Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr
    Səhiyyə ƏHALİ TİBBİ MÜAYİNƏDƏN KEÇİRİLİR üçün şərhlər bağlıdır

    Rayonumuzda bu il də tibbi müayinə mütəşəkkil qaydada keçirilir. Müayinəyə gələ bilməyən yaşlı, qoca, xəstə insanların tibbi baxışdan keçirilməsi üçün rayon üzrə 9 həkim briqadası ayrılıb.
    Aprelin 14-dək 41 min 683 nəfər rayon sakini həkimlərə müraciət etmiş, 137 nəfərdə xəstəlik ilkin olaraq aşkarlanmış, bir nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
    Bundan əlavə, tibbi müayinədən sonra 2871 nəfər ambulator müalicə almış, 53 nəfər isə yerli stasionarda müalicəyə cəlb olunmuşdur.
    Rayon ərazisində məskunlaşan qaçqın və məcburi köçkün soydaşlarımız da bu aksiyada diqqətdən kənarda qalmırlar.

    Mirzə NƏSİR

    Teqlər:

  • 29Mar
    Səhiyyə 7 APREL ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası, Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir.
    1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il aprelin 7-də müxtəlif mövzular üzrə qeyd edilir. Bu günün mövzusu Dünya Səhiyyə Təşkilatı (DST) üçün qarşıya qoyulan Beynəlxalq əhəmiyyətli məsələ kimi qiymətləndirilir.
    Ümumdünya Sağlamlıq Günü diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. DST-nın Avropa Bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələr aparılmasına şərait yaradır. Daha ətraflı »

    Teqlər:

  • 14Mar
    Səhiyyə BÖYÜK VƏTƏN MÜHARİBƏSİ VETERANLARI TİBBİ MÜAYİNƏDƏN KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Rayonumuzda Böyük Vətən müharibəsi veteranları daim diqqətdə saxlanılır.
    Tərtər Rayon İcra Hakimiyyətinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon təşkilatının nümayəndələri Böyük Vətən müharibəsi iştirakçılarının evlərinə gedərək onların problemləri ilə maraqlanıblar.
    Tərtər Rayon Mərkəzi Xəstəxanasının nevropatoloq, okulist, terapevt, otorinolorinqoloq və digər ixtisaslı həkimlərdən ibarət xüsusi briqadası tərəfindən müharibə veteranları tibbi müayinədən keçirilib və lazımi dərman preparatları ilə təmin edilib. Veteranlar göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Səhiyyə BAYRAM GÜNLƏRİ İNSANLARIN SAĞLAMLIĞI KEŞİYİNDƏ DURANLAR üçün şərhlər bağlıdır

    DSC_6952 (Копировать)DSC_6957 (Копировать)Yeni il insanların həmişə səbirsizliklə gözlədiyi ən əziz bayramlardan biridir. Bu bayram məişətimizə elə daxil olub ki, hələ gəlməsinə xeyli qalmış onu təmtəraqla qarşılamağa hazırlaşan insanlar Yeni il yolkası qurur, budaqlarından müxtəlif çılçıraqlar asır, uşaqlar Şaxta Baba və Qar Qızın yolunu gözləyirlər. Yeni il gecəsi hamı süfrə başına toplaşır, bayram təamlarından yeyir, deyir-gülür, danışır, şənlik edir.
    Elə insanlar da var ki, onlar Yeni il gecəsində iş başında olur, növbə çəkir, əhalinin sağlamlığı keşiyində dururlar. Həkimlər kimi.
    Rayon mərkəzi xəstəxanasında baş həkimin müavini Sevda Əliyeva bildirdi ki, bizim tibb personalımız bir qayda olaraq bayram günlərində–xüsusən də yeni ildə gecə-gündüz növbə çəkir, insanların sağlamlığı keşiyində dayanırlar. Cərrahiyyə, terapiya, doğum evi, ağ ciyər xəsləlikləri şöbəsi, yoluxucu xəstəliklər, təcili yardım və qəbul şöbəsi üzrə hər biri 5 nəfər olmaqla gücləndirilmiş iş rejimində işləyirlər. Biz bu siyahını yeni ilə bir neçə gün qalmış tərtib edib, həkim və tibb işçilərini məlumatlandırırıq. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Səhiyyə İXTİSASLI HƏKİMLƏRDƏN İBARƏT SƏYYAR BRİQADA TƏRTƏRDƏ OLUB üçün şərhlər bağlıdır

    DSC_6842 (Копировать)Cəbhə bölgəsində yaşayan əhalinin tibbi müayinəsi üçün ixtisaslı həkimlərdən ibarət səyyar briqada Tərtərə səfər edib. Mərkəzi Rayon Xəstəxanasında keçirilən humanitar aksiyada Azərbaycan Tibb Universitetinin əməkdaşları professor Nuru Bayramov, dosent Cəfər Nəsirli, tibb üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, Mərkəzi Klinikanın uroloq həkimi, tibb üzrə fəlsəfə doktoru Elbəyi Daşdəmirov, Mərkəzi Gömrük Hospitalının həkimi, mama-ginekoloq Təranə Bayramova rayon sakinlərinə tibbi xidmət göstəriblər. Tərtər Mərkəzi Rayon Xəstəxanasında tibbi yoxlamanın keçirilməsi üçün zəruri şərait yaradılıb. Ultrasəs və digər diaqnostikadan sonra ehtiyacı olanlara müalicə kursu təyin edilib. Cərrah, uroloq, ultrasəs mütəxəssisi və mama-ginekoloq həkimlər belə səfərlərdə həvəslə iştirak etdiklərini bildiriblər. Briqada üzvləri bu aksiyanın cəbhə bölgəsində yaşayanlara mənəvi dəstək olduğunu və cəbhəyanı bölgələrə səfərlərinin mütəmadi davam etdiriləcəyini də qeyd ediblər. Aksiyadan 100-ə yaxın rayon sakini yararlanıb.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini müayinədən keçirən tibb personalına və onların çalışdığı müəssisələrin rəhbərliklərinə cəbhə bölgəsində yaşayan tərtərlilər adından minnətdarlığını bildirib.

    Teqlər:

  • 30Noy
    Səhiyyə 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür üçün şərhlər bağlıdır

    SAĞLAMLIQ HƏR ŞEY DEYİL, SAĞLAMLIĞI İTİRMƏK İSƏ HƏR ŞEYİ İTİRMƏK DEMƏKDİR

    qics-foto-son-380x250Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. (“İİV” infeksiyası) QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bəladır.
    1988-ci ildə əhalinin immun çatışmazlığı ilə əlaqədar keçirilmiş dünya ölkələrinin Səhiyyə Nazirlərinin Sammitindən sonra BMT-in dəstəyi ilə hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edildi. Bununla dünyanın hər yerində əhalinin diqqəti bu problemə yönəldilir, insanlar maarifləndirilir.
    Azərbaycanda da problem ak-tual olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-lə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır və burada epidemiya əsasən infeksion narkotik istifadəçiləri arasında yayılıb. Azərbaycanda ilk dəfə 1987-ci ildə virus daşıyıcısı aşkarlanıb. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Səhiyyə Həkim məsləhəti üçün şərhlər bağlıdır

    YAY MÖVSÜMÜNÜN GÖZ XƏSTƏLİKLƏRİ

    1477199708_481887İnsan orqanizmində orqan və toxumaların xəstəlikləri arasında, göz xəstəlikləri və xəsarəti də çoxluq təşkil edir. Bütün xəstəliklər kimi göz xəstəliklərində də mövsümi fəallıq müşahidə edilir.
    Yaz, yay fəsillərində aşağıda adları çəkilən xəstəliklər–göz allergiyası, konyunktvit (göz iltihabı), gözlərin qızarması (bletarit,) göz quruluğu, gənə xəstəliyi (demodekoz) daha çox təsadüf edilir.
    Göz allergiyası əslində ciddi fəsadlara yol açmasa da, insanı narahat edən problemdir. Yayın gəlişi ilə əlaqədar bu problem özünü daha qabarıq göstərir. Bu xəstəlik gözün ağ hissəsinin və qapağının qızarması ilə meydana çıxır. Qızarma, sulanma, yanma hissiyatı, göz qapağının şişməsi, işığa həssaslıq xəstəliyin əsas əlamətləridir. Məişət tozları, gül-çiçəklərdə gedən tozlanma prosesi, ev heyvanları ilə kontaktda olmaq göz allerigiyasının yaranmasına səbəb ola bilər. Daha ətraflı »

    Teqlər:

  • 30İyn
    Səhiyyə Tibb işçilərinin peşə bayramı üçün şərhlər bağlıdır

    SƏHİYYƏ İŞÇİLƏRİNİN BİR QRUPU
    MÜKAFATLANDIRILDI

    DSC_4346 (Копировать)Tərtərdə fəaliyyət göstərən rayon mərkəzi, Azadqaraqoyunlu, Bəyimsarov kənd xəstəxanalarında, habelə 14 həkim və 22 kənd tibb məntəqəsində hazırda 106 nəfər həkim, 365 nəfər orta tibb işçisi sakinlərə səhiyyə xidməti göstərir. Rayonda səhiyyə obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrlarla, müasir tibbi avadanlıqlarla təminatı istiqamətində ardıcıl tədbirlər görülür. Son illərdə rayon mərkəzi xəstəxanasının və poliklinikanın, Bəyimsarov kənd xəstəxanasının və Qazyan kənd həkim məntəqəsinin binaları əsaslı təmir edilib, cəbhə xəttində yerləşən Qapanlı kəndində yeni həkim məntəqəsi inşa olunub.
    Bu faktlar tibb işçilərinin peşə bayramına həsr olunan mərasimdə səsləndirilib.
    Səhiyyə işçiləri əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə çiçəklər qoyub, dahi rəhbərə ehtiramlarını bildiriblər. Daha ətraflı »

    Teqlər:

  • 30May
    Səhiyyə YAXŞI HƏKİM, GÖZƏL ANA üçün şərhlər bağlıdır

    Изображение 11122Həyatda peşələr çoxdur və hamısı da gözəldir.
    Yer üzünün əşrəfi sayılan insanların sağlamlığı keşiyində duran həkimlik peşəsi daha şərəflidir. Fəxriyyə Allahverdiyeva belə həkimlərdəndir.
    Fəxriyyə xanım orta təhsilini 1983-cü ildə Tərtər şəhər 1 saylı tam orta məktəbdə alıb. 1985-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub. 1991-ci ildə isə oranı bitirib. Bir il internaturada oxuduqdan sonra təyinatla Tərtər Rayon Mərkəzi Xəstəxanasına gəlib. 1993-cü ildən indiyədək endokrinoloq (şəkər və zob xəstəliyi həkimi) işləyir. 25 ildir ki, insanların sağlamlığına xidmət edir.
    Fəxriyyə xanım işinin öhdəsindən bacarıqla gəlir. Onu rayonda hamı peşəsini yaxşı bilən bir həkim kimi tanıyır, hörmətini saxlayır.
    Fəxriyyə xanım deyir ki, son zamanlar şəkər xəstəliyi təkcə yaşlı insanlar arasında deyil, həm də uşaqlar arasında çoxalıb. Bunu əsrin xəstəliyi də adlandırmaq olar. Daha ətraflı »

    Teqlər: ,

  • 12Apr
    Səhiyyə Ümumdünya Sağlamlıq Günü üçün şərhlər bağlıdır

    İSLAHATLAR ÖZ SƏMƏRƏSİNİ VERİR

    1477199708_481887Ümumdünya Səhiyyə Təşkilatı-Səhiyyə Təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir.
    1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minmişdir (həmin gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir.
    Üzv dövlətlərin sayı 190-dır. Ümumdünya Sağlamlıq Təşkilatının əsas məqsədi “bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır”.
    Dərin təfəkkürə malik olan Ümummilli Liderimiz Heydər Əliyev 1995-1996-cı illərdən etibarən bütün sahələri əhatə edən əsaslı islahatların aparılmasına göstəriş verdi. Daha doğrusu, müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq ölkədə köklü islahatların aparılması zərurəti yaranmışdır. Bu üsul Azərbaycan üçün yeni olsa da, Heydər Əliyevin düzgün siyasi kursu ölkəmizə uğur gətirdi. Daha ətraflı »

    Teqlər: