Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Noy
    Açılışlar DAHA İKİ KƏNDƏ QAZ ÇƏKİLDİ üçün şərhlər bağlıdır

    Изображение 062Cəmlli kəndinə mavi qaz yanacağının verilməsi ilə bağlı tədbiri həmin kəndin icra nümayəndəsi Manaf Məmmədov acdı. Daha ətraflı »

  • 27Noy
    Açılışlar YENİ ARTEZİAN QUYULARI İSTİFADƏYƏ VERİLDİ üçün şərhlər bağlıdır

    Изображение 102Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları qazılır. Daha ətraflı »

  • 19Noy
    Açılışlar DAHA BİR KƏNDƏ MAVİ YANACAQ VERİLDİ üçün şərhlər bağlıdır

    Изображение 036Bu günlərdə rayonumuzun Yuxarı Sarıcalı kəndinə mavi qaz yanacağı verilməsinin açılışı oldu. Tədbiri giriş sözü ilə kənd icra nümayəndəsi Ramiz Zeynalov açdı. Kəndə qaz çəkilişində əməyi olan insanlara minnətdarlığını bildirdi. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Açılışlar Hacıqərvənd kəndinə qaz verildi üçün şərhlər bağlıdır

    DSC_8583Havalar soyuduqca, rayonumuzun kəndlərinə mavi qaz yanacağının verilməsi işləri də sürətlənir. Cəmi bir neçə gün əvvəl Təzəkənd kəndinə qaz verildi. Ondan biraz keçməmiş Hacıqərvənd kəndinə qaz çəkildi. Bu münasibətlə təşkil olunmuş tədbiri giriş sözü ilə Hacıqərvənd kənd İƏD üzrə nümayəndə Vəli Əliyev açdı. Bildirdi ki, kəndimiz rayonun əhalisi çox olan yaşayış məntəqələrindən biridir. Burada 2850 nəfər əhali yaşayır. Bu günü səbirsizliklə gözləyən kənddə 556 evə qaz xətti çəkilib, sayğac qoyulub. Buna görə mən kənd sakinləri adından ölkə Prezidentinə minnətdarlığımı bildirirəm. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    Açılışlar TƏZƏKƏND KƏNDİNƏ MAVİ YANACAQ VERİLDİ üçün şərhlər bağlıdır

    IMG_2869Bu günlərdə rayonumuzun daha bir yaşayış məntəqəsinə –Təzəkənd kəndinə qaz yanacağı verilib və bu münasibətlə tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov açıb və Təzəkənd kəndinə qaz yanacağı verilməsinə görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə dərin təşəkkürünü bildirib. Daha ətraflı »

    Teqlər: ,

  • 20İyn
    Açılışlar Müasir iş şəraiti üçün şərhlər bağlıdır

    DSC_5372    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tərtər və Bərdə rayonları üzrə 21 saylı Tibbi-Sosial Ekspert Komissiyası yeni avadanlıqlarla təchiz edilmiş və müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunub. Yaradılan şəraitlə tanış olan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ölkədə tibbi-sosial ekspertiza sisteminin müasir səviyyədə yenidən qurulması işlərinin aparıldığını diqqətə çatdırıb. Bildirib ki, ilk növbədə bu sistemin elektronlaşdırılması üçün vacib tədbirlər görülür. Artıq ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemi üzərində tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi fəaliyyət göstərir ki, əlillik müayinələrinin aparılması üçün müvafiq məlumatların, göndəriş formalarının bu sistem vasitəsilə elektron mübadiləsi təmin edilir.

    Teqlər:

  • 20İyn
    Açılışlar Yeni yaşayış binası üçün şərhlər bağlıdır

    DSC_5383Tərtər şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilmiş 6 mərtəbəli 54 mənzilli yaşayış binası Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verildi.
    Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik etdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətin qurulması kimi çətin və şərəfli missiyanı yerinə yetirməklə yanaşı, əha-linin sosial müdafiəsi sahəsində də misilsiz xidmətlər göstərib. Müharibə əlilləri və şəhid ailələrinin dövlət hesabına mənzillərlə, əlilliyi olan şəxslərin minik atomobilləri ilə təminatı daim dövlətin diqqət mərkəzində olub. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Açılışlar Körpələr evi-uşaq bağçasının açılışı oldu üçün şərhlər bağlıdır

    DSC_4342Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Güləbatlı kəndində körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verildi.
    Tədbiri giriş sözü ilə Buruc kənd İƏD üzrə nümayəndə İldırım Cəfərov açdı.
    Sonra bağçanın müdiri Müş-ğünaz Orucova bildirdi ki, 35 yerlik bu müəssisədə iki qrupumuz var. Bina çox yararsız vəziyyətdə idi. Onu əsaslı təmir edib, gözəl görkəmə salan insanların hamı-sına dərin minnətdarlığımı bildirirəm.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd sakinlərini, valideynləri, uşaqları salamladı və təbrik etdi. Daha ətraflı »

    Teqlər:

  • 12İyn
    Açılışlar Evoğlu kəndinə “mavi yanacaq” verildi üçün şərhlər bağlıdır

    DSC_4518Bu münasibətlə təntənəli mərasim keçirildi. Mərasimi giriş sözü ilə Evoğlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Elçin Mahmudov açaraq kənddə 2160 nəfər əhalinin yaşadığını, 467 nəfər abonentin mənzilinə mavi yanacağın verildiyini, ərazidə 59000 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyini, 467 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıldığını bildirdi.
    Sonra kənd ağsaqqalı Eldəniz Əliyev, sakinlərdən Nü-bar Kərimova, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev, “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəisi İbrahim Kərbəliyev, Evoğlu kənd tam orta məktəbinin şagirdi Nurlan Məhərrəmli çıxış edərək təbii qazın verilişi ilə əlaqədar sakinləri təbrik etdilər və sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Açılışlar Təməlqoyma mərasimi üçün şərhlər bağlıdır

    DSC_3285Tərtər şəhərinin və ona bitişik 11 kəndin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirildi. Tədbir iştirakçıları öncə layihə ilə ətraflı tanış oldular. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə sakinləri təbrik etdi. Bildirdi ki, bu gün ölkəmiz boyük bir tikinti meydançasını xatırladır. Biz bunu öz rayonumuzun timsalında da aydın görürük. Daha ətraflı »

    Teqlər: