Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Noy
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır

                                                        ƏFSANƏVİ KƏŞFİYYATÇI

     

     

     

     

     

     

     

     

    44 günlük Vətən müharibəsi üç minə yaxın igid oğlumuzun şəhidliyinə səbəb oldu. Elə oğullar ki hərəsi bir evin çırağı, bir elin vuran ürəyi, arxa-dayağı oğullar idi. Bu oğulların arasında həqiqi hərbi xidmət borcunu yerinə yetirən gənc əsgərlərimiz də var, illərlə Vətənin müdafiəsində dayanan zabitlərimiz də var. Ordumuzun tərkibində cəmləşən əsgər və zabitlərimiz 44 gün davam edən müharibədə öz iradə və güçləri ilə ölkəmizin tarixində yeni səhifələr açdılar. Canları-qanları bahasına Vətən torpaqlarımızın bütövlüyünü, şərəf və ləyaqətimiz hesab olunan Qarabağımızı bizə qaytardılar. Sübut etdilər ki, mənfur düşmənin illərlə zəbt etdiyi torpaqları çəmi 44 gündə azad etmək iqtidarında olan ordumuz və onu təmsil edən oğullarımız var. Məlumdur ki, müharibələrdə xalqımıza çoxsaylı zərbələr vuruldu. Şəhərlərimiz, kəndlərimiz raket və toplarla dağıdıldı. Dədə-baba yurdlarımıza ayaq basa bilmədik. Şükür ki, o murdar xislətli düşmənin qarşısına çıxa bilən oğullarımız alnımızın qaçqın-köçkün damğasını silərək bizə şərəf-şan gətirdilər. Bu gün həmin oğullarımız fəxr və qürurla yad edilir. Belə igid oğullardan biri də Vətən Müharibəsi Qəhrəmanı Naxçıvan Xüsusi Təyinatlı Qoşun briqadasının komandiri, əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant, Şəhid Anar Vaqif oğlu Əliyevdir. Daha ətraflı »

  • 12Noy
    Hərbi vətənpərvərlik AXAN GÖZ YAŞLARI… DAĞILAN TİFAQ üçün şərhlər bağlıdır

                                                      İsmayıllı Şamil Kamil oğlu

    İsmayıllı Şamil Kamil oğlu 1992-ci il yanvarın 4-də Tərtər rayonunun Dəmirçilər kəndində doğulub. Uşaqlığı və yeniyetməliyi doğulduğu kənddə keçib. Orta məktəbi də orada bitirib. Sonra Vətənə borcunu ödəmək üçün hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Tovuz rayonunun Əlibəyli kəndində çəkib. 2012-ci il-də hərbi xidmətini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma kəndinə qayıdıb. Bir neçə ay təsərrüfat işləri ilə məşğul olduqdan sonra yenidən hərbidə xidmət etmək qərarına gəlir və müddətdən artıq hərbi xidmətə yazılıb.
    Şamilgil ailədə 2 övlad olublar. O və bacısı Nərmin. Şamil bacısından böyük idi. Ona görə də ən çox Şamil ailəyə qayğı və kömək göstərirdi. Daha ətraflı »

  • 29Okt
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır

                                                                        DÖRD ÖVLADI YADİGAR QALDI

    Azər Qasımov 1979-cu ildə Tərtər rayonunun Ələsgərli kəndində doğulub. Ailədə 2 qardaş bir bacı olublar. Azər ailənin böyük övladı idi. Orta təhsilini həmin kəndin məktəbində bitirdikdən sonra hərbi xidmətə yollanmışdı. Əsgəri borcunu Gədəbəy rayonunda çəkib. Hərbi xidmətdən sonra bir müddət Rusiyada yaşamalı olub. Sonra doğma kəndə qayıdaraq orada yaşayır. 2013-cü ildə müddətdən artıq hərbi xidmətə yazılır. Ağdam ra-yonunda “N” saylı hərbi hissədə sürücü kimi fəaliyyət göstərir. Hərbi hissədə müxtəlif markalı avtomobillər idarə edib.
    Azər ailəli idi. Kəlbəcər rayonundan olan Nailə adlı qızla evlənmişdi. Onların bu evlilikdən 4 övladları oldu – 2 oğlan, 2 qız. Vətən müharibəsi başlayanda böyük uşağının 12 yaşı vardı, kiçiyi 4 aylıq körpə idi. Ordumuzun tərkibində Daha ətraflı »

  • 29Okt
    Hərbi vətənpərvərlik ANA HƏLƏ DƏ YOL GÖZLƏYİR… üçün şərhlər bağlıdır

    Övladı anadan yaxşı ayrı kimsə tanıya bilməz. Ailədə uşaqların sayına baxmayaraq, bütün analar övladın hər birinin ağıllı, tərbiyəli, xalq üçün yararlı olmasını arzulayır.Və hər bir uşağın xasiy-yətini anadan yaxşı bilən yoxdur. Pərvanə ana da belə analardandır. Onun ailəsində 3 övlad böyüyüb – 2 oğlan, 1 qız. Ruslan ailənin kiçik övladıydı. O, üzüyola, qayğıkeş övlad idi. Böyüklə böyük, kiçiklə kiçik kimi davranırdı. Boya-başa çatdığı Tərtər rayonunun Ələsgərli kəndində tay-tuşları arasında xətir-hörməti vardı. Kənddə kimsənin ondan narazılığı yoxuydu. Hər dəfə aylıq əmək haqqını alanda imkansızlara əl tutardı. Ehtiyacı olanın ehtiyacını təmin etməyə çalışardı.
    Ruslan hərbi xidmətini Zakatala Daha ətraflı »

