Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,462
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Noy
    Şəhidlər Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Möhübbət Mustafayevlə vida mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Mustafayev Möhübbət Qənimət oğlu Tərtər rayonunda dəfn edilib.
    Şəhidin qarşılanma mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, hüquq mühafizə orqanlarının rəhbərləri, dövlət qulluqçuları, şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, idarə, müəssisə və təşkilatlarının kollektivləri, İctimai Birlik rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət işçıləri, KİV-nin nümayəndələri, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.
    Şəhidlər Abidə-Kompleksində şəhidlə vida mərasimi keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxuyub.
    Vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyiblər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi rəşadətdən danışaraq, qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıblar. Daha ətraflı »

  • 06Noy
    Şəhidlər TARİX YAZANLAR üçün şərhlər bağlıdır

    QƏLƏBƏYƏ 2-3 SAAT QALMIŞ ŞƏHİD OLDU

    Cahangir Surxayzadə 1996-cı il iyulun 9-da rayonumuzun Qaynaq kəndində doğulmuşdu. Ailədə iki qardaş idilər. Böyüyü Babək, kiçiyi isə Cahangir idi.
    2016-ci ildə əsgəri borcunu layiqincə yerinə yetirən Cahangir elə o vaxtdan müddətdən artıq hərbi qulluqçu kimi yenidən orduya qayıtmışdı. DİN-in Daxili Qoşunlarında xidmət edirdi. 4 il müddətində fiziki hazırlığını, biliyini artıraraq, peşəkar hərbçi kimi püxtələşmişdi.
    Cahangir müharibənin ilk günündən döyüşlərə qatılıb. Müzəffər Ordumuzun tərkibində sürətlə irəliləyərək, torpaqlarımızın işğaldan azad olunmasında yaxından iştirak edib. Onun sorağı Füzulidən, Cəbrayıldan, Qubadlıdan, Daşaltıdan gəlirdi. Hər telefon zəngi ilə sanki ailəsinə dünyanı bağışlayırdı: o qədər sevinclə, fəxrlə danışırdı ki!
    O, kiçik dəstələrlə düşmənin arxasına keçib lazımi məlumatları gətirir, mühasirədə qalan yoldaşlarının xilas edilməsində, yaralı və şəhidlərin döyüş meydanından çıxarılmasında şücaət göstərirdi. Dağlıq ərazilərin relyefinə tez uyğunlaşırdı. Sanki elə bu yerlərdə doğulmuşdu. Bununla bağlı ona sual veriləndə deyirdi: “Bura Vətəndir! Nə olsun ki, indiyə kimi bu yerləri görməmişik. Doğma torpağımızın hər daşı, hər ağacı döyüş tapşırığının yerinə yetirilməsində bizə kömək edir”.
    Gələcəklə bağlı çoxlu arzuları vardı Cahangirin… Daha ətraflı »

  • 17Okt
    Şəhidlər “Onun üçün birinci Vətən anlayışı, sonra ailəsiydi” üçün şərhlər bağlıdır

    Mülki şəhid Anar Quliyevin ailəsindəyik. Bizi şəhidin ömür-gün yoldaşı Esmira xa-nım qarşılayır. Uşaqlar hələ məktəbdədirlər. Ancaq hiss edirik ki, bu lal sükutun içində Esmira xanım tək deyil. Dörd tərəfə vurulmuş şəkillərdən Anarın qayğılı baxışları ona zillənib, sanki ürəkləndirir, “möhkəm ol”,– deyir.
    Nəhayət o, söhbətə başlayır:
    –Xoşbəxt olmaq üçün insana nə lazımdır? Bu kiçik mənzilimizdə Anar və mən özümüzü dünyanın xoşbəxti hiss edirdik. Düşünürdük ki, övladlarımızı da bu cür böyüdəcək, onlara təhsil verəcək, toylarını görəcəyik.
    2020-ci il oktyabrın 20-də erməni cəlladlarının açdığı artilleriya atəşləri Anarın arzularını yarımçıq qoydu və bu yolu davam etdirməyin bütün ağırlığı Esmira xanımın çiyinlərinə düşdü.
    Xatirələr isə bizi 18 il əvvələ, Anar və Esmiranın nişan gününə qaytarır:
    –Ailələrimiz xeyli əvvəl qohum olmuşdu. Buna baxmayaraq, atam uzun müddət nikahımıza razılıq vermək istəmirdi. Lakin inadkarlığımızı görüb, razı oldular. Anarı yaxından tanıyandan sonra atam onu öz övladı kimi sevdi.

    Ümumiyyətlə, ondan incimək, narazı qalmaq mümkün deyildi. Hamıya ürəkaçıqlığı ilə yanaşırdı. Sanki uşaqlığından yığılıb qalmış çətinliklərdən qəlbini təmizləmək, yüngülləşmək istəyirdi.Ən böyük arzusu övladlarına hüzurlu həyat yaşatmaq idi və bunu edirdi də. Çətin işlərdən qorxmurdu. Onun üçün birinci Vətən anlayışı, sonra ailəsiydi. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra üç il müddətində müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusu sıralarında xidmət edib. Zəfərimizə yol açan Aprel döyüşlərinin iştirakçısı olub. Bu unudulmaz günlərdə göstərdiyi fəallığa görə komandanlıq tərəfindən Fəxri Fərmana Daha ətraflı »

  • 17Okt
    Şəhidlər Mənim doğma məktəbim igid əsgər Şahin Eyvazovun adını daşıyır üçün şərhlər bağlıdır

    Hər nə qədər və harada ya-şamağımızdan asılı olmayaraq, doğulduğumuz məkan qədər gözəl bir yer yoxdur. Bu yaxınlarda kəndimizə –Rəcəbliyə getmişdim. Yolun kənarında şəhid Şahin Eyvazovun şəklini gördüm. Çox təsirləndim. Bir anlıq gözlərim doldu. Şəkildən sanki üzümüzə gülümsəyirdi. Maşından düşüb, şəklin önündə bir xeyli dayandım. Fikirləşdim ki, görəsən o, gözlərilə nə demək istəyir? Bircə şeyi bilirəm ki, indi şəhidlərimizin hər birinin ruhu şaddır. Biz bu gün onları qürurla anırıq.
    Kəndimizdə mənə ən çox doğma gələn həm də məktəbimdir. Ona görə ki, o məktəb şəhid Eyvazov Şahin Məhəmməd oğlunun adını daşıyır. Məktəb vaxtı kimsə məndən soruşanda: “hansı məktəbin şagirdisən?” – yüksək səslə deyirdim: “Şəhid Şahin Eyvazov adına məktəbin”. İndi də kimsə məndən soruşanda hansı məktəbi bitirmisən, böyük qürur hissi ilə Şahin Eyvazov adına Rəcəbli kənd ümumi orta məkətəbini deyirəm.
    Şəhidlər bizim qürur mənbəyimizdir. Şəhidlərin adlarını əbədiləşdirmək onların qarşısında bir az da olsa borcumuzu ödəməkdir. Tərtər rayonunda da bununla bağlı tədbirlər görülür. Küçələrə, məktəblərə, məktəblərin sinif otaqlarına şəhid adları verilir. Onların adlarına şəhid bulaqları inşa edilir.

    *            *           *

    Kəndə çatanda xəbər bil-dim ki, bu gün şəhidimizin anım günüdür. Şəhidimizin qardaşı ehsan süfrəsi açıb. Mən də iştirak etməyi özümə borc bildim.
    İmkan tapıb Mübariz müəllimlə biraz söhbət etdim. Qardaşı haqqında söhbət etməyə başladı:
    –Valideynlərim sadə, kasıb insanlar olublar. Ailədə 4 qardaş, bir bacı olmuşuq. Şahin evin ikinci uşağıdır. Daha ətraflı »

  • 03Okt
    Şəhidlər Şəhid Cahangir Surxayzadənin atası Hətəm Əliyevin 60 illik yubileyi qeyd olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Qaynaq kəndində 60 illik yubileyi münasibəti ilə şəhid Surxayzadə Cahangirin atası Hətəm Əliyevi ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
    İcra başçısı bütün şəhid valideynlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
    Ziyarət zamanı rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından keçən şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərmək, hər zaman onların yanında olmaq, qayğıları ilə maraqlanmaq hər kəsin mənəvi borcudur.
    Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri Surxayzadə Cahangir Hətəm oğlu 1996-cı il iyulun 9-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 10-da Tərtər rayonunun Azadqaraqoyunlu kəndində dəfn olunub.
    Şəhid Surxayzadə Cahangir 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

     

  • 03Okt
    Şəhidlər Səndən ötrü can verməyə cümlə hazırız, Səndən ötrü qan tökməyə cümlə qadiriz!.. üçün şərhlər bağlıdır

    “Zəif olmağa haqqım yoxdur, Aysənanın övladlarını onun arzuladığı kimi böyütməliyəm”

    Vətən oldu oğullar!

    Aysənan və Təkminənin 5 illik xoşbəxt həyatı və əbədiyyətə qədər davam edəcək məhəbbət hekayəsi milli-mənəvi dəyərimizin canlı nümunəsidir, kövrək notlarla yazılmış bir həyat simfoniyasıdır.
    20 sentyabr – bu ildən Suverenlik Günü kimi qeyd etdiyimiz tarix Aysənan və Təkminənin toy gününə təsadüf edir. Biz bunu əvvəlcədən bilmirdik, ancaq nədənsə elə həmin gün Aysənanın ailəsini ziyarət etməyi qərara almışdıq. Onun atası Əsgər kişi ilə, övladları Banu və Timurla görüşəndən sonra vaxtilə Aysənanla Təkminənin xoşbəxt günlərinə şahidlik edən evə daxil olduq. Onlar yanaşı oturdular – iki güclü qadın – biri ana, biri yarıyolda qalan ömrün ömür-gün yoldaşı.

    Sükutu Təkminə xanım pozdu:
    – Ailəmiz İmişli rayonunun Göbəktala kəndində yaşayır. 2015-ci ilin sentyabr ayının əvvəlində bizi Tərtər rayonunun Seydimli kəndinə toya dəvət etmişdilər. Mən onda tələbəydim, Bakıda Tibb Kollecində təhsil alırdım. Aysənan da toyda idi. O, hərbi geyimdəydi. Sonradan öyrəndim ki, həmin toya komandiri, şəhid kapitan Nəcməddin Savalanovla gəlmişdi. Sonralar o da şəhid oldu. Məclisdə hamı hərbçilərə hörmətlə yanaşırdı. Aysənan musiqi sifariş etdi və məni qohum qızlarla birlikdə rəqsə çağırdı. Ancaq rəqsimiz yarımçıq qaldı. Ona zəng gəldi və tələsik hamı ilə sağollaşıb getdi. Lakin bu qısa görüş kifayət etmişdi ki, ruhumuz əbədi birləşsin. Bundan sonra valideynləri elçi gəldilər. Cəmi bir neçə gün sonra – sentyabrın 20-də isə toyumuz oldu. İndi Aysənan yoxdur, amma mənim qəlbimdə iki ruh var – onun və özümün. Yaşamağa gücü də bundan alıram. Onun özü kimi möhkəm, iradəli, ailəcanlı olmağa çalışıram. Heç zaman unutmayacağım o xoşbəxt təsadüf ömrümün mənasını dəyişdi.
    Şəhidin anası Rəna xanım dedi ki, Aysənan həmişə və hər yerdə birinciydi: “Orta məktəbdə təhsili və tərbiyəsi, orduda nümunəvi xidmətilə fərqlənirdi. Doqquzuncu sinif şəhadətnaməsində cəmi iki fəndən “4”-ü olmuşdu. Həqiqi hərbi xidməti zamanı, sonradan isə müddətdən artıq hərbi qulluqçu olanda ailəmizə o qədər təşəkkür məktubu gəlirdi ki…”
    Bu yerdə Təkminə xanım söhbətə qoşuldu: Daha ətraflı »

  • 27Sen
    Şəhidlər 19 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatlarında şəhid olan tərtərli hərbçilərin ailələri ilə görüş keçirilib üçün şərhlər bağlıdır

    Rayon rəhbəri şəhidlərin məzarlarını ziyarət edib və il mərasimlərində iştirak edib

