Ümid həmişə bizimlədir
Tərlan Əliyeva Tərtər Mərkəzi Rayon Xəstəxanasında onkoloq-cərrah işləyir.1986-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü məktəbi, 1994-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. İlk iş yeri Milli Onkologiya Mərkəzidir. Təcrübəsindən bəhrələndiyi ilk həkim onkoginekoloq Svetlana Mirzəyəvadır. 1995-ci ildən təyinatla rayonumuza gəlib.
Atalar yaxşı deyiblər ki, «Elin gözü tərəzidir». Mən Tərlan həkimi görməmişdim və tanımırdım, ancaq tərtərlilərin ona olan hörməti və inamı haqqında çox eşitmişdim. Onun qəbulunda olan xəstələr həkimin peşəkarlığı ilə yanaşı insanpərvərliyini, xəstənin sağalması üçün nəinki iş vaxtı, işdən sonra da əlindən gələni əsirgəməməsini yüksək qiymətləndirirlər.
Beynəlxalq Qadınlar Günü ərəfəsində Tərlan xanımla görüşüb söhbət etdim. İlk sualım belə oldu:
– Nə zaman sevinirsiniz?
– Əsrin bəlası olan onkoloji xəstəlikləri vaxtında, ilkin mərhələdə aşkar edib, insanları düzgün istiqamətləndirəndə özümü çox rahat hiss edirəm. Buna nail olmaq üçün isə maarifləndirici tədbirləri genişləndirməliyik. Hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən keçirilən əhalinin pulsuz müayinəsini biz həkimlər, xüsusən də onkoloq həkimlər alqışlayırıq. Daha ətraflı »
Yeni ismarıclar