Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Okt
    Mədəniyyət Milli Musiqi Günü üçün şərhlər bağlıdır

    MUĞAMIN SEHRİ

    Изображение 077новый-1111Milli musiqimizin tacı sayılan muğamlar Azərbaycan musiqisinin özülünü təşkil edir. İnsanda ülvi hisslər oyadır, həyatda, mənəvi aləmimizdə nur çələnginə bənzəyir muğam. Muğamlarımıza qulaq asdıqca zənginləşirik, bəsit fikirlərdən uzaqlaşaraq büllurlaşıb, paklaşırıq, xeyir-xahlığa can atırıq, bu qarışıq həyatımızda qəhrəmanlıq salnaməsinə çevrilir muğam.
    Azərbaycan muğamları ifaçıdan–ifaçıya ötürülərək inkişaf etdirilmiş, bu günümüzə kimi gəlib çıxaraq milli sərvətimizə çevrilmişdir.
    Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov yeddi əsas muğamların psixoloji-emosional təsirindən bəhs edərək qeyd edir ki, “Rast” dinləyicilərdə mərdlik və gümrahlıq hissi, “Şur” şən, lirik əhval-ruhiyyə, “Segah” məhəbbət hissi, “Şüştər” dərin kədər, “Cahargah” həyacan və ehtiras, “Bayatı-Şiraz” qəmginlik, “Humayun” daha dərin bir kədər hissi oyadır. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Mədəniyyət BALACA RƏQQASƏ üçün şərhlər bağlıdır

    Изображение 002Bu gün sizə bir qızcığazdan söhbət açmaq istəyirəm. Öz rəqsi ilə tədbirlərdə iştirak edən Nərmin balamızdan.
    Nərmin Həsənli hal-hazırda Buruc kənd tam orta məktəbinin V sinif şagirdidir. 2015-ci ildən uşaq yaradıcılıq mərkəzində “rəqs” dərnəyinin üzvüdür. Lap kiçik yaşlarından rəqsə böyük marağı olub. O, rəqslə yanaşı həm də rəsm çəkmək qabiliyyətinə malikdir. Öz xəyallarındakı nağılları rəsmlərində canlandırır. Sanki rənglərin dilini bilir.
    Tərtər rayonunda keçrilən konsert proqramlarında tez-tez iştirak edir. Nərmin bacarığına görə uşaq yaradıcılıq mərkəzinin fəxri fərmanı ilə təltif olunub. Daha ətraflı »

    Teqlər:

  • 19May
    Mədəniyyət SİRLİ DÜNYASI OLAN İNSAN üçün şərhlər bağlıdır

    Изображение 356Yaddaşlarda qalan insanlar var ki, onlar öz peşələri, sənətləri ilə xatırlanır, gördükləri hər bir işdə məsuliyyətləri və bacarıqları, sadəlikləri və təvazökarlıqları ilə iz buraxırlar. Yaxşı yadımdadır. Gəncliyimin, necə deyərlər, “allı-güllü” vaxtları– 1970-1980-ci illər idi. Ölkəmizdə pambıq yığımının gəlhagəl dövrləri idi. Mövsüm ərzində, demək olar ki, hər gün camaatı tarlalara səsləyən, gündəlik pambıq yığımının nəticələrini rayon əhalisinə çatdıran, təşviqat maşınında şəhəri dörd dolanan o zaman rayon mədəniyyət evində metodist işləyən Mirzə Məmmədov idi. Beynəlxalq Mədəniyyət Günü münasibətilə onunla görüşüb söhbət etdim. Yaddaşımda qalan bu insanı daha yaxından tanımağa çalışdım. Heç deməyəsən Mirzə müəllimin bir sirli dünyası varıymış. Bunu söhbət zamanı hiss etdim.
    Bütün müsahibələrim kimi onun da həyatı ilə maraqlandım.
    –Mirzə müəllim, öncə özünüz haqqında bir az məlumat verin. Kimsiniz? Harda doğulub, yaşamısınız? Təhsiliniz nədir? Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Mədəniyyət MİLLİ TEATR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    Изображение 003Изображение 013Tərtər Rayon Mədəniyyət Mərkəzində Milli Teatr Günü münasibəti ilə Yevlax Mədəniyyət Mərkəzinin Kukla Xalq Teatrı tədbir keçirdi.
    Tədbirdə bildirildi ki, bu gün Azərbaycan teatrı yaranmasının 144-cü ildönümü qeyd edilir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.
    1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar.
    Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb.
    Teatrlarımızın yeni inkişaf yoluna çıxmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2009-cu il mayın 18-də dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Mədəniyyət NƏĞMƏLİ QONAQLAR TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-010%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-023Əsaslı təmirdən sonra yeni istifadəyə verilmiş Tərtər Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Əməkdar artistləri Gülüstan Əliyeva və Teyyub Aslanın iştirakı ilə “Ey Vətən” adlı konsert oldu.
    Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Tərtərdə gedən sosial-iqtisadi inkişafdan danışdı. Sonra incəsənət ustalarına öz təşəkkürünü bildirdi və tədbir iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibəti ilə təbrik etdi. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Mədəniyyət Milli Musiqi Günü üçün şərhlər bağlıdır

    MUSİQİNİN BƏXŞ ETDİYİ XOŞBƏXTLİK

    dsc_7220Milli Musiqi Günü münasibətilə Tərtər Rayon Musiqi Məktəbinin müəllimi Sevil Teymurova ilə əlaqə saxladım. Musiqimizdəki uğurlardan söhbət açdıq. Sevil müəllım bildirdi ki, hələ orta məktəbin aşağı siniflərində oxuyarkən musiqiyə bağlı insan olub. Rəqsə gedib, milli rəqslərimzi ifa edib. Böyüdükcə bu həvəs daha da çoxalıb. Bunu görən böyükləri onu yeddiillik musiqi məktəbinin fortepiano şöbəsinə gətiriblər. Burada təcrübəli müəllimlərdən dərs alıb. Sonralar təhsilini Asəf Zeynallı adına musiqi kollecində davam etdirib, 1976-cı ildən rayon musiqi məktəbində müəllim işləyir. 1998-ci ildən isə məktəbdə fəaliyyət göstərən iki şöbədən birinə–fortepiano şöbəsinə rəhbərlik edir. Artıq qırx ildir ki, burada müəllim kimi fəaliyyət göstərir.
    Sevil müəllim deyir ki, Azərbaycan musiqisi çox zəngindir. Bizim muğamımız, xalq və bəstəkar mahnılarımız, aşıq havalarımız var. Milli Musiqi günü isə dahi bəstəkar, milli operamızın banisi Üzeyir Hacıbəyovun doğum günü qeyd edilir. Hamıya məlumdur ki, gündən-günə musiqimiz inkişaf edir. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun yazdığı muğam operaları “Leyli və Məcnun”, “Şeyx Sənan”, “Əsli və Kərəm”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşudbanu”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, Müslüm Maqomayevin “Şah İsmayıl” operaları musiqi tariximizə daxil olmuş yaradıcılıq nümunələridir. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Mədəniyyət 27 SENTYABR – ÜMUMDÜNYA TURİZM GÜNÜ üçün şərhlər bağlıdır

    TURİZMİ İNKİŞAF ETDİRMƏLİYİK

    azerbaycanin-kuzeybati-bolgesinde-kis-turizm-merkezi-olarak-bilinen-002Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycan Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur
    Son illər respublikamızda turizm sahəsində dövlət siyasətini həyata keçirən aidiyyatı qurumlar tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çox saylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Azərbaycanın zəngin təbiətə malik olması ölkəmizdə bu sahənin inkişafı üçün əlverişli imkanlar yaradıb.
    Azərbaycanda turizmin inkişafı üçün Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun çox-saylı layihələr həyata keçirilir.
    Turizmin inkişafı üçün ilk növbədə infrastruktur lazımdır və bu infrastruktur da Azərbaycanda gündən-günə artır. Təkcə Bakıda yox, regionlarda, rayon mərkəzlərində, istirahət üçün yararlı əksər yerlərdə çoxulduzlu mehmanxanalar fəaliyyət göstərir. Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. “Azərbaycan 2020: gələcəyə baxış” adlı inkişaf konsepsiyasında da ölkədə turizmin inkişafı üzrə müvafiq hədəf və məqsədlər əks olunub. Daha ətraflı »

    Teqlər:

  • 08Avq
    Mədəniyyət AZƏRBAYCANDA MİLLİ KİNO GÜNÜ üçün şərhlər bağlıdır

    downloadBu gün Ümummilli Lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də qeyd olunur.
    Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibihey-bətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İliş-din”) ibarət idi.
    1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradıl-mışdı. 1915-ci ildə adı çəki Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Mədəniyyət “FİTNƏ” SƏNƏDLİ FİLMİ NÜMAYİŞ OLUNDU üçün şərhlər bağlıdır

    DSC_7969 (3)Изображение 034Tərtər rayon Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Fitnə” filmi nümayiş etdirilmişdir.
    Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi Bölgəsi üzrə şöbə müdiri Nəcəf Əlizadə, rayon ictimaiyyətinin nümayəndələri, müəllim və şagirdlər, rayon dindarları və ziyalılar iştirak etmişlər.
    Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Umudov çıxış edərək dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” filminin radikalizmə qarşı mübarizədə önəmli təsir gücünə malik olduğunu bildirmişdir.
    Sonra “Fitnə” sənədli filminə baxış olub. Filmin nümayişindən sonra iştirakçılar ekran əsərinin əhəmiyyətini yüksək qiymətləndirib, onun hazırlanmasında əməyi olanlara təşəkkürlərini bildiriblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 30Yan
    Mədəniyyət AXAR SULARDAN SÜZÜLƏN NƏĞMƏLƏR üçün şərhlər bağlıdır

    samir_piriyev_00031981-ci ildə rayonumuzun Borsunlu kəndində Piriyevlər ailəsində əkiz övladlar dünyaya gəldi: oğlan və qız. Oğlanın adını Samir qoydular və ailədəki digər uşaqlar kimi bunlar da anaları Dilarə xanımın şirin laylaları ilə böyüməyə başladılar. Sonralar atanın iş yerinin Bakıya dəyişilməsi ilə əlaqədar (o, Neft Daşlarında işə düzəlmişdi) ailə də Bakıya köçdü və uşaqlar şəhər mühitində tərbiyə aldılar. Daha ətraflı »

    Teqlər: