Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyn
    Şəhidlər Heç kim unudulmur, heç nə yaddan çıxmır üçün şərhlər bağlıdır

    Tərtərli oğulların şücaəti

    Birinci Qarabağ müharibəsi şəhidi Cəfərov Vüqar Asdan oğlu 1968-ci il yanvar ayının 17-də Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur. Həmin kənd orta məktəbində orta təhsil almışdır. 1986- 1988-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 18 №-li Yol İstismarı İdarəsində qaynaqçı işləyirdi. Qarabağ uğrunda müharibə şiddətlənən vaxt Tərtər bölgəsində özünümü-dafiə batalyonu yaradılarkən, erməni işğalçılarının torpaqlarımızda törətdikləri vəhşililklərə qarşı əldə silah mübarizə aparmaq məqsədilə bu batalyonun tərkibinə yazılmışdır. 1992-ci il iyun ayının 3-də keçmiş Ağdərə rayonunun Qırmızıkənd kəndi yaxınlığında Tərtər Batalyonu döyüşə hazırlaşarkən keçid yollarına düzülmüş mina partlayışı nəticəsində şəhid olmuşdur.
    Ailəli idi. İlqar adında bir oğlu var. Əskipara kənd qəbiristanlığında dəfn edilib.
    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov və rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədovla birlikdə rayonun Əskipara kəndində Vüqar Cəfərovun ailəsini ziyarət edib, onların problemləri və qayğıları ilə maraqlanıblar.
    Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatları zamanı tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Daha ətraflı »

  • 20İyn
    Şəhidlər Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru Baxışlı Baxışla doğulduğu Tərtər rayonunun İsmayılbəyli kəndində vida mərasimi keçirildi üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olub.
    Baxışlı Baxış Elşən oğlu ilə doğulub boya-başa çatdığı Tərtər rayonunun İsmayılbəyli kəndində vida mərasimi keçirilib.
    Mərasimdə şəhidin doğmaları ilə yanaşı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dövlət Sərhəd Xidmətinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri, Vətən Müharibəsi Qəhrəmanı Babək Qurbanov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Dövlət Sərhəd Xidmətinin əsgər və zabitləri, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilat kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, kənd sakinləri, rayon ictimaiyyətinin və KİV nümayəndələri iştirak ediblər.
    Dəfn mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Dövlət Sərhəd Xidmətinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri, Vətən Müharibəsi Qəhrəmanı Babək Qurbanov şəhidin ailəsinə başsağlığı verərək, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru Baxış Baxışlının eldən gedən oğul olduğunu vurğulayaraq ailəsinə səbr diləyiblər. Daha ətraflı »

