Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan
    Şəhidlər 19 yaşı məzarı önündə qeyd olundu üçün şərhlər bağlıdır

    Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 2005-ci il təvəllüdlü, rayonun Seydimli kənd sakini Səfərov Cavid Rövşən oğlunun doğum günü məzarı önündə qeyd olunub.
    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhidin yaxınları, döyüş yoldaşları, kənd sakinləri şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
    Qeyd edək ki, şəhid Cavid Səfərov 2005-ci il yanvar ayının 24-də Tərtər rayonunun Seydimli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cavid Səfərov 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Seydimli kənd qəbiristanlığında torpağa tapşırılıb.
    Şəhid Səfərov Cavid Rövşən oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

     

  • 18Yan
    Şəhidlər Şəhidlərimizin qisası alınıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və rayon prokuroru Əli Qurbanovla birlikdə Hüsənli kəndində şəhid Əmirov Şahin Əhəd oğlunun ailəsini ziyarət edib, ailənin qayğısı və problemləri ilə maraqlanıb.
    Rayon rəhbəri bildirib ki, şəhidlərin xatirəsi, onların ailəsi bizim üçün müqəddəsdir. Çünki onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
    Qeyd edək ki, şəhid Əmirov Şahin Əhəd oğlu 1961-ci il fevral ayının 23-də Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Sürücülük ixtisasına yiyələnmiş və yaşadığı M.Ə.Sabir adına sovxozda sürücü işləmişdir. Qarabağ müharibəsi başlananda o, rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilmişdir. Xidmət etdiyi 703 saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü il dekabr ayının 29-da Ağdərə ətrafında gedən döyüşdə şəhid olmuşdur. Evli idi. Yaqut və Nuranə adlı iki qızı var. Şahin Əmirov Hüsənli kənd qəbiristanlığında dəfn olunub. Daha ətraflı »

  • 18Yan
    Şəhidlər Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun anım gunu qeyd olundu üçün şərhlər bağlıdır

    Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun anım gunu keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, şəhid ailələri, qazilər və qəhrəmanın ailə üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, qəhrəmanın büstü önünə tər gül dəstələri qoymuşlar.
    Tədbir iştirakçılarına öncə onun həyat və döyüş yolu haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1968-ci ildə Azadqaraqoyunlu kənd tam orta məktəbini bitirib, Azərbaycan Dövlət Politexnik İnstitutunun məzunudur. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1990-cı illərdə Tərtər rayonunda müxtəlif məsul vəzifələrdə çalışıb.
    Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunub. Daha ətraflı »

  • 20Dek
    Şəhidlər Heç kim unudulmur, heç nə yaddan çıxmır üçün şərhlər bağlıdır

    Şəhid ailələrinin ziyarəti davam edir

    İllər ötsə də, Qarabağın azadlığı uğrunda canlarını fəda etmiş oğullar unudulmur. Onlardan biri də I Qarabağ müharibəsi şəhidi Seymur Mobil oğlu Muradovdur.
    Muradov Seymur Mobil oğlu 1970-ci il avqust ayının 28-də Tərtər rayonunun Xoruzlu kənd inzibati ərazi vahidinin Bayandurlu kəndində anadan olub. Orta təhsilini Xoruzlu kənd orta məktəbində aldıqdan sonra 1988-1990-cı illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra “Oktyabr” kolxozunda kolxozçu işləyib. Qarabağ uğrunda müharibə başladıqdan sonra rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilib. Xidmət etdiyi “N” saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1993-cü il dekabr ayının 29-da Ağdərə rayonunun Dəstəgül kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
    Şəhidin anım günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Bayandurlu kəndində onun ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıb. Görüş zamanı qeyd olunub ki, Seymur Muradovun və onun silahdaşlarının başa çatdıra bilmədikləri işi 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyilə müzəffər Azərbaycan Ordusu başa çatdırdı. Daha ətraflı »

  • 11Dek
    Şəhidlər ŞƏHİDLƏR GÜNƏŞ KİMİ ƏBƏDİ YAŞAYACAQLAR üçün şərhlər bağlıdır

    Şəhid valideynlərinin həmişə gözü yoldadır. Bu yolla onlar öz övladlarını Vətənin müdafiəsinə göndəriblər. Son dəfə görüşüb, ayrılıblar. Bu, yalnız cismani ayrılıqdır. Çünki illər keçsə də, qəhrəman övladlar xalqımız tərəfindən unudulmur. Şəhid ailələrinin tez-tez rayon rəhbəri, ictimaiyyət nümayəndələri, məktəblilər tərəfindən ziyarət olunması da bunun əyani sübutudur.
    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatı və rayon Ağsaqqallar Şurasının sədrlərilə birlikdə Hacallı kəndində şəhid Əjdər Sabirlinin, Köçərli kəndində Elnur Abbaslının (hər ikisi Vətən müharibəsi şəhididir) və birinci Qarabağ müharibəsi şəhidi Zəka Həsənovun ailələrini ziyarət ediblər. Rayon rəhbəri Elnur Abbaslının atası Yaşar Abbasovu və Zəka Həsənovun anası Nazilə Həsənovanı 65 illik yubileyləri münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb.
    Hər üç ailədə qəhrəman oğullardan söhbət açılıb. Bildirilib ki, Vətənimiz məhz belə igidlərin sayəsində bu gün azad və qüdrətlidir. Qədirbilən xalqımız öz şəhid övladlarını əbədi olaraq yaşadacaq.
    Rayon rəhbəri həmçinin şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanıb, möhtərəm Prezidentimiz İlham Əliyev və dövlətimiz tərəfindən bu istiqamətdə bütün tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

    “YENİ TƏRTƏR”

  • 11Dek
    Şəhidlər VALİDEYNLƏRİNƏ VERDİYİ SÖZƏ ƏMƏL ETDİ üçün şərhlər bağlıdır

    Ağayev Kənan Vahid oğlu 2002-ci il sentyabr ayının 9-da Oğuz rayonunda dünyaya gəlib. Valideynləriinə 30 il müddətində məcburi köçkün statusu daşımaq qismət olub. Onlar əslən Ağdərə rayonunun İmarət Qərvənd kəndindəndilər.
    Bu kənd uzun müddət erməni quldurlarının mühasirəsində qalaraq, müqavimət göstərsə də, nəhayət, sakinlər kəndi tərk etməyə məcbur olublar. Ağayevlər ailəsinin 4 övladı, – 3 oğlan, 1 qız və onlar özləri didərginlik həyatının bütün ağrı-acılarını yaşamışlar. Hal-hazırda Tərtər rayonunun Çardaxlı kəndinin qeydiyyatındadırlar, müvəqqəti olaraq Oğuz rayonunda məskunlaşıblar.
    Vətənə məhəbbət hissi bu ailədə böyüyən övladların qanına halal ata çörəyi ilə birlikdə hopmuşdu. Valideynləri kimi, onlar da doğma kəndlərinin işğal altında qalması ilə barışa bilmirdilər. Kənanın böyük qardaşı Nurlan deyir ki, 44 günlük Vətən müharibəsi baş-layanda, ailədə hamı sevindi. Nurlan isə müharibəyə könüllü gedib, torpaqlarımızın azad edilməsi uğrunda şərəflə vuruşdu. Daha ətraflı »

  • 30Noy
    Şəhidlər ŞANLI QƏLƏBƏMİZ OĞUL DƏRDİNƏ MƏLHƏMDİR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Azad Qaraqoyunlu kəndində birinci Qarabağ müharibəsi şəhidi İsax Rəhimovun ailəsində olub, ailənin qayğıları və problemləri ilə maraqlanıb.
    Rayon rəhbəri bildirib ki, şəhidlərin xatirəsi, onların ailəsi bizim üçün müqəddəsdir. Çünki onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub.
    Qeyd olunub ki, İsax Rəhimov 1975-ci il fevral ayının 26-da Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb. 1993-cü il aprel ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilib. Xidmət etdiyi 702 saylı hərbi hissənin tərkibində Füzuli bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə fəal iştirak edib və komandanlıq tərəfindən Fəxri Fərmanla təltif edilib.
    1994-cü il dekabr ayının 28-də Füzuli rayonunun Alıxanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Subay idi. Azad Qaraqoyunlu kənd qəbiristanlığında dəfn edilib. Daha ətraflı »

