Bu günlərdə Tərtər rayon Məşğulluq Mərkəzinin işçiləri şəhər 6 saylı tam orta məktəbində peşəyönümü ilə əlaqədar tədbir keçirdilər.
Tədbiri rayon məşğulluq mərkəzinin direktoru Azər Ağayev açaraq peşəyönümü ilə əlaqədar ətraflı məlumat verdi. Daha ətraflı »
-
16MayTəhsil Peşəyönümü aktual məsələdir üçün şərhlər bağlıdır
Teqlər: Təhsil
-
16MayTəhsil Bilik yarışı üçün şərhlər bağlıdır
Tərtər rayon Gənclər və İdman İdarəsi və Tərtər Rayon Təhsil Şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri arasında “Bilik yarışı” keçirilmişdir.
Yarış iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra türk dünyasının dahi siyasətçisinin həyatına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Daha ətraflı »Teqlər: Təhsil
-
11AprTəhsil Müəllimlərin seminarı üçün şərhlər bağlıdır
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının nümayəndələri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində “Müəllim bilik, bacarıq və peşəkarlığı ilə təlim-tərbiyə prosesində əsas simadır” mövzusunda Tərtər şəhər 1 saylı tam orta məktəbində seminar keçirmişlər. Seminarda rayonun bir sıra məktəblərindən 100-ə yaxın müəllim iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Tərtər rayon Təhsil Şöbə-sində metodkabinetin direktoru İntiqam Nuruyev açdı. Daha ətraflı »
Teqlər: Təhsil
-
31MarTəhsil Gəncliyin inkişaf strategiyası üçün şərhlər bağlıdır
Gənclər hər bir ölkənin istimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəs-tək həm də ölkənin firavan gələcəyinə yatırımdır. Bu gün həyata keçirilən dövlət siyasətinin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən «2015-2025-ci illərdə Azərbaycan gənc-lərinin İnkişaf Strategiyası»nın təsdiq edilməsi haqqında Sərəncamı dövlətin gənclərə xüsusi diqqətinin ifadəsidir. Daha ətraflı »
Teqlər: Təhsil
-
18MarTəhsil Ana dilini sevək və sevdirərək qoruyaq üçün şərhlər bağlıdır
Doğma Dil, doğma Vətən, doğma Ana!
Bunlar eyni məfhumlardır. Çünki ananı sevməsən, vətəni sevə bilməzsən. Ananı, vətəni sevdiyini ifadə etmək üçün ürəyindəkiləri söyləməyə dil lazımdır. O dil ki, doğma anamızın dilidir. Dili bizə anamız öyrətdiyinə görə də Ana dili adlanır bu dil. Hər bir xalqın öz ana dili var və öz dili ilə tanınır. Bizim də ana dilimiz Azərbaycan dilidir. Bizim ana dilimiz poeziya dilidir, şirin layla dilidir, qəlbləri oxşayan mahnı dilidir. Bizim ana dilimiz dosta məhəbbət, düşmənə nifrət dilidir, bu dil xəstələrə məlhəm dili və ən ülvi hissləri ifadə etməyə qadir olan bir dildir. Biz bütün əsərləri, elmləri öz doğma dilimizdə oxuyur və öyrənirik. Deyilənə görə əgər bir xalqın dilini əlindən alsan, o xalq məhv olub gedər. Daha ətraflı »
Teqlər: Təhsil
-
10MarTəhsil Qayğıkeş ziyalı qadın üçün şərhlər bağlıdır
Qayğıkeş ziyalı qadın
1975-ci ildə Gəncə Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirən Məxmər Cəfərovanın həyatında bir iş yeri olub – Qapanlı kənd tam orta məktəbi. Orta təhsilini əla qiymətlərlə başa vuran Məxmər müəllim uzun illərdir ki, biliyini, bacarığını doğma kəndinin övladlarının maariflənməsinə sərf edir. Məktəbin direktoru Fitat Əliyeva deyir ki, bu müəllimin dərs dediyi şagirdlər riyaziyyatdan daim yüksək bal toplayır və ali məktəblərə qəbul zamanı uğur qazanırlar.
Məxmər müəllim öz yetirmələri ilə haqlı olaraq fəxr edir. Onlardan Tahirə müəllim hal-hazırda özü ilə çiyin-çiyinə çalışır və vaxtilə müəlliminin ona öyrətdiyi və sevdirdiyi riyaziyyat fənnini şagirdərinə həvəslə tədris edir. Daha ətraflı »
Teqlər: Təhsil
-
10MarTəhsil Sevimli müəlliməm üçün şərhlər bağlıdır
Mən anam qədər sevdiyim müəlliməmdən danışmaq istəyirəm. O,1980-ci ildə ilk pedaqoji fəaliyyətinə başlayıb. Se- vinclə əlinə jurnal alıb sinif ota-ğına daxil olan müəllimə gülərüzlə 1-ciləri salamlayıb. Haqqında danışdığım şəxs Umudlu kənd tam orta məktəbinin müəllimi Kifayət Aslanovadır.
İlk dəfə sən tutdun körpə əlimdən
«Ana» kəlməsini dəftərə yazdım. Daha ətraflı »
Teqlər: Təhsil
Yeni ismarıclar