Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əslən Tərtərdən olan həmyerlimiz şəhid Verdiyev İsax Ədalət oğlunun Sumqayıt şəhərində yaşayan valideynlərini qəbul edib, onlarla səmimi söhbət edib. İcra başçısı bildirib ki, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi xalqımız tərəfindən ehtiramla yad edilir. “Şəhidlər ölməz, Vətən bölünməz”,- şüarı ilə döyüşə gedən oğullar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizə Zəfər gününü yaşatdı. Daha ətraflı »
-
21MayŞəhidlər Rayon rəhbəri şəhid Verdiyev İsax Ədalət oğlunun valideyinləri ilə görüşüb üçün şərhlər bağlıdır
-
19MayŞəhidlər ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ! üçün şərhlər bağlıdır
Dən səpdik-bitən oldu, ormanlara tən oldu,
Buralar torpaq idi, can verdik Vətən oldu…
Vahid Əziz, Azərbaycanın xalq şairiƏfsanəvi komandir
Qənbər Qənbərli Kəngərli kənd orta məktəbinin IX sinfindən sonra 2009-cu ildə Naxçıvanski adına hərbi liseyə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Bundan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirib. Məktəbin nümunəvi məzunlarından biri olduğunu Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə sübut edib. Əfsanəvi kəşfiyyatçı, cəsur komandir kimi yaddaşlarda qalıb.
Baş leytenant Qənbər Qənbərli üç nəfərlik kiçik dəstə ilə düşmənin arxasına keçərək, ordumuzun irəliləməsi üçün ona verilən bütün tapşırıqları qəhrəmancasına yerinə yetirib. Ərazinin çətin olması və düşmənin daha əlverişli mövqedə yerləşməsi bu vəzifənin öhdəsindən gəlməyi çətinləşdirirdi. Ancaq dəstədə hamı arxayın idi. Çünki Qənbər Qənbərli kimi ağıllı komandirləri vardı.
Bu kiçik dəstə elə döyüşürdü ki, düşmən onların cəmi 3 nəfər olduğunu güman etmir və yaxınlaşa bilmirdi. Qənbərlinin əlverişli mövqe seçməsi nəticəsində ermənilərə xeyli zərbə vurulub. Düşmən postuna ehtiyat sursat və şəxsi heyət daşıyan maşınlara atəş açılaraq, onların həmin posta yaxınlaşmasına imkan verilməyib. Həmçinin həmin posta gedən kommunikasiya xətləri kəsilib. Bizim arxadakı topçulara koordinat verilib.
Bundan sonra ermənilərin “UAZ” markalı sanitar maşını atəşə tutularaq, bir zabit və sürücüsü yerindəcə məhv edilib. Qalanları isə elə maşındaca komandirin atdığı qumbara nəticəsində zərərsizləşdirilib. Daha ətraflı » -
19MayŞəhidlər Sevgi dolu bir ürəkdi Rəşad üçün şərhlər bağlıdır
Anası Afidə xanım “Ay ürəyim” deyirdi oğlu Rəşada. Həqiqətən də, anasının, atasının, doğmalarının ürəyi idi. Allahdan ona ayrılmış qısa bir zaman kəsiyində nə qədər işlər görə bilmişdi Rəşad! Bu qədər insanın sevgisini, rəğbətini necə qazanmışdı?!
Bu gün onun yaşadığı ünvana, son mənzili olan Hacıqərvənd kəndindəki qəb-ristanlığa çoxlu insan gəlir. Səbəbi gənc olmasına baxmayaraq, göstərdiyi şücaətlər, ətrafındakılara, xüsusən tabeliyində olan əsgərlərə münasibəti, təkcə ailəsi üçün deyil, Vətən üçün layiqli övlad olmasıdır.
Onun üzündə daim təbəssüm olardı. Bu təbəssüm indi otağında məhəbbətlə qorunan şəkillərdə yaşayır və sanki valideynlərinə təsəlli kimi onun cənnətdə olmasını xatırladır.
Oxuduğu Hacıqərvənd kənd orta məktəbində və həvəslə təhsil aldığı Mingəçevir İdman və Turizm Kollecində onun adı siniflərə verilib, şagird və tələbələrlə görüşlər keçirilib.
Rəşad Mirzəli 1995-ci ildə mayın 26-da Hacıqərvənd kəndində doğulmuşdu. Baharın gözəl çağında dünyaya göz açan bu oğlan daim ətrafında sevgi və xoş münasibət görmüşdü, özünün də qəlbi sevgi ilə doluydu, amma bu hisslərə həm də düşmənə olan nifrət qarışmışdı. Ona görə də Rəşad şəxsi hisslərini, münasibətlərini bir kənara qoyub, hərb yolunu seçdi və bu yolda da əbədiyaşarlıq qazandı. Daha ətraflı » -
19MayŞəhidlər Arzusunu atası yerinə yetirdi üçün şərhlər bağlıdır
Elşən Məmmədovun ailəsi kəlbəcərli olsa da, o özü bu yerləri heç vaxt görməmişdi. Amma xəyallarında Kəlbəcərlə bağlı gözəlliklərlə dolu bir dünya yaşadırdı. Bu dünya doğma yurddan ayaqyalın, başıaçıq çıxan atası Dağıstan kişinin, anası Kifayət xanımın söhbətlərindən yaranmışdı.
Dağıstan kişi deyir ki, Kəlbəcər işğal edilərkən, onlar dolu evlərindən heç nə götürə bilmədilər. Bir-təhər gəlib çıxdılar Tərtər rayonunun Hacıqərvənd kəndinə. Burada ailəni uşaq bağçasında yerləşdirdilər, yatacaq verdilər. Kənd sakinləri isti paltar gətirdilər. Beləliklə, ailə yenidən yavaş-yavaş ayaq üstə durdu. Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində indi rayonumuzda qaçqınlar üçün salınmış müasir qəsəbədə rahat mənzilləri var.
Dolanışıq düzəlsə də, elə gün olmazdı ki, Dağıstan kişigildə Kəlbəcər barədə söhbət düşməsin. Elşən bunları dinləyədinləyə böyüyürdü. Atasının dediyinə görə ən böyük arzusu Kəlbəcəri görmək idi. Deyirdi, mən atamın dədə-baba yurdunda toy edəcəyəm. Lakin qismət olmadı…
Elşən Məmmədov 1996-cı ildə rayonumuzun Hacıqərvənd kəndində doğulmuşdu. Orta məktəbi Buruc kəndində bitirib. Daha ətraflı » -
19MayŞəhidlər Qovuşan ruhlar üçün şərhlər bağlıdır
Belə bir deyim var: Həyat olumla ölüm arasındakı ömür yoludur. Bu yolda hərə öz taleyini yaşayır. Sakit, hamar, keşməkeşsiz ömür yolları ilə bərabər qədərin qismət etdiyi ömür yolları da var.
Pakizə ananın ömür yolu da belələrindən idi. Ağdamın axar-baxarlı Qiyaslı kəndində yaşayan bu qadının nə vaxtsa yurd-yuvasından ayrılacağı yuxusuna da girməzdi. Cavan yaşından ömür-gün yoldaşını itirən Pakizə ana həyatın acı-şirinini çox dadmışdı. Öz alın tərinin qazancı ilə 3 oğul, iki qız böyüdüb təhsil vermişdi. Bu beş övladın beşi də anası üçün canından keçməyə hazır, böyük-kiçik yeri bilən idilər. Ana da onları çox sevərdi. Ancaq, özü demişkən, oğlu Zahidin yeri bir başqa idi. Bəlkə də ana ürəyi onu tez itirəcəyini duymuşdu.
Xain qonşularımızla başlanan müharibə çoxlarının ömrünü yarıda qoydu. Zahid də iş başında vəzifə borcunu yerinə yetirərkən namərd gülləsinə tuş gəldi. Tərtər Rayon Polis Şöbəsinin sahə müvəkkilini yoldaşları indi də hörmətlə xatırlayırlar.
Elə öz kəndlərində dəfn mərasimi keçirərkən ermənilərin kəndə hücumu dərd içində olan ailəni məcburi köçkün həyatı yaşamağa şövq etdi. Ev-eşiklərindən bir çöp belə götürmədən evi tərk edəsi oldular. Onların Tərtərdə qonşumuzun boş evinə yığışdıqları xatirimdədir. Pakizə ana başsağlığı verən qohum-qonşu ilə tez qaynayıb qarışdı. Küçəmizin elə bir xeyir-şəri olmazdı ki, orada iştirak etməsin. Daha ətraflı » -
06MayŞəhidlər UNUTMAYAQ! üçün şərhlər bağlıdır
Mayda doğulan tərtərli Vətən Müharibəsi şəhidləri
Axundov Ədavət Zahid oğlu
Ədavət Axundov 1969-cu ilin may ayının 1-də Tərtər rayonunun Umudlu kəndində anadan olub.
Ədavət Axundov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində oktyabr ayının 14-də yaşadığı evin həyətinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhərində dəfn olunub.
Ailəli idi. 3 övladı yadigar qalıb.
Abbasov Elvin Şamil oğlu
Elvin Abbasov 1992-ci il may ayının 6-da Tərtər rayonunun Umudlu kəndində anadan olub.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elvin Abbasov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Noyabrın 11-də Şuşa döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Hacılı kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elvin Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Hacıyev Qubad Cəmil oğlu
Qubad Hacıyev 1988-ci il may ayının 19-da Tərtər şəhərində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Qubad Hacıyev Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qubad Hacıyev oktyabrın 10-da Ağdərə istiqamətində şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Qubad Hacıyev ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Quliyev Anar Tofiq oğlu
Anar Quliyev 1985-ci ilin may ayının 23-də Tərtər şəhərində anadan olmuşdur.