  • 07Noy
    Şəhidlər ŞƏHİDLƏR BU HƏYATDA BƏNZƏYƏR ƏBƏDİ GÜNƏŞƏ üçün şərhlər bağlıdır

    Bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

    İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    İcra başçısı antiterror əməliyyatlarında şəhid olan həmyerlilərimizin 40 mərasimlərində iştirak edib

     

     

     

     

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, şəhidlərin ailə üzvləri, qazilər və kənd sakinləri ilə birlikdə sentyabrın 19-da lokal antiterror əməliyyatı nəticəsində şəhid olmuş həmyerlilərimizin 40 mərasimində iştirak ediblər. Şəhidlər Ruslan Lalayevin, Elnur İbrahimovun, Rəşad Vəlizadənin, Cavid Səfərovun, Emin Abbaszadənin, Kənan Ağayevin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
    Mərasimlərdə rayon rəhbəri şəhidlərin ailə üzvlərinə başsağlığı verib, vətənpərvər oğullar böyütdüklərinə görə onlara minnətdarlıq edib.
    Qohumlar, döyüş yoldaşları, dostları şəhidlərlə bağlı xatirələrini bölüşüblər.
    Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

     

  • 07Noy
    Şəhidlər BÖYÜK OĞUL üçün şərhlər bağlıdır

    Cəmi bir gün davam edən və çox böyük, illərlə gözlənilən nəticə ilə yekunlaşan lokal antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan gənclərimizdən biri–Evoğlu kəndindən olan Vəlizadə Rəşad Elşən oğlunun ailəsindəyik.
    Rəşadgil ailədə cəmi iki oğlan olublar. O, böyük oğul idi. Ailənin böyüyü kimi hər işdə, hər yerdə qardaşına nümunə olmağa çalışırdı.
    İbtidai sinif müəllimi Zəminə Alıyeva deyir:
    –Rəşadın xüsusi bir xasiyyətə malik olduğu uşaq vaxtından bilinirdi. Dərslərində, ictimai işlərdə həmişə birinciydi. Hadisədən bir gün əvvəl kənddə görüşdük. Çox dəyişmişdi. Hiss olunurdu ki, idmanla məşğul olur. Özü mənə yaxınlaşıb, görüşdü. Gülümsəyib dedi ki, müəllim, siz mənimlə fəxr edəcəksiniz. Yəqin o, qarşıdakı hadisələri nəzərdə tuturdu. İndi həqiqətən məktəbimiz, kəndimiz, bütün xalqımız Rəşadla fəxr edir.
    Anası Bəsti Həşimova söylədi ki, mən heç vaxt Rəşad haqqında keçmiş zamanda danışa bilmərəm. Elə bil dünən idi əlindən tutub birinci sinfə apardığım. Məktəb illəri çox tez keçdi. Sonra Türkiyənin Qars vilayətindəki Qafqaz Universitetini İqtisadi idarəetmə ixtisası üzrə bitirdi. Daha ətraflı »

  • 07Noy
    Şəhidlər SİNİFDƏ ŞƏHİDİN ANIM GÜNÜ KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    Tərtər şəhər 1 saylı tam orta məktəbinin 2A sinfində Azərbaycan Silahlı Qüvvələrinin kapitan-leytenantı, ikinci Qarabağ Müharibəsi şəhidi Fərrux Həşimovun anım günü qeyd olundu. Anım günündə şagirdlərin ifasında Azərbaycan Dövlət himni səsləndirildi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
    Sonra şagirdlər şəhidin həyatı və döyüş yolu haqqında məlumat verdilər. Bildirildi ki, Vətən müharibəsi qəhrəmanlarımızdan biri olan Fərrux Mirzəmməd oğlu Həşimov 1988-ci il martın 24-də Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin “Sualtı Hücum” Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı Fərrux Həşimov da döyüşlərə qatıldı. Onun döyüş yolu Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənddən keçdi. Ərazilərimizin azadlığı uğrunda gedən döyüşlərdə xüsusi igidliklə döyüşdü. Oktyabrın 31-də Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Qəhrəman şəhidimiz hələ Vətənə xidmət fəaliyyəti dövründə Azərbaycan Respublikasının Prezidenti ilham Əliyev tərəfindən “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları, III dərəcəli “Qüsursuz xidmətlərə görə” medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub. Şəhidliyindən sonra isə o, Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Daha ətraflı »