Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Fev
    İdman Heydər Əliyev ili-2023 üçün şərhlər bağlıdır

    Stolüstü tennis turniri

    Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında Tərtər Olimpiya İdman Kompleksində “Heydər Əliyev ili”nə həsr edilmiş rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında stolüstü tennis idman növü üzrə rayon turniri keçirilib. Turnirdə rayonun 28 ümumtəhsil məktəbin şagirdləri iştirak ediblər.
    Yarış başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
    Turnirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədova və Tərtər Gİİ-nin rəisi Emin Pənahov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, id-mana, təhsilə göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, yarışın keçirilməsinin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim uca tutmaqdan ibarətdir.
    Tərtərli şagirdlər turnirdə böyük həvəslə iştirak edərək, unudulmaz, əbədiyaşar liderimizə sonsuz məhəbbətlərini nümayiş etdiriblər. Belə turnirlərin müntəzəm keçirilməsi həm də rayonumuzda uşaqlar arasında idmana olan marağın artmasının nümunəsidir.
    Turnirin sonunda qalib olan idmançılar Tərtər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.

    “Yeni Tərtər”

  • 14Yan
    İdman İdman sahəsində böyük nailiyyətlər əldə olunub üçün şərhlər bağlıdır

    Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Mərasimdə Prezident İlham Əliyev çıxış edib.  Dövlət başçısı bildirib ki,  hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu.

    İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.

    Prezident İlham Əliyev deyib ki,  ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.

    Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər.

    Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar. Daha ətraflı »

  • 10Yan
    İdman ONLAR RAYONUMUZUN FƏXRİDİRLƏR üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    Məhəmmədəli Məmmədli və Gülay Mirzəliyeva şəhər 1 saylı tam orta məktəbin IXa sinfinin şagirdləridir. Hər ikisi idmanın boks növü ilə məşğul olur. Məşqçi müəllimləri respublikamızın Əməkdar məşqçisi Faiq Məmmədovdur. Bu yaxınlarda Məhəmmədəli və Gülay Bakıda keçirilən yeniyetmələr arasında boks üzrə ölkə çempionatından qələbə ilə rayonumuza dönüblər. Məhəmmədəli birinci yerin, Gülay isə üçüncü yerin qalibi olub, medal və diplomlara layiq görülüblər.
    Hər iki idmançını redaksiyamıza dəvət edib, uğurları haqqında danışmalarını xahiş etdik.
    Məhəmmədəli dedi:
    –İdmanla 5 yaşımdan məşğul oluram. İlk dəfə idman zalına gəldiyim günü heç vaxt unutmaram. Burada hər şey mənim üçün çox cəlbedici idi. Xüsusən də elə birinci məşqlərdən Faiq müəllimi sevdim, onun bütün tövsiyələrinə əməl etməyə çalışdım. Mən deyərdim ki, uğurlarımın başlanğıcında onun gərgin zəhməti dayanır. Hər dəfə böyük yarışlarda qələbə qazananda özümü ona borclu bilirəm. Artıq ikinci dəfə respublika yarışında birincilik əldə etmişəm.
    Gülay da sinif yoldaşının sözlərini təsdiqləyir:
    – Mən cəmi 8 aydır ki, idmanla məşğul oluram. Az müddətdə Faiq müəllim mənə boksu sevdirə bilib və artıq nəinki bölgə yarışlarında, respublika birinciliyində də medala layiq görülmüşəm. Arzum məşqlərimi davam etdirmək və gələcəkdə İdman Akademiyasına daxil olmaqdır. Daha ətraflı »

  • 30Dek
    İdman Rayon rəhbəri idmançılarla görüşüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 2022-ci ildə boks idman növü üzrə nailiyyət qazanan idmançılarla görüşüb.

    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə başçının birinci müavini Elvin Umudov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov,  “Əməkdar məşqçi” Faiq Məmmədov, 2022-ci ildə keçirilən Gənclər arasında boks üzrə ölkə çempionatının birinci yer üzrə qalibləri şəhər 6 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Xəlilli  İlfan Mahir oğlu (80kq), Səhləbad kənd tam orta məktəbin 11-ci sinif şagirdi İsmayılova Aysu Vahid qızı (48 kq), ikinci yer üzrə qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının l kurs tələbəsi Abdullazadə Elnur Xaliq oğlu (71kq), üçüncü yer üzrə qalibi şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Mirzəliyeva Gülay Səbuhi qızı (63kq), boks üzrə yeniyetmələr arasında ölkə birinciliyinin birinci yer üzrə qalibi şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədli Məhəmmədəli Sabir oğlu (42kq) iştirak ediblər.

    Görüşdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əvvəlcə idmançıları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayıb. Bildirib ki, 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb. Daha ətraflı »

  • 19Dek
    İdman “Şuşa ili”nə həsr edilmiş kikboksinq idman növü üzrə açıq Tərtər turniri keçirilib üçün şərhlər bağlıdır

       15 dekabr 2022-ci il tarixdə Tərtər rayon Olimpiya İdman Kompleksi ilə Tərtər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında “Şuşa ili”nə həsr edilmiş yeniyetmə və gənc kikboksçular arasında açıq Tərtər turniri keçirilib.

    Turnirdə Ağdam, Bərdə, Tərtər, Naftalan və Goranboy rayonlarından 8 komanda olmaqla, ümumilikdə 80-ə yaxın idmançı iştirak edib.

    Yarış başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyimiz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tərtər Gİİ-nin rəis müavini Şəhram Quliyev qonaq idmançıları və məşqçiləri salamlayaraq bildirmişdir ki, düz 270 il əvvəl 1752-ci ildə təməli Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhəri təkcə Azərbaycanın deyil, həm də Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Ötən əsrin 70-ci illərindən isə xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi qərarları sayəsində şəhər sürətli inkişaf yoluna qədəm qoymuşdur. Ancaq təəssüflər olsun ki, o keçmiş AXCP dövrünün səriştəsizliyi və hakimiyyət davası Şuşanı 8 may 1992-ci il tarixdə düşmən işğalına məruz qoymuşdur. Ancaq 2020-ci ildə haqq davamız olan 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuz tərəfindən 8 noyabr 2020-ci il tarixdə Şuşa işğaldan azad edildi. Məhz bu tarix mənfur düşmənin kapitulyasiyaya uğraması ilə nəticələndi ki, elə həmin gün də ölkə başçımızın Sərəncamı ilə “Zəfər günü” kimi tarixə düşüb. Daha ətraflı »

  • 09Dek
    İdman Boks turniri üçün şərhlər bağlıdır

    Tərtər şəhər 1 saylı tam orta məktəbin idman zalında boks idman növü üzrə turnir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Tərtər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışaraq, yarışın keçirilmə məqsədləri haqqında məlumat verib.
    Yarışda ümumilikdə müxtəlif yaş qruplu 30 idmançı iştirak edib.
    20-27 noyabr tarixlərdə Bakı şəhərində keçirilmiş boks idman növü üzrə yeniyetmələr arasında ölkə birinciliyində çempion olmuş Məhəmmədəli Məmmədli və yarışın qalibləri Tərtər rayon Gənclər və İdman İdarəsinin Fəxri fərmanları ilə təltif ediliblər.

     

  • 08Dek
    İdman Tərtərdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar idman çoxnövçülüyü üzrə xatirə turniri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, rayonun tam orta məktəblərinin yuxarı sinif şagirdləri arasında idman çoxnövçülüyü (100 metr məsafəyə qaçış, turnikdə dartınma, paralel qollarda hərəkətlər, yerdən dartınma-jim) üzrə komanda yarışları keçirilmişdir.

    Ümumulikdə yarışa rayonun 28 tam orta məktəbindən 112 yuxarı sinif şagirdi qatılmışdır.

    Turnir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

    Tədbirə qatılan Tərtər Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov, Tərtər UGİŞİM-in direktoru Emin Quliyev və Tərtər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək bildirmişlər ki, ölkəmizdə idman siyasətinin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmiz beynəlxalq arenada idman ölkəsi kimi tanınır. Bundan əlavə həm də Azərbaycan bir çox beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir. Bütün bunlar Heydər Əliyevin ölkəmizdə idmana və idmançılara göstərdiyi yüksək diqqətin bu günə gəlib çıxan ən bariz nümunələrindəndir. Daha ətraflı »

  • 30Noy
    İdman “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib üçün şərhlər bağlıdır

    İdmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir

    AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AFFA-nın vitse-prezidenti, Uşaq Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və Milli Məclisin deputatı Sabir Hacıyev iştirak ediblər.
    Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq layihənin əhəmiyyətindən, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Sonra 44 günlük Vətən müharibəsindən bəhs edib. Bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Vurğuladı ki, 44 gün davam edən Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqə-mizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Düşmənin təxribatlarına baxmayaraq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi, arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər. Daha ətraflı »

  • 30Noy
    İdman İDMAN GİMNASTİKADAN BAŞLAYIR üçün şərhlər bağlıdır

    Uşaqlar bizim gələcəyimizdir. Uşaq idman siyasətinin banisi olan Ulu Öndər Heydər Əliyevin idmana olan diqqət və qayğısı bu gün də ölkə başçımız cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir və həmişə diqqət və qayğıda saxlanılır. Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqət göstərilməsi, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması və ən əsası, Olimpiya oyunlarında idmançılarımı-zın iştirakı üçün xeyli işlər görülmüşdür. Bu diqqət və qayğı rayonumuzdan da yan keçməmişdir.
    Olimpiya idman növü olan gimnastika idmanın populyar növlərindən biridir. Gimnastika çoxnövlü idmandır. İdman gimnastikası, bədii gimnastika, akrobatika gimnastikası və tamblinq. Gimnastika Federasiyasının dəstəyilə artıq ikinci aydır ki, Tərtər Olimpiya İdman Kompleksində bədii gimnastika və gimnastika bölmələri hamı üçün fəaliyyətə başlayıb. Məşqləri federasiyada peşə və ixtisas kursları keçmiş məşqçi müəllim Dilbər xanım keçir. Təbii ki, bu, rayonumuzda yeni bir idman növüdür və çox maraqla qarşılanır. İdmanın bu sahəsinə valideynlər uşaqlarının sağlam böyüməsi üçün müraciətlər edirlər. Məşqlərimiz həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri saat 10:00-dan 11:30-dək və 15:00-dan 17:30-dək keçirilir. Bir daha demək istəyirəm ki, övladlarımızı sağlam bədəndə və sağ-lam ruhda böyüdək.

    Emin Dadaşov,
    Tərtər Olimpiya İdman
    Kompleksinin direktoru

     

  • 21Noy
    İdman Həmyerlimiz yenə də qalibdir üçün şərhlər bağlıdır

    Noyabrın 9-da Polşanın Keltse şəhərində start götürən boks üzrə beynəlxalq turnirə yekun vurulub. Millimizin heyətində 80 kq çəkidə vuruşan tərtərli boksçu Murad Allahverdiyev çempion adını qazanıb. O, final döyüşündə boks üzrə dünya çempionatının mükafatçısı – moldovalı rəqibi Andrey Çiryasovu məğlub edərək çempion adını qazanıb.
    İdmançımızın şərəfinə Azərbaycan Respublika-sının Dövlət himni səsləndirilib. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çempion Murad Allahverdiyevi təbrik edib, ona yeni uğurlar arzulayıb.
    Qeyd edək ki, Murad Allahverdiyev 8 qat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, 2 dəfə Avropa üçüncüsü, 1 dəfə Avropa çempionu olub və boks idman növü üzrə idman ustasıdır. Eyni zamanda o, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində hərbi xidmət edir.