Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl
    Təhsil MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA üçün şərhlər bağlıdır

    Lalə Əhmədli: Müəllim şagirdlər arasında fərq qoymamalıdır

    Lalə Əhmədli Rövşən Kərimov adına Sarov kənd tam orta məktəbin ingilis dili müəllimidir. 1977-ci il ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. 25 ildir ki, Sarov kəndində ingilis dilini tədris edir. Müəllimlərin sertifikasiya imtahanından 58 bal toplayıb. Bu barədə o, belə deyir:
    –Hədəfim 60 bal idi. Görünür, haradasa diqqətsizlik etmişəm. Müəllimin imtahandan yüksək bal toplaması uğur hesab edilsə də, bu, eyni zamanda, gözlənilən haldır. Çünki bu yüksək adı daşıyan insan vaxtilə ali məktəbdə yiyələndiyi biliklərlə kifayətlənməməli, öz üzərində işləməli, fənnini bilməlidir.
    Lalə müəllimin digər fikirləri də diqqət çəkir. O hesab edir ki, əsl pedaqoq sinifdə şagirdlər arasında fərq qoymamalıdır. Uşaqların dərsi qavrama qabiliyyəti eyni olmadığı üçün, onlardan hansısa yaxşı, digəri zəif oxuya bilər. Belələrini gözdən salmaq olmaz, dərs zamanı hər kəsə kifayət qədər diqqət ayrılmalıdır. Bəzən müəllim hansısa pis oxuyan uşağı “kəşf” edir, onun üzə çıxarılmayan qabiliyyətlərini aşkar edərək, inkişafına yardımcı olur. Daha ətraflı »

  • 10İyl
    Təhsil Ülviyyə Mehdili: Yenidən peşə seçsəydim, yenə də müəllim olardım üçün şərhlər bağlıdır

    Ülviyyə Mehdili Sarıcalı kənd tam orta məktəbinin riyaziyyat müəllimidir. O, müəllimlərin sertifikasiya imtahanından rayon üzrə ən yüksək–59 bal toplayıb.
    Ülviyyə müəllim deyir:
    –Yenidən peşə seçsəydim, yenə də müəllim olardım.
    Sertifikasiya imtahanı haqqında isə fikri belədir:
    –Öz fənnimə aid suallarda heç bir çətinlik çəkmədim. Kurikulumla bağlı məsələlər də maraqlı idi. Ümumiyyətlə, imtahan saatlarının necə keçdiyini hiss etmədim. Həyəcanlı da deyildim. Çünki biliyimə arxayın idim.
    Ülviyyə Mehdili rayonumuzun Sarov kəndində müəllimlər ailəsində dünyaya gəlib. Atası Əbil Mehdiyev idman müəllimidir, anası Səxavət xanım Sarov kənd tam orta məktəbinin psixoloqudur. Ailənin üç övladı da valideynlərinin yolunu seçib. Hər üçü müəllimdir.
    Ülviyyə 2015-ci ildə 554 balla Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinə daxil olub. Burada təhsil müddəti 5 il idi. Həmin müddətdə Ülviyyə Mehdili “Gələcəyin müəllimi” təqaüdünü alıb.
    Universiteti bitirən kimi müəllimlərin işə qəbulu ilə bağlı imtahan verib və 47 bal toplayıb. Sarıcalı kənd tam orta məktəbinə riyaziyyat müəllimi təyin olunub. Daha ətraflı »

  • 28İyn
    Təhsil Cari tədris ilində rayonumuzda XI sinfi bitirən gənclərdən 3-ü şəhid övladlarıdır. Həmin gənclərlə görüşüb söhbət etdik. üçün şərhlər bağlıdır

    MƏZUN OLAN ŞƏHİD ÖVLADLARI DEYİRLƏR:

