Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen
    Təhsil Rayonumuzun ziyalıları üçün şərhlər bağlıdır

                                                                         ŞAM ÖMRÜ YAŞAYAN MÜƏLLİM

    ”Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
    Heydər Əliyev
    “Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır”.
    Mustafa Kamal Atatürk
    “Mənə bir hərf öyrədənin köləsi olaram”.
                                                                    Həzrəti Əli

    Lap çoxdan, digər uşaqlar kimi, mən də elə bilirdim ki, müəllim çörək yemir, çay içmir. Onlar yalnız tərbiyə vermək və elm öyrətmək üçün budünyaya gəlmişlər. Bu fikir ona görə formalaşmışdır ki, Daha ətraflı »

  • 18İyn
    Təhsil MƏZUNLAR TƏBRİK OLUNDU üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    İyunun 14-də rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 569 nəfər şagird XI sinfi, 873 nəfər şagird isə IX sinfi bitirir.
    XI sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimlərin iştirakı ilə ümum təhsil müəssisələrinin həyətyanı ərazilərində sosial məsafə gözlənilməklə açıq hava şəraitində təşkil olunan “Son zəng” tədbirləri Dövlət him-ninin səsləndirilməsi ilə başlandı.
    Tərtər şəhər 1 saylı, 5 saylı, 6 saylı tam orta məktəblərdə və 2 saylı məktəb-liseydə təşkil olunan son zəng tədbirlərinə qatılan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müstəqil həyata qədəm qoyan məzunlara uğurlar dilədi, dövlətimiz üçün əsl vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzuladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi,
    təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatına və təhsil işçilərinə həmişə diqqət və qayğı göstərdiklərini qeyd etdi.
    Çıxışının sonunda rayon rəhbəri bir daha məzunları təbrik edərək gələcək həyatlarında uğurlar arzuladı.

  • 18İyn
    Təhsil PEŞƏSİNİN VURĞUNU OLAN GƏNC MÜƏLLİM üçün şərhlər bağlıdır

    Müəllim peşəsi həm şərəfli, həm də məsuliyyətli peşədir. Hər yerdə müəllim
    əməyinin izləri, zəhmətinin bəhrəsi görünür. Ta ilk məktəbə gələndə əlimizə qələm tutmağı öyrədən müəllimdən başlamış elmlərin sirlərini aşılayan müəllimədək hər birinin öz yeri olur ürəkdə. Xatırlananda böyük məhəbbətlə xatırlanır. Böyük məhəbbəti ürəklərdə qazanmaq üçün müəllimin bacarığı, onun şagirdlərə yanaşma tərzi, keçdiyi dərsi öyrətmə səriştəsi və bu kimi xüsusiyyətlər böyük rol oynayır. Bütün bu keyfiyyətlər yeniyetmələrin gələcək həyat yolunda əsaslı rol oynayır.
    Hazırda ümumtəhsil məktəblərində öz peşəsinin Daha ətraflı »

  • 31May
    Təhsil TÜRKİYƏ İLƏ BÜTÜN BAŞQA SAHƏLƏRDƏ OLDUĞU KİMİ,TƏHSİL SAHƏSİNDƏ DƏ ƏMƏKDAŞLIQ SÜRƏTLƏ İNKİŞAF EDİR üçün şərhlər bağlıdır

    Mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edən Prezident İlham Əliyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik.

    Türkiyə-Azərbaycan münasibətləri iki ölkə arasında olan əlaqələrdən daha yüksək səviyyədədir. İki ölkə arasındakı dostluq sağlam, möhkəm və sarsılmaz dərəcədə güclüdür. Ölkələrimiz arasında münasibətlər hər sahədə inkişaf edib. İki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş onlarla ikitərəfli müqavilələr imzalanıb. Əlaqələrimiz hərbi sahədən sənayeyə, kənd təsərrüfatından təhsilə qədər yüksək səviyyədə irəliləyir. Təhsil sahəsində əməkdaşlıq olduqca önəmlidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün çox önəmli addımlar atılmalıdır.

    Əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Türkiyə İkinci Qarabağ müharibəsinin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir.Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcək, bütün məsələlərdə bir-birinin yanında olacaqdır.

     

  • 07May
    Təhsil, Xəbərlər XORUZLU KƏNDİNDƏ YENİ MƏKTƏB TİKİLİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 iyun 2020-ci il tarixli, 2075 nömrəli Sərəncamına uyğun olaraq Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik tam orta məktəbin tikintisinə başlanılıb. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xoruzlu kəndində məktəbin tikinti işləri ilə yerində tanış olub, müvafiq tövsiyələrini verib.
    Artıq yeni məktəbin bünövrəsi tökülüb, izolyasiya olunub, hazırda hörgü işləri aparılır.
    Məktəbin həyətində hər birinin Daha ətraflı »

  • 11Mar
    Təhsil TƏRTƏR TƏHSİLİNDƏ İLK QALİB LAYİHƏ üçün şərhlər bağlıdır

    Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə lV qrant müsabiqəsində qalib gəlmiş layihələrdən biri də “Uşaq kimi düşün” layihəsidir. Tərtər rayonu üzrə bu müsabiqədə ilk qalib layihədir. Müasir dövrdə elm və texnologiyanın inkişafı həyatımızda olan bir çox prosesləri sürətləndirməklə yanaşı ünsiyyəti zəiflədir. Bilirik ki, insan psixologiyası ətraf mühitin təsiri ilə formalaşır, odur ki, övladlarımızın düzgün psixoloji inkişafını təmin etmək üçün onlara düzgün inkişafetdirici mühit yaratmalıyıq. Bəzən məktəblilər arasında davraniş pozuntuları, aqressiya, özü-nüifadədə zəiflik, iradəsizlik və s. hallarla rastlaşırıq. Bunları doğuran müxtəlif səbəblər var, ən vacibi isə ünsiyyətsizlikdir. Belə ki, uşaq valideynlərinə, digər yaxınlarına və ya müəlliminə hansısa problemi haqqında danışmaqda çətinlik çəkir. Bunu necə edəcəyini, necə söhbətə başlayacağını bilmir və qarşı tərəfin verəcəyi reaksiyadan çəkinir. Nəticədə uşaq özünə qapanır, Daha ətraflı »

  • 05Mar
    Təhsil VALİDEYNLƏRİN NƏZƏRİNƏ üçün şərhlər bağlıdır

    Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə lV qrant müsabiqəsində  üzrə fərdi kateqoriyada  qalib gəlmiş “Uşaq kimi düşün” layihəsi üzrə təlimlər davam etdirilir. Təlimlərdə  layihə rəhbəri  Nigar Hüseynzadə  və psixoloq  Şirin Ələsgərova,  müəllimlər,  psixoloqlar və valideynlər iştirak edirlər.

    Valideynlər üçün növbəti təlim 5 Mart saat 16:00 da MS Teams platforması ilə həyata keçiriləcək.

    Təlimlərdə iştirak etmək istəyən şəxslər layihənin fb ünvanına  https://www.facebook.com/Uşaq-kimi-düşün-112539067270519/  müraciət edə və ya qeyd olunmuş formanı Daha ətraflı »

  • 10Dek
    Təhsil VALİDEYNLƏR, SİZƏ SÖZÜM VAR üçün şərhlər bağlıdır

    Hazırda valideynlərin tez-tez: “bizim dövrümüzdə yeniyetmələr belə deyildi. Biz belə hərəkətlər etməzdik. Biz bu cür danışmazdıq” kimi fikirlərlə övladlarını tənqid etdiklərinin şahidi oluruq.Çox qəribədir ki, hər dövrün orta yaşlı ata və anası düşünür ki, onlar öz dövrlərində fərqli olublar. Məsələ burasındadır ki, hər bir dövrün yeniyetməsi və gənci özünə daha çox bənzəyir, nəinki keçmişə. Keçmişin onları qəbul edə bilməməsinin səbəbi isə valideynlərin məsələyə subyektiv yanaşmasıdır. Əslində illərdir ki, valideynlərin yeniyetmələrlə bağlı şikayətlərinin səbəbi də məhz bunlardır.
    Bildiyimiz kimi, yeniyetməlik dövrü 11-12 yaşdan başlayaraq 14-15 yaşadək orta məktəbin beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir .11-13 yaşlı oğlan və qızları adətən kiçik yeniyetmə ,13-15 yaşlıları isə böyük yeniyetmə adlandırırlar, lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq olmaz. Daha ətraflı »

  • 16Sen
    Təhsil BU GÜN BİZ SUMQAYIT KİMYA SƏNAYE PARKININ TİMSALINDA YENİLƏŞƏN, GÜCLƏNƏN AZƏRBAYCANI GÖRÜRÜK- İLHAM ƏLİYEV üçün şərhlər bağlıdır


    “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışd
    a iştirak edib.

    Bildirilib ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var.
    Hazırda Peşə Təhsil Mərkəzinə 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir. Mərkəzin təhsil proqramı Daha ətraflı »

  • 10Sen
    Təhsil Tərtər təhsilinin unudulmayan nümayəndələri üçün şərhlər bağlıdır

                                                      ÇAYLAR AXIR SƏSSİZ-SƏMİRSİZ

                                                               (əvvəli keçən sayımızda)

    (OÇERK)

    Validə müəllimin bu dərsi VIII sinifdə idi. Onlar sinfə daxil oldular. Validə müəllim qonağı təqdim etdi. İfadə yazının mətnini oxudu. Uşaqlar ifadənin planı ilə tanış edildi. Əlavə izahat da verildi. Arada şagirdlərin sualları da cavablandırıldı. Arxada oturan qonaq bütün bunları sakitçə seyr edirdi. 45 dəqiqə tez keçdi, dəftərlər yığıldı. Hər ikisi direktorun otağına gəldilər. Müəllimlər otağı ilə bu otaq yanaşı idi. Müəllimlərin gözü hörmətli alimdə idi. O isə hələ heç nə demirdi. Az sonra fikrini açıqladı və Validə müəllimi təriflədi, ifadə mətnləri oradaca yoxlanıldı, uşaqların müstəqil mühakimələri onu razı salmışdı. Gənc müəllimin uğurları qonağı da sevindirdi. O müəllimə öz tövsiyələrini verdi. Üzünü direktora və inspektora tutaraq müəllimin təltif olunması məsələsini qaldırdı. Artıq əvvəlki həyacanı ötüb keçmiş Validə müəllim özünə məxsus ifadə tərzi ilə bir az zarafatyana, bir az ciddi bir beyt şer dedi:
    Farsın Xəyyamı var, Firdovsisi var Daha ətraflı »