Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen
    Təhsil Güləbatlı məktəbinin uğurları üçün şərhlər bağlıdır

    01Güləbatlı kənd tam orta məktəbi son illər təhsildə qazandığı uğurlara görə rayonumuzun qabaqcıl təhsil ocaqları sırasında yer alıb. Burada 106 şagirdin təlim-tərbiyəsi ilə 20 nəfər pedaqoq məşğul olur. Bu il birincilərin sayı 10 nəfər olacaq. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    Təhsil Yeni dərs iliniz mübarək! üçün şərhlər bağlıdır

    Rayonumuzdakı 34 tam, 10 ümumi orta və 3 ibtidai məktəbdə çalınan ilk zəng səsi müəllim və şagirdləri sinif otaqlarına səslədi. Cari tədris ilində bu təhsil ocaqlarında 9372 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1240 nəfər müəllim məşğul olacaq.

    Изображение 053Qapanlı kənd tam orta məktəbi. Düşmənin gözünə ox kimi batan qəhrəman kəndin məktəbində “Bilik Günü” təntənəli şəraitdə keçdi. Kəndin çətin anlarında da, xoş günlərində də sakinlərlə bərabər olan Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov bu bayram günündə də əziz qonaqların arasında idi. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    Təhsil Təhsil işçilərinin konfransı keçirildi üçün şərhlər bağlıdır

    Изображение 065Rayonun təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Mərkəzi meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyublar. Gənclər Mərkəzində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra rayon təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev konfransı açaraq, təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, “2014-2015-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə söyləyib. Daha ətraflı »

    Teqlər:

  • 07Sen
    Təhsil Tələbə adını qazanmış gənclərə qayğı üçün şərhlər bağlıdır

    Изображение 093Bu il ali təhsil və orta ixtisas məktəblərinə qəbul olmuş tələbələrlə rayon icra hakimiyyəti başçısının görüşü keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhərimizin Mərkəzi meydanında Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Daha ətraflı »

    Teqlər:

  • 04Sen
    Təhsil Tələbə adınız mübarək! üçün şərhlər bağlıdır
    Nəticələr qənaətbəxşdir

    2014-2015 ci tədris ilində rayon üzrə orta məktəbləri 692 nəfər şagird bitirib. Onların 331 nəfəri ali məktəblərə sənəd verib. Həmin şagirdlərin 168 nəfəri qəbul olub.
    Builki qəbulda məzunlardan 6 nəfəri 600-dən çox, 16 nəfəri isə 500-dən çox bal toplayıb. 600-dən çox bal toplayan şagirdlər İsmayılbəyli kənd tam orta məktəbindən Mahmudova Aytac Nofəl qızı (III qrup üzrə) 652 bal, Bəyimsarov kənd tam orta məktəbindən Əsədova Türkan Münasib qızı (I qrup üzrə) 638 bal, şəhər 2 saylı məktəb-liseydən Atayeva Əsmər Seyfulla qızı (III qrup üzrə) 619 bal, Güləbatlı kənd tam orta məktəbindən Şükürlü Əsmər Vüqar qızı (III qrup üzrə) 613 bal, Umudlu kənd tam orta məktəbindən Nəzərov Qoşqar İlham oğlu (III qrup üzrə) 612 bal, Güləbatlı kəbd tam orta məktəbindən Abbaslı Pərvanə Etibar qızı (III qrup üzrə) 600 bal toplamışlar. Bu il 500-dən çox bal toplayan şagirdlərin sayı ötən illə müqayisədə 11 nəfər çoxdur.
    Şəhər 1 saylı tam orta məktəbdən 24 nəfər, şəhər 5 saylı tam orta məktəbdən 13 nəfər, şəhər 2 saylı məktəb–liseydən 10 nəfər, Sarov kənd tam orta məktəbdən 10 nəfər, Hacıqərvənd və Söylən məktəblərinin hər birindən 8 nəfər, Azadqaraqoyunlu məktəbindən 6 nəfər şagird ali məktəblərə qəbul olunmuşlar.
    Ötən illərin məzunları ilə birlikdə bu il ali təhsil müəssisələrinə daxil olanların sayı 180 nəfərdir.
    Əksipara, Köçərli və Mamırlı kənd tam orta məktəblərinin builki məzunlarından ali məktəblərə 1 nəfər də qəbul olmayıb.

    Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Təhsil Hörmətli müəllim üçün şərhlər bağlıdır

    новый-4Həyatda peşələr çoxdur. Onların hamısı yaxşı, hamısı gərəklidir. Ancaq insanlar arasında sorğu keçirilən zaman əksər çoxluq müəllim adının üstündə dayanır. Ona görə ki, bütün peşələrin ibtidaisi müəllim əməyi ilə başlayır. Hər bir uşaq birinci sinifə gedəndə onun əlindən tutub ana, vətən sözlərini yazdıran müəllimdir. Bu baxımdan hər bir müəllimin uşaqların, onların valideynlərinin ürəyində öz yeri olur. Hər bir insan ilk müəllimini heç vaxt unutmur., yaddan çıxarmır… Daha ətraflı »

    Teqlər:

  • 15İyl
    Təhsil Buraxılış imtahanlarının nəticələri üçün şərhlər bağlıdır

    1431931243_27e3d1c6c601Hər il olduğu kimi bu il də ümumtəhsil məktəblərində yüzlərlə şagird IX və XI siniflər üzrə buraxılış imtahanları verdilər.
    Imtahanların ilkin nəticələri barədə rayon təhsil şöbəsindən məlumat aldıq.
    Məlumatda bildirilir ki, rayonun 44 ümumtəhsil mü-əssisəsində IX siniflər üzrə 801 nəfər, 34 tam orta məktəblərində isə XI siniflər üzrə 675 nəfər şagird buraxılış imtahanları verib.
    Imtahanlar mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılıb. IX siniflərdə “ana dili” və “riyaziyyat”, XI siniflərdə isə “ana dili”, “riyaziyyat” və “xarici dil” fənləri üzrə buraxılış imtahanları keçirilib. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Təhsil Analarımız üçün şərhlər bağlıdır

    QAYĞIKEŞ MÜƏLLİM–ANA

    DSC_3187 Müasir cəmiyyətimizdə az-az sahələr tapılar ki, qadın əməyindən istifadə olunmasın. Qadın təhsildə, səhiyyədə,  hüquq orqanlarında, kənd təsərrüfatında yorulmaq bilmədən çalışır. O, həm də ailə idarə edir, anadır. Belə  analardan biri də müəllim–ana Kifayət Kərimovadır.
    Kifayət müəllim şəhər 3 saylı orta məktəbdə çalışır. O, ömrünün 35 ilini şagirdlərin təlim–tərbiyəsinə həsr edib.  Üstəlik də evinin həm kişisi, həm qadını olub. Həyat yoldaşı Sabir 1992-ci ildə Qarabağ müharibəsi zamanı Ağdərə  (keçmiş Mardakert) rayonunda avtomobil qəzasında həlak olmuşdur. Ona görə də ailənin qayğısı və məsulliyəti  Kifayət müəllimin çiyinlərinə düşmüşdür. Bu günlərdə onunla görüşüb müəllim-ana kimi fikirlərini öyrənmək  qərarına gəldim. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Təhsil “ Son zəng” məzunları müstəqil həyata səslədi üçün şərhlər bağlıdır

    May ayının 29-30-da rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Cari tədris ilində tam orta məktəblərini 693, ümumi orta məktəblərini isə 801 şagird bitirdi. Məzunlardan 338 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd verib. Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də “Son zəng” tədbirinə qatıldılar. Bütün ümumtəhsil məktəblərində tədbir dövlət bayrağının meydana gətirilməsi, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı.

    Şəhər 1 saylı tam orta məktəb
    DSC_3956Məktəb bayramsayağı bəzədilmişdir. Üzlərdən sevinc, təbəssüm oxunurdu. Çünki məktəbdə “Son zəng” tədbiri keçirilirdi. Mərasimdə məktəbin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Tədbiri məktəbin direktoru Nəcibə Muradova açaraq toplaşanları “Son zəng” münasibətilə təbrik etdi. Sonra onbirincilərin tərtib etdikləri bədii nümunələr ifa olundu. İlk Avropa Oyunlarının rayonumuzdakı məşəldarlarından beş nəfəri məhz 1 saylı tam orta məktəbin yetirmələri olduğu üçün burada məşəl şölələndi. Tədbir böyük coşğu ilə keçirildi. Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxışında məktəbin builki 57 məzununa, onların on bir ildə əziyyətini çəkmiş müəllimlərinə və valideynlərinə xoş arzularını bildirdi. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Təhsil Rəsul Rza-105 üçün şərhlər bağlıdır

    “Mən istəyirəm: güllər açılsın, güllələr açılmasın”

    DSC_3614Bu misraların müəllifi XX əsr Azərbaycan poeziyasının novator şairi Rəsul Rzadır. Ulu Öndər Heydər Əliyev şair haqqında demişdir: “Rəsul Rza zəngin milli ədəbi ənənələrdən istifadə edərək Azərbaycan poeziyasında novator şair kimi çıxış etmiş, Azərbaycan poeziyasını zənginləşdirmişdir.” Məhz buna görə də illər ötdükcə, onun yaradıcılığı öz aktuallığını itirmir və sevilə-sevilə oxunur.
    Bu günlərdə şəhər 1 saylı tam orta məktəbində şairin anadan olmasının 105 illiyi münasibətilə “Rəsul Rzanın söz dünyası” adlı ədəbi-bədii gecə keçirilmişdir. Daha ətraflı »

    Teqlər: