Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyn
    Qazilərimiz Belə igidlərin sayəsində torpaqlarımız işğaldan azad edilib üçün şərhlər bağlıdır

    Şəhid və qazilərin qəhrəmanlığı, onların qanı-canı bahasına bu gün torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib. Belə insanlardan biri də Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Rəsul Məmmədovdur.
    Rəsul Məmmədov 1970-ci ildə Tərtər rayonunun İrəvanlı kəndində anadan olub. Ağdərə polisinin əməkdaşı kimi döyüşlərdə iştirak edib. 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov və rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovla birlikdə bu günlərdə Rəsul Məmmədovu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.

  • 28İyn
    Qazilərimiz Qalib Ordunun qalib əsgəri üçün şərhlər bağlıdır

    İKİ DƏFƏ YARALANDI, AYAQ ÜSTÜNDƏ DURMAĞI BACARDI

    Süleymanlı Hüseyn Nadir oğlu 22 iyun 2004-cü ildə rayonumuzun Qaynaq kəndində doğulub. Peşəyə böyük marağı olduğu üçün orta təhsilini başa vuran kimi məktəbdən ayrılıb. Avtodiaqnostikanı öyrənib. Bir müddət Tərtərdə, sonra Bərdədə işləyib.
    Vətən borcunu yerinə yetirmək vaxtı çatanda sevinə-sevinə hərbi xidmətə yollanıb. Olduqca çevik, fiziki cəhətdən hazırlıqlı olan gənci xüsusi təyinatlı komando briqadasına qəbul ediblər. Hərbi xidmət müddətinin hər günü Hüseyn üçün səmərəli keçib. Snayperçi, pulemyotçu, sanitar, hava hücumundan müdafiə kurslarını bitirib. Çoxlu sertifikat, təşəkkürnamə alıb.
    Hərbi xidmət müddətini başa vurmaq vaxtı yaxınlaşırdı. Evlərinə dönməyə 3 ay qalırdı. O, Gəncədə, Qusarda, Qubadlıda, Laçında, Xocavənddə xidmət etmişdi. Hər yerdə də komandirlər ondan razılıq edir, bu qoçaq oğlanın gösəl gələcəyi olacağını söyləyirdilər.
    Həmin günlər haqqında Hüseyn belə danışır:
    –Senytabrın 19-da antiterror əməliyyatının başlanması bizim üçün gözlənilməz olmadı. Biz bu məqamın yaxınlaşdığını hiss edirdik. Hər birimizin arzusu düşməndən şəhidlərimizin intiqamını alıb, işğal altında qalan torpaqlarımızı geri qaytarmaq idi. Daha ətraflı »

  • 27May
    Qazilərimiz Qazilərimiz üçün şərhlər bağlıdır

    Nəsillərə nümunə

    “Düşməndən şəhidlərimizin intiqamı-nı almışıq,”– deyir qazi Elşad Məmmədov. Onun cəmi 20 yaşı var. 2023-çü ilin antiterror əməliyyatı başlayanda, 15 ayın əsgəri idi. Tərxis olunmağına az qalmışdı. Evlərinə məzuniyyətə də gedib qayıtmışdı. Atası Elşən komandoda, kəşfiyyat taborunda xidmət edən oğlu ilə fəxr edir, onun Ordudan tərxis olunacağı günü, bu münasibətlə qurban kəsib qohum-əqrabanı başına yığacağını səbirsizliklə gözləyirdi.
    Aniterror əməliyyatı başlayan zaman onun xidmət etdiyi hərbi hissə Ağdam-Xocalı istiqamətindəydi. Hər şey uğurlu gedirdi. Sentyabrın 19-da ildırım sürətli əməliyyatda qazanılan qələbə hər kəsi ruhlandırır, şəhid və yaralıların olması isə döyüş əzmini daha da artırırdı.
    Sentyabrın 20-də səhər saatlarında üzbəüz döyüş gedirdi. Elşadın tərkibində olduğu qrup düşmən səngərinə doğru hücuma keçdi. Məğlubiyyətini anlayan ermənilər son nəfəslərində belə çirkin əməllərindən əl çəkməyərək, ətrafa ölüm saçan mərmi yağdırır, avtomatlardan atəş açırdılar. Mərminin biri Elşadın yaxınlığına düşdü, ətrafa dağılan qəlpələrdən bir neçəsi onun ayağına dəydi, bu azmış kimi, namərd gülləsi də gənc əsgəri tapıb, bud nahiyyəsindən sümüyünə sancıldı.
    Bu barədə Elşad deyir: Daha ətraflı »

  • 12Fev
    Qazilərimiz “BU GÜN CƏMİYYƏTİMİZİN BÖYÜK HİSSƏSİNİ TƏŞKİL EDƏN GƏNCLƏR ÖLKƏMİZİN HƏYATINDA ÇOX ÖNƏMLİ ROL OYNAYIR” İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti üçün şərhlər bağlıdır

    Bu gün də biz müzəffər Ali Baş Komandanın yanındayıq

    Ulu Öndər Heydər Əliyev deyirdi: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.”
    44 günlük Vətən mühari-bəsi sübut etdi ki, müstəqillik illərində Azərbaycanda məhz bu cür gənclər yetişib. Onlar Vətən, torpaq, bayraq uğrunda ölümə belə getməyə hazır idilər və gedirdilər, göz qırpma-dan şirin canlarını, sağlamlıqlarını bu yolda qurban verirdilər.
    Belə gənclərdən biri də həmyerlimiz, Cəmilli kəndinin sakini, 19 yaşında ali hərbi təltif alan Azər Abdullazadədir.
    Azər 2001-ci il fevralın 18-də ziyalı və vətənpərvər insanları ilə tanınan Cəmilli kəndində anadan olub. İlk təhsilini kənd tam orta məktəbində alıb. Müddətli həqiqi xidməti zamanı tankçı olub və bu peşəni mükəmməl öyrənməyə çalışıb.
    Əsgərliyini başa vurandan sonra müharibə başlayıb və orduda yiyələndiyi bilik və təcrübə döyüş meydanında onun köməyinə çatıb. Döyüşlərə Füzuli istiqamətindən qa-tılıb. Müharibənin ilk günlərində – sentyabrın 30-da idarə etdiyi T-90 tankı vurulub və o, yaralanıb. Lakin bu zaman bütün əsgərlərimizdə olduğu kimi, Azərin də böyük ruh yüksəkliyi, düşməndən intiqam almaq hissi onu yenidən müharibə meydanına qaytarıb. Özü bu barədə belə deyir: “Mənim atam Rizvan Abdullayev Birinci Qarabağ müharibəsində iştirak edib, əmim leytenant Natiq Abdullayev isə Ağdərə istiqamətində şəhid olub. O, hərbi həkim idi. Uşaqlıqdan ən böyük arzum işğal altında olan torpaqlarımızı geri qaytarmaq və şəhidlərimizin qisasını almaq olub. Odur ki, yaralansam da, hospitalda qala bilmədim.”
    O, hospitalda cəmi bir gün qalıb. Sonra isə yenə qızğın döyüşlər və ancaq irəli getmək arzusu… Bu arzu o qədər güclüydü ki, ermənilərin illərlə qurduğu istehkamları göz qırpımında darmadağın edirdi. Əsgərlərimizin bu istəyi, gücü qarşısında düşmən tab gətirə bilmir və gizlənməyə yer axtarırdı. Ancaq Azərin tankından açılan dəqiq atəşlər onları hər yerdə-sığınacaqlarda, maşınlarda yaxalayıb məhv edirdi. Daha ətraflı »

  • 12Fev
    Qazilərimiz Adını tariximizə yazan gənclərdən biri üçün şərhlər bağlıdır

    Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan gəncliyinə yüksək qiymət verərək bildirib ki, rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, bu tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.
    Belə gənclərdən biri də ra-yonumuzun Poladlı kəndinin sakini, “Azəraycan Bayrağı” ordenli, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları təltifçisi, Mingəçevir Dövlət Universitetinin tələbəsi Elnur Salahovdur.
    Elnur 19 avqust 2000-ci ildə anadan olub. 2019-cu ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılanda, artıq orta ixtisas təhsilli idi. O, Şəki Dövlət Texniki Kollecini bitirmişdi.
    Əvvəlcə Naxçıvanda xidmət edib, savaş başlayanda isə ok-tyabr ayından Xocavənd istiqamətindən döyüşlərə qatılıb. Bir dəfə yaralanıb, lakin yenidən cəbhəyə qayıdıb. Daha ətraflı »

  • 31Yan
    Qazilərimiz Rayon rəhbəri Köçərli kəndində Birinci Qarabağ müharibəsi əlili İlyas Hacıyevin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin Deputatı Sahib Alıyev ilə birlikdə Köçərli kəndində Birinci Qarabağ müharibəsi əlili Hacıyev İlyas Rasim oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıblar.
    Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
    Qeyd edək ki, İlyas Hacıyev 1993-cü ildə Ağdərə Rayon Polis Şöbəsində işə başlamış və müharibənin ən şiddətli vaxtlarında polis nəfəri olaraq Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildə həmin istiqamətdə davam edən döyüşlər zamanı düşmənin atdığı mərmi nəticəsində yaralanmış və polis sıralarından ehtiyata buraxılmışdır.
    İlyas Hacıyevə müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmiş, yaşadığı Köçərli kəndində dövlət tərəfindən fərdi yaşayış evi ilə təmin olunmuşdur.
    Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qay-ğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20Dek
    Qazilərimiz ÖLÜMDƏN DÖNƏNLƏR üçün şərhlər bağlıdır

    Vətənə qüsursuz xidmət edən igid

    44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərən, ölüm-qalım savaşında şücaətlə döyüşən igidlərimizdən biri də Elşad Orucovdur. O, ölümdən dönənlərdəndir. Bu günlərdə redaksiyada Elşadla görüşüb döyüş yolu barədə söhbət etdik. Öyrəndim ki, cəsur döyüşçü 1985-ci il 19 apreldə Zolgəran kəndində anadan olub. Orta təhsilini Zolgəran ümumi və Söylən kənd tam orta məktəblərində alıb. 2023-cü ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb. Xidmət müddəti Xızı rayonunun Yasma qəsəbəsində keçib. Kiçik çavuş rütbəsi ilə xidmətini başa vurub. Sonra 4 il sürücü işləyib. Müddətdən artıq xidmət etmək məqsədi ilə 2007-ci ildə Qaraheybət təlim-tədris mərkəzində 3 ay kurs keçib. 2008-ci ilin yanvar ayından piyada komandasında manqa komandiri kimi müddətdən artıq xidmətə başlayıb. Onun xidmət fəaliyyəti Tərtər, Xızı, Gəncə, Göranboy, Mingəçevir, Ağdam hərbi hissələrində keçib. Aprel döyüş-lərində Seysulan istiqamətində düşmən postunda 2 gün mühasirədə qalıb. Atəşkəs elan olunduqdan sonra mühasirədən çıxmağa müvəffəq olub. Müddətdən artıq xidməti zamanı zabit heyətinin tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışıb. Ona görə də Elşadın bu xidməti diqqətdən yayınmayıb. Dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla mükafatlandırılıb. ”Qüsursuz xidmətlərə görə” medalı isə Elşadı daha da yaxşı xidmət etməyə ruhlandırıb.
    2020-ci il sentyabrın 27-də müharibə başlayanda Elşadın bölüyü Gülüstan istiqamətindən döyüşə qatılıb. Talış, Suqovuşan istiqamətində aparılan döyüşlərdə onun manqası əsil qəhrəmanlıqlar göstərib. Gündən-günə Ordumuz irəli getdikcə, düşmənin işğal etdiyi torpaqlar oba-oba, el-el azad olunduqca hərbçilərimizin qüruru artırdı. Döyüşlərin uğurla başa çatması hər kəsə aydın idi. Daha ətraflı »

  • 11Dek
    Qazilərimiz Ölümdən dönənlər üçün şərhlər bağlıdır

    Müharibənin 40-cı günü

    İntiqam Sarıyev Hacallı kəndində böyüyüb. Söylən kənd tam orta məktəbinin məzunu olub. Həqiqi hərbi xidmətə rayonumuzun Səfərbərlik və hərbi xidmətə çağırış məntəqəsindən yola düşüb. Bakı şəhərində daxili qoşunlarda xidmət edib. 2010-cu ildə hərbi xidmətini çavuş rütbəsi ilə bitirib doğma kəndinə qayıdıb. Ailəsinə təsərrüfat işlərində kömək etməyə başlayıb. Doğmalarının arzusu və özünün istəyi ilə toy çaldırıb, ailə həyatı qurub.
    Bu müddətdə hərbi xidmətdə olduğu anları unuda bilməyib, tez-tez xatırlayıb, yada salıb. Ürəyindən Orduya qayıtmaq, yenidən xidmət etmək keçib. Nəhayət, 2016-cı ildə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmyə qərar verib. Rayonumuzdakı hərbi hissələrdən birində motoatıcı bölüyündə manqa komandiri vəzifəsində xidmət etməyə başlayıb. Hərbin sirlərini təcrübəli komandirlərdən öyrənir və mükəmməl hərbçi olmağa can atırdı. Yaxşı bilirdi ki, torpaqlarımız yağı düşmən əlindədir, bir gün onları geri qaytarmaq üçün əmr veriləcək və belə də oldu. Mənfur ermənini susdurmaq, sərhədlərimizin bütövlüyünü bərpa etmək üçün nəinki Ordumuz, bütün xalqımız səfərbər oldu. Daha ətraflı »

  • 21Noy
    Qazilərimiz Qazilərimizin sağlamlığının bərpası günümüzün aktual mövzularındandır üçün şərhlər bağlıdır

    41 gündən sonra həyata yenidən göz açıb

    Məmişov Rəşad Ələsgər oğlu 1987-ci il sentyabr ayının 22-də Tərtər şəhərində anadan olub. Təhsilini 1 saylı tam orta məktəbdə alıb. 2005-ci ildə Tərtər hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Xidmət müddəti Naxçıvanın Culfa rayonunda keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra ürəyindən yenidən Vətənə xidmət hissi keçib. Nəhayət, 2014-cü ildə müddətdən artıq xidmətə yazılıb və Tərtər rayonu ərazisində müxtəlif hərbi hissələrdə xidmət etməyə başlayıb. Həmişə də verilən tapşırığın layiqincə yerinə yetirilməsinə çalışıb.
    Başqa hərbçilərimiz kimi Rəşad da torpaqlarımızın düşmən əlində olmasından, insanlarımızın qaçqın-köçkün vəziyyətində yaşamasından hiddətlənirdi. Bir gün mənfur qonşularımız olan ermənilərin cavabını vermək məqamının çatacağını yaxşı bilirdi. Bilirdi ki, insanlarımız 30 ilə yaxın bir vaxtda yurd-yuvalarına həsrət qalıblar, bu həsrətə son qoymaq zamanıdır. 2020-ci ilin 27 sentyabrı həmin günün başlanğıcı oldu. Erməni terrorunun qarşısını almaq üçün Ali Baş Komandanın bircə əmri lazım idi. İnsanlarımızın həmrəyliyi ilə Ordumuz mənfur qonşularımızı susdurmağa qalxdı. Yüzlərlə oğullarımız Vətən torpaqlarını işğaldan azad etmək, əra-zilərimizi bütövlətmək üçün ölüm-qalım savaşına qoşuldu. Daha ətraflı »

  • 27Okt
    Qazilərimiz Rayon rəhbəri Tərtərdən olan yaralı hərbçini evində ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov sentyabrın 19-da lokal antiterror əməliyyatları zamanı yaralanan tərtərli hərbi qulluqçu, Qaynaq kənd sakini Süleymanlı Hüseyn Nadir oğlunu evlərində ziyarət edib, səhhəti və qayğıları ilə maraqlanıb, Allahdan şəfa diləyib.
    İcra başçısı bildirib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqəyə erməni terrorçularını ağ bayraq qaldırmağa məcbur etdi. Ordumuz lokal xarakterli antiterror əməliyyatları ilə bağlı qarşılarında duran bütün vəzifələri cəmi bir gün ərzində yerinə yetirdilər. Azərbaycan əsgəri daha bir şanlı tarix yazaraq Qarabağda suverenliyimizi tam bərpa etdi.
    Hüseyn Süleymanlı onun müalicəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.