Heydər Əliyev Mərkəzində dünya şöhrətli müsiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun 100 illik yubileyi qeyd olundu. Daha ətraflı »
-
25DekMədəniyyət RƏSİD BEHBUDOVUN YUBİLEYİ QEYD OLUNDU üçün şərhlər bağlıdır
Teqlər: Mədəniyyət
-
15OktMədəniyyət DAHİ BƏSTƏKARIN XATİRƏSİ ANILIB üçün şərhlər bağlıdır
Şəhər 5 saylı tam orta məktəbdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yubleyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə məktəbin şagirdi Orxan Mustafazadə görkəmli azərbaycanlı haqqında ətraflı məlumat verib, onun xalqımız qarşısında xidmətlərini diqqətə çatdırıb. Daha ətraflı »Teqlər: Mədəniyyət
-
15OktMədəniyyət GƏLƏCƏYİMİZ KİTABLARDAN AYRI DÜŞMƏSİN üçün şərhlər bağlıdır
1999-cu ildə YUNESCO-nun təşəbbüsü ilə oktyabrın dör-düncü həftəsinin bazar ertəsi günü Dünya Məktəb Kitabxanaları Günü kimi təsis edilmişdir. 2008-ci ildən etibarən isə bu gün bir aylıq silsilə tədbirlərlə qeyd edilir. Bu isə hər bir məktəb kitabxanasına aylıq çərçivəsində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir. Daha ətraflı »
Teqlər: Mədəniyyət
-
28SenMədəniyyət Oxuyur Ülviyyə Məmmədzadə üçün şərhlər bağlıdır
Milli müsiqimizin yubileyi ərəfəsi idi. Bununla bağlı nə isə yazmaq fikrinə düşmüşdüm. Düşünürdüm ki, bizim xalqın çox qədim musiqi tarixi var. Analarımızın laylaları kimi iliyimizə işləyən muğamlarımız, aşıq havalarımız, bəstəkar və xalq mahnılarımız var. Daha ətraflı »
Teqlər: Mədəniyyət
-
18AvqMədəniyyət Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü üçün şərhlər bağlıdır
1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Daha ətraflı »
Teqlər: Mədəniyyət
-
10İylMədəniyyət Oxucuların sevimlisi üçün şərhlər bağlıdır
Bu dəfəki yazımızda fəal ictimaiyyətçi, işini yaxşı bilən, peşəsini sevən, ona ürəkdən bağlanan bir işçidən–Sarov kənd kitabxanasının müdiri Əfruz Babayevadan söhbət açacağıq. Bilirəm, kənd kitabxanası adını eşidəndə çoxlarınız ağız büzəcəksiniz ki, kənddə kitabxana işləyir ki? Çoxları qapının açarını da itirib. Ancaq bu, heç də hər yerdə belə deyil. Redaksiyanın iş planına əsasən bir kitabxana işçisi haqqında məqalə yazmalı olduğumu rayon mərkəzləşmiş kitabxana sisteminin direktoru Ulduzə Qurbanovaya deyəndə, tərəddüdsüz Əfruz Babayevanın adını çəkdi. Daha ətraflı »
Teqlər: Mədəniyyət
-
12İynMədəniyyət Bayram konserti üçün şərhlər bağlıdır
Rayonumuzda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97 illiyi qeyd olundu. Bu tarixi gündə Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Daha ətraflı »
Teqlər: Mədəniyyət
-
11AprMədəniyyət Ağdam teatrı rayonumuzda üçün şərhlər bağlıdır
Bu günlərdə Ağdam Dövlət Dram Teatrının kollektivi tərtərlilərin qonağı olmuşdur. Kollektivin təqdim etdiyi Miraslan Mirtoviçin “Gecə yarısı soyğunçuluq” tamaşası teatrsevərlər tərəfindən böyük maraqla qarşılanmışdır. Daha ətraflı »
Teqlər: Mədəniyyət
-
31MarMədəniyyət Gələcəyə inamımız artır üçün şərhlər bağlıdır
Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır».
Heydər Əliyev
1980-ci illərin sonları idi. İşim elə idi ki, uşaq və gənclərin yaşam tərzindən xəbərim olurdu. Mən deyərdim ki, bu illər mənim üçün maraqlı illərdən idi. O dönəmdə uşaqları mağazalara siqaret, içki almağa göndərməzdilər, çayxanalarda azyaşlıların işləməsinə icazə verilməzdi, gecə saat 1-2-yə qədər televizora baxmağa qoymazdılar, məktəblərdə elə dərs keçilərdi ki, hansısa repetitor muəllimin yanına getməyə ehtiyac olmazdı.Uşaqların küçələrdə boş-boşuna veyillənməsinə, bazarlarda xırda alverlə məşğul olmalarına, marşrut avtobuslarında pul yığmalarına heç kəs razı olmazdı. Bəs indi?! Bu gün dövlətimiz böyüməkdə olan nəslin fiziki və mənəvi inkişafına daha böyük diqqət göstərir. Bütün bölgələrdə, o cümlədən rayonumuzda Olimpiya kompleksləri, Gənclər Mərkəzləri, müasir məktəblər tikilir. Gənclər müxtəlif idman yarışlarına, müsabiqələrə cəlb olunurlar. Lakin təəssüf ki , bəzi ailələrdə uşaqların tərbiyəsinə lazımınca diqqət yetirilmir. Daha ətraflı »
Teqlər: Mədəniyyət
-
31MarMədəniyyət Qədəmlərin uğurlu olsun, bahar! üçün şərhlər bağlıdır
Baharın gəlişi rayonumuzda bö-yük təmtəraqla qarşılandı. Bu münasibətlə şəhərin Mərkəzi meydanı bayramsayağı bəzədilmişdi. Hər tərəfdə Novruzun atributları diqqəti cəlb edirdi. Bir yanda böyük səməni qoyulmuş, digər tərəfdə bayram tonqalı qalanmışdı. Kəndirbazlar, pəhləvanlar öz məharətlərini göstərirdilər.
Bütün meydana baharın ilk müjdəçisi olan ətirli göylərdən bişirilən kətənin, saclarda qovrulan buğdanın ətri yayılmışdı.
Tədbir başlamazdan öncə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri rayonumuzun istedadlı şagird-lərinin əl işlərindən ibarət maraqlı sərgi ilə tanış oldular, rayon Mərkəz-ləşmiş Kitabxana Sisteminin hazırladığı kitab sərgisinə, idmançılarımızın çıxışlarına baxdılar. Elə buradaca tarix-diyarşünaslıq muzeyinin eksponatları –qədim mis əşyalar, cəhrə, xurcun və s. sərgilənmişdir. Daha ətraflı »Teqlər: Mədəniyyət
Yeni ismarıclar