Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq
    Təhsil NİCAT İBRAHİMZADƏ– 619 BAL üçün şərhlər bağlıdır

    DSC_4516İbrahimzadə Nicat Sahib oğlu şəhər 2 saylı məktəb-liseyin məzunudur. Rayonda 600-dən yuxarı bal toplayanlardandır. II qrupda 2 dəfə imtahan verib, hər ikisində də yüksək–600-dən çox bal toplaya-raq Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və auditi fakültəsinə qəbul olub. Bu arzu onda hələ üç il əvvəldən qardaşı Rəşad həmin universitetin birinci kursunda oxuyarkən yaranmışdı. Təsadüfdən qardaşların ali məktəblərə qəbulu eyni balla olub–619. Hətta Nicat ballarını yoxlayarkən elə bilib ki, qardaşı Rəşadın balı səhvən ona yazılıb.
    Nicat redaksiyamıza iqtisad universitetinin 3-cü kurs tələbəsi qardaşı Rəşadla birlikdə gəlmişdi. İxtisas seçimində ona qardaşı Rəşadın böyük təsiri olub. Nicat inanır ki, universiteti də müvəffəqiyyətlə başa vuracaqdır.

    Teqlər:

  • 31Avq
    Təhsil “MÜƏLLİMLƏRİMƏ MİNNƏTDARAM” üçün şərhlər bağlıdır

    Turkan001Nemətova Türkan Ədalət qızı 2001-ci ildə anadan olub. Rayonumuzun Ağkənd kəndində yaşayır. O, bu il Əli Kərimov adına Cəmilli kənd tam orta məktəbini bitirib. Bir çox həmyaşıdları kimi arzusu qəbul imtahanlarını müvəffəqiyyətlə verib universitetə qəbul olmaq idi. Budur, indi Türkanın arzusu reallığa çevrilib.
    Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olub.
    Sevincini bütün doğmaları ilə bölüşən Türkan deyir ki, bu uğuruma görə ilk növbədə orta məktəb müəllimlərimə minnətdarlığımı bildirirəm. Bir də sevinirəm ona görə ki, valideynlərimin və müəllimlərimin çəkdikləri əziyyəti yerdə qoymadım.

    Teqlər:

  • 31Avq
    Təhsil ZEYNƏB JURNALİST OLACAQ üçün şərhlər bağlıdır

    DSC_4503DSC_4511Zeynəb Hüseynzadə rayonumuzun məşhur əmək adamı, Sosialist Əməyi Qəhrəmanı, Lenin ordenli Zeynəb Əhmədovanın nəticəsidir. O, bu il Naxçıvan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub.
    Zeynəb deyir:
    –Nənəm Tərtərin fəxri olub. Şəhərimizin küçələrinin biri onun adını daşıyır. Uzun illər unudulmamasının səbəbi isə həm zəhmətsevərliyi, həm də el üçün yanmasıdır. Görünür, valideynlərim bu adı mənə verəndə, məhz belə bir Zeynəbi görmək istəyiblər. Onların etimadını doğrultmağa çalışacağam.
    Bəs, nəyə görə məhz jurnalist olmaq istədin?–deyə soruşuram.
    O deyir:
    –Atam II qrup əlildir. Əmək qabiliyyəti yoxdur. Anam isə ibtidai sinif müəllimidir. Ailədə üç uşaq olmuşuq. Gözümü açandan çətinliklər görmüşəm və düşünmüşəm ki, nə zamansa bunların hamısını qələmə alacağam. Onda hələ bilmirdim ki, bu, jurnalist peşəsidir. Böyüdükcə arzum da böyüdü. İndi çox sevinirəm. Arzuma aparan yolun astanasındayam. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Təhsil Tələbə adını qazananlar üçün şərhlər bağlıdır

    RAYONUMUZUN FƏXRİ

    01“Atam məni hüquqsünas kimi görmək istəyir. Bunu nəzərə alaraq III qrup üzrə imtahanlara ciddi hazırlaşdım”. Bu sözləri Cəmilli kənd tam orta məktəbinin məzunu Cümşüd Qurbanov redaksiyamızda olarkən söylədi.
    Builki qəbul imtahanları zamanı Cümşüdün qazandığı uğur hamını sevindirib. O, 659 bal toplayaraq Tərtər rayonunun abituriyentləri arasında birinci olub.
    Cümşüd onun bu uğurunda zəhməti olan orta məktəb müəllimlərinə, rayonumuzda fəaliyyət göstərən “Kainat” kursunda Nigar, Mehman, Röya, Hümbət müəllimlərə, valideynlərinə dərin minnətdarlığını bildirir.
    Ali məktəbə daxil olanlar böyük və məsuliyyətli bir yola qədəm qoyurlar. Müstəqil Azərbaycanın gəncləri kimi tələbə adını qazanmış hər kəsə, o cümlədən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi adını qazanan Cümşüd Qurbanova bu yolda daim inamla, qətiyyətlə addımlamağı arzulayırıq.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18Avq
    Təhsil QOŞA SEVİNC üçün şərhlər bağlıdır

    DSC_4484Изображение 097Fərid və Fəridə Arazzadələr şəhər 5 saylı tam orta məktəbin məzunlarıdır. Bir ailənin sevinc payı olan bu bacı-qardaş ali məktəblərə qəbul üçün keçirilən test imtahanlarından yüksək nəticə əldə ediblər. Fəridə 636, Fərid isə 630 bal toplayıb.
    Bir il fərq ilə eyni ayda, eyni gündə dünyaya gələn bu uşaqlar məktəbə, “Kainat” hazırlıq kursuna qoşa gedib-gəlib və valideyinlərilə bərabər doğma məktəblərinə, onları tanıyanlara ikiqat fərəh hissi yaşadıblar.
    Cəbhə bölgəsi olan Tərtərin fəxrinə çevrilən gənc tələbələr əldə etdikləri yüksək nəticələrlə bir daha sübut etdilər ki, mənfur düşmən tərtərlilərin əzmini heç zaman qıra bilməyib və bilməyəcək də. II qrup üzrə imtahan verən bu uşaqlar ali məktəbi də əla qiymətlərlə bitirərək, Vətənə layiqincə xidmət etmək arzusundadırlar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Avq
    Təhsil GƏNCLƏRİN HƏRBİ-VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

    BİZİM XALQIN VƏTƏNDAŞI DA VAR, VƏTƏN DAŞI OLAN ÖVLADI DA

    IMG-20170712-WA0005Vətənpərvərlik hissi insana ta uşaqlıqdan aşılanır. Evin içindən–atadan, anadan başlayan sevgi xalqla, vətənlə yaşanır, əbədiləşir. Hər birimiz doğmalarımızın sevgisindən, isti ocağımızdan hərarət alıb doğma evimizdən, həyətimizdən ayrıla bilmirik. Sonra bağçada, məktəbdə müəllimlərimizdən öyrəndiklərimiz–dilimizin əlifbasını, mədəni və milli adətlərimizi mənimsəyərək sevməyə başlayırıq. Daha sonra yaşadığımız torpağın-yurdun sahi binə çevrilərək onu qorumağa çalışırıq. Bu da bizdə vətənpərvərlik hissinə çevrilərək qanımıza, canımıza hopur. Oluruq vətənin vətəndaşı və sonra isə Vətən daşı. Vətən daşı olmaq üçün isə vətənə qəlbən vurğunluq lazımdır. Məlumdur ki, torpaqlarımızın 20%-i işğal altındadır. 25 ildir Vətən torpaqları öz vətəndaşının yo-lunu gözləyir. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Təhsil “SON ZƏNG”in SƏDALARI CƏBHƏ BÖLGƏSİNƏ YAYILDI üçün şərhlər bağlıdır

    01Изображение 598İyun ayının 14-də rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 604 nəfər şagird XI sinfi, 799 nəfər şagird isə IX sinfi bitirir.
    Məktəblərdə təşkil olunan “Son zəng” tədbirlərinə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də qatıldılar. Bütün ümumtəhsil məktəblərində tədbir dövlət bayrağının gətirilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlandı.
    Sonra məktəblilərin hazırladıqları rəngarəng musiqi nömrələri, müəllimlərin, məzunla-rın çıxışları bir-birini əvəz etdi.
    Şəhər 1, 2, 5 və 6 saylı tam orta məktəblərinin məzunlarının “Son zəng”ində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları təbrik edərək, gənclərə tövsiyələr verdi. Müstəqil Azərbaycanımızın gələcəyinin sabahımız olan gənclərimizdən asılı olduğunu söylədi. Məzunlara dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı tövsiyə etdi. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Təhsil AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİYİ QARŞISINDA üçün şərhlər bağlıdır

    BİLİK YARIŞMASI KEÇİRİLİB

    18944627_1052254531575120_1028940710_nDərs ilinin sonu olmasına baxmayaraq, Düyərli kənd ümumi orta məktəbində canlanma vardı. Burada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bilik yarışması keçirilirdi.
    Məktəbin coğrafiya müəllimi Səbuhi Kərimov dedi:
    – Gənclərin intellektual səviyyəsinin yüksəldilməsində, vətənimizin keçmisinə aid məlumatların daha yaxşı mənimsənilməsində bu cür tədbirlərin böyük əhəmiyyəti var.
    Rayon təhsil şöbəsinin nümayəndələri Gülxar Abbasovanın və İntiqam Nuriyevin yarışmaya nəzarət etmələri şagirdlərin məsuliyyət hissini daha da artırır.
    Məktəbin VIII və IX sinif şagird-ləri arasında keçirilən bu maraqlı tədbirdə həmçinin direktor Famil Zeynalov və direktor müavini Ayaz Əliyev iştirak edirdilər.
    Qaliblər IX sinifdən Sevinc Süleymanlı, VIII sinifdən isə Nərgiz Nuriyeva və Ayşən Həşimli oldular.

    Kənan Hüseynzadə

    Teqlər:

  • 09İyn
    Təhsil MƏHƏMMƏD FÜZULİ GECƏSİ üçün şərhlər bağlıdır

    20170516_114456Bu günlərdə Tərtər şəhər 1 saylı tam orta məktəbində VI-A sinfinin müəllimi Vəsilə Müseyibovanın rəhbərliyi ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərinə həsr edilmiş ədəbi-bədii gecə keçirildi.
    Tədbir Şövkət Ələkbərovanın ifasında Məhəmməd Füzulinin “Məni candan usandırdı” qəzəlinə yazılmış “Füzuli kantatası” ilə başladı. Şagirdlərdən M.Hüseynzadə, M.Şirinzadə, M.Əliyev, F.Babazadə və U.Məmmədova Məhəmməd Füzulinin qəzəllərini söylədilər.
    Əməkdar müəllim Fazilə Kərimova öz çıxışında belə ədəbi gecələrin gənc nəslin tərbiyəsində müstəsna rolunu qeyd etdi.

    Ziyafət Rüstəmova ,
    məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

    Teqlər:

  • 30May
    Təhsil SAROV KƏNDİNDƏ BİR QIZ BÖYÜYÜR üçün şərhlər bağlıdır

    Изображение 128Yəqin heç kim inkar etməz ki, həyatda ən başlıca sərvət övladların tərbiyəsidir. Valideynlər körpəlikdən uşaqlarına hansı yaşam prinsiplərini, vərdişləri aşılayırlarsa, gələcəkdə buna uyğun şəxsiyyət formalaşır.
    Əlbəttə, hər kəs övladını sevir. Amma ona kifayət qədər qayğı və diqqət göstərirmi?
    Rayonumuzun Sarov kəndində yaşayan Rəşad Quliyevin və Elnarə İsmayılovanın ailəsində üç övlad böyüyür: İki qız, bir oğlan. Ailənin ilki olan Ç inarə Sarov kənd tam orta məktəbinin III sinfində oxuyur. Özü balaca olsa da, böyük arzularla yaşayır və elə indidən təkcə kənddə deyil, rayon miqyasında da təhsildə qazandığı uğurları ilə tanınır.
    Çinarənin anası Elnarə xanım özü də müəllimdir. O deyir:
    –Övladın tərbiyəsi ilə məşğul olmaq vaxtın olub-olmamasından asılı deyil. Biz onlara kifayət qədər vaxt ayırmalıyıq ki, gələcəkdə uğurlar qazanmasına yardımçı olaq. Əlbəttə, burada hər bir uşağın şəxsi keyfiyyətləri, yəni xüsusi istedadı, bacarığı da rol oynayır. Daha ətraflı »

    Teqlər: