücumu nəticəsində briqadanın şəxsi heyətlə iş üzrə müavini, polkovnik-leytenant Rəşad Sadıqov və əsgər Əyyub Süleymanov şəhid olmuşdular.
Bəxtiyar deyir:
– Əyyub yaralanmışdı. Onu xilas edə bilmədik. Gülə-gülə şəhid oldu. Şəhidliyin bir zirvə olduğunu həmin gün gördük.
Bu hadisə Laçında baş vermişdi. Laçına çatanadək Bəxtiyar və onun yoldaşları Gəncədən başlayaraq piyada 110 km-lik yol qət etmişdilər. Özü də düz yol yox, dağlarla, meşələrlə, üzərlərində 50 kq yük və əlbəttə, ən başlıcası, düşmənlə döyüşə-döyüşə, şəhid verərək, yaralanaraq və qələbədən-qələbəyə möhkəmlənərək.
Bəxtiyar Allahverdizadə 1999-cu ildə Tərtərdə anadan olub. Şəhər 1 saylı tam orta məktəbini bitirib. 2016-cı ildə Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə daxil olub və 2020-ci ildə təhsilini uğurla başa vurub. Magistraturaya daxil olmaq istəsə də, həmin il baş verən Tovuz hadisələri, ölkədəki abu-hava onu fikrindən d-şındırıb. Təhsil ardınca deyil, Orduya gedib. Müharibə başlayanda o, Gəncədəydi.
Bəxtiyar bu barədə belə danışır: Daha ətraflı » -
12FevHərbi vətənpərvərlik Əzəli, əbədi Zəfərin mübarək, Azərbaycanım! üçün şərhlər bağlıdır
Düz 31 ildir ki, paylasdıgım mövzular qəlbləri sızıldadan, insanların kövrək hisslərinə to-xunan, dərdlərini tərpədən bir Ananın, bir bacının urək yanğılı yazıları olub.
Düz 31 ildir ki, tək Ədalətin, Evaristin bacısı kimi yox, bütün şəhidlərin bacısı kimi sinəmə çalın-çarpaz dağ cəkmis şəhidlərimizi vəsf edən, onları yasadan paylaşımlar etmişəm.
Hansı tədbirdə olmuşamsa olum, Qarabağımızı, Qəhrəman Tərtərimizi layiqincə təmsil etmişəm. Bütün Azərbaycan anaları kimi mənim də ən böyük arzum müharibənin bitməsini, Qarabağımızı azad görmək olub.
2023-cü il –“Heydər Əiyev ili” Azərbaycan ücün ən uğurlu, ən düşərli il oldu. 31 illik Qarabağ həsrətinə birdəfəlik son qoyan il oldu.
Bu Zəfər əbədi bir Zəfərdir. Bu Zəfəri bizə bəxş edən şəhidlərimizin ruhları şad, qazilərimizin canları sağlam olsun. Bu Zəfəri bizə qazandıran müzəffər Ordumuz var olsun!
Bu Zəfəri bizə bəxş edən möhtərəm cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənabları var olsun!
Çox xoşbəxtəm ki, fevralın 7-də xalqımızın bir nümayəndəsi kimi mən də Prezident seçkilərində qürur hissi ilə iştirak edərək, ən layiqli namizədimizə səs verdim.
Cənab ilham Əliyevin seçkilərdəki qələbəsi bütöv Azərbaycan xalqının qələbəsi, növbəti Zəfərimizdir.
Yaşasın Azərbaycan, yaşasın Prezident İlham Əliyev!Məhəbbət PAŞAYEVA,
həkim -
31YanHərbi vətənpərvərlik Tərtərdə 20 Yanvar–Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsi ehtiramla anılıb üçün şərhlər bağlıdır
Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 34 il keçir. Keçən bu illər ərzində xalqımız hər il 20 Yanvar–Ümumxalq Hüzn Gününü kədər və böyük qürur hissi ilə qeyd edir. Çünki 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət olsa da, həm də Azərbaycan xalqının qəhrəmanlıq manifesti, azadlıq mücadiləsidir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, veteranlar, qazilər, idarə, müəssisə kollektivləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksini ziyarət edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub, abidənin önünə gül dəstələri qoyulub.
Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı və həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 34 il keçməsinə baxmayaraq, Vətənimizin azadlıq mübarizəsində şəhid olanların hər biri bizim yaddaşımızda əbədi yaşayır. Daha ətraflı » -
31YanHərbi vətənpərvərlik Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır
TORPAQDAN PAY OLMAZ
Məktubu olduğu kimi dərc edirik
Mən milliyətcə erməniyəm. Azərbaycanın tabeliyində olan Xan kəndində anadan olmuşam. Doğma Qarabağda baş verən hadisələr məni sonsuz dərəcədə sarsıdır. İki ildən çoxdur ki, uşaq da, böyük də gərgin vəziyyətdədir.
Deyirlər həqiqət yer üzərində ən qalib, ən ye-nilməz amildir. Son iki ildə Azərbaycan xalqının başına gətirilən müsibətləri heç kəsə arzulamıram. Uydurulmuş “Qarabağ problemi” nəhayət 15-20 yanvar 1990-cı il faciəsinə gətirib çıxartdı. Faciəni törədənlər nə vaxt öz cəzalarını alacaqlar? Mətbuatda həmişə belə yazırlar: “Bir qrup erməni ekstremistləri”. Balam, bu bir qrup nə qədər güclü oldu ki, 200 minə yaxın azərbaycanlını öz evindən didərgin saldı, minlərlə azərbaycanlının qanını axıtdı? Nə vaxta qədər mərkəz birtərəfli çıxış edəcək? Mərkəz tərəfdən Qarabağ problemi həlledilməz bir problemə çevrilib. Arutyunyanlara bəsdir deyən olmadı. Nəhayət, Qarabağı bu vəziyyətə gətirib çıxardan Volski cənabları aradan çıxdılar.
Azərbaycan xalqı yaxşı bilir ki, zaman ən acı məhkəmədir. İllər ötər, çox sular durular, tarix hər şeyə ədalətli hökm verər. Daha ətraflı »
Yeni ismarıclar