Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek
    İdman “XƏMSƏ” MİLLİ İNTELLEKTUAL OYUNU üçün şərhlər bağlıdır

    Rayon təhsil şöbəsi və gənclər və idman idarəsinin təşkilatçılığı ilə, rayonun ümüumtəhsil məktəbləri arasında, Ümummilli Lider Heydər Əlyevin anım gününə həsr olunmuş “Xəmsə” milli intellektual oyunu keçirilib.
    Yarışda rayonun 16 ümumtəhsil məktəbinin komandası iştirak edib. Şagirdlər öz fəallıqları ilə dahi şəxsiyyətin əbədiyaşar ideyalarına sadiq olduqlarını nümayiş etdiriblər.
    I yerə Qaradağlı, II yerə Seydimli, III yerə Hacıqərvənd kənd tam orta məktəbin komandaları layiq görülüb. Qaliblər rayon gənclər və idman idarəsinin fərqləndirici diplomları ilə tətif ediliblər.
    Umudlu kənd tam orta məktəbinin komandası isə final mərhələsində iştiraka görə həvəsləndirici mükafat alıb.

    “Yeni Tərtər”

  • 26Fev
    İdman 5 MART BƏDƏN TƏRBİYƏSİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
    Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
    Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb,
    İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub. Daha ətraflı »

  • 09May
    İdman “FİQUR SABİR” üçün şərhlər bağlıdır

    Haqqında yazacağım insan rayonumuzda və respublikamızda tanınmış bir insandır. Hələ gənclik illərindən özünə maraqlı bir ləqəb də qazanıb, demək olar ki, qazandığı bu ləqəblə onu tanımayan yoxdur. “Fiqur Sabir” deyiləndə hamı bilir ki, söhbət kimdən gedir. Bu insan çoxlu yetirmələri olan, idmançılar yetişdirən Zeynalov Sabir Səlim oğludur.
    Sabir müəllim redaksiyamıza gələndə özü ilə bərabər “Fəxri Fərman” və medal gətirdi. Bildirdi ki, onu Azərbaycanda Kyokuşin Karatenin əsasını qoyan sensey Ələddin Mirzəyevin xatirəsinə həsr olunmuş KWU-nun açıq respublika turnirinə Fəxri Qonaq qismində dəvət olunarkən təqdim edilib. Həm də onun üçün bu təqdimat çox əziz və unudulmaz oldu. Dünya şöhrətli idmançı Ələddin Mirzəyev Sabir müəllimin yetirməsi olub. Kyokuşin karateni ölkəmizə gəlib çıxmasının ilk səbəbkarı elə Ələddin Mirzəyevdir. Bu gün də gənclər arasında idmanın bu növünə böyük maraq var. Ümumiyyətlə, rayonumuzda idmanın inkişafında Sabir müəllimin danılmaz zəhməti vardır. Daha ətraflı »

  • 05Mar
    İdman RƏVANIN UĞURLARI üçün şərhlər bağlıdır

    Bu günlərdə rayonumuzun ucqar kəndlərindən biri olan Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev əlində bir neçə diplom və medallarla redaksiyaya gəldi. Onun bura gəlməsi səbəbsiz deyildi. Məktəbin şagirdi Məmmədli Rəvan Vasif oğlunun uğurları barədə məlumat verərək danışmağa başladı:
    –Bu uşaq bizim məktəbin fəxridir. Onun idmanda qazandığı uğurlar müəllim və şagird kollektivimizi ürəkdən sevindirir. İstəyirəm ki, bizim bu qoçaq oğlanımız haqqında kiçik bir məqalə yazılsın.
    Sabahı gün Asif müəllim Rəvanın özü ilə birgə gəldi və dedi:
    –Rəvanın uğurunu təkcə onun özünün deyil həm də məktəbimizin uğuru hesab edirəm. Hazırda onbirinci sinifdə oxuyur. Əksər vaxtlarda məşqlərə və yarışlara icazə vermirik ki, dərsləri ilə məşğul olsun. Lakin idmana olan marağı onu çempion edib. Dəfələrlə zona yarışlarında iştirak edərək qalib olub. Daha ətraflı »