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov və aidiyyəti şəxslərlə birlikdə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan 6 nəfər tərtərli şəhidin-Tərtər rayon Səhləbad kənd sakini, 3-cü dərəcəli “Rəşadət” ordenli Lalayev Ruslan Akif oğlunun, Tərtər rayonu Çardaqlı kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Ağayev Kənan Vahid oğlunun, Tərtər rayon Evoğlu kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Vəlizadə Rəşad Elşən oğlunun, Tərtər rayon Kəngərli kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Abbaszadə Emin Faiq oğlunun, Tərtər rayon, Seydimli kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Səfərov Cavid Rövşən oğlunun, Tərtər rayon Qaradağlı kənd sakini, 3-cü dərəcəli “ Vətənə xidmətə görə” ordenli İbrahimov Elnur Səxavət oğlunun ailələri ilə görüşüb.
    44 günlük Vətən müharibəsində qazanılan qələbədən, keçirilən antiterror əməliyyatından danışan icra başçısı torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərə Ulu Tanrıdan rəhmət diləyərək, şəhid ailələrinə səbr, dözüm arzulayıb.
    Rayon rəhbəri Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, rayon sakinləri ilə birlikdə lokal antiterror əməliyyatları zamanı şəhid olan tərtərli hərbçilərin məzarlarını ziyarət edib və il mərasimlərində iştirak ediblər. Daha ətraflı »

  • 27Sen
    Şəhidlər TƏRTƏRLİLƏR ŞƏHİDLƏRİMİZİ EHTİRAMLA ANIRLAR üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Daha bir il keçdi. Dörd ildir ki, evlərdən onların səsi gəlmir. Məqamları uca, yerləri cənnətdir şəhidlərimizin.
    Şəhid qanına boyanmış o torpaqlarda bitən gül-çiçəklərə indi düşmən ayağı dəymir. Qarabağ doğmalarına qucaq açıb. Evlər tikilib, universitet açılıb, məktəblər fəaliyyətə başlayıb. Yollar çəkilir, hava limanları tikilir, dünyada analoqu olmayan layihələr icra olunur.
    Sinələrini sipər edib bu qalibiyyəti, Zəfəri bizlərə yaşadan şəhidlərimiz isə unudulmur və heç zaman unudulmayacaq.
    Anım Günü ilə əlaqədar rayonumuzdakı Şəhidlər Xiyabanını, şəhərimizdəki və kəndlərdəki şəhid məzarlarını ziyarət edənlərin ardı-arası kəsilmir. Rayon İcra Hakimiyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Əliyev ictimaiyyət nümayəndələri, rayon sakinləri ilə birlikdə hər bir şəhid ailəsini yad edir, onların dərdinə şərik olur, şəhidlərimizin məzarlarını ziyarət edirlər. Rayonumuzdan kənarda– paytaxtımızda, digər rayonlarda torpağa tapşırılan tərtərlilər də unudulmayıb. Vətən Müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin Bakıda Şəhidlər Xiyabanındakı məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilib.

    Bu gün Azərbaycanımızın hər bir guşəsində şəhidlərin ruhuna dualar oxunur. Vətənimizin bütövlüyünü, suverenliyini, azadlığımızı bizlərə bəxş edən qəhrəmanlar xalqın ürəyində əbədi yaşayır.

  • 19Sen
    Şəhidlər ŞƏHİDLƏRİMİZİ DƏRİN EHTİRAMLA YAD EDİRİK üçün şərhlər bağlıdır

    Biz Azərbaycan xalqı olaraq şəhidlərimizə əbədi borcluyuq

    Ata döyüşdüyü yerləri oğlu qarış-qarış gəzdi

    I Qarabağ müharibəsi veteranı Akif Lalayev danışır ki, oğlum Ruslan kiçik yaşlarında olanda üzümdəki çapıqları görüb soruşurdu: “Bunlar nədi, ata?” Mən də bildirirdim ki, ermənilərlə döyüşlərdə olub, bu, onların mənə vurduqları yaraların izləridir. Onda Ruslanı qəzəb bürüyür və deyirdi: “Mən sənin intiqamını onlardan alacağam, ata! Bütün Lalayevlər nəslinin qisasını alacağam”. Cavabında oğluma başa salırdım ki, düşmən yalnız bizim ailəyə zərbə vurmayıb, milyonlarla azərbaycanlı nankor qonşularımızın zülmünə məruz qalıb və böyüyən nəsil şəhidlərimizin, yaralıların, ev-eşiklərindən didərgin düşənlərin, əsirlikdə saxlanılanların qisasını almalıdır.
    Vaxt yetişdi, Ruslan böyüdü. Gözəl idmançı, “Qara kəmər” ustası oldu. Əvvəlcə müddətli həqiqi xidmətini böyük müvəffəqiyyətlə başa vurdu. Gözəl əl qabiliyyəti, bacarığı vardı, sənətlərin bir çoxuna mükəmməl yiyələnmişdi. Saatsazlığı, reklam işini, maşın təmirini öyrənmişdi. Halal zəhmətilə ailəsinə kömək edir, gələcəyilə bağlı planlar qururdu.
    Lakin hər zaman atasının üzünə baxanda, körpə vaxtı olduğu kimi, yumruqları düyünlənir və qəlbini bürüyən hissləri cilovlaya bilmirdi.
    Beləliklə də Ruslan dinc həyatı kənara qoyub, yenidən hərbiyə qayıtdı. Hazırlıq kurslarını keçdikdən sonra, xüsusi təyinatlı komandonun döyüşçülərindən biri oldu. Özü də necə döyüşçü! 10 nəfərlə kəşfiyyata gedir və heç vaxt oradan əliboş qayıtmırdı. Düşməni məhv edib, lazım olan məlumatları gətirirdi. Deyirlər ki, belə döyüşlərin birindən sonra axırıncı sağ qalan düşmən zabiti onu öldürməməyi xahiş edib. Ruslan isə cavabında deyib:
    –Bəs mənim atamın övladları yox idi, minlərlə azərbaycanlının – körpələrin, qadınların nə günahı vardı ki, siz onları sərsəm xülyalarınızın qurbanına çüvirirdiniz? Daha ətraflı »

  • 19Sen
    Şəhidlər Yarımçıq qalan arzular… üçün şərhlər bağlıdır

    Cavid Səfərov 24 yanvar 2005-ci ildə rayonumuzun Seydimli kəndində dünyaya gəlib. 5-ci sinfə qədər bu kənddə təhsil alıb. Sonra isə təhsilini şəhər 1 saylı tam orta məktəbində davam etdirib.
    Anası Günel xanım deyir ki, məktəbi dəyişməsinin əsas səbəbi rus dilini öyrənmək arzusu olub. Günel xanımın söhbətindən:
    –Cavidin çox arzuları vardı. Rus dilini yaxşı öyrənmək, xaricdə təhsil almaq istəyirdi. Ancaq özündən əvvəl ailəmizi düşünürdü. Gücü çatdığı qədər kömək etməyə çalışırdı. Ona görə vaxtından tez böyümüşdü balam. Uşaqikən kövrək çiyinlərinə o qədər qayğı götürmüşdü ki!
    Şəhər 1 saylı tam orta məktəbin direktor müavini Ziyafət Rüstəmova isə Cavid haqqında belə danışdı:
    –Onun şəhid olması xəbəri müəllim və şagird kollektivini çox sarsıtdı. Axı, onun uşaqlığı, yeniyetməliyi gözlərimiz önündə keçmişdi! Çox qaynar, ey-ni zamanda saf uşaq idi. Anasına, bacısına kömək etmək üçün ən ağır işlərdən yapışırdı. Bundan ötrü bəzən öz istəklərini, arzularını kənara qoyur, deyirdi ki, vaxt gələcək mən imkan verməyəcəm ki, onlar nədənsə korluq çəksinlər.
    O, 2023-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışdı. Andiçmə mərasiminə qədər anası bir neçə dəfə yanına gedib, görüşmüşdü. Ancaq Cavid heç cür buna yol vermək istəmirdi:
    – Mən yaxşıyam, burda hər şey qaydasındadır, – deyib onu sakitləşdirirdi.
    Sonradan Laçın, Qubadlı istiqamətində xidmət edib. Qaynarlığı, qorx-mazlığı, dözümlülüyü komandirləri tərəfindən çox bəyənilib və hətta ona, müddətli həqiqi xidmətini başa vurandan sonra da Orduda qalmaq təklif olunub.
    Bacısı Ləman danışır ki, – Cavid məzuniyyətə gələndə elə dəyişmişdi ki! Sevinə-sevinə bildirdi ki, komandoda xidmət edəcəm, ilk maaşımı alanda anamın və sənin arzularınızı yerinə yetirəcəyəm. Daha ətraflı »