    Pərizad Məmmədova– Qazyan kənd tam orta məktəbinin məzunu:
    –44 günlük Vətən müharibəsində erməni cəlladları atamı vəhşicəsinə qətlə yetirdilər. Onun ən böyük arzusu öz övladlarını tərbiyəli və təhsilli görmək idi. Biz – onun hər üç övladı qoymarıq ki, atamızın arzuları yarımçıq qalsın. O zaman körpə olsaq da, bizə necə qayğı ilə yanaşdığı, dərslərimizə necə diqqət göstərdiyi hər birimizin yadındadır. Atam özü təhsil ala bilməmişdi. Işi həmişə ağır idi. Buna baxma-yaraq, evə nə qədər yorğun gəlsə də, dərslərimizi soruşur, hətta ingilis dilini necə öyrənməyimizlə maraqlanır, kiçik qardaşımıza kömək etməyi bacıma və mənə tapşırırdı.
    Bəlkə də onun bu tövsiyələri, tapşırıqları olmasaydı, başımıza gələn faciədən sonra biz çətinlik çəkərdik. Ancaq, şükür Allahın böyüklüyünə, özümüzdə güc tapdıq. Atamızın arzularına doğru addım-addım irəlilədik. Hal-hazırda böyük bacım Arzu “Xəzər” Universitetinin tələbəsidir. I kursu bitirib. Mən isə buraxılış imtahanlarından 256 bal, ümumilikdə isə 473 bal toplamışam. IV ixtisas qrupunu seçmişəm. Arzum həkim olmaqdır. Yenə də imtahan verəcəyəm. Əgər bu il Tibb Universitetinə daxil ola bilməsəm, gələcəkdə ikinci təhsil almaq fikrindəyəm. Çünki atam məni məhz həkim kimi görmək istəyirdi.
    Qardaşım Zamiq isə doqquzuncu sinfə keçib. O, gələcəkdə kənd təsərrüfatı üzrə ixtisas seçmək istəyir ki, kənddə yaşasın. O, indinin özündə də məktəbli olsa da, anamızın ən yaxın köməkçisidir.
    Şəhidlik uca zirvədir. Şəhidlər unudulmur. Biz də atamızı daim yanımızda hiss edir, hər addımımızda ona layiq olmağa çalışırıq. Daha ətraflı »

  • 28İyn
    Təhsil Umudlu məktəbinin uğurları üçün şərhlər bağlıdır

    Nilufəri uşaq vaxtından tanıyıram. Hələ 5-ci sinifdə oxuyarkən məktəblərində keçirilən tədbirlərdən birində doğma Umudlu kəndindən necə həyəcanla danışdığının və kövrəldiyinin şahidi olmuşam. O zaman Nilufər göz yaşları içində: “Mən valideynlərimin doğulduğu o torpağa mütləq ayaq basacağam,” – demişdir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Nilufər kimi didərginlik həyatı yaşayan minlərlə uşağın, böyüyün arzularını gerçəkləşdirdi. 11-ci sinifdə oxuyarkən Nilufərə valideynlərilə birlikdə heç zaman görmədiyi, ancaq böyüklərin söhbətlərindən çox yaxşı tanıdığı Umudluya səfər etmək nəsib oldu. O, bir zamanlar haqqında ağlaya-ağlaya danışdığı Umudlunu indi sevinc göz yaşları, qürur və iftixar hissi ilə seyr edirdi. Bu barədə özü belə deyir:
    – Dünyanı dərk etməyə başlayandan ilk eşitdiyim və hafizəmə əbədi yazılan sözlərdən biri doğma kəndimizin adı olub. Onun tarixini, kənddəki adət-ənənələri öyrənmişdim. Böyüklərin necə həsrət çəkdiyini gördükcə, mən də onlarla bərabər bu hissləri yaşayırdım. Həyatımın ən böyük xoşbəxtliyi Umudluya ayaq basdığımız gündür. İşğal altında olan torpaqlarımızı bizə qaytaran Prezidentimizə həmyaşıdlarım adından ürəkdən təşəkkür edirəm. Bu yolda həlak olan qəhrəmanlarımızın əziz xatirəsini daim yaşadacaq, onların yarımçıq qalmış arzularını həyata keçirəcəyik. Bu yolda sağlamlıqlarını itirən qazilərimizə şəfa diləyirik. Daha ətraflı »

  • 20İyn
    Təhsil Ümumtəhsil məktəblərində “son zəng” çalındı üçün şərhlər bağlıdır

     

     

     

     

     

    -İyunun 14-də Tərtər rayonunun 34 tam, 10 ümumtəhsil məktəbində “Son zəng” tədbirləri təşkil olunub.
    Keçirilən “son zəng” tədbirlərində məktəblərin pedaqoji kollektivləri və məzunlarla birlikdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Bu il rayonun ümumtəhsil məktəblərində 784 nəfər şagird 1-ci sinfi, 975 nəfər şagird 9-cu sinfi, 759 nəfər şagird isə 11-ci sinfi bitirir.
    Tərtər şəhər 1, 5, 6 saylı tam orta məktəblərində və 2 saylı məktəb-liseydə keçirilən son zəng tədbirlərində iştirak edən rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudov onbirinciləri məzun adı almaqları münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından təbrik edərək, onlara qədəm qoyduqları müstəqil həyatda uğurlar diləyib, təhsilə olan dövlət qayğısından danışıb, Ulu Öndərin təhsilin inkişafına, müəllimlərə göstərdiyi diqqət və qayğını dilə gətirib, ”Təhsil millətin gələçəyidir”,-kəlamını yada salıb, Daha ətraflı »

  • 07İyn
    Təhsil Məktəb həyatı üçün şərhlər bağlıdır

    İmtahan nəticələri sevindiricidir

    Son illər rayonumuzda tam və orta təhsil səviyyəsi üzrə şagirdlərin imtahan nəticələri sevindiricidir. Ötən sayımızda qəzetimizdə şəhər 6 saylı tam orta məktəbin şagirdi Xumar Həsənlinin uğuru haqqında söhbət açmışdıq.
    2023-2024 tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə daha 11 şagirdimiz 250 baldan yuxarı nəticə toplayıb. Onlardan şəhər 2 saylı məktəb-liseyin şagirdi Zümrüd Səfərova 286 bal, Umudlu kənd tam orta məktəbin şagirdi Zəhra Nəsimli 282 bal, 1 nömrəli tam orta məktəbin şagirdi Kəklikxanım İbrahimli 281 bal, 5 nömrəli tam orta məktəbin şagirdi Hüseyn Haqverdiyev 276 bal toplayaraq, valideynlərini, məktəb kollektivlərini, eləcə də savadlı, tərbiyəli gəncliyin yetişməsindən qürur duyan hər kəsi sevindirmişlər.
    Onu da qeyd edək ki, bu şagirdlər yaxşı oxumaqla yanaşı, ictimai işlərdə də fəaldırlar. Biz onları məktəb və rayon tədbirlərində görür, çıxışlarını maraqla dinləyirik.
    Bu gün qazanılan yüksək nəticələr gələcəyə aparan uğurlu yoldur. Hər bir şagirdə bu yolda inamla addımlamağı arzulayırıq.

    “EYNİ TƏRTƏR”

  • 07İyn
    Təhsil Peşə təmayüllü sinif üçün şərhlər bağlıdır

    Şəhər 1 saylı tam orta məktəbində cari tədris ilində X “p” sinfin əsasında pilot layihə üzrə peşə təmayüllü sinif yaradılıb. Burada uşaqlara dərzi və kompüter operatoru peşələri öyrədilir.
    Sinfin rəhbəri Lalə Abdullayeva bu barədə deyir:
    –Müasir dövrümüzdə gənclər ali təhsil almaqla yanaşı, müxtəlif peşələrə, xüsusilə həyatımızda böyük tələbat olan müasir sahələrə maraq göstərirlər. Hazırda sinfimizdə təhsil alan uşaqlar məktəbi bitirdikdə attestatla birlikdə müvafiq peşəyə yiyələndikləri barədə sertifikat alacaqlar.
    Şagirdlərdən İsi Rüstəmzadə, Elçin Mürsəlov dərzi, Emil Ocaqlı kompüter operatorluğu üzrə biliklərə həvəslə yiyələnirlər.
    Qeyd edək ki, peşə təmayüllü sinfi bitirən uşaqlar gələcəkdə ali məktəblərdə təhsillərini davam etdirə biləcəklər. Onlar həm də istehsalatda seçdikləri sahə üzrə çalışmaq imkanı əldə edəcəklər.
    Bu layihə uşaqların peşə yönümünü müəyyənləşdirməkdə valideynlərə dəstəkdir. Həmçinin hal-hazırda işğaldan azad edilmiş ərazilərdə müasir peşələrə yiyələnmiş gənclərə böyük ehtiyac olduğunu nəzərə alaraq, növbəti dərs ilindən məktəbdə peşə təmayüllü siniflərin sayını ikiyə çatdırmaq nəzərdə tutulub.

    “YENİ TƏRTƏR”

     

  • 27May
    Təhsil Təbrik edirik! üçün şərhlər bağlıdır

    Xoş ovqatlı qonaqlarımız

    Qəzetimizin qonaqları – şəhər 6 saylı tam orta məktəbin direktoru Rüfət İsmayılovun və məktəbin IX “b” sinfinin şagirdi Xumar Həsənlinin gəlişi hamımızı sevindirdi və xoş ovqat yaratdı. Belə ki, bu tərtərli qızı artıq nəinki rayonumuzda, respublikamızda çoxları tanıyır. O, ölkə üzrə IX sinfin buraxılış imtahanlarından maksimum bal toplayan 16 şagirddən biridir.
    Biz isə Xumarı qəzetimizin oxucularına daha yaxından tanıtmaq istəyirik. İlk olaraq deyək ki, əlaçı qız I Qarabağ müharibəsi şəhidi Teyyub Həsənovun nəvəsidir. Atası Ceyhun Həsənov rayon mərkəzi xəstəxana-sında mülki müdafiə üzrə qərargah rəisi, anası Lalə xanım tibb bacısıdır. Valideynlərinin işi ilə uşaqlıqdan yaxşı tanış olan və onlardan nümunə götürən Xumar gələcəkdə həkim olmaq istəyir. Fikri qəti olsa da, məktəbdəki bütün fənləri öyrənir. Dərs əlaçısıdır. Riyaziyyat və kimya üzrə isə olimpiadalarda iştirak edib və qaliblər sırasında olub.
    O, sinif nümayəndəsidir və yalnız özünün deyil, sinif yoldaşlarının da uğuru Xumarı olduqca sevindirir. Bu barədə fikirləri də maraqlıdır.
    – Məktəb illəri insan ömrünün ən məhsuldar dövrüdür. Hal-hazırda yiyələndiyimiz biliklər gələcək ömrümüzə işıq salacaq, bizi irəli aparacaq. Çalışıram ki, sinif yoldaşlarım da bu fikirlə razılaşıb, vaxtlarını boş keçirməsinlər, pis vərdişlərdən uzaq dursunlar. Daha ətraflı »

  • 17May
    Mədəniyyət, Təhsil Toğrul bu rəsmi sevgi ilə çəkib üçün şərhlər bağlıdır

    Toğrul Hüseynli şəhər 1 saylı tam orta məktəbin VI sinif şagirdidir. Dərs əlaçısı olmaqla bərabər, gözəl əl qabiliyyəti var. Çəkdiyi rəsmlər rayon səviyyəsində təşkil olunan sərgilərdə nümayiş etdirilir və bəyənilir.
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Mərkəzi Meydanda təşkil edilmiş sərgidə Toğrul da iştirak edib. Burada onun böyük sevgi ilə çəkdiyi rəsmi nümayiş olunurdu.
    Toğrul özü bu barədə deyir:
    –Ulu Öndərin portretini boya ilə çəkmək böyük məsuliyyətdir. Bu işin öhdəsindən gələndə çox sevindim.
    Həmin rəsmə görə Toğrul Tərtər rayon İcra Hakimiyyəti, YAP Tərtər rayon təşkilatı və oxuduğu məktəbin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.

    “YENİ TƏRTƏR”

  • 28Mar
    Təhsil Mütəxəssis məsləhəti üçün şərhlər bağlıdır

    Sağlam nəsil yetişdirmək dövlətimizin qarşısında duran önəmli vəzifələrdəndir

    Müstəqillik qazandığımız hazırkı şəraitdə yetişən nəslin fiziki tərbiyəsini günün tələbləri səviyyəsində inkişaf etdirərək formalaşdırılması bu gün mühüm aktuallıq kəsb edir. Əlbəttə ki, bu aktual problemin daha da inkişaf etdirilərək formalaşdırılması və modernləşdirilməsi bu sahədə çalışan mütəxəssislərin qarşısında təxirəsalınmaz vəzifələr qoyur. Bu vəzifələrin məktəblərimizdə də beynəlxalq normalara uyğun olaraq təkmilləşdirilməsi zəruri sayılır. Bu gün bütün təhsil müəssisələrində, məktəbdənkənar təhsil müəssisələrində gələcək nəslin fiziki cəhətdən sağlam olmaları və potensial qabiliyyətlərinin inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaq-gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyası və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”nı təsdiq etmişdir. Strategiyada göstərilir ki, gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər məsələlərlə bağlı dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Hətta xüsusi qayğıya ehtiyacı olan gənclərin idmanla məşğul olması üçün güzəştli şərait yaratmaq tələbi inkişaf strategiyasında xüsusi yer tutur. Bu tələblər əsasında yanaşsaq görərik ki, uşaq-gənclərin fiziki tərbiyəsi dövlət üçün önəmli məsələlərdəndir. Məktəb, ailə və ictimaiyyətin də məqsədi sağlam nəsil yetişdirməkdir. Bu sahədə hər kəsin öz funksiyası var. Həmin məqsədin reallaşdırılmasına xidmət göstərən sahələrdən biri də uşaqların psixoloji problemlərinin aradan qaldırılmasında müstəsna rolu olan fiziki tərbiyədir. Daha ətraflı »