Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,177
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30May

    Digər üçün şərhlər bağlıdır

    Ilham_Aliyev mskastarabassagligidYeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı. Bütün bu sınaqlardan biz daha da güclənmiş şəkildə çıxa bildik.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 30May
    Digər 15 İYUN MİLLİ QURTULUŞ üçün şərhlər bağlıdır

    TARİXƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN GÜN

    heyder7_rAzərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür.
    Vətənini, xalqını, millətini sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir.
    1993-cü ilin 15 iyununda Azərbaycan xalqının bir millət, Azərbaycan Respublikasının isə bir dövlət kimi yaşaması sual altında idi. Daha ətraflı »

    Teqlər:

  • 30May
    Xəbərlər YAP TƏRTƏR RAYON TƏŞKİLATININ IX KONFRANSI KEÇİRİLİB üçün şərhlər bağlıdır

    14956274594919921906_1000x669DSC_0359Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının növbəti IX konfransı keçirildi. Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, onun xatirəsini ehtiramla yad etdilər. Sonra tədbir öz işini rayon Mədəniyyət mərkəzinin iclas zalında davam etdirdi.
    Konfransda YAP Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak etdilər.
    Konfrans iştirakçıları rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatından bəhs edən videoçarxa baxdılar. Ulu Öndər Heydər Əliyevin və rayon təşkilatının VIII konfransından sonrakı dövrdə vəfat etmiş YAP üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfrans açıq elan olunduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirildi. Daha ətraflı »

    Teqlər:

  • 30May
    Tərtər RİH-də 19 may 2017-ci il Azərbaycan Respublikası Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədova üçün şərhlər bağlıdır

    Hörmətli cənab Məmmədov!
    Çərşənbə günü Tərtər rayonuna səfər zamanı görüşün keçirilməsi və Qapanlı məktəbinə səfərin təşkil olunması ilə bağlı sizə oz minnətdarlığımı bildirmək istərdim. Regionda əsaslı iqtisadi inkişafı görmək məni çox sevindirdi. Ən çox məmnunluq duyduğum məqam isə gənclərə öz gələcəklərini daha yaxşı qurmaları üçün, xüsusilə kənd təsərrüfatı sektorunda çoxlu sayda imkanlar təklif etməklə, onları gələcək inkişafın mühüm bir hissəsinə çevirməyə çalışmağınızdır.
    Gənclərə Dəstək Proqramının daim təbliğ olunmasında sizə etibar edə biləcəyimə əminəm. Nəzərinizə çatdırmaq istərdim ki, rayonun inkişafı prosesinə gənclərin cəlb olunması və onların rolunun artırılması üçün öz təcrübə və biliklərimizi sizin komandanızla bölüşməyə hazırıq. Daha ətraflı »

    Teqlər:

  • 30May
    Xəbərlər “AZƏRBAYCAN GƏNCLƏRİNƏ DƏSTƏK” üçün şərhlər bağlıdır

    Изображение 057Изображение 187BMT Uşaq Fondu və onun yerli tərəfdaşı Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəsmiləri “Azərbaycan Gənclərinə Dəstək” Proqramı layihəsi çərçivəsində Tərtər rayonuna səfər edib. Görüşdə BMT Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin, yeniyetmə və gənclərin işləri üzrə mütəxəssisləri xanım Aida Aylarova və Natiq Umarov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, fondun əməkdaşı və “Azərbaycan Gənclərinə Dəstək” Proqramı layihəsinin koordinatoru Qiyas Abasov iştirak edib.
    Səfərin məqsədi “Azərbaycan Gənclərinə Dəstək” Proqramı layihəsi çərçivəsində formalaşdırılan Yeniyetmə və Gənclərdən İbarət Məşvərət Şuraları və onların fəaliyyəti ilə tanış olmaq, icra hakimiyyətləri ilə Şuralar arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində gələcək fəaliyyətlərin müzakirəsi idi. Daha ətraflı »

    Teqlər:

  • 30May
    Xəbərlər “VƏTƏNPƏRVƏRLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ” üçün şərhlər bağlıdır

    IMG_0435 (Копировать)Изображение 214Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Əsgər Ailələrinə Dəstək İctimai Birliyi rayon icra hakimiyyəti ilə birlikdə “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” adlı layihə çərçivəsində Tərtər Rayon Gənclər Mərkəzində tədbir keçirmişdir. Tədbirdə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, əlillərlə yanaşı yeniyetmələr və gənclər də iştirak etmişlər.
    Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov açaraq sözü ictimai birliyin sədri Mətanət Əsgərqızına vermişdir.
    O, çıxış edərək bildirmişdir ki, layihənin əsas məqsədi aprel döyüşlərində həlak olan şəhidlərin ailələrinin problemlərinin həllinə kömək etmək, onların mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərmək, yeniyetmələrin, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və onlara mənəvi dayaq durmaq, əsgərlərimizin vətənə, torpağa, dövlətə bağlılıq hisslərini artırmaq üçün əsgər və şəhid ailələri ilə görüşlərin təşkilidir. Bununla biz vətəndaşlarımız arasında Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə və veteranlara dövlət qayğısının ictimai rəydə yüksəldilməsinə nail oluruq. Daha ətraflı »

    Teqlər:

