Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17May
    Şəhidlər Vətəndaşlar müraciət etdilər, problem həllini tapdı üçün şərhlər bağlıdır

    Şəhid bulağının ətrafı abadlaşdırılıb

    Şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə rayonumuzda bir çox işlər görülür – küçələrə, məktəblərə, sinif otaqlarına onların adları verilir, şəhid bulaqları tikilir.
    Belə bir bulaq Kəngərlidə bu kəndin igid oğlu Emin Abbaszadənin xatirəsinə tikilib. Sakinlər və kəndə gələn qonaqlar tez-tez yollarını buradan salır, şəhidimizin ruhuna dualar oxuyurlar.
    Bu yaxınlaradək bulağın ətrafı abadlaşdırılmamışdı. Şəhid atası Faiq Abbasovun rayon rəhbərinə müraciətindən sonra 42 nömrəli Yol İstismarı MMC tərəfindən şəhid bulağının ətrafına asfalt örtüyü salınaraq, abadlaşdırılıb.
    Şəhidin valideynləri görülən işlərdən razı qalıblar.

     

  • 08Apr
    Şəhidlər Aprel şəhidi Nicat İsgəndərovun xatirəsi anılıb üçün şərhlər bağlıdır

    Azərbaycan Silahlı Qüvvələrinin giziri, 2016-cı ilin Aprel hadisələrində Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş Nicat Bəhruz oğlu İsgəndərovun şəhadətə yüksəlməsinin 8-ci ildönümüdür.
    Bu münasibətlə şəhidin böyüyüb boya-başa çatdığı evin qarşısında təşkil olunmuş tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müs-təqim Məmmədov, rayon polis şöbəsinin rəis müavini, mayor Samir Bayramov, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov işğal olunmuş Qarabağ torpaqlarının azad olunması uğrunda zaman-zaman canından keçmiş Nicat kimi igid oğulların döyüş yolundan, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən, ötən ilin sentyabr ayının 19-da aparılan lokal xarakterli antiterror əməliyyatlarından danışıb, ölkə rəhbərinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazlərə göstərdiyi diqqət və qayğını dilə gətirib. Nicat kimi oğul böyütdükləri üçün valideynlərinə təşəkkür edib, şəhid analarının qarşısında baş əydiyini bildirib. Daha ətraflı »

  • 01Apr
    Şəhidlər 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü üçün şərhlər bağlıdır

    Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu mümkün olmadı və nəhayət həqiqət anı yetişdi.

    Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

    1918-ci ilin 30 mart – 3 aprel tarixində Daha ətraflı »

  • 28Mar
    Şəhidlər Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anım mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər şəhərində Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anım mərasimi keçirilib.
    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, döyüş yoldaşları əvvəlcə qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla anıblar. Şəhidlərin ruhuna dua oxunub.
    Tədbirdə çıxış edənlər Vəzir Orucovun həyatı və döyüş fəaliyyəti barədə danışıb, xatirələrini bölüşüblər. Bildiriblər ki, Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdü.
    1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər Özünümüdafiə Batalyonuna daxil olmuşdu. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da, komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxaraq Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaşa evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin. Daha ətraflı »

  • 28Mar
    Şəhidlər Onlar atəşkəs dövründə şəhid olublar üçün şərhlər bağlıdır

                                                                                Quliyev Elməddin Cəfər oğlu
    1987-ci il may ayının 7-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. Orta təhsilini Qapanlı kənd orta məktəbində alıb. Səhhətində olan problemlə əlaqədar hərbi xidmətə getməsinə müddət verilib. Bu müddətdə kənddə təsərrüfat işləri ilə məşğul olub. 2012-ci il oktyabrın 26-da Qapanlı kəndinin erməni kəndinə yaxın hissəsindən qayıdarkən erməni təcavüzü nəticəsində minaya düşərək şəhid olmuşdur. Qapanlı kənd qəbiristanlığında dəfn olunub.
    Evli idi. Sadiq və Əli adlı iki oğlu var. Övladları və həyat yoldaşı Nuranə Elməddinin valideynləri ilə birgə Tərtər rayonunun Qapanlı kəndində yaşayırlar.

                                                                               Şəmilov Orxan Fərhad oğlu
    1988-ci il noyabrın 22-də Tərtər rayonunun Buruc kəndində anadan olub. Orta təhsilini Buruc kənd tam orta məktəbində alıb, həmin məktəbin 9-cu sinfini bitirib. Ata-anasına təsərrüfat işlərində kömək edib. 2007-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Füzuli rayonunda çəkib. 2008-ci il noyabr ayının 17-də postda dayanarkən –vəzifə borcunu yerinə yetirərkən ermənilərin qəfləti hücumuna məruz qalıb. Döyüşərək 2 erməni quldurunu məhv edib, özü isə neytral ərazidə şəhid olub. Meyiti 2 gündən sonra götürülüb. Buruc kənd qəbiristanlığında dəfn olunub.
    Subay idi. Atası rəhmətə gedib, anası Tərtər rayonunun Buruc kəndində yaşayır. Daha ətraflı »

  • 12Mar
    Şəhidlər DAHİLƏR ANASI ÇAĞRILIR ADIN! üçün şərhlər bağlıdır

    Şəhid anası

    Qələbənin bir addımlığında…

     

    Hər bir ana övladını xoş günlər üçün böyüdür. Övladın boyu artdıqca, anaların arzuları çoxalır, onlarla bağlı nə qədər xəyallar qururlar.
    Ancaq İltifat xanım oğlu Cahangirlə birlikdə bu arzularını Vətənə, bayrağımıza, torpağa qurban verdi.
    Cahangir Surxayzadə 44 günlük Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərin sonuncu günü, qələbəmizin bir addımlığında şəhidlik zirvəsinə ucalıb.
    İltifat ana deyir:
    –Cahangir çox vətənpərvər övlad idi. 2016-cı ildə əsgəri borcunu yerinə yetirib, gəlmişdi. Düşünürdük ki, kəndimizdə qalıb təsərrüfat işlərilə məşğul olacaq. Ancaq o, razılaşmadı Səbəbini hamımız başa düşürdük. Vətənimizin, torpaqlarımızın, azadlığı onun üçün hər şeydən üstün idi.
    Beləliklə də Cahangir Surxayzadə yenidən orduya qayıdır. Müddətdən artıq hərbi qulluqçu kimi DİN-in Daxili Qoşunlarında xidmət edirdi. Döyüş yolu Füzuludən, Cəbrayıldan, Qubadlıdan, Daşaltıdan keçdi.
    İltifat ana danışır ki, çox az halda o zəng edib ailəsi ilə danışa bilirdi. Erməni quldurları Bərdəni raket atəşinə tutanda, burada doğum evində qardaşı Babəkin övladı dünyaya gəlməliydi. Cahangir elə bu anlarda zəng elədi. Çox həyəcanlıydı. Bildirdi ki, narahat olmayın, düşmən törətdiyi hər cinayətin cəzasını alacaq, elə alır da. Biz onları qova-qova gedirik. Tezliklə görüşəcəyik. Daha ətraflı »

  • 29Fev
    Şəhidlər “Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir” İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti üçün şərhlər bağlıdır

    3-cü dərəcəli “Rəşadət” ordenli Ruslan Lalayevin doğum günü məzarı önündə qeyd olunub

    Tərtər rayonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü, Səhlabad kənd sakini, kiçik çavuş Lalayev Ruslan Akif oğlunun doğum günü məzarı önündə qeyd olunub.
    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhidin yaxınları, döyüş yoldaşları, kənd sakinləri, məktəblilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
    Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, kiçik çavuş Lalayev Ruslan Akif oğlu 1994-cü il fevral ayının 17-də Tərtər rayonunun Səhlabad kəndində anadan olub. Ruslan Lalayev 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Səhlabad kənd qəbiristanlığında torpağa tapşırılıb. Daha ətraflı »

  • 20Fev
    Şəhidlər Heş kim unudulmur, heç nə yaddan çıxmır üçün şərhlər bağlıdır

    Onun arzusunu Azərbaycan Ordusu reallaşdırdı

    İstər I Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, istərsə də Azərbaycan Ordusunun Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı digər hərbi əməliyyatlarda xalqın xoşbəxtliyi yolunda şirin canlarını fəda edən qəhrəmanlar illər keçsə də, unudulmur. Şanlı Qələbəmiz sanki onların ailələrinin dərd-qəminin üzərinə bir sərinlik suyu çiləmiş, şəhidlərimizin ruhu şad olmuş, ailə üzvlərinin isə üzlərinə illərdir görünməyən təbəssüm qonmuşdur.
    Belələrindən biri də I Qarabağ müharibəsi şəhidi Qüdrət Ağamalıyevin ailəsidir.
    Qüdrət Qərib oğlu Ağamalıyev 1959-cu il oktyabr ayının 2-də rayonumuzun Qapanlı kəndində anadan olub. Qapanlı kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra orta təhsilini Şuşa 1 nömrəli internat məktəbində alıb. 1978-1980-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
    Məktəbi bitirdikdən sonra, o, kolxozda sürücü işləyirmiş. 1993-cü ilin noyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu Sıralarına səfərbər edilib. 1994-cü il yanvar ayının 20-də Ağdərə bölgəsində Lüləsaz kəndi ətrafında gedən döyüşdə şəhid olub.
    O, şəhid olarkən övladları çox kiçik idilər. İndi, şükür, böyüyüblər və atalarının müqəddəs xatirəsini qəlblərində yaşadırlar. Daha ətraflı »

  • 20Fev
    Şəhidlər Qəhrəmanları Gülnar xanım kimi analar böyüdüb üçün şərhlər bağlıdır

    Bu günlərdə rayon rəhbəri həmçinin Vətən müharibəsai şəhidi Əjdər Sabirlinin ailəsini ziyarət edib. Ailə rayonumuzun Hacallı kəndində yaşayır. Gülnar ananı 55 illik yubileyi münasibəti ilə təbrik edən Müstəqim Məmmədov bildirib ki, xalqımıza Şanlı Zəfəri bəxş edən qəhrəman oğulları Gülnar xanım kimi Azərbaycan anaları böyüdüb tərbiyə ediblər. Vətən sevgisi onların ürəyinə ana laylası ilə hopub. Buna görə də həmin oğullar döyüş meydanında mərdliklə vuruşdular.
    Vətən, xalq şəhid olan övladlarını da, onların ailələrini də həmişə əziz tutub və tutacaq.
    Sonra şəhidin həyat yoluna nəzər salınıb. Qeyd olunub ki, şəhid kiçik çavuş Sabirli Əjdər Xanlar oğlu 1966-cı ilin dekabr ayının 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub. O, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu idi.
    Vətən müharibəsi başlayanda 4 il idi ki, hərbidə qulluq edirdi. O, tankçı idi. Sabirli Əjdər 11 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində Suqovuşan, Talış kəndləri istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub. Daha ətraflı »

  • 31Yan
    Şəhidlər Şəhid atasının 55 illik yubileyi üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Tərtər rayonunun Evoğlu kəndindən olan şəhid Əhmədzadə Məftunun atası Seymur Əhmədovu 55 illik yubileyi münasibəti ilə təbrik edib, ona səmimi arzularını çatdırıblar. İcra başçısı bütün şəhid valideynlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edilib.
    Qeyd edək ki, Əhmədzadə Məftun Seymur oğlu 2 fevral 1996-cı il tarixdə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 2014-cü ildə Evoğlu kənd tam orta məktəbini bitirib. Elə həmin ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
    Ordudan tərxis edildikdən sonra bir müddət “İctimai dəstəkli polis” layihəsinin iştirakçısı kimi fəaliyyət göstərib, sonra yenidən öz kəndlərində əkin-biçin işlərilə məşğul olmağa başlayıb. Nəhayət, 2021-ci ilin noyabr ayında anasına bildirib ki, müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmət etmək istəyir. Anasının xeyir-duasını alaraq, “Komando” dəstəsinə yazılıb. Şəmkirdə xidmət edib. Hadisədən bir ay əvvəl öz istəyi ilə ən çətin əraziyə–Laçın rayonuna dəyişdirilib.
    Məftun Əhmədzadə 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatlar nəticəsində şəhid olub. Sentyabrın 16-da qəhrəmanımız böyük izdihamla doğulduğu Evoğlu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
    Subay idi. Ailədə üç uşaq olublar, bir qardaş, iki bacı.
    Məftun Əhmədzadə ölümündən sonra döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli ”Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.