  • 20İyn
    Şəhidlər QOŞA MƏZAR üçün şərhlər bağlıdır

    Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Ədalət Veysəl oğlu 18 sentyabr 1973-cü ildə Kəlbəcər rayonunun Çorman kəndində anadan olub. Ailədə 9 uşaq olublar, 5 bacı, 4 qardaş. Ədalət 4-cü övlad, həm də qardaşların böyüyü idi.
    18 yaşı tamam olanda, o, Kəlbəcər Özünümüdafiə Batalyonuna daxil olur. İlk döyüşü Ağdaban kəndindən başlayır. Faciədən dərhal sonra kəndə daxil olan batalyon üzvləri dəhşətli mənzərə ilə qarşılaşırlar. Bu, gənc Ədaləti çox sarsıdır. Həmin vaxt onunla birlikdə xidmət edən yaxın qohumu Ayaz Verdiyev deyir: “ 18 gün Ağdabanda mühasirə şəraitində qaldıq. Ədalət özünə yer tapa bilmirdi. Ancaq hücuma keçmək, düşməndən intiqam almaq arzusu ilə yaşayırdı.”
    Ağdaban əməliyyatından sonra Batalyon həyəcan siqnalı ilə Laçın, oradan Ağdərə istiqamətinə göndərilib. 20-25 gün Aydoğan yüksəkliyində qalıblar. Qozlu döyüşləri ilə tarixdə qalan qanlı əməliyyat zamanı 30 döyüşcüdən yalnız 8-i salamat çıxıb. Onlardan biri Ədaləıt idi. Birinci Qarabağ müharibəsinin döyüşləri 44 günlük müharibəyə bənzəmirdi. Bəzən əsgərlər çətin relyef şəraitində, meşələrdə, düşmənin əhatəsində tək qalır və çıxış yolunu özləri tapırdılar. Qozlu əməliyyatından sonra qalın meşədə taleyin ümidinə qalan Ədalət dağlarda qazandığı dözümlülüyün və səriştəliliyin hesabına düzgün istiqamət götürüb nabələd cığırlarla 3-4 günə çox çətinliklərlə gəlib özlərinin yurd yerinə çatıb.
    Bu hadisədən sonra Söyüdlü Zastavasında xidmətini davam etdirib. Artıq xeyli döyüş təcrübəsi toplayan Ədaləti tez-tez kəşfiyyata göndərirdilər. Döyüş yoldaşı və qohumu Ayaz Verdiyev söyləyir ki, Ədalət qorxu nə olduğunu bilmirdi. Tapşırığı yerinə yetirmək üçün o, hər an canını qurban verməyə hazır idi. Daha ətraflı »

  • 11İyn
    Şəhidlər Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru Baxışlı Baxışla doğulduğu Tərtər rayonunun İsmayılbəyli kəndində vida mərasimi keçirildi üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    İyunun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu  dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olub.

    Bu gün Baxışlı Baxış Elşən oğlu ilə doğulub boya-başa çatdığı Tərtər rayonunun İsmayılbəyli kəndində vida mərasimi keçirilib.

    Mərasimdə şəhidin doğmaları ilə yanaşı  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dövlət Sərhəd Xidmətinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri, Vətən Müharibəsi Qəhrəmanı Babək Qurbanov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Dövlət Sərhəd Xidmətinin əsgər və zabitləri, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilat kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, kənd sakinləri, rayon ictimaiyyətinin və KİV nümayəndələri iştirak ediblər. Daha ətraflı »

  • 27May
    Şəhidlər BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİ ƏDALƏT ƏLİYEV TƏRTƏRDƏ TORPAĞA TAPŞIRILIB üçün şərhlər bağlıdır

    Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Əliyev Ədalət Veysəl oğlu Tərtərdə dəfn edilib. Ədalət naməlum şəhid kimi Gəncə şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdu.

     

     

     

     

     

     

    Tərtər şəhərindəki Şəhidlər Abidə-Kompleksində Tərtər və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, şəhidlərin ailə üzvlərinin, qazilərin, veteranların, idarə, müəssisə, təşkilat kollektivlərinin, təhsil, səhiyyə, mədəniyyət işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib.
    Vida mərasimində Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxuyub. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyiblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi rəşadətdən danışaraq, qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıblar.
    Cənazə namazından sonra şəhid Tərtər şəhər məzarlığında torpağa tapşırılıb.
    Qeyd edək ki, Əliyev Ədalət Veysəl oğlu Birinci Qarabağ müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü ilin fevralında Kəlbəcərdə Murovdağ istiqamətində itkin düşmüş hesab olunurdu.

     

  • 27May
    Şəhidlər HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR üçün şərhlər bağlıdır