Anar Quliyev Vətən müharibəsi zamanı 20 oktyabr tarixində Cəmilli kəndinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhər qəbristanlığında dəfn olunub. Daha ətraflı » -
18MarŞəhidlər Şəhid ailələrinə və qazilərə bayram sovqatları çatdırılıb üçün şərhlər bağlıdır
“YAŞAT” Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində Fondun və Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhidlərimizin və qazilərimizin ailələri ziyarət edilib və onlara bayram sovqatları çatdırılıb. Bildirilib ki, ölkəmizin hər yerində olduğu kimi, Tərtər rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərimizə daim diqqət və qayğı ilə yanaşılır.
Vurğulanıb ki, bu layihənin məqsədi müvafiq kateqoriyadan olan şəxslərin daima, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.
Şəhid ailələri və qazilər onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. -
18MarŞəhidlər Şəhid ailələri üçün bayram tədbiri üçün şərhlər bağlıdır
ŞƏHİDLƏR XALQIMIZIN RUHUNDA YAŞAYIR
Ağ saçlı analar, qara örpəkli gəlinlər əyləşən bu zalda hər kəs fikirləri ilə baş-başa qalsa da, eyni zamanda möhtəşəm bir qələbə, bayram sevinci yaşanırdı.
Uzaqlara dikilən baxışlarda xatirələr canlanır, bir-birindən xoşbəxt günlər göz önündən gəlib keçirdi. Onlar dərdli olsalar da, çox qürurluydular. Sanki canlarından artıq sevdikləri doğmalarına demək istəyirdilər: “Biz tək deyilik, sizlər də unudulmamısınız. Siz bu xalqın ruhunda, öz torpağında xoşbəxt yaşayan insanların razılıq dolu əməllərində, körpələrin gülüşündə yaşayırsınız”.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun gəlişi ilə zalda canlanma hiss olundu.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni çalındı.
Sonra icra başçısı masalara yaxınlaşıb, şəhid ailələri ilə bir-bir görüşdü, 8 Mart və qarşıdan gələn Bahar bayramı münasibətilə onları təbrik etdi.Şəhid anaları, şəhidlərin həyat yoldaşları, bacıları ilə görüşə Bakıdan da qonaq-lar gəlmişdilər. Rayonumuzdakı “Tərtər” istirahət mərkəzində keçirilən bu tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə, Azərbaycan Respublikası-nın İnsan hüquqları üzrə sabiq müvəkkili, kimya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdcüsü, dövlət və ictimai xadimi Elmira Süleymanova, kimya üzrə elmlər doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, həmçinin rayonumuzun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri, rayon Ağsaqqallar şurasının sədri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Daha ətraflı »
-
18FevŞəhidlər ŞƏHİDİN İL MƏRASİMİ KEÇİRİLİB üçün şərhlər bağlıdır
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Ələkbər Ələkbərli 1991-ci ilin iyul ayının 28-də Tərtər rayonunun Köçərli kəndində dünyaya göz açmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Ələk-bərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd qəbristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Ələkbər Ələkbərli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb. -
10FevHərbi vətənpərvərlik, Şəhidlər ŞÜCAƏTLƏRİLƏ ADINI TARİXƏ YAZAN İGİD üçün şərhlər bağlıdır
Vətən torpağı uğrunda canından keçən, xalqının xoşbəxtliyini öz doğmalarının xoşbəxtliyindən uca tutan hər bir şəhidimiz bizim qürur yerimiz, fəxrimizdir. Aylar, illər kecəcək, nəsillər dəyişəcək, ancaq bu oğulların əziz xatirəsi heç zaman unudulmayacaq. Ona görə də bu gün üzərimizə düşən vacib məsələlərdən biri qəhrəmanlarımızın gənc nəsilə tanıtdırılması, onların hər birinin həyat yolunun öyrədilməsidir. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən müntəzəm olaraq müxtəlif tədbirlər keçirilir. Bu günlərdə belə tədbirlərdən biri “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudova həsr olunmuşdur. Şəhidin doğum günü münasibəti ilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, rayon içtimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra qəhrəmanın doğulduğu Səhlabad kəndindəki şəhidlər abidəsinin önünə tər gül dəstələri qoyulub.
Tədbirdə Mehrac Mahmudovun şərəfli həyat yolunun səhifələri vərəqlənib. Qeyd olunub ki, Mehrac Mahmudov 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhlabad kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında Xabarovsk şəhərində hərbi xidmətdə olub. Texnologiya institutunu bitirib. 1980-ci ildə sərbəst güləş üzrə «Usta» normasını yerinə yetirib. Daha ətraflı »
Yeni ismarıclar