Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Mar
    İdman İdmançılarımız üçün şərhlər bağlıdır

    Qızlar arasında birinci

    İdmanın kinqboksinq növü ilə məşğul olan Banuçiçək Vəlizadənin adı nəinki rayonumuzda, ondan kənarda da çoxlarına tanışdır. Dəfələrlə regionlararası və respublika yarışlarında iştirak edərək qalib olub, hətta 2022-ci ildə yeniyetmələr arasında keçirilən yarışda Azərbaycan çempionu adını qazanıb. Bu il isə Bakıda keçirilən və Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalıya ədalət!” adlı turnirdə I yerə çıxıb.
    Banuçiçəyi idmana gətirən yol haradan başlayıb? Bu sualı onun özünə verdik. İdmançı qız dedi:
    – Ailəmizdə idmanı hamı sevir. İlk olaraq özümdən böyük qardaşım kinqboksinqlə məşğul olmağa başladı. Mən də onunla birlikdə məşqlərə getdim. Qardaşım etiraz etmirdi. Az müddətdə kinqboksinqi elə sevdim ki, Yavər müəllim mənə idmanın bu növü ilə ciddi məşğul olmağı təklif etdi. O vaxtdan 5 il keçib. Hazırda məşqçim Şamxal Rzazadədir.
    “Qız üçün idmanla məşğul olmaq çətin deyil ki?” – sualını isə Banuçiçək belə cavablandırdı: Daha ətraflı »

  • 12Mar
    İdman Milli Qəhrəman Elman Hüseynovun əziz xatirəsinə həsr edilmiş kikboksinq idman növü üzrə açıq Tərtər birinciliyi keçirilib üçün şərhlər bağlıdır

    Milli Qəhrəman Elman Hüseynovun əziz xatirəsinə həsr edilmiş kikboksinq idman növü üzrə açıq Tərtər birinciliyi keçirilib
    Tərtər Olimpiya İdman Kompleksində Qarabağ Regional Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kikboksinq Federasiyası tərəfindən təsdiqlənmiş əsasnaməyə uyğun olaraq Milli Qəhrəman Elman Hüseynovun əziz xatirəsinə həsr edilmiş kikboksinq üzrə açıq Tərtər birinciliyi keçirilmişdir.
    Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
    Tədbirin açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Kikboksinq Federasiyasının(AKF) nümayəndələri, Milli Qəhrəman Elman Hüseynovun övladı Emin Hüseynov, rayonun idman ictimaiyyəti və qaziləri iştirak etmişdir.
    Açıq Tərtər birinciliyində cəmi müxtəlif rayonları təmsil edən 15 komandadan 150-dək idmançı iştirak etmişdir.
    Qaliblər medal, kubok və Qarabağ RGİİ-nin diplomları ilə mükafatlandırılmışlar.

     

  • 08Sen
    İdman Həmyerlimiz Avropa çempionudur üçün şərhlər bağlıdır

    Avropa çempionatından qızıl medalla qayıdan Murad Qurbanovun Tərtərdə təntənəli qarşılanma mərasimi olub. Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, idmançılar, Murad Qurbanovun ailə üzvləri, müəllimləri, sinif yoldaşları, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları Avropa çempionu ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edərək, abidələrin önünə gül-çiçək dəstələri düzüb, onların xatirələrini ehtiramla yad ediblər.
    Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kikboksinq idman növünun Wako versiyası üzrə qardaş Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan 14 yaşlı Murad Qurbanovu qəbul edib.
    Rayon rəhbəri Murad Qurbanovu idman sahəsində əldə etdiyi uğurlarına görə təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona idmançılar ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır. Daha ətraflı »

  • 31Avq
    İdman Boks idman növü üzrə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına ilk lisenziya qazanan Murad Allahverdiyevlə görüş üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov boks idman növü üzrə 6 qat Azərbaycan çempionu, 2 dəfə Avropa üçüncüsü, 1 dəfə Avropa çempionu, Avropa oyunlarının bürünc mükafatçısı olmuş, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına ilk lisenziya qazanan idman ustası Murad Allahverdiyevi qəbul edib.
    Rayon rəhbəri Murad Allahverdiyevi idman sahəsində əldə etdiyi uğurlarına görə təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır. Daha ətraflı »

  • 10Avq
    İdman Məmnunluq üçün şərhlər bağlıdır

    Gimnastika xarakteri formalaşdırır

    İdman həqiqətən sağlamlıqdır, sağlamlıq isə ən böyük nemətlərdən biridir. Hər bir insan onu qorumağı bacarmalı, özünün və ailəsinin sağlamlığını hifs etməlidir. Bu istiqamətdə dövlətimiz böyük layihələr həyata keçirir. Rayonumuzda fəaliyyət göstərən Tərtər Olimpiya İdman Kompleksi bunun bariz nümunəsidir.
    Uşaqların sağlamlığının qorunmasında valideynlərin üzərinə ciddi məsuliyyət dü-şür, mən də bu məsuliyyəti dərk edərək, nəvəm Ayanı Kompleksə gimnastika məşğələlərinə aparıram. Çünki həqiqətən də gimnastika uşağın bütün fiziki xüsusiyyətlərini inkişaf etdirir, güc, dözümlülük, çeviklik, elastiklik yaradır. Həmçinin gimnastika xarakteri formalaşdırır, uşaqlara məqsədyönlü və çalışqan olmağa öyrədir. Gimnastika müəllimi Dilbər Xəlilovanın uşaqlara idmanın bu növünü sevdir-məyini xüsusi vurğulamaq istəyirəm. Müəllim o qədər sağlam pedaqoji mühit yaradır ki, nəticədə uşaqlar həvəslə məşqlərə qoşulurlar. Valideynlərlə birlikdə söhbətimiz zamanı ancaq razılıqlar eşidirəm. Xədicə Qəhrəmanlının valideyni Gülnarə, Çiçək Hüseynlinin valideyni Elvin, Nəzrin Bağırzadənin anası Aysel, Səbinə Hüseynovanın anası Rəna və başqaları deyirlər ki, Tərtər rayonunda belə gözəl Olimpiya İdman Kompleksinin olmasını alqışlayırıq. Övladlarımız üçün bu şəraiti yaratdıqlarına görə möhtərəm Prezidentimiz İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk.

    Ziyafət Rüstəmova, 
    şəhər 1 saylı tam orta
    məktəbin direktor müavini

  • 29İyl
    İdman Tərtər Olimpiya İdman Kompleksində Üzgüçülük yarışı keçirilmişdir üçün şərhlər bağlıdır

    26 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 29 illiyi münasibəti ilə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Tərtər Olimpiya İdman Kompleksi ilə birlikdə təşkilatçılığı əsasında Tərtər OİK-da üzgüçülük idman növü üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir. Yarışda ümumilikdə 19 yeniyetmə iştirak etmişdir.

    Yarışda iştirak edən Qarabağ Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Şəhram Quliyev və Tərtər OİK-nın direktoru Emin Dadaşov çıxış edərək bildirmişlər ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasətinin inkişafında məhz Gənclər və İdman Nazirliyinin vahid mərkəzi icra hakimiyyəti orqanı kimi müstəsna rolu olmuşdur. Çıxış edənlər bildirmişlər ki, 1997-ci ildən Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra ölkəmizdə idmanın inkişafına böyük təkan verilmişdir. Məhz ölkə başçımızın idman siyasətinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. İdmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

    Çıxışlardan sonra yarışa start verilmişdir.

    Yarışın yekununda qaliblər Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplom və fərqləndirici sertifikatları ilə təltif edildilər.

  • 10İyl
    İdman Təbrik edirik! üçün şərhlər bağlıdır

    Uğurunu əsgər salamı ilə qeyd edib

    Həmyerlimiz, gənc idmançı Murad Allahverdiyevin Polşada keçirilən III Avropa Oyunlarında qazandığı parlaq qələbə haqqında xəbəri tərtərlilər böyük sevinc hissi ilə qarşılayıblar. Belə ki, Murad dörddə bir final mərhələsində Ermənistandan olan boksçu Ambarsum Okopyana qalib gələrək, həm bürünc medal qazanıb, həm də “Paris-2024” Yay Olimpiadasına vəsiqə alıb.
    Murad Allahverdiyev uğurunu əsgər salamı ilə qeyd edib.
    Mötəbər idman arenalarında Azərbaycanımızı, qəhrəman Tərtərimizi layiqincə təmsil edən gənc idmançımızı ürəkdən təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!
    “Yeni Tərtər”

     

  • 09İyn
    İdman BÖYÜK YOLUN BAŞLANĞICINDA üçün şərhlər bağlıdır

    Həmyerlimiz Murad Qurbanovun cəmi 14 yaşı var. Ancaq onu nəinki rayonumuzda, Azərbaycanda, elə dünyada da tanıyanlar və sevənlər çoxdur. Xüsusən də idmansevərlər arasında.
    Bu günlərdə Murad Qurbanov Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin VAKO versiyası Üzrə Dünya Kuboku üzrə yarışlarda 48 kq çəki dərəcəsində özündən 3 yaş böyüklərlə döyüşüb. Murad “Fulkontakt” versiyasında 2 döyüş keçirərərk Fəxri kürsünün ikinci pilləsinə qalxıb və gümüş medal qazanıb.
    Doğma rayonumuzda gənc idmançı böyük sevinclə, gül-çiçəklə qarşılanıb. O, ilk olaraq Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin abidəsini və torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin abidə kompleksini ziyarət edib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Murad Qurbanovu qəbul edib. Rayon rəhbəri əldə etdiyi uğurlara görə Muradı təbrik edib və ona daha böyük nailiyyətlər arzulayib.
    İdmançıya rayon rəhbəri tərəfindən təşəkkürnamə və xatirə hədiyyəsi təqdim olunub. Daha ətraflı »

  • 25May
    İdman Rayon rəhbəri kikboksinqin WAKO versiyası Üzrə Dünya Kubokunda gümüş medal qazanan Murad Qurbanovu qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 18-21 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin WAKO versiyası Üzrə Dünya Kubokunda 48 kiloqram çəki dərəcəsində “Fulkontakt” versiyasında 2 döyüş keçərək ikinci yer tutan gənc idmançı Qurbanov Murad Bəhruz oğlunu qəbul edib.

    Rayon rəhbəri Murad Qurbanovu əldə etdiyi uğurlarına görə təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır.

    Görüşdə  gənc idmançı Murad Qurbanov gələcək planlarından danışıb, idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

    Sonda idmançıya rayon rəhbəri tərəfindən təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilib.

     

  • 28Apr
    İdman Tərtər İdman Olimpiya Kompleksində kütləvi idman tədbirləri keçirilib üçün şərhlər bağlıdır

    Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə Tərtər rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Təhsil sektorunun, Gənclər və İdman İdarəsinin və Tərtər Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən N. saylı hərbi hissələrin hərbçiləri və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Tərtər Olimpiya Kompleksində kütləvi idman tədbirləri keçirilib.
    Yarışdan öncə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə hörmət və ehtiram əlaməti ola-raq onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, N. saylı hərbi hissənin polkovniki Seymur Həbibullayev, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Tərtər Olimpiya İdman Kompleksinin müdiri Emin Dadaşov, Uşaq Gənclər İdman-Şahmat məktəbinin direktoru Emin Quliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən tədbirlərdən, idman yarışlarından, “dəyirmi masa”, elmi konfranslar və sair tədbirlər haqqında məlumat verib və id-mançılara uğurlar arzulayıblar.
    Yarışda 40 nəfər hərbçi, 25 nəfər məktəbli, 15 nəfər həvəskar idmançı iştirak edib. Daha ətraflı »