Haqqında sizə söhbət açmaq istədiyim Qasımova Şəhla Camal qızı ömrünün ahıl çağını yaşayan nurani bir qadındır. Çoxları onu Şəhla müəllim kimi tanıyır. Səsi-sorağı uzaqlardan gələn, sayılıb-seçilən vəzifə sahibləri olanlar onun nəzərində hələ də uşaqdırlar. Tez-tez ona baş çəkməyə gələnlər müəllimlərini nə qədər sevdiklərini, yaşın kövrəkliyi artdıqca insanın xatirələrə nə qədər bağlı olduğunu bir daha duyurlar. Biri elə məktəb direktoru işləyən Vəsilə müəllim. “Sinif müəllimimlə hər görüşəndə özümü uşaq kimi hiss edirəm”, – deyir.
Şəhla müəllim təkcə dərs dediyi uşaqlarçün sevimli sinif müəllimi deyil, övladları üçün ana, qohumları üçün xala, bibi, qonşular üçünsə hər yerdə sözünün dəyəri olan ağbirçəkdir. O, yüzdən çox yaşı olan şəhər 1 saylı orta məktəbi bitirib. Sovet dönəmində sənədlərini o zamankı pedaqoji instituta verib. İnstitutun metodika fakültəsini bitirib. 1966-cı ildə əmək fəaliyyətinə şəhər 2 saylı orta məktəbdə ibtidai sinif müəllimi kimi başlayıb. Sənətinə məhəbbəti, məsuliyyətliliyi, içtimai işlərdə fəallığı ilə seçilib. İşinə çox həvəslə yanaşan gənc müəllimi çox keçmədən rayon komsomol komitəsinə uçot şöbə müdiri vəzifəsinə irəli çəkiblər. Dəfələrlə yaxşı işinə görə fəxri fərmanlar, təşəkkürnamələr alıb. Daha ətraflı »
-
10OktTəhsil Ən böyük müəllim həyatdır üçün şərhlər bağlıdır
-
30SenTəhsil Anım gününə həsr olunmuş şahmat yarışı üçün şərhlər bağlıdır
Tərtər Uşaq Gənclər İdman Şahmat Məktəbində rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “27 sentyabr–Anım günü”nə həsr edilmiş rayonun pilot məktəblərinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin 8-14 yaş qrupu şagirdləri arasında şahmat idman növü üzrə turnir keçirilib.
Turnirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra uşaqlara Vətən müharibəsi haqqında məlumat verilib.
Olimpiya sistemi(uduzan çıxır) ilə keçirilən turnirə 36 nəfər məktəbli qatılıb.
Qaliblər Tərtər rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif ediliblər.
-
22SenTəhsil İcra başçısı Soyulan kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun 164 şagird yerlik Soyulan kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
Rayon rəhbəri şagirdlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.
-
20SenTəhsil “Bilik Günü” şəhidlərə həsr olunub üçün şərhlər bağlıdır
Sentyabrın 15-i, “Bilik Günü” kimi qeyd olunan ilk dərs günü. Müəllimlərin də, şagird-lərin də, hətta valideynlərin də həsrətlə gözlədiyi bir gün. Xüsusilə birinci sinfə qədəm qoyan birincilərin və onların müəllim və valideynlərinin sevincinə səbəb olacaq bir gün olmalıydı. Lakin gözlərdə niskil, üzlərdə kədər oxunurdu, söylənilən hər kəlmədə şəhidlərimiz xatırlanırdı. Buna səbəb isə sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin gecə qaranlığında ərazilərimizin Kəlbəcər, Daşkəsən, Laçın istiqamətlərində törətdiyi təxribat və bunun nəticəsində hərbçilərimizin şəhid olması idi.
– Şəhidlər bizim qürur yerimizdir. Biz onların qəhrəmanlığı sayəsində “Qarabağ Azərbaycandır” deyə bilirik. Mək-təbə qədəm qoyan bütün birinciləri və onların valideynlərini təbrik edirəm, – söylədi 1 saylı tam orta məktəbin 1-ci “A” sinif müəllimi Ülviyyə Məmmədova.
Sonra uşaqlar adı bu sinifə verilmiş Vətən müharibəsi şəhid Fərrux Həşimovun şəkli önünə qərənfillər düzdülər. Ülviyyə müəllim birincilərin ilk valideyn iclasını keçirərək, lazımi tapşırıqlarını verdi.”Yeni Tərtər”
-
20SenTəhsil Tərtərli əkizlər Türkiyədə təhsil alacaqlar üçün şərhlər bağlıdır
Amin və Ziba əkiz bacı-qardaşdılar. Rayonumuzun Seydimli kəndində doğulub boya-başa çatıblar. Şəhər 2 saylı məktəb-liseyin məzunlarıdır.
Onların hər ikisi təhsil ardınca qardaş Türkiyəyə yola düşüblər. Eyni Universitetdə–Türkiyənin Giresun Universitetində təhsil alacaqlar. Amin kompüter mühəndisliyi, Ziba isə iqtisadiyyat ixtisası üzrə oxuyacaq. Hər ikisinin ixtisası müasir həyatımıza uyğun olduğu üçün, yaxşı oxumağa, valideynlərinin etimadını doğrultmağa söz veriblər.
Həmçinin qardaş ölkəni görmək, burada yaşamaq onlar üçün çox maraqlıdır.
Yola düşməzdən əvvəl qəzetimizə verdiyi müsahibəsində Amin dedi:
– Bu il məktəbi bitirən sinif yoldaşlarımızın əksəriyyəti universitetlərə qəbul olub. Mən və bacım onların hamısını təbrik edir, bol-bol uğurlar arzulayırıq. Söz verirəm ki, Türkiyədə Azərbaycanı layiqincə təmsil edəcəyik.“Yeni Tərtər”
-
20SenTəhsil Tənqiddən nəticə çıxarılmalıdır üçün şərhlər bağlıdır
Məlum olduğu kimi, rayonumuzda təhsilin keyfiyyətinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu il ali təhsil ocaqlarına sənəd verən 420 nəfərdən 302 nəfəri ali, 46 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub. Universitetlərə daxil olanların sayı ötən illə müqayisədə 96 nəfər çoxdur.
Bununla belə, rayonumuzun bəzi məktəblərinin əldə etdikləri göstəricilər ürəkaçan olmayıb. Bu, Qazyan, Yuxarı Sarıcalı, Borsunlu kənd tam orta məktəblərinə aiddir. Belə ki, cari ildə ali məktəblərə qəbul zamanı həmin məktəblərin hər birindən bir nəfər, İsmayılbəyli kənd tam orta məktəbindən isə 2 nəfər tələbə adını qazana bilib.
Həmin məktəblərin pedaqoji kollektivləri yeni dərs ilində üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün daha ciddi çalışmalıdırlar. Çünki hər bir ölkənin gələcəyini təmin edən onun insan resurslarıdır. Bu sırada isə təhsilin keyfiyyətinin artırılması başlıca rol oynayır.“Yeni Tərtər”
-
12SenTəhsil Rayon rəhbəri yeni tikilən Xoruzlu kənd tam orta məktəbində son tamamlama işləri ilə tanış olub üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Xoruzlu kəndində Respublika Prezidenti cənab İlham Əliyevin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamı ilə tikilən 432 şagird yerlik məktəbdə aparılan son tamamlama işləri ilə tanış olub, aidiyyəti qurumlara müvafiq tövsiyələr verib.
Qeyd edək ki, məktəb binası zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir. Artıq ümumi tikinti sahəsi 2374 kvadratmetr olan binada inşaat işləri yekunlaşıb. Məktəbdə sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, qızlar və oğlanlar üçün texnologiya otaqları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, elektron kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib. Daha ətraflı »
-
12SenTəhsil Tərtərdə yüksək bal toplayaraq tələbə adını qazanan gənclərlə görüş keçirilib üçün şərhlər bağlıdır
Tərtər rayonunda Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan gənclərlə görüş keçirilib.
Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayonun təhsil işçiləri, qəbul imtahanında yüksək nəticə göstərən məzunlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.
Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları öncə ərazilərimizin bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Daha ətraflı »
-
09SenTəhsil Yeni dərs ili qarşısında üçün şərhlər bağlıdır
Sevincimizin
həddi-hüdudu yoxdurYeni dərs ilində məktəbimiz üçün tikilən yeni binanın istifadəyə verilməsi nəzərdə tutulub.
Hazırda 432 şagird yerlik binada son tamamlama işləri görülür. Tikinti işləri Prezident İlham Əliyevin “Tərtər rayonunun Xoruzlu kəndində ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 3 iyun tarixli Sərəncamına əsasən aparılır.
Məktəb binası zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir.
Məktəbdə sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, qızlar və oğlanlar üçün texnologiya otaqları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, elektron kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb.Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib. Məktəbin həyətində hasar çəkilib, nəzarət-buraxılış məntəqəsi, şəhidlər abidəsi, qazanxana, nasosxana, transformator Daha ətraflı » -
31AvqTəhsil YOLUNUZ UĞURLU OLSUN, ƏZİZ TƏLƏBƏLƏR! üçün şərhlər bağlıdır
2021-2022- ci tədris ilində Tərtər rayonu üzrə 647 nəfər şagird tam orta məktəblərin XI sinfini bitirib. Onlardan 440 nəfəri universitetlərə sənəd verib. Abituriyentlərdən 6 nəfəri 600-dən yuxarı, 22 nəfəri 500-dən yuxarı bal toplayıb. Tələbə adını qazanan bütün gəncləri təbrik edirik!
600-dən YUXARI BAL TOPLAYANLAR
Qədim Qədimli– 631 bal
Qaradağlı kənd tam orta məktəbinin əlaçı şagirdlərindəndir. Əsrimiz kompüter-internet əsri olduğu üçün, onun bu sahəyə marağı daha çoxdur. Bunun nəticəsidir ki, zəhməti öz bəhrəsini verib, o, I qrupda imtahan verərək ali məktəbə qəbul zamanı yüksək bal toplayıb və rayonumuzun birincisi olub. Qədim həm də rayonumuzun ümumtəhsil məktəblərinin məzunları arasında məktəbi fərqlənmə ilə bitirənlərdəndir.
Günel Cəfərova – 626 bal
Evoğlu kənd tam orta məktəbinin məzu-nu Günel Cəfərovanın, onun valideynlərinin və müəllimlərinin sevinci hədsizdir. Günel onların etimadını doğruldaraq, I ixtisas qrupuna imtahan verib və 626 bal toplayıb.
O deyir ki, riyaziyyat fənnini ona sevdirən hal-hazırda təqaüddə olan Efdibidə müəllimdir. XI sinifdə isə riyaziyyatı onlara Nüşabə müəllim tədris edib.Murad Qarayev–610,7 bal
Mamırlı kənd tam orta məktəbində təhsil alıb. O, rayonumuzun təhsildə uğur qazanan şagirdlərindəndir. Coğrafiya fənni üzrə keçirilən olimpiadada iştirak edərək, 2-3-cü yerlərin qalibi olub. O, təkcə orta məktəbdə oxuduğu dərslərlə kifayətlənməyib, həm də onlayn dərslərə qatılıb. İndi həm təhsil aldığı Mamırlı kənd tam orta məktəbini xüsusi nümunəli attestatla bitirib, həm də ikinci qrupda ali ixtisas məktəblərinə qəbul imtahanında 600-dən yuxarı bal toplayaraq Azərbaycan İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə qəbul olub. Daha ətraflı »
Yeni ismarıclar