Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16İyl
    Hərbi vətənpərvərlik ANA ÜRƏYİNİN SIZILTILARI üçün şərhlər bağlıdır

    Kəngərli kəndindəki şəhid ailələrini ziyarət zamanı İntiqam Mənsimlinin yaşadığı evin də qonağı oldum. Burada hər şey tamam fərqli idi. Sanki şəhid bir oğulun özü yaşayırdı onun üçün ayrılmış otaqda. Qapıdan içəri girərkən elə bil hər kəsə əl uzadıb xoş gəldin deyəcək. Bu otaqda nə varsa İntiqam nəfəslidir. Burada heyrətlənməmək olmur. Otaq İntiqam həsrətli, arzuları ürəyində donub qalmış, günlərini onun xəyalları ilə həmdərd olan ananın istəyilə bu cür yaradılıb. Burada hansı tərəfə üz çevirsən şəhid olmuş deyil, elə bil həyatda yaşayan İntiqamla üz-üzə gəlirsən. Bu otaqda şəhid İntiqam haqqında danışmasını atası Rövşəndən xahiş etdim. Doluxsunmuş ata özünü toplayaraq danışdı: Daha ətraflı »

  • 16İyl
    Hərbi vətənpərvərlik VETERAN ATANIN ŞƏHİD OĞLU üçün şərhlər bağlıdır

    Elmin 1998-ci il 1 noyabr tarixində Kəngərli kəndində doğulub. 3 qardaşın ikincisi olub. Sadə bir ailədə böyüyərək həm ailəyə, həm də Vətənə layıq bir oğul idi. Hərbi xidmətdə Vətəni müdafiə etmək bütün gənc oğlanlarımızın müqəddəs borcudur. Bu borcu şərəflə, ləyaqətlə yerinə yetirmək üçün əsgəri xidmət bir sınaqdır. Bu sınaqdan alnıaçıq, üzüağ keçən oğullarımızdan biri də Elmin Quluzadə olub.
    Elmin hərbi xdməti Bakı şəhərində təlim-tədris mərkəzində keçib. 2018-ci ildə hərbi xidmətini bitirdikdən sonra kənddə təsərrüfatla məşğul olub. Böyük qardaşı Murad müddətdən artıq xidmət etdiyi üçün o da ailəsinə, ata-anasına kömək olmağa çalışıb. 21 sentyabr 2020-ci ildə qismən səfərbərlik zamanı o da könüllü olaraq Orduya yazılıb. Daha ətraflı »

  • 09İyl
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır

                                                                                         HƏKİM–DÖYÜŞÇÜ

    Müharibəni qansız, qadasız təsəvvür etmək mümkün deyil. Əlinə silah alan, hərbi texnikaların sükanı arxasında əyləşib düşmən üzərinə irəliləyən hər kəs bilir ki, burada qan axıtmaq da var, ölmək də. Lakin bu itkilərin qarşısında qələbə və zəfər olanda qürurlanmağa dəyər. 44 günlük Vətən müharibəsində yurdumuzun igid oğulları silahlanaraq düşmən qarşısına çıxanda bütün bunları gözə almışdılar. Ölümün gözünə dik baxanlar qazi oldular, şəhid oldular, lakin Vətən tarixinə “Zəfər səhifəsi” yazdılar.
    Belə oğullarımızdan biri də əynindəki ağ xalatı hərbi paltarla əvəz etmiş həkim Azər Şəmilov idi. Onu yaxından tanımaq, haqqında daha mükəmməl öyrənmək üçün ata ocağına –Tərtər rayonunun Alışarlı kəndinə yollandıq. Daha ətraflı »

  • 09İyl
    Hərbi vətənpərvərlik 25 YAŞLI ŞƏHİD üçün şərhlər bağlıdır

    Şəhdilər bizim qürur yerimizdir. Çünki bu igidlərin sayəsində alnımızın qeyrət, namus ləkəsi təmizlənib, əsir insalarımız kimi əsir torpaqlarımız da azad olunub. Tariximizdə yeni səhifə açılıb, Qəhrəmanlıq səhifəsi. Vətinin ərazi bütövlüyü bərpa olunmaqla soydaşlarımızın yurd həsrətinə son qoyulub. Vətən, Torpaq üçün qan töküb, can qoyan igidlərimiz həm xalqımız, həm dövlətimiz tərəfindən böyük sayğı ilə anılır.
    Belə şəhidlərdən biri rayonumuzun Mamırlı kəndində doğulub, orada böyüyüb boya-başa çatmış Babazadə Mirşəmsi Elşad oğludur. O, həqiqi hərbi xidmətini başa vurduqdan sonra doğma kəndinə qayıdaraq təsərrüfat işləri ilə məşğul olmağa başlayıb. Daha ətraflı »

  • 09İyl
    Hərbi vətənpərvərlik Qazilərimiz üçün şərhlər bağlıdır

                                                                  MÜHARİBƏNİN YARATDIĞI İNAM

    44 günlük müharibədən 8 ay keçməsinə baxmayaraq hələ də aldığı yara sağalmayıb, əlilliyinə səbəb olub. Haqqında yazmaq istədiyim qazimiz 1979-cu il oktyabrın 4-də İrəvanlı kəndində doğulan Abdullayev Arzuman Qasım oğludur. O bu günlərdə redaksiyamızın qonağı oldu. Ömrünün bu gününə kimi keçən anlarından–yeniyetməlik çağlarından, hərbi xidmət dövründən, bir də Vətən müharibəsi dövründən qarşılaşdığı dəhşətli günlərdən söz açdı. Dedi ki, onun yeniyetməlik dövrü doğulduğu İrəvanlı kəndində keçib. Orta məktəbi bitirdikdən sonra kişilik məktəbi olan həqiqi hərbi xidmətə çağrılıb. Xidmət müddəti Füzuli rayonunda keçib, motoatıcı bölüyündə xidmət edib. Daha ətraflı »

  • 09İyl
    Hərbi vətənpərvərlik VƏTƏN SƏNƏ OĞUL DEDİ üçün şərhlər bağlıdır

    Vüsal Şakir oğlu Ağazadə sözün əsl mənasında qeyrətli, dəyərli və mərd oğullarımızdandır. İkinci Qarabağ müharibəsində onun göstərdiyi şücaət bu-nu bir daha sübut etdi. Vüsalın nəsil-nəcabəti Tərtərdəndir. Lakin onun dünyaya gəldiyi əməksevər, vətənpərvər ailə Bakıda yaşayır. Mən Vüsalın atası Şakir Ağayevlə on ildən çoxdur ki, salaməleyküm edirəm, çörək kəsirəm. İkinci Qarabağ müharibəsi başlaysan gündən mən Şakir qardaşımla hər gün demək olar ki, telefon əlaqəsi saxlayırdım. Erməni vandalları Tərtərin dinc əhalisini raket atəşinə tutur, onları qorxutmaq istəyirdi. Lakin igid və mərd tərtərlilər heç nədən qorxmadı və evlərindən çıxmadılar. Ötən ilin oktyabr ayının 6-da növbəti dəfə Şakirlə telefon əlaqəsi yaradanda mənə qürurla bildirdi ki, Vüsal könüllü olaraq cəbhə bölgəsinə gedib. Döyüşlərə həvəslə qatılan Vüsal kəşfiyyat taborunda döyüşüb. İgid və qorxmaz döyüşçü Suqovuşanın azad olunmasında şücaət göstərib, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Mərmi partlaması nəticəsində o, kəllə-beyin travması alıb. Müalicə olunduqdan sonra Vüsal yenidən döyüşlərə qatılıb və azğın düşmənə qan uddurub. Könüllü döyüşçünün həyat səlnaməsinə qısaca da olsa nəzər salaq.Vüsal Şakir oğlu 3 iyul 1991-ci il tarixində Tərtər rayonun Əskipara kəndində dünyaya göz açıb. Orta təhsilə Bakının xətai rayonundakı 165 nömrəli tam orta məktəbində yiyələnib. 2009-2011-ci illərdə hərbi xidmətdə olub. Daha ətraflı »

  • 09İyl
    Hərbi vətənpərvərlik VUR, İGİD ƏSGƏR üçün şərhlər bağlıdır
    Müzəffər ordunla öyün, elimiz,
    Qarabağdan keçir döyüş yolumuz.
    Qüvvətlidir, bükülməzdir qolumuz,
    Qələbə sənindir, vur, igid əsgər!

     

    Təlxəklik eyləyir faşist Paşinyan,
    Bütün dünya bilir, danışır yalan.
    Var olsun Ərdoğan, Ali komandan,
    Qələbə sənindir, vur, igid əsgər!

     

    Şəhidlərin qanı yerdə qalarmı?
    Qartallar qarğaya əsir olarmı?
    İgid torpağını dara salarmı?
    Qələbə sənindir, vur, igid əsgər!
    Erməni terrorçu, erməni barbar,
    Onlarda olmayıb nə namus, nə ar.
    Haqqa güvənənlər qələbə çalar,
    Qələbə sənindir, vur, igid əsgər!

     

    Paşinyan tula tək daban yalayır,
    Rusa, fransıza quyruq bulayır.
    Bilib ki, uduzub, yerində sayır,
    Qələbə sənindir, vur, igid əsgər!
    Qoy yaşasın Azəri türk dostluğu,
    Tutduğumuz yoldur Öndərin yolu.
    Günümüz zəfərlə doludur, dolu,
    Qələbə sənindir, vur, igid əsgər!

    Emin Baratoğlu, AYB-nin və AJB-nin üzvü “Qızıl Qələm” media mükafatı laureatı, Prezident təqaüdçüsü, “Həkəri”nin bölgə müxbiri, Qəbələ rayonu Bum qəsəbəsi

  • 30İyn
    Hərbi vətənpərvərlik Qarabağ Müharibəsi üçün şərhlər bağlıdır

                                         İTİRİLMİŞ UŞAQLIĞIN SONRAKI SEVİNCİ

    Hələ aylar öncədən bilirdik ki, müharibə olacaq! Axı, biz cəbhə bölgəsində yaşayırıq. Bütün silah-sursatlar, zirehli texnikalar gözümüzün önündən hər gün karvan-karvan keçirdi.
    Lakin gördüklərimiz bir an da olsun bizi qorxutmurdu, əksinə, çox sevinirdik nədənsə. Sevinməyə də haqqımız var idi. Axı, torpaqlarımızın azad olunmasına sayılı günlər qalmışdı…
    O günləri yaşadıqca uşaqlığımı əlimdən almış 1993-cü ildəki günlər yadıma düşürdü. O zamanlar ölkəmiz bu qədər inkişaf etməmişdi. Səngərlərdə gecələyirdik. Hər an ölüm qorxusu yaşayırdıq. Hələ sonuncu dəfə səngərdə qaldığım heç yadımdan çıxmaz. Adətən axşam saatlarında atışma güclənirdi. Həmin gecə çox dəhşətli atışma oldu, bayram günlərində göydə partlayan atəşfəşanlığı xatırladan Daha ətraflı »

  • 30İyn
    Hərbi vətənpərvərlik TARİXİ ZƏFƏRƏ GEDƏN YOL üçün şərhlər bağlıdır

    2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
    Bunun nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar olub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
    Ermənistan ərazisindən, eləcə də Xankəndi şəhərindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura Daha ətraflı »

  • 30İyn
    Hərbi vətənpərvərlik MÜHARİBƏNİN TƏRTƏR İSTİQAMƏTİ üçün şərhlər bağlıdır

    Qarabağa çox yaxın olan Tərtər erməni təcavüzündən kifayət qədər əziyyət çəkib. Hal-hazırda Ağdərə rayonundan rayonun tabeliyinə verilmiş yaşayış məntəqələrinin çoxu işğal altındadır. Rayonun bir neçə kəndi cəbhədə yerləşdiyindən Tərtər ətrafında tez-tez döyüşlər gedirdi. Birinci Qarabağ müharibəsi dövründə Tərtər rayonundan 300-dən çox şəhid olub. Son 5 il ərzində 20 nəfərə yaxın tərtərli ermənilərin basdırdığı minalara düşüb.
    Ermənilər Birinci Qarabağ müharibəsi dövründə cəbhənin Goranboy və Tərtər istiqamətinə perspektivli ərazi kimi yanaşıblar. Onlar istər 1992-ci ildə, istər 1994-cü ildə, istər 2016-cı ildə, istərsə də 2020-ci ildə əsas diqqəti cəbhənin bu istiqamətinə yönəldiblər. Birinci Qarabağ müharibəsi dövründə Tərtər istiqamətində döyüşlərdə iştirak etmiş zabitlərin sözlərinə görə, 1994-cü ilin yanvar ayında ermənilərin hərbi qüvvə və texnikasının demək olar 45–50 faizi və 10 min nəfərə yaxın şəxsi heyəti məhz cəbhənin bu istiqamətində cəmləşdirilmişdi.
    2010-cu ilin iyunun 19-da Tərtərin Çaylı kəndində baş verən döyüşlərdə Azərbaycan ordusunun əsgəri Mübariz İbrahimov çoxlu sayda erməni əsgərini öldürərək şəhid olub. Mübariz İbrahimov bu igidliyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İndiki dövrdə belə Ermənistanda Mübariz İbrahimov haqqında danışmağa qadağa qoyulub. Bundan sonra erməni ordusunun əsgərləri bir neçə dəfə Tərtər istiqamətindən cəbhə xəttini yararaq Azərbaycan ərazisinə daxil olmağa çalışsalar da, onların bu cəhdlərinin qarşısı qətiyyətlə alınıb və düşmən ordusu itki verərək geri çəkilib.
    2016-cı ildə Dördgünlük müharibə nəticəsində Tərtə-rin Talış və Seysulan kəndləri ətrafındakı strateji yüksəkliklər işğaldan azad edildi.
    2020-ci ildə İkinci Qarabağ müharibəsində Suqovuşan və Talış kəndləri tamamilə işğaldan azad edilib.