  • 20Okt
    Hərbi vətənpərvərlik KAŞ Kİ, BELƏ OLMAYAYDI!… üçün şərhlər bağlıdır

    Hüseynov Aslan Malik oğlunun ata-anası rusiyanın Orenburq şəhərində müvəqqəti yaşadıqları üçün o 1988-ci il oktyabrın 6-da orada doğulsa da, boya-başa Tərtər rayonunun Qaradağlı kəndində çatmışdı. Burada orta təhsil almış, əsgəri xidmətə çağrılmışdı. Əsgəri xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə yazılır. Hərbi sirləri qoruyub saxlamaqda və əsgəri qulluqda öz nümunəviliyi ilə fərqlənib.
    7 il idi ki, müddətdən artıq xidmət edirdi.
    Aslan ailəli idi. Aysu adında qızı, Kənan adında oğlu vardı. Aslangil özləri isə 3 uşaq olublar – 2 qardaş, 1 bacı. Son zamanlarda qardaşı İsgəndər də müddətdən artıq hərbi xidmətə yazılmışdı.
    Aslan həmişə torpaqlarımızın işğaldan azad olunmasından danışardı. Ərazilərimizin işğal altında inləməsi ona çox pis təsir edirdi. Daha ətraflı »

  • 20Okt
    Hərbi vətənpərvərlik SONUNCU MƏZUNİYYƏTDƏN SONUNCU MƏNZİLƏ üçün şərhlər bağlıdır

    Ofisdə hamımızın işlətdiyimiz əşyaları yığdığımız səbət var. Bir səbət var ki, 1 ildir toz basıb, bir qələm var ki, bir ildir əl vurulmur ona ofisdə. Elə bilirik ki o qələmi götürüb işlətsək, Pərviz deyəcək: “Kim götürdü yenə mənim qələmimi”.
    Adi iş günlərindən biri idi – 21 sentyabr 2020-ci il. İş yoldaşımız Orucov Pərviz Novruz oğlu məzuniyyətə çıxdı. Bir həftəlik. 28 sentyabr 2020-ci ildə işə qayıtmalı idi. Amma….
    27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladı. Tərtər və tərtərlilər şanlı döyüş yolu keçən ordumuza, xalq-ordu birliyinə, Qarabağ uğrunda canını və qanını əsirgəməyən cəsur Azərbaycan oğullarının qəhrəmanlığına, Daha ətraflı »

  • 30Sen
    Hərbi vətənpərvərlik 27 Sentyabr- Anım Günü üçün şərhlər bağlıdır

                                                          TARİXİMİZİN YENİ ZƏFƏR SƏHİFƏSİ

     

     

     

     

     

     

     

    Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
    Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
    Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Daha ətraflı »

  • 30Sen
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır

                                                                                           ANANIN YUXUSU

    44 günlük Vətən müharibəsi başa catdıqdan sonra şəhidlərimizin müqəddəs ruhları hər yerdə anılır, adlarına müxtəlif abidə kompleksləri ucaldılır. Belə abidə-komplekslərindən biri də Seydimli kəndinin yaxınlığında şəhid Aysənan Abbasovun adına ucaldılmış möhtəşəm, hər tərəfi gülçiçəklərlə əhatə olunmuş abidə-kompleksidir. “Tərtər-Gəncə” magistral avtomubil yolu ilə hərəkət edən bütün nəqliyyat vasitələrindəki insanlar bu abidə- kompleksinin qarşısında dayanıb hörmət əlaməti olaraq ziyarət edib burada xatirə şəkilləri çəkdirir, şəhid Aysənanın ruhuna dualar oxuyurlar. Demək olar ki, bu möhtəşəm abidə hər gün ziyarət olunaraq yad edilir.
    Aysənan Abbasovun kimliyi ilə maraqlanıb ailəsini ziyarət etdik və onun haqqında məlumat toplayaraq, Daha ətraflı »

  • 20Sen
    Hərbi vətənpərvərlik BİR AİLƏNİN İKİ AĞIR İTKİSİ üçün şərhlər bağlıdır

    Sənanın atası Birinci Qarabag müharibəsindən danışanda onun ürəyindən keçirmiş ki, böyüyəndə mən hərbiçi olub, torpaqlarımızı geri qaytaracağam. Evdə ata-ana isə düşünürdülər ki, oğullarını hərbiçi olmağa qoymayacaqlar. Çünki yaxşı bilirdilər ki, müharibəsiz torpaqların azad olunması mümkün deyil.
    Bu ailədə 3 övlad böyüyürdü – 2 oğlan, 1qız.
    İllər ötürdü hərə bir sahəni seçdi. Sənan da hərbiçi olmaq arzusunun dalınca getmişdi. Anası nə qədər narazılıq etsə də, onu yolundan döndərə bilməmişdi. 9-cu sinfi bitirdikdən sonra Naxçıvanski adına hərbi liseyə daxil olmuş, 2016-cı ildə isə oranı bitirdikdən sonra Bakı Ali Komandirlər məktəbində təhsilini davam etdirmişdi. Daha ətraflı »

  • 10Sen
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır

                                 “HƏYATDA QƏHRƏMANLIĞA HƏMİŞƏ YER VAR”

    Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Anar Vaqif oğlu Əliyevin doğum gününə həsr olunmuş “Həyatda qəhrəmanlığa həmişə yer var” adlı vətənpərvərlik tədbiri keçirilib.
    Bakı şəhərində ikinci Şəhidlər xiyabanına toplaşan Müdafiə Nazirliyinin rəsmiləri, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun, Tərtər və Kəlbəcər rayonlarının, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, qazilər, gənclər və məktəblilər əvvəlcə şəhidin məzarını ziyarət edib, qarşısına əklillər qoyub, güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Vətən uğrunda, Daha ətraflı »