  • 30May
    Kənd təsərrüfatı Aqrar sahə üçün şərhlər bağlıdır

    BARAMAÇILIQ UĞURLA İNKİŞAF ETDİRİLİR

    539-barama-toxumlari-tut-tnglr-v-findiq-phrlr-mhsul-stehsalilarina-vz-dnlmdn-paylanilacaqDövlət səviyyəsində həyata keçirilən stimullaşdırıcı tədbirlərdən sonra baramaçılıq sahəsinin də inkişaf edərək əvvəlki şöhrətinə çatacağı gözlənilir.
    Baramaçılıq olduqca qədim tarixə malik gəlirli məşğulluq növlərindən biridir. Tarixi mənbələrə görə, tut ipəkqurdundan ipəyin alınması hələ eramızdan əvvəl məlum olub. İpəkçilik qədim zamanlardan Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, İran, Türkiyə, həmçinin digər ərazilərdə inkişaf edib. VII əsrdən isə ipəkçilik Azərbaycanda inkişaf etməyə başlayıb. Bunun üçün Azərbaycan ərazisinin səth quruluşu, əlverişli iqlim şəraiti, xüsusən bol günəş işığı, ta-rixi əmək vərdişləri, çəkil və tut ağaclarının yetişdirilməsi üçün əlverişli şərait imkan verirdi. XIX əsrdə Rusiyada ipək istehsalı müəssisələri əsasən Azərbaycandan alınan barama xammalı hesabına işləyib. Sovet dönəmində ölkəmizdə istehsal olunan ipək parça təkrar emal üçün SSRİ-nin 250 ipək parça kombinatlarına göndərilirdi. Daha ətraflı »

    Teqlər:

  • 30May
    Kənd təsərrüfatı Taxılçılıq üçün şərhlər bağlıdır

    YÜKSƏK MƏHSULDARLIQ GÖZLƏNİLİR

    800pxReife_Weizenaehren2Rayonumuzda taxılçılığın inkişafı üçün Bölgə Təcrübə Stansiyasının mütəxəssisləri məhsuldar toxum sortları yetişdirirlər.
    Rayon statistika idarəsinin məlumatına əsasən cari ilin məhsulu üçün 6873,9 hektar sahəyə buğda, 2645,1 hektara isə arpa səpilib. Bunlar “Qırmızıgül-1”, “Qobustan”, “Murov-2”, “Şəfəq-2”, “Zirvə-85”, “Fatimə” və digər məhsuldar toxum sortlarıdır.
    Məhsul bolluğu yaratmağa çalışan sahibkarlar taxıl əkini sahələrini əvvəlki illərə nisbətən xeyli genişləndirmişlər.
    Rayon kənd təsərrüfatı idarəsinin məlumatına əsasən, Şıxarx qəsəbəsində 1116, Hüsənlidə 649, Bəyimsarovda 540, Hacıqərvənddə 480, Qaradağlıda 426 hektar sahədə taxıl becərirlər.
    Ötən il rayon üzrə taxıl sahələrinin hər hektarından 37,3 sentner, arpa sahələrindən isə 27,2 sentner məhsul götürüldü. Daha ətraflı »

    Teqlər:

  • 30May
    Digər 1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    ÜÇÜNCÜ SİNİF ŞAGİRDİ İBRAHİMİN UĞURLARI

    Изображение 183Uşaqların Beynəlxalq Müdafiəsi Gününün 1iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dün-yanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

    Uşaqlar həyatımızın sevinc dolu bir dünyasıdır–bütün qayğılarımızın, diqqətimizin əsasını təşkil edən bir dünya. Məhəbbətimizin çox hissəsi uşaqlarımıza ayrılır. Onlar bu məhəbbətdən pərvazlanaraq gələcəkdə həyatımızı mənalandırırlar. Gözəl tərbiyə ilə böyümüş övladlarımız qürur yerimiz olaraq həyatımızın güzgüsünə çevrilir. Onlar ata, ananın, baba-nənələrin, hətta bir xalqın fəxrinə, qüruruna dönürlər. Xoşbəxtlik elə üz-gözlərindən oxunur, bu insanların. Daha ətraflı »

    Teqlər: ,

  • 30May
    Səhiyyə YAXŞI HƏKİM, GÖZƏL ANA üçün şərhlər bağlıdır

    Изображение 11122Həyatda peşələr çoxdur və hamısı da gözəldir.
    Yer üzünün əşrəfi sayılan insanların sağlamlığı keşiyində duran həkimlik peşəsi daha şərəflidir. Fəxriyyə Allahverdiyeva belə həkimlərdəndir.
    Fəxriyyə xanım orta təhsilini 1983-cü ildə Tərtər şəhər 1 saylı tam orta məktəbdə alıb. 1985-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub. 1991-ci ildə isə oranı bitirib. Bir il internaturada oxuduqdan sonra təyinatla Tərtər Rayon Mərkəzi Xəstəxanasına gəlib. 1993-cü ildən indiyədək endokrinoloq (şəkər və zob xəstəliyi həkimi) işləyir. 25 ildir ki, insanların sağlamlığına xidmət edir.
    Fəxriyyə xanım işinin öhdəsindən bacarıqla gəlir. Onu rayonda hamı peşəsini yaxşı bilən bir həkim kimi tanıyır, hörmətini saxlayır.
    Fəxriyyə xanım deyir ki, son zamanlar şəkər xəstəliyi təkcə yaşlı insanlar arasında deyil, həm də uşaqlar arasında çoxalıb. Bunu əsrin xəstəliyi də adlandırmaq olar. Daha ətraflı »

    Teqlər: ,