Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyn
    Kəndlərimiz BAŞ GÜNEY (BAŞ GÜNEYPƏYƏ) KƏNDİ üçün şərhlər bağlıdır

    (Əvvəli keçən sayımızda)
    Pəyə sözü isə hər zaman mal-qaranın saxlanc yeri olaraq qəbul edilib. Belə olan halda da pəyə sözünün yaşayış yeri kimi təqdim olunmasının doğru olmadığı qənaətinə gəlirik.
    Baş Güneydə olan yer adları. Yaşlı nəslin nümayəndələri Baş Güney kəndi ərazisində olan yer adları barədə danışarkən iki yerin adı xüsusilə çəkilirdi. Bunlardan biri el arasında “PƏLƏNGƏ” adlanan yerdir. Kəndin əsas giriş yolu bu cür adlansa da, bu barədə başqa bir fərziyyə irəli sürülür. Deyilənə görə, vaxtı ilə həmin ərazi sıx meşəlik və qalın qızılcıq kolluqdan ibarət olub. Bitki örtüyünün qalın olmasına görə burada bir çox vəhşi heyvanlar məskən salır. Deyilənə görə, bu yerin adı bir çobanın göstərdiyi şücaətlə bağlıdır. Belə nəql edilir ki, yaylağa köç edən zaman sürünün qarşısına çıxan vəhşi pələng çox olur. Əli adlı çoban pələngi yalın əllə öldürməyə nail olur. Əlinin həddindən artıq cəldliyi və vəhşi heyvanı zərərsizləşdirməsi ona el arasında “PƏLƏNG ƏLİ” təxəllüsünü qazandırır. Bundan sonra həmin yerin adı eynilə səsləndirilsə də, sonralar el arasında “PƏLƏNGƏ” kimi tanınır.
    İkinci yer isə kəndin ərazisindən axan “QABARTI” çayının adıyla bağlıdır. Bu çayın adı bir neçə versiyada “QABARDI”, “QABARTÜ”, “QAB ARTIQ” kimi səsləndirilib. Birinci versiya barədə səsləndirilən fərziyyədə deyilir ki, vaxtı ilə bu çayın məcrası çox geniş olub. Bol suyu olan çayın hündürlüyü 10 metrdən çox olub. Bütün il boyu həddindən artıq sürətlə axan çayın suyu qabararaq gəldiyi üçün adına “QABARDI” deyilib. Digər versiyada isə deyilir ki, tarixi şəxsiyyətlərdən biri bu yerdən keçərkən çayın sahilində yemək süfrəsi açdırır. Daha ətraflı »

  • 20İyn
    Kəndlərimiz BAŞ GÜNEY (BAŞ GÜNEYPƏYƏ) KƏNDİ üçün şərhlər bağlıdır

    Məlum Qarabağ zəfərimizdən sonra Ali Baş Komandan, məğrur liderimiz, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən rəsmi olaraq öz tarixi statusunun bərpasına nail olan Ağdərə rayonunun nadir və qədim tarixini özündə, hər qarışında yaşadan incilərindən biri də Baş Güney kəndidir. Nəzərinizə çatdıraq ki, ümumiyyətlə məlum səbəblərə görə Qarabağın Ağdərəsinin tarixini araşdırmaq, yazmaq kifayət qədər məsuliyyətli və bir o qədər də çətindir. Bu kəndin tarixinin araş-dırılması da mühüm məsələlərdən biridir. Sözügedən məsələni geniş təfərrüatlı araşdıran dəyərli tədqiqatçı Daşqın Güneylidir. Oxucuların nəzərinə çatdırılan məsələlər Daşqın Güneylinin 2013-cü ildə qələmə aldığı “Kəmərin qan yaddaşı” əsərindən bir parçadır ki, bu da qarşıda qoyulan missiyamıza xüsusi bir təkandır.
    Əlavə olaraq, qeyd edə bilərəm ki, Baş Güney kəndinin tarixi haqqında daha bir dəyərli fakt XX əsr Azərbaycan nəsrinin yaradıcılarından biri, böyük yazıçımız Məmməd Səid Ordubadi qələminin məhsulu olan “Qanlı illər” adlı əsəridir. Həmin əsər uzun illərin siyasi təbəddülatlarından keçmiş tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən dəyərli bir nümunədir. Bu tarixi mənbədə kəndin adı Göynəpay deyə qeyd olunmuşdur. Sözügedən hissəni mənbənin 63-cü səhifəsində qeyd olunduğu kimi diqqətinizə çatdırırıq: “3-cü sahə isə Dağbasar köylərindən ibarət olub əksəriyyətdə varlı və sərvət sahibi olan ermənilərin əlində idi. Bu sahədə islam köyləri fəqət Dəmirli, Hacıqərvənd, Çıraqlı, Ümidli, İmarət Qərvənd, Xaçın çayı boyunca Şaxavənd, Köynəpay, Əliağalı, Sırxavənd, İsmayılbəyli kimi sair dağlıq köylərdən ibarətdir ki, Kolanılar adlandırılmışdır” Daha ətraflı »

