Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18İyn
    Səhiyyə PEYVƏNDLƏMƏ DAVAM EDİR üçün şərhlər bağlıdır

    “Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da əhalinin peyvənd olunması kampaniyası uğurla davam edir.
    Vətəndaşların vaksinasiyası Tərtər Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış otaq-larda həyata keçirilir. İndiyədək rayon sakinlərinə 21 min 434 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 14 min 245, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 7 min 189 nəfərdir.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vaksinasiya prosesinin gedişi ilə ta-nış olmaq məqsədi ilə rayon mərkəzi xəstəxanasında olub, lazimi tövsiyələrini verib. Vaksin vurdurmaq üçün xəstəxanaya gələn sakinlərin qayğıları ilə maraqlanıb.
    Vaksinləşmə prosesinə könüllü olaraq qatılan sakinlər onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əlievə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

  • 30Apr
    Səhiyyə VAKSİNASİYA PROSESİ DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tərtər rayonunda vaksinasiya prosesi davam etdirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
    Son günlərədək Tərtər rayonu üzrə ümumilikdə 10000-ə yaxın doza COVİD-19 infeksiyasına qarşı vaksin vurulub ki, bunun da 6500-ə yaxını birinci doza, 3500 ikinci dozadır.

  • 19Apr
    Səhiyyə DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    Əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya tədbirləri davam etdirilir.
    İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq həyata keçirilir. Hazırlanmış cədvələ əsasən növbəti dezinfeksiya işləri Tərtər Rayon Mərkəzi Xəstəxanasında və Şıxarx qəsəbəsi ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında aparılır.

     

  • 09Apr
    Səhiyyə DEZİNFEKSİYA İŞLƏRİ DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə çoxmənzilli yaşayış binalarında, küçələrdə və digər yerlərdə dezinfeksiya işləri aparılıb.

  • 09Apr
    Səhiyyə ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜ üçün şərhlər bağlıdır

    1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Hər il həmin günün mövzusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün prioritet sayılan müəyyən bir problemi diqqət mərkəzinə gətirir.
    Builki Sağlamlıq Günü yayılmasına görə əmək qabiliyyәti vә sağlamlığın itirilmәsinin ikinci amilinә vә ÜST-nin Avropa regionunda 128 min intihar halın әsas sәbәbi olan depressiya probleminә hәsr edilib. Hazırda depressiya pozğunluğu olanların sayı regionda 40 milyon nәfәrə çatır. Qadınlar arasında depressiya hallarının iki dәfә çox olmasına baxmayaraq, Daha ətraflı »

  • 11Mar
    Səhiyyə VAKSİNASİYA PROSESİ DAVAM EDİR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda da Covid-19-a qarşı vaksinasiya prosesi davam edir. Müəyyən edilmiş yaş kateqoriyalarına malik olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər.
    Peyvəndə görə qeydiyyatdan keçməli olub, lakin kompüterdən istifadə edə bilməyən vətəndaşlara poliklinikalar yardım edir.
    Bu barədə Səhiyyə Nazirliyi açıqlama verib.
    Bildirilib ki, 65 yaş üstü olub, kompüterdən istifadə etməyən şəxslər Tərtər rayon poliklinikasına zəng etməlidirlər.
    Poliklinika özü onları sistemdə qeydiyyata alacaq. Ondan sonra da lazım olan vaxt onlara SMS və ya zənglə bildiriş gələcək. Daha ətraflı »

  • 10Fev
    Səhiyyə DÜNYANIN GÖZLƏDİYİ PEYVƏND üçün şərhlər bağlıdır

    Artıq bir ildir ki, yeni növ koronavirus Yer üzündəki bütün xəstəlikləri arxa plana keçirərək bəşəriyyətin bir-nömrəli probleminə çevrilib. COVID-19 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunandan bəri bütün ölkələr bu virusla mübarizəyə qalxıb və savaş aparır. Dünya tibbi, müxtəlif ölkələrin elm adamları insanlıq üçün yeni olan bu bəlanı “susdurmaq” naminə səfərbər olub.
    Azərbaycan hələ sentyabr ayında Qlobal Peyvəndlər Alyansı (KAVİ), Epidemiyaya Hazırlıq İnovasiyalar Alyansı (CEPI) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yaradılan COVAX platformasına qoşulan ilk ölkələrdən olubdur.
    Çin alimləri COVID-19-un genomunu açıqladıqdan sonra isə əczaçılıq şirkətləri, laboratoriyalar, ayrı-ayrı alimlər və həkimlər koronavirusa qarşı peyvənd axtarışına başladılar. Müxtəlif qorunma və qabaqlayıcı tədbirlərə, Daha ətraflı »

  • 28Yan
    Səhiyyə AZƏRBAYCAN RESPUBLİKASINDA COVİD-19 XƏSTƏLİYİ ƏLEYHİNƏ 2021-2022-ci İLLƏR ÜÇÜN VAKSİNASİYA STRATEGİYASI üçün şərhlər bağlıdır

    COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir. ÜST 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir. Buna səbəb aşağıda-kılardır: -xəstəliyin sürətlə yayılması və əhatə dairəsinin geniş olması; -ümumi xəstələnmə hallarının 20 faizi orta ağır, ağır və kritik kliniki gedişatlı və letallıq səviyyəsinin 3 faizdən yuxarı olması (bəzi Daha ətraflı »

  • 28Yan
    Səhiyyə KORONAVİRUSA QARŞI DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

        Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq
    koronavirus (COVİD – 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Tərtər şəhərinin küçələrində, çoxmənzilli binalarda ictimai yerlərdə dezinfeksiya işləri mütamadi davam etdirilir.

  • 28Yan
    Səhiyyə Minnətdarlıq məktubu üçün şərhlər bağlıdır

                                                                              EL HƏKİMİ

    Mən sizə Bakının 6 nömrəli xəstəxanasının alerqoloqu, həkim Vəfa İbrahimovadan danışacağam.
    Balaca Zəhra xəstələnmişdi. Onu Vəfa həkimin yanına apardım. Zəhranı həkim müayinə etdi və müalicə yazdı. Birdən ha-radan gəldiyimizi soruşdu. Mən Qəhrəman Tərtərdən gəldiyimizi söylədim. Vəfa həkim dedi: “Doğrudan da, Tərtər Qəhrəman şəhərdir. 1992-ci il aprel döyüşləri və 2020-ci il Vətən müharibəsində də Tərtərlilər bir an da olsa öz torpaqlarından çıxmadı. Mən deyərdim ki, Tərtərin hər bir vətəndaşı uşaqdan böyüyə hamısı qəhrəmandır. Ölkə Prezidenti İlham Əliyev Tərtər haqqında söyləyib: “Tərtər şəhərində olan vətəndaşlar kişi kimi mərd durublar. Deyiblər ki, öldü var, döndü yoxdu, burdan heç hara getməyəcəyik. Nə qədər mərmi düşüb. Minlərlə mərmi təkcə Tərtərə düşüb” “.
    Həkim Zəhranın bütün dərmanlarını bizə bağışladı və qeyd etdi ki, mənim Qəhrəman Tərtərlilərə böyük hörmətim var.
    Bu gün mən Vəfa həkimə ailəmiz adından və balaca Zəhra Kərimli adından çox sağ ol deyirəm və ona həmişə uğurlar arzu edirəm. Qoy Ulu Tanrı həmişə sizə yar olsun!

                                                                                                                                   Səbuhi Kərimov