  • 10Yan
    İdman İdman üçün şərhlər bağlıdır

    “ALLAHIN ASLANI” LƏQƏBLİ DÖYÜŞÇÜ

    Bu arıq oğlan şəhər 5 saylı tam orta məktəbin 2-ci sinif şagirdidir. İlk baxışda idmançı təsiri bağışlamayan Əli əslində kinqboksinq üzrə 3 qat dünya çempionudur. 2012-ci ildən Azərbaycan Kinqboksinq Federasiyasının üzvüdür.
    Əlini redaksiyamıza atası hərbiçi Nazim Cəfərzadə gətirmişdi. O, bir ata kimi oğlunun uğurlarından həvəslə danışırdı.
    –Yaşının az olmasına baxmayaraq, Əli həm ailəmizin, həm də təhsil aldığı məktəbin fəxridir. O, iştirak etdiyi yarışlarda dəfələrlə birincilik qazanıb. Ölkəmizdə, həmçinin ölkəmizdən kənarda–İranda keçirilən mötəbər çempionatlar Əlinin bir idmançı kimi inkişafına stimul verir. Əli Azərbaycan çempionudur, “Dünyanın ən güclüsü” yarışında “Kəmər sahibi” adını qazanıb. 2018-ci ildə isə ona ən gözəl ad “Allahın Aslanı” adı verilib.
    Əlidən iştirak etdiyi yarışlar zamanı hansı hissləri keçirdiyini soruşdum.
    Bir az utandı, çəkinə-çəkinə dilləndi:
    – Yalnız qalib gəlməli!
    Atası söhbətə qarışır:
    –Əli 10 döyüş növü üzrə 1-ci yerin qalibi medallarını qazanıb. Bakı şəhərində 20-22 kq çəki dərəcəsində “Büdo”, üzrə dünya çempionatında, dekabrın 6-8 də İranda “K-1” üzrə yenə 20-22 kq çəkidə qitə çempionatında 1-ci yerin qalibi olub, ilin kubokunu qazanıb. Onun belə uğurlar qazanmasında məşqçi müəllimləri Yavər və Ruhi Hüseynovların gərgin zəhmətləri olub. Əlbəttə, ibtidai sinif müəllimi Könül İbrahimovanın da bu işdə zəhmət payı var, yarışlarda iştirak etməsinə şərait yaradıb. Bütün müəllimlərinə ailəmiz adından minnətdarlıq bildiririk. Daha ətraflı »

  • 10Yan
    İdman GƏNC İDMANÇILARIN NAİLİYYƏTLƏRİ üçün şərhlər bağlıdır

    “…Azərbaycanda idman uğurla, dinamik şəkildə inkişaf edir. Gözəl gənc nəsil yetişir. Mən onu da xüsusilə qeyd etmək istəyirəm ki, bizim gənc idmançılarımız, uşaqlar, yeniyetmələr müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında,yeniyetmələr Olim-piya oyunlarında ölkəmizi ləyaqətlə təmsil edirlər…
    Fikrimi ölkə prezidenti İlham Əliyevin sözləri ilə başlamağım səbəbsiz deyildir. Bu gün Azərbaycan Prezidentinin qayğısı sayəsində güclü idman dövlətinə çevrilib. İdmanın inkişafına çox böyük diqqət göstərilir, onun madditexniki bazası möhkəmləndirilir. Bölgələrimizdə Olimpiya İdman Mərkəzləri tikilərək id-mançılarımızın ixtiyarına verilir ki, idman kütləvi xarakter alsın, çoxnövçülüyü inkişaf etsin.
    Məlumdur ki, idman cəmiyyətimizin ayrılmaz hissəsidir. Bu gün rayonumuzun gənc id-mançıları da öz çıxışları ilə qələbələr qazanırlar. Daha ətraflı »

  • 19Dek
    İdman İdman üçün şərhlər bağlıdır

    BOKSÇU QIZ

    Eşidəndə heyrətləndim. Zərif, bu balaca qız necə döyüşə bilər, özü də oğlanlarla. Onun valideynləri bu qızcığazın əzil-məsindən, zədələnməsindən ehtiyat etmirlərmi?–deyə tərəddüd etdim. Məşqçi Faiq Məmmədov Aysu haqqında danışdıqca onu görməyə, tanımağa marağım daha da artdı. Bu döyüşkən qızı boksçu Aysunu redaksiyaya dəvət etdim.
    Sabahı Aysu İsmayılova dediyi vaxtda redaksiyanın qonağı oldu. Qaraqaş, qaragöz, saçları oğlansayağı vurulmuş bu qızın yerişində, oturuşunda, duruşunda onu yaşından böyük oğlanların görkəminə oxşatdım. Bu boksçu qızı təsəvvür etdiyim kimi gördüm. Artıq heyrətlənmədim. Əsl idmançılara xas olan bir görkəmi vardır…
    Aysu İsmayılova Səhlabad kənd tam orta məktəbinin şagirdidir. Səkkizinci sinifdə oxuyur. Sadə bir ailənin 2 qız övladından biridir. Özündən böyük bacısı var. Onuncu si-nifdə oxuyur. Söhbətə başlayırıq. Suallarımın əsası bu balaca qızın nə üçün boksçu olmasına səmtlənib.
    –Aysu, neçə yaşından boksla məşğulsan?
    Böyüklərə məxsus formada qaşlarını düyünləyib dilləndi:
    –Hələ kiçik yaşlarımda atamla, əmimlə, dayımla bokslaşmağı xoşlayırdım. Atam da bu həvəsimi görüb məni Faiq müəllimin yanına apardı ki, öyrənim. Amma, ikinci sinifdə oxuyarkən yarışlara qatıldım və oğlanla döyüşdüm. Daha ətraflı »

  • 21Avq
    İdman QƏFİL ÖLÜM üçün şərhlər bağlıdır

    (Nekroloq əvəzi)

    Mən onunla cəmi bir neçə dəfə görüşmüşdüm, amma yaddaşıma ömürlük həkk olunmuşdu. Çünki hamıdan fərqli görkəmi, yerişi, oturuşu-duruşu və danışıq tərzi vardı. Onun kim olduğunu biləndə, açığını deyim ki, bir az da qürur duymuşdum, fərəhlənmişdim. Ürəyimdə demişdim: “Halal olsun Tərtər torpağına və onun yetişdirdiyi oğullara!”.
    Onu rəhmətlik dostum “Qızıl Mahir”in parkda olan çayxanasında da axşamtərəfi hərdən görürdüm. 1-2 nəfər dostu ilə sakitcə gələr və hiss olunmadan da durub çıxıb gedərdilər. Adamlar ona maraqla baxar, biri-birilərinə işarə edər, nəsə pıçıldaşardılar. Müşahidələrim camaat arasında bu adama böyük hörmət bəslənildiyini təsdiqləyirdi.
    Yavaş-yavaş mən də onunla maraqlandım və bəzi məlumatlar öyrənə bildim.
    Bu adam öz doğma tərtərlimiz Marif Həsənov idi. İdman aləmində dünyaca məşhur olan bir insan! Tərtəri beynəlxalq aləmə tanıdan hünərli və qeyrətli bir oğul!
    Sonralar onun tərcümeyi-halı ilə də yaxından tanış oldum.
    Həsənov Marif Bayram oğlu 1956-cı il avqust ayının 21-də Tərtər şəhərində anadan olub. 1963-1973-cü illərdə Tərtər şəhər 1 saylı tam orta məktəbində təhsil alıb. Daha ətraflı »

  • 20May
    İdman ŞƏRƏF İŞİ üçün şərhlər bağlıdır

    İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.
                                                                                                                                                Heydər Əliyev
    Dünya ölkələri öz mədəniyyəti, milli-mənəvi dəyərləri ilə yanaşı, idman sahəsi ilə də tanınır. Dövlətimiz uğur əldə etmiş idmançıların dünyada tanınması, onların bu sahəyə marağının daha da artması üçün əlindən gələni əsirgəmir. Çünki əhalinin sağlamlığı vacib məsələdir. İdman sağlamlıq, həyat, gümrahlıq, bir sözlə, yaşamaq üçün vacib olan bir amildir. Ən azından sağlamlığımızın xətrinə idmanla məşğul olmalıyıq. Peşəkar həkimlər hər zaman bildirirlər ki, zərərli vərdişlər necə ki, insan ömrünü 10 il qısaldır, idmanla məşğul olmaq da əksinə ömrü 10 il artırır. İdmanın insan orqanizmi üçün bir çox xeyiri vardır: əhvalı yüksəldir, xroniki xəstəliklərin qarşısını alır, çəkinizi qoruyur, ürəyin və ağciyərin funksiyasını gücləndirir, yuxusuzluğu və təngnəfəsliyi aradan qaldırır.
    Son zamanlar Tərtərdə Olimpia İdman kompleksinin tikintisi rayonumuzda idmana göstərilən qayğının nümunəsidir.
    Rayonumuzda bu məsuliyyətli, şərəfli sahənin müəllimlərindən biri də Məmmədov Faiq Ələkbər oğludur. O, 1980-ci ildə Tərtər rayonunda dünyaya gəlib. Ailədə 3 bacı, 1 qardaş olublar. Şəhər 1 saylı tam orta məktəbi 1997-ci ildə bitirib. Politexnik Universitetinin iqtisadiyyat fakültəsinə 2001-ci ildə daxil olub. O, 2012-ci ildə İdman Akademiyasında təhsilini davam etdirib. Uşaq yaşlarından idmana böyük marağı olan Faiq Məmmədov 2004-cü ildə Azərbaycan Boks Federasiyasının lisenziyasına əsasən təyinatla Tərtər rayonuna boks müəllimi təyin olunub. 2010-cu ildən Uşaq Gənclər İdman məktəbində məşqçi müəllim kimi fəaliyyət göstərir. Uğurları bol olan Faiq müəllim 2009-cu ildə “İdman ustası” adına layiq görülüb. Daha ətraflı »

  • 19Mar
    İdman QALİBLƏR MÜKAFATLANDIRILDI üçün şərhlər bağlıdır

    Tədbirdə rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, məşqçi-müəllimlər, idmançılar, futbol, valeybol, şahmat yarışlarının qalib komandalarının üzvləri iştirak ediblər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Tərtər rayonunda da idman sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri bildirib ki, ötən il idmançılarımız beynəlxalq, respublika və zona yarışlarında, eləcə də açıq birinciliklərdə yüksək nəticələr qazanıb, 374 medal və diploma layiq görülüblər. Medalların 10-u dünya kubokunda, 2-si beynəlxalq yarışda, 15-i Azərbaycan çempionatı və birinciliyində, 347-si isə zona birinciliyi və açıq birinciliklərdə qazanılıb. Bir nəfər məşqçi-müəllim Əməkdar məşqçi adına, bir nəfər gənc boksçumuz isə idman ustası adına layiq görülüb. Hazırda rayonumuzda müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksinin tikintisi aparılır. Daha ətraflı »