Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Fev
    Təhsil “Xocalı soyqırımını unutma!” üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Uşaq Gənclər İdman Şahmat məktəbinin foyesində ümumtəhsil məktəblərinin şagirdlərinin rəsm və əl işlərindən ibarət “Xocalı soyqırımını unutma!” adlı rəsm müsabiqəsi keçirilib.
    Məktəblilərin rəsm müsabiqəsində Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəqsanə Məmmədli, Təhsil sektorunun əməkdaşı Lamiyə Məmmədova, Aysel Ağayeva və Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Ülviyyə Qənbərova çıxış ediblər.
    Sonra şagirdlərin Xocalı faciəsinə həsr etdikləri rəsmlərə baxış keçirilib.

  • 29Fev
    Təhsil “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır

    Təbiəti qorumaq həyatı qorumaq deməkdir

    “İnsanları təbiətin övladı” kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə daim təbiətə qayğı göstərmiş, onun sərvətlərini göz bəbəyi kimi qorumağı tövsiyə etmişdir.
    Prezident İlham Əliyev də öz çıxışlarında Azərbaycan vətəndaşlarının təmiz ekoloji şəraitdə yaşamasını cəmiyyətimiz qarşısında duran mühüm bir vəzifə olduğunu qeyd edir.
    Bu dəyərli tövsiyələrin timsalında təbiətimizi qorumağı özümüzə bir həyat borcu seçdik və sevdik.
    “Təbiətə qayğı” dərnəyimizin 12 nəfər üzvü var. 2023-cü ilin 1 noyabrında fəaliyyətə başlamışıq.
    Dərnək üzvləri ilə bərabər təbiətə, suya, tullantılara, havaya, heyvanlara, bitkilərə, təbiət hadisələrinə, antropogen hadisələrə aid şagirdlərin maarifləndirilməsi üçün videoçarxlar hazırlayır, maarifləndirici təqdimatlar edirik.
    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Təbiət naminə birləş, Həyat naminə birləş!” sözləri fəaliyyətimizdə bizə stimul verir.
    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə Sektorunun müdiri İsrafil Paşayev və həmin sektorun baş məsləhətçisi Vaqif Əliyev dərnəyimizin qonağı olub və məktəbin həyətində sərv ağacları əkiblər.
    “Şəhidlər vurulanda ölmürlər, unudulanda ölürlər!” devizi altında dərnəyimizin üzvləri şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisyalarla şəhid ailələri qarşısında çıxış ediblər. Tədbirin sonunda məktəbin həyətyanı sahəsində şəhid ailələri ilə birlikdə “8 Noyabr – Zəfər Günü” münasibəti ilə sərv ağacları və qızılgül kolları əkilib. Daha ətraflı »

  • 12Fev
    Təhsil Seçki günü bayrama çevrildi üçün şərhlər bağlıdır

    Şikar Şikarov adına şəhər 5 saylı tam orta məktəbin kollektivi üçün “Heydər Əliyev ili” yaddaşlarda əlamətdar hadisə ilə qalmışdır. Məhz həmin il şagird və müəllim kollektivi rayon ictimaiyyəti ilə birlikdə gözəl, yaraşıqlı yeni məktəb binasının istifadəyə verilməsini qeyd etdi.
    1974-cü ildə tikilmiş və müharibə nəticəsində dəfələrlə dağıntılara məruz qalmış 220 şagird yerlik binanın yerində Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik yeni bina inşa olunmuşdur. Məktəbin geniş akt zalı, idman zalları, bütün lazımi avadanlıqlarla təhciz olunmuş fənn kabinələri, laboratoriyaları, oğlan və qızlar üçün ayrıca 2 texnologiya kabinəsi, kitabxana və 60 yerlik mətbəxi var.
    Məktəbdə yaşanan yüksək əhval-ruhiyyə növbədənkənar Prezident seçkiləri ərəfəsində daha da artaraq, fevralın 7-də böyük bir bayrama çevrildi.
    Belə ki, burada yerləşən 5 saylı seçki məntəqəsində bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün əvvəlcədən bütün hazırlıq işləri görülmüşdür.
    Məntəqənin sədri Arzu Babayeva deyir:
    – Səhər saatlarından insanlar sevinc hissi ilə məntəqəyə gəlməyə başladılar. Özü də qeyd etmək istəyirəm ki, bu seçkilərdə yaşlı adamların da sayı əvvəlkindən çox idi. Hər kəs möhtərəm Prezidentimizə olan sevgi və ehtiramını məntəqəyə gələrək ona səs verməklə bildirmək istəyirdi.
    Seçki məntəqəsinin katibi Aytən Quliyeva isə ilk dəfə səs vrerən Quluzadə Nicat Elşən oğlunun adını çəkdi. Bu tarixli seçkilərdə iştirak etdiyinə görə onun çox qürurlu olduğunu söylədi.
    Seçki prosesi başa çatdıqdan və ilk nəticələr elan olunduqdan sonra müəllimlər cənab İlham Əliyevin yenidən Prezident seçilməsini çay süfrəsi arxasında qeyd etdilər.

    “YENİ TƏRTƏR”

  • 12Fev
    Təhsil Onun uğurlarının bünövrəsi orta məktəb illərindən qoyulub üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin mühüm bir istiqamətini gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil edir.
    Belə gənclərdən biri də həmyerlimiz Orxan Mustafazadədir. Orxan 2001-ci ilin 28 noyabrında rayonumuzun Əskipara kəndində anadan olub. Şikar Şikarov adına şəhər 5 saylı tam orta məktəbin məzunudur.
    Orxan Mustafazadənin həyatı müasir Azərbaycan gəncinin parlaq nümunəsidir. Cəmi 23 yaş və saymaqla bitməyən uğurlar, qələbələr, nailiyyətlər, araşdırmalar, ictimai fəallıq, mübarizə və daha nələr, nələr…
    O, 2019-cu ildə 502 qəbul balı və YÖS nəticəsi ilə Türkiyədə iqtisadiyyat ixtisası üzrə təhsil almağa başlayıb. Bakalavr təhsilini 3 ilə yekunlaşdırıb. Hal-hazırda magistratura pilləsi üzrə təhsilini Türkiyə Respublikasında davam etdirir. İkinci kurs magistr tələbəsi olaraq “Dayanıqlı inkişaf”, “Dayanıqlı ekoloji inkişaf” adlı araşdırmaların, “İnternationl Journal of Social and Humanities Sciences Research” elmi jurnalında yayımlanan “Sürdürülebilir Kalkınma Bilinci Üzerine Bir Araştırma” məqaləsinin müəllifidir.
    Orxan Mustafazadənin bugünkü uğurlarından danışarkən qeyd etmək lazımdır ki, onların bünövrəsi orta məktəb illərində qoyulub. O, bu barədə belə deyir: Daha ətraflı »

  • 28Okt
    Təhsil “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb üçün şərhlər bağlıdır

    Beynəlxalq Müəllimlər Günü ərəfəsində rayonumuzun bir qrup təhsil işçisi fəxri adlarla və döş nişanları ilə mükafatlandırılıb. Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Sevda Vəliyevanın da adı mükafatlandırılanlar arasındadır. Bununla əlaqədar məktəbdə müəllimlə görüşdüm. Əvvəlcə qısa tərcümeyi-halını soruşdum. Öyrəndim ki, 1963-cü il mayın 17-də Tərtər şəhərində doğulub. 1969-cu ildə rayonun ən qabaqcıl ümumtəhsil məktəblərindən olan, həm də özündən böyük qardaş və bacılarının təhsil aldığı 1 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 1979-cu ildə orta məktəbi bitirib. Elə həmin il ali məktəbə qəbul olub. 1983-cü ildə keç-miş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib və təhsil aldığı orta məktəbdə riyaziyyat müəllimi olaraq fəaliyyətə başlayıb.
    Sevda müəllim söhbət zamanı bildirdi ki, pedaqoji fəaliyyətə başladığı gündən 41 ildən artıq vaxt ötüb. Bu illər müəllimin ömrünə öz naxışlarını çəkib. Hər şeydən əvvəl peşəsini və şagirdlərini sevərək çalışıb. Bu sevgini onda orta məktəbdə dərs demiş müəllimləri yaradıb. Sabir Paşayevin, Mikayıl Səfərovun yetişdirdiyi yüzlərlə müəllimlərdən biri də Sevda müəllimdir. Bu anda vaxtı ilə söylənmiş bir atalar sözü yadıma düşdü: “Müəllim bir memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir”. Bu fikirləri Sevda müəllim haqqında da söyləmək yerinə düşər. Bu gün onun yetirmələri ölkəmizin hər yerində fəaliyyət göstərir, təhsil ocaqlarında çalışaraq təhsilimizin inkişafına nail olurlar. Yaddaşında olan bir neçə yetirməsinin adını iftixarla çəkdi. Daha ətraflı »

  • 27Okt
    Təhsil Müəllim əməyinə yüksək diqqət və qayğı üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyəti, Qarabağ Regional Təhsil İdarəsinin Tərtər təhsil sektoru və Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonda yeni istifadəyə verilmiş şəhər 5 nömrəli tam orta məktəbin akt zalında ”Heydər Əliyev İli” çərçivəsində 5 oktyabr –“Beynəlxalq Müəllimlər Günü”ndə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib. Konfransda Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər.
    Tədbirdən öncə təhsil işçiləri rayonun mərkəzi meydanında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül-çiçək dəstələri düzüblər.
    Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin və ötən təhsil ili müddətində dünyadan kö-çən müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
    Tədbirdə çıxış edən rayon rəhbəri ümumtəhsil məktəbləri-nin bütün müəllimlərini peşə bayramları münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara uzun ömür, cansağlığı, şərəfli fəaliyyətlərində uğurlar diləyib. O, öz çıxışında “mən dünyada müəllimdən yüksək ad tanımıram”–deyən Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində milli təhsilə göstərdiyi diqqət və qayğıdan söhbət açib. Daha ətraflı »

  • 08Sen
    Təhsil TƏLƏBƏ ADINIZ MÜBARƏK! üçün şərhlər bağlıdır

    2022-2023-cü tədris ilində Tərtər rayonunda 11-ci sinfi 662 məzun bitirib. Onlardan 362 nəfər ali məktəblərə sənəd verib, 255 nəfəri tələbə adını qazanıb. Rayon üzrə 2 nəfər 600-dən yuxarı, 8 nəfər isə 500-dən yuxarı bal toplayıb.
    Ali məktəblərə qəbul olan bütün gəncləri, onların valideynlərini və təhsil aldıqları məktəblərin kollektivlərini ürəkdən təbrik edirik!
    Tələbəlik illəriniz uğurlu və faydalı keçsin. Yüksək zirvələrə aparan yolda hər birinizə cansağlığı, səbr və iradə arzulayırıq.

    Qarabağ qazisinin qızı ADA universitetinin tələbəsidir

    Bu günlərdə I Qarabağ müharibəsi veteranı Qurban Əhmədovun ailəsində böyük sevinc yaşandı. Ailənin ikinci övladı, şəhər 2 saylı məktəb-liseyin məzunu Aysel Əhmədli 621 bal toplayaraq, ADA Universitetinin Hüquqşünaslıq fakültəsinin tələbəsi oldu. Ayselin böyük qardaşı Kənan Atatürk Universitetinin İqtisadiyyat fakültəsinin III kurs tələbəsidir. Kiçik qardaşı isə hələ məktəblidir.
    Redaksiyada olarkən Aysel bildirdi ki, bu uğuruna görə həm valideynlərinə, həm də müəllimlərinə çox minnətdardır. Tələbə qız elmin çətin yollarında onun əlindən tutub aparan müəllimlərinə möhkəm cansağlığı arzuladı. O dedi:
    – Biz gənclər çəkilən zəhmətin əvəzini yalnız ölkəmizin layiqli vətəndaşı olmağımızla qaytara bilərik. Bundan ötrü var qüvvəmlə çalışacağam.
    Aysel onu da bildirdi ki, ali məktəbə qəbul barədə xəbəri anbaan gözləyirdi, ancaq yenə də rəfiqəsi Dilarə Ağazadə ondan irəli düşdü və hər ikisinin tələbə adını qazandığını ona Dilarə söylədi. Rəfiqəsi də yüksək balla Azərbaycan Tibb Universitetinə daxil oldu. Daha ətraflı »

  • 08Sen
    Təhsil Şəhid atanın arzusu həyata keçib üçün şərhlər bağlıdır

    II Qarabağ müharibəsinin başlanmasından üç ilə yaxın vaxt ötür. Üç ildir ki, xalqımız başıuca yaşayır. Zaman keçdikcə, əldə etdiyimiz Qələbənin sevinci daha da artır. İşğaldan azad edilən torpaqlar abadlaşdıqca, bu yerlərə qan tökən oğulların qəhrəmanlığı əbədiləşir.
    Üç ildə şəhidlərimizin ailələrində nələr baş verib? Necə yaşayıblar, necə böyüyüblər igidlərimizin yadigarları olan şəhid övladları? Qürur hissi ilə deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin, Azər-baycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı və dəstəyi, xalqın sevgisi ilə əhatə olunmuş bu uşaqlar qəhrəman atalarının yolunu şərəflə davam etdirirlər. Onlar hər zaman öndədirlər – Vətənə sədaqətdə, təhsildə, ictimai işlərdə. Ali məktəblərə builki qəbul zamanı Azərbaycanda iyirmiyə yaxın şəhid övladının tələbə adını qazanması bunu bir daha təsdiq edir. Daha ətraflı »

  • 08Sen
    Təhsil GƏNCLƏR ÖLKƏMİZİN GƏLƏCƏYİDİR üçün şərhlər bağlıdır

    6 nömrəli tam orta məktəbin məzunu Aysun Vəliyeva 605,3 balla Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub.
    Ötən il biz redaksiyamızda Aysunun 2 bacısını – Nərgiz və Əfruzu tələbə olmaları münasibətilə təbrik etmişdik İndi isə 3-cü bacı müəllimlərini, valideynlərini və bütün rayon ictimaiyyətini öz uğuru ilə sevindirib.
    Ulu Öndər Heydər Əliyev deyirdi: “ Azərbaycan gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir”.
    Biz də tərtərli olaraq ümid edirik ki, Aysun kimi gənclər ölkəmizin gələcəyinə layiqli töhfələr verəcəklər.

  • 08Sen
    Təhsil Möhtəşəm addımlar üçün şərhlər bağlıdır

    2022-2023- cü tədris ilində Sabir Paşayev adına Umudlu kənd tam orta məktəbin 11-ci sinfini 8 nəfər şagird bitirmişdir. Hər biri ali məktəbə sənəd vermiş, onlardan 6 nəfəri ali məktəblərə daxil olaraq tələbə adını qazanmışdır. Bu da ümumilikdə məktəbi bitirən şagirdlərin 75 % i deməkdir.

    Məmmədli Bəhram Mahir oğlu gənclərin inkişafında aktiv rol oynayan və xaricdə təhsil almağı arzulayan Azərbaycan gəncidir. 2006-cı ilin 25-iyununda Tərtər şəhərində doğulmuş Bəhram, S. Paşayev adına Umudlu kənd tam orta məktəbinin məzunudur. İndi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Marketinq ixtisasında təhsil alacaqdır.
    Bəhram, könüllü fəaliyyət sahəsində çox böyük nailiyyətlərə imza atıb. O, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Regional İnkişaf İctimai Birliyinin və ASAN Xidmət könüllülük proqramında fəaliyyət göstərib. Bu qurumlar tərəfindən aktiv iştirakına görə müxtəlif sertifikatlarla mükafatlandırılmışdır.