  • 31Avq
    Kəndlərimiz Rayon rəhbərinin İlxıçılar kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    KƏNDİN İQTİSADİYYATI MÖHKƏMLƏNİR, TİKİNTİ
    VƏ ABADLIQ İŞLƏRİNƏ DİQQƏT ARTIR

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun İlxıçılar kəndində keçirilən qəbul-görüşündə səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, Vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən bəhs edib. Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərindən danışıb. Daha ətraflı »

  • 07Yan
    Kəndlərimiz UMUDLU XATİRƏLƏRİNDƏN üçün şərhlər bağlıdır

                                                                                            AĞAC KÖLGƏSİ

    Yolçular artıq xeyli yol qət etmişdilər. El yolu nə qədər maraqlı, ətraf nə qədər mənzərəli olsa da, yorğunluq hiss edilməkdə idi. Bir tərəfdən də isti onları təntidir, aclıq hissi baş qaldırırdı. Döngəni burulanda yolun solunda, meşənin ətəyində qayalara söykənmiş üçbucaq şəkilli bir düzəngah göründü. Ortalıqda qol-budaqlı bir agac da vardı.Yaxınlaşanda gördülər ki, agacın kökgəsində qırmızı daşların arasından bir bulaq çağlayır. Deməli, bu Daşbulaq idi və Sərsəngə lap az, kəndə isə yeddi-səkkiz kilometr qalırdı. Əl-üzlərini yudular, bulağın sərin suyundan doyunca içdilər. Ağacın dibindəki daşların üstündə oturub dinclərini almağa başladılar. Düzəngahda qayanın dibinə bir köç düşmüşdü. Səyyar alaçıq qurulmuşdu. Alaçığın yanında bir qadın sac asıb yuxa bişirirdi. Qadın birdən sacın arxasından qalxdı. Sonra əlində bir ağ bükülü onlara yaxınlaşdı. Əlindəki süfrəni onların qənşərindəki yastı daşın üstünə açdı və dinməzcə də qayıdıb getdi. Yolçular isti yuxaya bükülmüş qoyun pendirini ləzzətlə yeyib qalxdılar və yollarına davam etdilər. Heç kim heç nə demədi. Sözə ehtiyac yox idi. Mənzil Umudlu kəndinə idi. Təyinat almış bu iki gənc müəllim gəlib Umudlu məktəbinə yetişdilər. Onların ömür yolları dogma məktəbin ömür yoluyla qoşalaşaraq 1991-ci ildən davam etdi. Daha ətraflı »

  • 28Noy
    Kəndlərimiz SEYDİMLİ KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ üçün şərhlər bağlıdır

    dsc_0158Tərtər rayonunun təbii qazla təmin olunan kəndləri sırasına Seydimli kəndi də əlavə olunub.
    Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, “Azəri-qaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirakdsc_0141 ediblər.
    Seydimli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə əvəzi Nərmin Vəliyeva tədbiri açaraq tədbir iştirakçılarına kənd haqqında məlumat verib. Bildirib ki, 2733 nəfər əhalisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 28656 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində 625 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
    Açılışda iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda gedən sosial-iqtisadi inki-şafdan, həyata keçirilən layihələrdən danışıb. Qeyd edib ki, Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 43-ü təbii qazla təmin olunub. Hazırda rayonun qaz olmayan digər yaşayış məntəqələrində də qaz çəkilişi işləri davam etdirilir. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Kəndlərimiz QƏDİM ZOLGÖRƏN KƏNDİ üçün şərhlər bağlıdır

    Изображение 388Azərbaycanda Sovet hökuməti qurulmamışdan öncə Zolgörən kəndi Abbas bəyin mülkü olmuşdur. Ərazisinin mərkəzində üçmərtəbəli otuz mənzilli bina, iki kərpic zavodu, ərzaq və sənaye dükanları, kəhriz quyusu və s. tikinti obyektləri olmuşdur. Zolgörən sözü düz görmə mənasını verir. Zolgörən kəndində olan bina diqqəti cəlb edərək, burada elmi işlər aparılmasına işarə verir. 1993-cü ildə Tərtər rayonunun Zolgörən kəndində Moskvanın göstərişi ilə Azərbaycan Dövlət Seleksiya Stansiyası deyilən bir idarə yaradılır və idarəetmə Moskva tərəfindən aparılır. El arasında bu söz “seleksonnı” kimi işlədilirdi. Burada elmi müəssisənin yaradılmasından öncə rus dilində yeddiillik məktəb, körpələr evi-uşaq bağçası, səhiyyə məntəqəsi, radioqovşağı, gecələr elektrik işığı verilməsi üçün xüsusi bina, yaşayış üçün ictimai binalar tikilir. Bu işlər başa gəldikdən sonra Rusiyadan ziyalı ailələr Zolgörən həndinə köçürülür. 1933-1957-ci ilədək idarəetmə Moskva tərəfindən həyata keçirilirdi. 1957-ci ildən Azqosselekstansiya sözü ləğv olundu və əvəzində Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun təcrübə bazası yaradıldı.
    Tərtər BTS-də aparılan elmi işlər nəticəsində alınan yeni dənli bitkilər, buğda və arpa növləri təkcə Azərbaycanda deyil, SSRİ məkanında da öz şöhrətini tapmışdır.
    Eləcə də bura alimlərin yetişməsinə də öz töhfəsini vermişdir. Belə ki, bir çox alimlərin–Abdullla Abdullayev, Yolçu Bayramov, Bəyiş Mirzəyev, Valeh Paşayev, Əmir Quliyev, Vəli İbadov, Abdin Abdullayev, Şirin Sarıyev, Tofiq Məmmədov, Mehman Babayev, Fərman Qurbanov kimi insanların elmə yolu buradan keçmişdir. 1983-cü ildə Tərtər Bölgə Təcrübə Stansiyasının 50 illik elmi yubleyi dövlət tərəfindən ən yüksək səviyyədə Zolgörən kəndində qeyd olundu. Daha ətraflı »

    Teqlər:

  • 26Okt
    Kəndlərimiz SEYDİMLİNİN BU GÜNÜ üçün şərhlər bağlıdır

    Изображение 062Seydimli kəndi rayon mərkəzinə ən yaxın olan iri yaşayış məntəqələrindən biridir. Burada 603 ailədə 2716 nəfər əhali yaşayır. Kənddə tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, 304 nömrəlik elektron ATS, 15 ticarət, 3 məişət xidməti obyekti, kitabxana, avtomobil təmiri sexi kənd əhalisinə xidmət göstərir. Bura rayonumuzun ən müasir kənd-lərindən sayılır. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Kəndlərimiz Yollar abadlaşır üçün şərhlər bağlıdır

    q3Kəndlərimizdə yolların təmiri işləri diqqət mərkəzində saxlanılır. Hazırda təmas xəttinə yaxın olan Qapanlı kəndində yola asfalt salınması işləri davam edir. Bu barədə bizə məlumat verən rayon icra hakimiyyətində tikinti və memarlıq şöbəsinin müdiri, baş memar Tofiq Kərimov bildirdi ki, bu iş ötən il 3 kilometr məsafədə görülmüşdü. İndi isə yolun daha 3 kilometrinə asfalt örtük salınacaqdır. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Kəndlərimiz Qapanlıda tibb məntəqəsi tikilir üçün şərhlər bağlıdır

    DSC_7814Cəbhə bölgəsi olan Qapanlı kəndində iki ay öncə tibb məntəqəsinin tikintisinə başlanıb. Bina bir mərtəbə olmaqla 6 otaqdan ibarətdi. Burada həkim və tibb bacısı, iynə otaqları, anbar, mətbəx və sanitar qovşağı vardır. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    Kəndlərimiz Çaylının işıqlı günləri üçün şərhlər bağlıdır

    IMG-20150913-WA00011Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox əziyyət çəkən kəndlərimizdən biri də Çaylıdır. Müharibə zamanı kəndin infrastrukturu tamamilə dağıdılmış, yaşayış evləri bərbad hala düşmüşdür. Daha ətraflı »

    Teqlər: