Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,177
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Sen
    Digər PREZİDENTİN ABŞ SƏFƏRİNİN NƏTİCƏLƏRİ AZƏRAYCAN DİPLOMATİYASININ MÜHÜM NAİLİYYƏTİNƏ ÇEVRİLDİ üçün şərhlər bağlıdır

    15059422795129132405_1000x6691211Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyası Azərbaycan dövlətinin xarici siyasətinin, xüsusilə də Prezident İlham Əliyevin uğurlu diplomatiyasının növbəti parlaq səhifəsi kimi tarixə yazıldı. Qlobal informasiya savaşında möhtəşəm zəfərə imza atan Azərbaycan Prezidenti dünyanın ən böyük ali tribunasından fövqəlgüclərə mühüm mesajlar verdi.

    Azərbaycan Prezidentinin cəsarətli çıxışı, BMT kimi nüfuzlu qurumun ali kürsusündən beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə etdiyi müraciət qətiyyət nümunəsi kimi dəyərləndirilməlidir. Bu, bir həqiqətdir ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Xəbərlər PAMBIQ YIĞIMI İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    DSC_5711 (Копировать)DSC_5713 (Копировать)Pambıq yığımı ilə əlaqədar pambıqçıların müşavirəsi keçirildi.

    Tədbirdə aidiyyəti idarə, müəssisə və təşkilatların pambıq qəbulu məntəqələrinin təmsilçiləri, pambıq istehsalçıları, fermerlər, keçmiş qabaqcıl pambıqçılar, sürücü-mexaniklər, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak  etdilər.

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov pambıqçılığın inkişafına dair  ölkə rəhbərinin respublikamız üçün çox mühüm sahə olan pambıqçılığın inkişafını prioritet məsələ kimi qarşıya qoyduğunu bildirdi.  Rayon rəhbəri kənd təsərrüfatının strateji məhsulu olan pambığın gələcəkdə əkin sahələrinin genişləndirilməsinin və bu sahədə keçmiş ənənələrin bərpa olunmasının vacibliyini diqqətə çatdırdı. Müşavirədə pambıqçılığın həm insanlar, həm də dövlət üçün böyük gəlir gətirməsi qeyd olundu. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Tərtər RİH-də İCRA BAŞÇISININ RƏCƏBLİ KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBULU üçün şərhlər bağlıdır

    DSC_5450 (Копировать)(1)Изображение 373Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüşü-qəbulu Rəcəbli kəndində oldu.

    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.

    Rayon rəhbəri əvvəlcə məktəbin müəllim və şagird kollektivini “Bilik günü” münasibəti ilə təbrik etdi, məktəbə yeni qədəm basmış birincilərə uğurlar dilədi.

    Sonra Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı məlumatlar verdi. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Digər Beynəlxalq Sülh Günü münasibəti ilə üçün şərhlər bağlıdır

    MƏRHƏMƏT HAKİM OLSUN BÜTÜN İNSANLIĞA!

    145431634556af1b392f2144.34814396Bu yazıya başlamaq istəyəndə, gözlərim önünə dünya xəritəsi gəldi. Bəli, bu gün qazan kimi qaynayıb daşan dünya–Əfqanıstan, İraq, Fələstin, Suriya, Türkiyə, Myanmar və dünyanın başqa ölkələri ilə yanaşı öz vətənim–Qarabağım qan içindədir. Müsəlmana yönəlmiş soyqırımlar səngimir. Bu ədalətsiz müharibələr, sayı-hesabı bilinməyən qətliamlar, dəhşət və işgəncə ilə öldürülən günahsız insanlar nədən dünyanın vicdanını sızlatmır, donmuş insanlığı əritmir? Sanki gözlər kor, qulaqlar kar olmuş. Baş vermiş və davam edən dəhşətlərə–köməksiz insan və məsum körpə qırğınlarına dünya laqeydcəsinə susur.
    İnsan haqlarından ağızdolusu danışan Qərb bu gün diri-diri torpağa basdırılan, batan qayıqlardan cəsədləri dəniz sularına qərq olan körpələri məgər görmürmü? Düşünürəm ki, görəsən böyük şairin qorxduğu zamanmı gəldi?
    “Qorxuram dünyada bir zaman gələ,
    İnsanlar yaşaya, insanlıq ölə”. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Xəbərlər “OXUYAQ, OXUDAQ” AKSİYASI üçün şərhlər bağlıdır

    VipTalisman20Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq ikinci ildir ki, “İl boyu bilik” proqramı çərçivəsində “Oxuyaq, oxudaq” aksiyası keçirir. Aksiyanın məqsədi müxtəlif sahələrdə çalışan insanlara, sadə peşə sahiblərinə kitab hədiyyə etməklə əhalidə kitaba maraq yaratmaqdır.
    Tərtər rayonunda fəaliyyət göstərən Qarabağ Regional Bilik Evinin mütəxəssisi İradə Əkbərlinin təşkilatçılığı ilə könüllülər “Oxuyaq, oxudaq” aksiyasına qoşulublar.
    Tərtərli yazar Svetlana Əzizova öz şəxsi kitabxanasından Bilik Evinə 50 kitab hədiyyə edib. İki gün-19-20 sentyabr tarixlərdə keçirilən aksiyada Bilik Evinin könüllüləri tərəfindən həmin kitablar müxtəlif məkanlarda rayon sakinlərinə paylanılıb.
    “Oxuyaq, oxudaq” askiyası rayon ziyalılarında maraq oyadıb, şair-puplisist Tofiq Yusif, Qədir Tərtərli, şəxsi kitabxanasında 12 mindən çox kitab olan Rauf Həsənzadə də bu aksiyaya qoşulublar. Gələn həftə “Oxuyaq, oxudaq” aksiyası yerli yazarlardan ibarət könüllülərin Bilik Evinə hədiyyə etdikləri kitablarla davam etdiriləcək.

    Teqlər:

  • 29Sen
    Xəbərlər BARIT QOXULU TORPAĞIN QADINLARI İLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    0001Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin üzvləri barıt qoxulu Tərtər torpağında rayonun fəal qadınları ilə görüşüblər.
    “Dəyirmi masa” ətrafına toplaşan hər iki rayonun nümayəndələri səmimi bir şəraitdə Azərbaycan qadınlarını narahat edən məsələlər barədə danışıblar.
    Birliyin sədri Gülqədəm Mirzəzadə fəaliyyətlərinin əsas məqsədi barədə ətraflı məlumat verib.
    “Cəbhəyani bölgələrdə müvafiq tədbirlərin təşkilinə dair təşəbbüslər” layihəsi çərçivəsində fəal Tərtər qadınlarının təklifləri dinlənilib.
    Rayonumuzun fəal qadınlarından Səlimə Yusibova, Fitat Əliyeva, Aybəniz Məmmədova, Zəhra Əliyeva, Gülxar Abbasova, Kəmalə Yaqubzadə, Gülüstan Əhmədova cəbhə bölgəsində yaşayan qadınların həyatından söhbət açıblar.
    “Dəyirmi masa”nın sonunda tədbir konsert proqramı ilə davam etdirilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29Sen
    Milli-mənəvi dəyərlər MƏHƏRRƏM AYI: PEYĞƏMBƏRİMİZİN (s) KƏDƏR AYI üçün şərhlər bağlıdır

    abbas_martyrdom_by_miladps3-d5lox2mBismillahir Rəhmanir Rəhim. Mehriban və Rəhimli Allahın adı ilə!
    Bəşəriyyət xəlq olunandan üzü bu yana tarixdə bir çox qanlı döyüşlər baş vermiş, onlardan bəziləri unudulub getmiş, lakin çox az sayda müharibələr yaddaşlara yazılaraq əsrlərlə unudulmamışdır. Belə döyüşlərdən biri hicri təqvimi ilə 61-ci ildə əməvi xəlifəsi, Yezid İbn Müaviyyənin İslamın əziz Peyğəmbərinin (s) nəvəsi, 3-cü imam Hüseyn İbn Əli (ə) və onun ailə üzvlərinə qarşı Kərbəla çölündə baş verdi. Çox dəhşətli bir müharibə! Sayı 30000-ə (otuz min) çatan bir ordu əksəriyyəti öz yaxın qohumlarından olan və sayları heç yüz əlli nəfərə çatmayan, imam Hüseynin (ə) kiçik bir dəstəsinə qarşı sipər çəkilib!
    Bu döyüş ona görə unudulmur ki, haqla nahaq qarşı-qarşıya dayanıb, bir tərəfdə əzəmətli bir səbr, susuz səhranın dili-dodağı quruluqdan parçalayan istisi müqabilində bir dözüm, digər tərəfdə suyun qarşısına özlərini sipər edərək öz Peyğəmbərinin (s) sevimli nəvəsini və onun bütün ailə üzvlərini dəhşətli susuzluğa məruz qoyan böyük bir vicdansız ordu! Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Digər AİLƏLƏR NİYƏ DAĞILIR? BOŞANMA HALLARININ ƏSAS SƏBƏBLƏRİ üçün şərhlər bağlıdır

    скачанные файлыİş planımızda olan bu ağrılı mövzunun araşdırılmasına Tərtər Rayon Statistika İdarəsinin müdiri Ədalət Məmmədovla söhbətimdən başladım. Öyrəndim ki, 2017-ci ilin 6 ayı ərzində rayonumuzda 158 nikah və 63 boşanma halı qeydə alınıb. Boşananlar nikaha girənlərin 25 faizdən çoxunu təşkil edir.
    Bundan sonra Tərtər Rayon Məhkəməsinin təcrübəli işçisi, 20 illik əmək fəaliyyəti ərzində yüzlərlə ailənin dağılmasının şahidi olan İlqar Əfəndiyevə müraciət edib, boşanma hallarının əsas səbəbləri haqqında onun fikirlərini öyrəndim. İlqar müəllim dedi:
    –Əvvəlki illərdə ailələr əsasən övladın olmaması, erkən nikah, məişət zorakılığı səbəblərindən dağılırdısa, indi bunların sayı azalıb. Buna ölkə üzrə aparılan maarifləndirmə tədbirlərinin də güclü təsiri var.
    Ön plana isə nələr keçir? İlk növbədə maddi məsələlər. Bunun arxasında isə səbrsizlik, dözümsüzlük dayanır. Yəni gənc qadın yeni ailədə rastlaşdığı maddi çətinlikləri qəbul etmək istəmir. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Digər BURUC KƏND İƏD-də NƏ VAR, NƏ YOX? üçün şərhlər bağlıdır

    DSC_5419Buruc kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik iki kəndi–Buruc və Hüləbətli kəndlərini əhatə edir. İcra nümayəndəsi Böyükkişi Məlikov, Buruc Bələdiyyəsinin sədri Sərdar Aslanov və icra nümayəndəsinin müavini Seymur Yusibovla birlikdə ərazidəki kəndlərdə olduq. Burada insanların məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Ərazidə əhalinin sayı 1100 nəfərdir. Burada 15 subartezian quyusu işləyir. Bunların 9-u Burucda, 6-sı Hüləbətlidədir. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Kənd təsərrüfatı SON QOZASINADƏK TOPLAYACAĞIQ üçün şərhlər bağlıdır

    DSC_5414Cari ildə digər kənd təsərrüfatı bitkiləri ilə yanaşı 20 hektar sahədə pambıq əkib becərmişik.
    Fermer Elcin İbrahimov 2 hektar, mən isə 3 hektar sahədə pambıq əkmişəm. Becərmə, suvarma işlərində ailə üzvlərim, yaxın qohumlarım iştirak ediblər. Səpindən başlamış indiyədək pambıqçılıqda tələb olunan bütün aqrotexniki tədbirlər yüksək səviyyədə yerinə yetirildiyindən, tarlalarda yaxşı məhsul hasilə gəlib. İndi dümağ pambıq kolları göz oxşayır. Sahənin hər kvadratmetrindəki şaxlarda 80-100 qoza var. Bu da hər hektardan ən azı 35-40 sentner “ağ qızıl” deməkdir.
    Məqsədim məhsulu pambıqyığan maşınla toplamaqdır. Buna görə bitkilərin yarpaqlarının tökülməsi üçün sahələrə dərman vurmuşuq. Yaxın günlərdə pambıqyığan maşını tarlaya çıxaracağıq. Məhsulun itkisiz toplanması üçün texnikanın sazlığı da təcrübəli mexanizatorlar tərəfindən yoxlanılıb. Bir sözlə, hər şey qaydasındadır. Çalışırıq ki, zəhmətlə becərdiyimiz məhsulu son qozasınadək toplayaq.

    Vüqar MAHMUDOV,
    Bayandurlu kəndində fermer

    Teqlər: