Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19May
    Təhsil İNTELLEKTUAL YARIŞ üçün şərhlər bağlıdır

    DSC_0612Изображение 031Tərtər Rayon Uşaq-Gənclər Şahmat Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş məktəblilər arasında intellektual yarış keçirilib.
    Rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin qatıldığı yarışda 8 komanda iştirak edib.
    Yarışda Köçərli kənd tam orta məktəbinin komandası I yerə, Qapanlı kənd tam orta məktəbinin komandası II yerə çıxıblar.
    Qalib komandalara rayon təhsil şöbəsi və Qarabağ Regional Bilik Evi tərəfindən diplom və qiymətli hədiyyələr verilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10May
    Təhsil Tələbə həyatı üçün şərhlər bağlıdır

    GƏNCLİYİN MÜKAFATI

    0K (16)İnsan ömrü mərhələlərdən ibarətdir. Körpəlik, uşaqlıq, gənclik, ahıllıq, qocalıq. Bu mərhələlərin oxşar əlamətləri var. Məsələn, körpəliklə qocalıqda qayğıya daha çox ehtiyac duyulur, gəncliklə ahıllıqda güc, qüvvət, ağıl, enerji yada düşür. Bu mərhələdə həyatda hər şeyə nail olmaq istəyirsən. Elə qazanılan bütün uğurlar məhz gənclik və ahıllıq illərinə təsadüf edir. Ən önəmlisi təhsil almaq, elm öyrənmək, həyatın fəlsəfəsini başa düşməkdir.
    Sarızadə Günel Nofəl qızı ömrünün gənclik dövrünü yaşayır. O, Hüləbətli kəndində dünyaya göz açıb. Elə həmin kənddə orta təhsilini alıb. Hazırda Bakı şəhərindəki Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat fakültəsinin 4-cü kurs tələbəsidir. Dövlət imtahanları qarşısında o, ana nənəsigilə qonaq gəlib. Onunla görüşümüzdə tələbəlik illərindən–yoldaşlarından, müəllimlərindən, geniş auditoriyalardan böyük maraqla danışdı və dedi: Daha ətraflı »

    Teqlər:

  • 10May
    Təhsil ÇƏKİLƏN ZƏHMƏT DOĞRULACAQ üçün şərhlər bağlıdır

    Изображение 064Şəhər 2 saylı məktəb-liseyin məzunu olan Firuzə Fuad qızı Azərbaycan Dillər Universitetinin tələbəsidir. Pedaqoji fakültədə oxuyur, ingilis və alman dillərini öyrənir. Sonuncu kursdadır, universitetlə vidalaşmasına cəmi bir neçə ay qalıb.
    Firuzə redaksiyamızın qonağı oldu, tələbəlik həyatı və gələcək arzuları haqqında danışdı. O dedi:
    – Universitet illəri insan ömrünün ən qiymətli bir dövrüdür. Bu zaman hətta dəqiqələr də qızıla bərabər olur. Çünki gələcək həyat yolun hansı biliklərə necə yiyələnəcəyindən, həm də bir insan kimi püxtələşməyindən asılıdır.
    Orta məktəb illəri də həyatımda çox önəmli olub. Müəllimlərimi hər zaman minnətdarlıq hissi ilə xatırlayıram. Yüksək balla universitetə daxil olmağımda onların böyük zəhməti var.
    Bilirəm ki, ölkəmizdə gənclərə dövlət tərəfindən daim qayğı və diqqət göstərilir, onlar həvəsləndirilir. Qarşıda bizi dövlət imtahanları gözləyir. Bunları da uğurla başa vurub, indiyədək çəkilən zəhməti iş sahəsində doğrultmalıyıq.

    “Yeni Tərtər”

    Teqlər:

  • 07Mar
    Təhsil ŞƏRƏFLİ PEŞƏ SAHİBİ üçün şərhlər bağlıdır

    IMG-20170222-WA0000Beynəlxalq səviyyədə qeyd olunan bayramlardan biri də 8 Mart–Qadınlar Günüdür. Bu bayram bir çox dövlətlərdə qeyd edilir. Əslində bir qadın hərəkatı ki-mi başlanan bu tarixi gün sonradan dünya qadınlarının hüquq və rifahının qorunması naminə qeyd edilən günə çevrildi.
    Ölkəmizdə də bu bayram böyük əhval-ruhiyyə ilə keçirilir. Azərbaycan qadını əsrlər boyu namus-qeyrət simvolu, saflıq, zəriflik və gözəllik mücəssəməsi olub.
    Belə gözəl, fədakar və peşəkar xanımlardan biri olan Səbinə Allahverdiyevanı oxuculara tanıtmaq istərdim.
    Bir kənddə doğulduq, bir sinifdə təhsil aldıq. Zamanın ağır yükünü də eyni vaxtda daşıdıq çiyinlərimizdə. 1992-ci il çox çətin il oldu hər ikimizə. Amansız müharibə şəraiti, ev-eşikdən uzaq düşmə və valideyn itkisi…
    Ali təhsil almaq arzusu hərənin yolunu bir səmtə saldı. Daha ətraflı »

    Teqlər:

  • 17Yan
    Təhsil 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ İNŞA YAZI MÜSABİQƏSİ üçün şərhlər bağlıdır

    DSC_0074(1)DSC_0087(1)Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon təhsil şöbəsi, Gənclər və İdman İdarəsi şəhər 2 saylı məktəb-liseydə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximizin qara səhifəsi” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixi olduğunu, Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq üçün zaman-zaman mübarizə apardığını bildirdi.
    Çıxışlar bitdikdən sonra inşa yazı müsabiqəsi başlanıldı. Müsabiqədə rayonun 42 ümum-təhsil məktəbindən 42 şagird iştirak etdi.
    Müsabiqənin nəticələri yazılar komissiya üzvləri tərəfindən yoxlanıldıqdan sonra bəlli olacaq. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediləcəkdir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 16Dek
    Təhsil “ƏBƏDİYAŞAR İNSAN” MÖVZUSUNDA İNŞA YAZI MÜSABİQƏSİ KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-047%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-057Tərtər Rayon İcra Hakimiyyəti 12 dekabr Ümummilli Liderin anım günü münasibəti ilə rayon təhsil şöbəsi, Gənclər və İdman İdarəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Əbədiyaşar insan” mövzusunda inşa yazı müsabiqəsi keçirdi.
    Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun turu isə şəhər 2 saylı məktəb-liseydə oldu. İki akademik saat vaxt ayrılan yekun turda 34 ümumtəhsil məktəbindən 34 nəfər şagird iştirak etdi. Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov açaraq, Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumat verdi.
    Müsabiqənin yekununda Qapanlı kənd tam orta məktəbin X sinif şagirdi Əliyev Həsənəli Şahin oğlu birinci, şəhər 2 saylı məktəb-liseyin X sinif şagirdi İsmayıllı Ülviyyə İsmayıl qızı ikinci və Soyulan kənd tam orta məktəbin XI sinif şagirdi İsmayıllı Səbinə Abbas qızı üçüncü yerə layiq görüldülər.
    Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olundu.

    Teqlər:

  • 08Noy
    Təhsil Beynəlxalq Məktəb Kitabxanaları Günü üçün şərhlər bağlıdır

    KİTABXANALAR MÜTALİƏ MƏDƏNİYYƏTİNİN MƏNBƏYİDİR

    20161010_09194020161010_092130Beynəlxalq Məktəb Kitabxanaları Günü YUNESKO-nun təşəbbüsü ilə 1999-cu ildən etibarən qeyd olunur.
    İlk dəfə olaraq bu günün qeyd olunmasını Beynəlxalq Məktəb Kitabxanaları Birliyinin prezidenti Blanş Vullz elan edib. 2005-ci ildə bu bayramın rəsmi statusunu birliyin yeni prezidenti Piter Cenko təsdiqləyib.
    2008-ci ildən etibarən isə bu gün bir aylıq silsilə tədbirlərlə qeyd olunur. Bu isə hər bir məktəb kitabxanasına aylıq çərçivəsində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir.
    Bütün dünyada məktəb kitabxanaları müxtəlif formada olsa da bir məqsədə qulluq edir: “Təhsil və təlim hamı üçündür.” Buna görə də məktəb kitabxanaları məktəbin daxilində fəal dərs proqramını həyata keçirən dərs və təhsil mərkəzi kimi fəaliyyət göstərir. Məktəb kitabxanaları şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına çalışmalıdır. Məktəb kitabxanalarının işinə nəzər salarkən bəzi kitabxanaların təhsil standartlarına, pedaqoji kollektivlərin tələblərinə cavab vermədiyi məlum olur. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Təhsil MƏKTƏB LABORATORİYALARINDA YANĞIN TƏHLÜKƏSİZLİYİ TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    emblemMəktəb laboratoriyalarında təyinatından asılı olaraq yanğın və partlayış xüsusiyyətləri olan müxtəlif kimyəvi maddələrin, reaktivlərin işlədilməsi, saxlanması ilə bağlı şagirdlər yanğın təhlükəsizliyi qaydalarını bilməli, onlara əməl etməlidirlər. Laboratoriyalarda istifadə olunan kimyəvi maddələrin, reaktivlərin çoxu yanğın və partlayış təhlükəli xüsusiyyətlərə malikdir.00 Məsələn; belə maddələrə anilini, azot-2 oksidi, bariumperoksidi və s. göstərmək olar. Belə maddələrin, reaktivlərin işlədilməsi və saxlanması vaxtı müəyyən olunmuş təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Yanğın vaxtı isə onları kimyəvi və mexaniki hava köpükləri, çilənən su, su buxarı və təsirsiz qazlarla söndürmək lazımdır. Maddələrin və materialların birgə saxlanma qaydalarına xüsusi diqqət yetirmək lazımdır. Çünki onlara əməl etmədikdə yanğın və partlayış yaranar. Reaktivlər və başqa maddələrin birgə saxlanması istilik yığımına və öz-özünə alışmaya səbəb ola bilər. Ona görə də onlar müvafiq yerlərdə yanmayan şkaflarda saxlanmalıdır. Oksidləşdiriciləri (bertole duzunu, barium perxloratı, ammonyakı, natrium-nitratı və s.) şüşə, möhkəm tıxaclı bankalarda və ya plastik maddədən hazırlanmış qablarda saxlamaq lazımdır. Bu reaktivlər şkafın yuxarı rəfinə ayrıca qoyulmalıdır. Daha ətraflı »

    Teqlər:

  • 18Okt
    Təhsil Müəllim Günü üçün şərhlər bağlıdır

    GÜNƏŞ QƏLBLİ İNSAN

    xalide-mBir əlində çanta, o birində jurnal tutmuş qadın dəhlizlə asta-asta addımlayır. Gözləri yerə zillənmiş bu qadın sanki addımlarını sayırdı, ya da izah edəcəyi fənni təkrarlayırdı. Xəyallar içində sinif otağının qapısına necə çatdığından xəbəri olmadı. Elə bil qapı öz-özünə açıldı və onu xəyaldan ayırdı. Sinif otağına daxil olaraq ayaq üstə dayanmış uşaqlara salam verdi və əlindəki çanta ilə jurnalı masanın üzərinə qoydu. Əyləşin,–deyərək hamını nəzərdən keçirdi. Elə bil bu nəzərlərlə ayırd etdi ki, şagirdlərin dərsə hazırlığı hansı vəziyyətdədir. So-ruşacağı dərs barədə sorğu-suala başladı.
    Şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Xalidə Quliyevanı hər dəfə sinif otağına daxil olarkən beləcə görmək olar.O , 1976-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki N.Tusi adına pedaqoji universitet) filologiya fakültəsini bitirdikdən sonra ilk işə başladığı gündən indiyə kimi beləcə davam edir. Bir ömrə bə-rabər 40 il!
    Bu illər Xalidə müəllimə nələr verdi, onun yaddaşında hansı izlər buraxdı? Elə bu sualla ona müraciət etdim.
    Gülümsünərək selofan paketə yığılmış diplomları, sertifikatları, Fəxri Fərman və təşəkkürnamələri çıxarıb göstərdi: “Hələ yarısı da evdə qalıb, bəzilərini gətirdim”,–dedi.
    Bir ömrün 40 ilini özündə əks etdirən bu əlvan rəngli kağızlar sanki xəfifcə pıçıldayırdı. Daha ətraflı »

    Teqlər:

  • 07Okt
    Təhsil MÜƏLLİMLƏR GÜNÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-076Beynəlxalq Müəllimlər Günü münasibəti ilə rayonun təhsil işçilərinin bayram toplantısı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad edərək, abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.
    Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev Prezident İlham Əliyevin milli təhsilə göstərdiyi diqqət və qayğıdan və rayonda təhsil sahəsində qazanılan uğurlardan söhbət açıb.dsc_7694
    Qaradağlı kənd tam orta məktəbinin direktoru Eldəniz Ələsgərov, Güləbatlı kənd tam orta məktəbinin riyaziyyat müəllimi İradə Mustafayeva, Umudlu kənd tam orta məktəbinin təşkilatçı müavini Xuraman Axundova və şəhər 2 saylı məktəb-liseyin ibtidai sinif müəllimi Mehriban Abbasova çıxış edərək bayram sevinclərini bölüşüblər.
    Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllimləri peşə bayramları münasibəti ilə təbrik edərək, ölkəmizdə təhsil sahəsində həyata keçirilən uğurlu islahatlardan danışıb.
    Qeyd edib ki, rayonumuzda sayılıb-seçilən, adlı-sanlı müəllimlərimiz çoxdur. Onlardan 5 nəfəri “Əməkdar müəllim” adına, 4 nəfəri “Tərəqqi” medalına, 4 nəfər “Qabaqcıl maarif xadimi” döş nişanına layiq görülüb. Bayram günündə isə Qaradağlı kənd tam orta məktəbinin direktoru Eldəniz Ələsgərov “Qabaqcıl maarif xadimi” döş nişanı ilə, şəhər 2 saylı məktəb-liseyin müəllimi Mehriban Abbasova isə Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif ediliblər.
    Tədbirdə bir qrup müəllimə rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.

    Teqlər: