ÖLÜMÜN ASTANASINDA
Bu cəsur, igid oğul 1994-cü il sentyabrın 25-də Bərdə rayonunun Yenidaşkənd kəndində anadan olub. Yeniyetməlik dövrü elə həmin kənddə keçib, orta məktəb təhsilini də elə orada alıb. 2012-ci il oktyabrın 5-də həqiqi hərbi xidmətə çağrılıb. Vətənə borcunu ləyaqətlə başa çatdırıb. Qisməti onu xidmət müddətindən sonra Tərtərə gətirib. Anası Qərənfilin dayısıgilin yanında torpaq alıb, orada ev tikdiriblər. İnqilab ananın tək övladıdır. Əslən Kəlbəcərlidirlər.
2016-cı ilin Aprel döyüşlərindən sonra İnqilab orduda müddətdən artıq xidmət etmək qərarına gəlir. Hərbi hissələrin birində kurs keçdi. Tərtərdəki “N” saylı hərbi hissədə moto-atıcı briqadanın kəşfiyyat bölüyündə kəşfiyyatçı-snayper oldu. 44 günlük Vətən müharibəsi başlayan vaxt artıq 5 il idi ki, orduda xidmət edirdi.
Müharibə başlayanda İnqilabın xidmət etdiyi bölüyə əmr verildi ki, onlar Talış kəndi istiqamətində müdafiəyə qoşulmalıdırlar. 27 sentyabrın səhər çağı düşmənin atdığı raket və toplar müharibənin başladığından xəbər verdi. İnqilabgilin bölüyünə hücum əmri verildi. 6 saat müddətinə düşmən həmləsinin qarşısı alınmalı, ermənilərin yerləşdiyi yüksəklik ələ keçirilməli idi. Az vaxta düşmənin istehkamı dağıdılaraq təyin olunmuş yüksəklik hərbiçilərimizin nəzarətinə götürüldü. Bu uğur asanlıqla qazanılmadı. Daha ətraflı »
Yeni ismarıclar