    Cəfərov Anar Qəzənfər oğlu

    1982-ci il yanvar ayının 1-də Tərtər şəhərində anadan olub. 1997-ci ildə 1 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Tərtər şəhərindəki Texniki peşə məktəbinə daxil olub. 2000-ci ildə həmin peşə məktəbini geniş profilli traktorçu-maşınçı, təmirçi-çilingər və avtomobil sürü-cüsü ixtisası üzrə bitirib. Yenidən 2003-cü ildə 96 nömrəli texniki peşə məktəbinin rabitə və elektrik montyoru, 2006-cı ildə “meyvə-tərəvəz” ustası ixtisasları üzrə bitirib.
    2000-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra 2005-2007-ci illərdə Elektromexanika zavodunda gözətçi işləyib. 2008-ci il iyulun 6-dan müddətdən artıq hərbi xidmət qulluqçusu kursuna daxil olub. 2008-ci il oktyabrın 13-dən 703 saylı hərbi hissədə motoatıcı alayında komandir vəzifəsində işləyib. İşlədiyi müddətdə komandanlıq tərəfindən təşəkkür alıb.
    2011-ci il dekabrın 6-da vəzifə borcunu yerinə yetirərkən başından ağır yaralanıb. Bakıdakı hərbi hospitala aparılsa da, dekabrın 20-də xəstəxanada şəhid olub. Tərtər şəhər qəbiristanlığında dəfn olunub. Daha ətraflı »

  • 17May
    Şəhidlər Vətəndaşlar müraciət etdilər, problem həllini tapdı üçün şərhlər bağlıdır

    Şəhid bulağının ətrafı abadlaşdırılıb

    Şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə rayonumuzda bir çox işlər görülür – küçələrə, məktəblərə, sinif otaqlarına onların adları verilir, şəhid bulaqları tikilir.
    Belə bir bulaq Kəngərlidə bu kəndin igid oğlu Emin Abbaszadənin xatirəsinə tikilib. Sakinlər və kəndə gələn qonaqlar tez-tez yollarını buradan salır, şəhidimizin ruhuna dualar oxuyurlar.
    Bu yaxınlaradək bulağın ətrafı abadlaşdırılmamışdı. Şəhid atası Faiq Abbasovun rayon rəhbərinə müraciətindən sonra 42 nömrəli Yol İstismarı MMC tərəfindən şəhid bulağının ətrafına asfalt örtüyü salınaraq, abadlaşdırılıb.
    Şəhidin valideynləri görülən işlərdən razı qalıblar.

     

  • 08Apr
    Şəhidlər Aprel şəhidi Nicat İsgəndərovun xatirəsi anılıb üçün şərhlər bağlıdır

    Azərbaycan Silahlı Qüvvələrinin giziri, 2016-cı ilin Aprel hadisələrində Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş Nicat Bəhruz oğlu İsgəndərovun şəhadətə yüksəlməsinin 8-ci ildönümüdür.
    Bu münasibətlə şəhidin böyüyüb boya-başa çatdığı evin qarşısında təşkil olunmuş tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müs-təqim Məmmədov, rayon polis şöbəsinin rəis müavini, mayor Samir Bayramov, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov işğal olunmuş Qarabağ torpaqlarının azad olunması uğrunda zaman-zaman canından keçmiş Nicat kimi igid oğulların döyüş yolundan, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən, ötən ilin sentyabr ayının 19-da aparılan lokal xarakterli antiterror əməliyyatlarından danışıb, ölkə rəhbərinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazlərə göstərdiyi diqqət və qayğını dilə gətirib. Nicat kimi oğul böyütdükləri üçün valideynlərinə təşəkkür edib, şəhid analarının qarşısında baş əydiyini bildirib. Daha ətraflı »

  • 01Apr
    Şəhidlər 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü üçün şərhlər bağlıdır

    Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu mümkün olmadı və nəhayət həqiqət anı yetişdi.

    Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

    1918-ci ilin 30 mart – 3 aprel tarixində Daha ətraflı »

  • 28Mar
    Şəhidlər Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anım mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər şəhərində Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anım mərasimi keçirilib.
    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, döyüş yoldaşları əvvəlcə qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla anıblar. Şəhidlərin ruhuna dua oxunub.
    Tədbirdə çıxış edənlər Vəzir Orucovun həyatı və döyüş fəaliyyəti barədə danışıb, xatirələrini bölüşüblər. Bildiriblər ki, Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdü.
    1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər Özünümüdafiə Batalyonuna daxil olmuşdu. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da, komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxaraq Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaşa evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin. Daha ətraflı »