Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,177
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Okt

    Digər üçün şərhlər bağlıdır

    Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının
    Prezidenti

  • 30Okt
    Tərtər RİH-də SƏMİMİ SÖHBƏT üçün şərhlər bağlıdır

    Tətər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin Bayandur kəndində oldu. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri, ərazi üzrə nümayəndələr, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə rayon icra hakimiyyəti başçısının Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Kamran Əhmədov kənd haqqında ümumi məlumat verdi.
    Sonra 4 nəfər sakinin müraciəti dinlənildi. Kənd ağsaqqallarından Yusif Muradov elektrik təsərrüfatının yenidən qurulmasına, modul tipli ibtidai məktəbin həyətinin asfaltlanmasına, Telman Məmmədov suvarmada olan çətinliklərin aradan qaldırılması üçün kənddə yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdilər.
    Ağbirçək ana Gilas Əsədova Bayandur kəndinin sakinləri adından aparılan islahatlara, xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə respublika Prezidenti İlham Əliyevə kənd sakinləri adından minnətdarlığını bildirdi.
    Qonşu Mamırlı kəndinin sakini, şəhid oğlu Ramin Rzayev həyat yoldaşının ankoloji, anasının şəkərli diabet xəstəsi olduğunu bildirərək, onların dərman preparatları ilə təmin olunmasına, özünə Mamırlı kəndində həyətyanı torpaq sahəsi verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciət etdi. Daha ətraflı »

  • 30Okt
    Xəbərlər “MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR” YÜRÜŞÜ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən yürüşdə minlərlə gənc iştirak edib.
    Tərtər şəhərindəki Bayraq Meydanından işğaldan azad edilmiş Şıxarx qəsəbəsindəki “Marağa–150” abidəsinin qarşısınadək davam edən yürüşdə əllərində Azərbaycan Respublikasının Dövlət Bayraqları tutmuş gənclər “Müstəqilliyimiz əbədidir”, “Qarabağ Azərbaycandır” şüarları səsləndiriblər.
    Aksiya gənclərin hazırladığı fləşmobla başa çatıb.

  • 30Okt
    Xəbərlər BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLIQLA BAĞLI TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Bildiririk ki, 16 oktyabr 2019-cu il tarixdə YAP Tərtər Rayon Təşkilatının Şurasının geniş tərkibli Şura iclası keçirildi. İclasda ərazi ilk partiya təşkilat sədrləri, Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri iştirak edirdilər.
    Rayon təşkilatının sədri Ramiz Şabanov məlumat verdi ki, 12 oktyabr 2019-cu il tarixdə YAP Mərkəzi Aparatında partiyanın Sədr müavini–icra katibi Əli Əhmədov ölkəmizdə son illərdə partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm uğurlara imza atıldığını, Azərbaycan dövlətinin çıxış etdiyi təşəbbüslərin regionda və dünyada müsbət qarşılandığından dövlətimizin nüfuzunun artdığını, iqtisadiyyatımızın sürətli inkişafı nəticəsində ölkənin maliyyə imkanlarının yüksəldiyini və bütün bunların sayəsində yeni iş yerlərinin yaradılması, əhalinin, sosial qayğıya daha çox ehtiyacı olan əlillərin, şəhid ailələrinin, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gərəkli addımlar atıldığını, əməkhaqlarının, təqaüdlərin artırılmasını təmin edəcək inqilabi sosial paketin reallaşdırılması istiqamətində atılan addımları müşavirə iştirakçılarının nəzərinə çatdırdı. Rayon təşkilatı və onun ərazi ilk partiya təşkilatları cari ildə keçiriləcək bələdiyyə seçkilərinin demokratik,
    şəffaf və aşkarlıq şəraitində keçirilməsi seçkilərdə YAP-ın mütləq qələbəsinin təmin olunması üçün bütün təşkilatı, Daha ətraflı »

  • 30Okt
    Xəbərlər HÜSƏNLİ KƏNDİNİN YOLU YENİDƏN QURULUB üçün şərhlər bağlıdır

    Ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Çünki yolların yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir.
    Tərtər rayonunun təmas xəttinə yaxın Hüsənli kəndində yol infrastrukturunun yenidən qurulması işləri yekunlaşıb. Yevlax-Xocalı avtomobil yolunun 45-ci kilometrliyindən ayrılan Hüsənli yerli əhəmiyyətli avtomobil yolu asfaltlanıb. Tikinti işləri çərçivəsində çınqıl materialından istifadə etməklə 10 metr enində yol yatağı inşa olunub. Yola müxtəlif yerlərdə 23 ədəd suötürücü boru qoyulub. Kəndin küçələri də daxil olmaqla, yola eni 6 metr, uzunluğu isə 3 kilometr olmaqla asfalt-beton örtük döşənib. Hazırda zəruri yerlərdə yol nişanları quraşdırılır. 2020-ci ildə isə rayonun uzunluğu 30,5 kilometr olan Səhlabad, Əksipara, Qarağacı, Yuxarı Qaradağlı, Qapanlı, Qaynaq, Yuxarı Qapanlı, Qazyan avtomobil yollarının da yenidən qurulması nəzərdə tutulur.
    Göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə kənd sakinləri minnətdarlıq ifadə edirlər.

    “Yeni Tərtər”

  • 30Okt
    Təhsil Təhsil millətin gələcəyidir üçün şərhlər bağlıdır

    TƏHSİLİN GƏNCLƏRİN İNKİŞAFINDA ROLU

    Hər kəsin şəxsiyyət kimi cəmiyyətdə mövqe tutmasında yəni təkcə iş həyatında deyil mədəniyyət və mənəviyyatına da təhsilin böyük təsiri vardır. Gənclərin maariflənməsi həm valideynləri, həm də ölkəmiz üçün çox əhəmiyyətli məsələdir. Dahi şair Nizami Gəncəvi deyib:
    Qüvvət elmdədir, başqa cür heç kəs,
    Heç kəsə üstünlük eyləyə bilməz.
    Cəhalət dövründə Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə millətin maariflənməsi üçün çox çalışıblar.
    Keçmiş zamanlarda ziyalı insanlar şam işığında kitab oxuyarmış. Müasir dövrdə isə gənclərin savadlı olması üçün dövlət təhsil ocaqlarını yeni avadanlıqlarla, pulsuz dərsliklərlə təmin edir.
    Məktəbəqədər təhsil müəssisələrinin uşaqların məktəbə hazırlıqlı olmasında böyük rolu var. Çünki bağçaya gedən uşaqlarda təhsil, davranma, dinləmə qabiliyyətləri formalaşmağa başlayır. Bəziləri: “Mən övladımın bağçaya getməsini istəmirəm!”–deyir. Lakin uşağın cəmiyyətə uyğunlaşması üçün məktəbəqədər təhsil müəssisəsi əhəmiyyətlidir. Hal-hazırda dövlətimiz ölkəmizin bütün kənd və şəhərlərində körpələr evinə xüsusi diqqət ayırır. Kiçik nəslə burada həm təlim, həm təhsil sahəsində kömək göstərilir.
    Təhsil ocaqlarının vəzifəsi bilikli gənclər yetişdirməkdir. Daha ətraflı »

  • 30Okt
    Təhsil MÜQƏDDƏS MÜƏLLİM ÖMRÜ üçün şərhlər bağlıdır

    Fikrim də, qələmim də müəllim ömrünün gah aydın, günəşli, gah da yuxusuz qaranlıq gecələrini düşünüb, tərənnüm etməyə köklənib.
    Uşaqlıq illərimizi xatırlayıram. Ata-anamızdan dəyərli, doğma insan yoxdur. Valideynlərimiz inanc, güvənc yerimiz hesab olunur. Xəstələndikmi, bir yerimiz ağrıdımı, ata-anamızın qayğısını görürük. Yıxılırıq, qalxanda onların üstünə yüyürürük. Onların dediklərinə inanıb, əməl edirik. Yaşımızın üstünə yaş gəlir, böyüyərək məktəb yaşına çatırıq. Yeni mühitə düşürük. Həyatımıza nümunə ola biləcək müəllimlər daxil olur. Onların söylədikləri hər bir sözü ideal bilirik. Hətta qayğısını bizdən əsirgəməyən anamıza bərabər tuturuq. Beləcə bu qayğıkeş müəllimlər öz şagirdlərinin gələcəyini düşünür və onların yollarının ömür bələdçisinə çevrilir. Müəllimlərsiz elmin sirlərini öyrənmək qeyri-mümkündür. Onlar öz şagirdlərinə gözlərinin nurunu verərək, ürəklərinin hərarətini bölüşürlər… İllərini onların gələcəyinə sərf edir, hər bir şagirdinin şəxsiyyət kimi yetişməsinə, böyüməsinə çalışır. Zəhməti bəhrə verəndə valideynlərimiz qədər sevinib, fərəhlənirlər.
    Bu gün haqqında yazdığım insan– həm qayğıkeş ana, həm də şərəfli müəllim adının daşıyıcısı, ömrünü şagirdləri yolunda gilə-gilə əridən müəllimlərdən olan Raya Hacıyevadır. Raya müəllim şəhər 6 saylı tam orta məktəbdə coğrafiya fənnini tədris edir. Onunla məktəbdə dərs saatının başlandığı anda görüşdük. Sadə, təvazökar bir müəllim təsiri bağışladı. Görüşümüzün səbəbini bildirdim. Yaxınlarda Respublika Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərman”a layiq görülməsi ilə əlaqədar təbrik etdim, pedaqoji sahədə keçdiyi yollardan söhbət açdıq. Daha ətraflı »

  • 30Okt
    Təhsil BÖYÜKLƏRİN NƏZƏRİNƏ üçün şərhlər bağlıdır

    (Növbədənkənar yazı)

    Məktəbdən gəlirəm, yüküm ağırdı. Beşinci sinifdə Azərbaycan dili dərsi. Zəngə bir az qalmış bir uşaq–Yunis yerindən əl qaldırdı:
    –Müəllim, bir şeir oxuyum.
    –Oxu,–dedim.
    Deyəsən, bu uşaqlar da keçənilki on birlərdən şeir estafeti alıblar ya da məni çox şairanə görürlər.
    Oxudu, özü də pafosla! Şagirdlərim onlar üçün yaratdığım demokratik ortamdan yararlana bilirlər. Sevinirəm buna!
    Və bu əl boyda uşağın şeirinə əl gəzdirmədən, redaktə etmədən sizə təqdim edirəm. Beləliklə,
    Mənim Şuşam!

    Şuşada bir sevgi var məndə,
    Deyir, gəlin alın məni.
    Onsuzda , Azərbaycana qayıdacağam!
    Sonsuz Azərbaycanın olacağam ! Daha ətraflı »

  • 30Okt
    Təhsil SÖZ Kİ VAR… üçün şərhlər bağlıdır

    Bu yazıda sözün qüdrətindən, söz haqqında qiymətli aforizmlərdən nümunələr gətirməyəcəyik. Çünki nə yeri, nə zamanıdır. Bir həqiqət var günümüzdə: Nə sözə baxan var, nə sözəbaxanlar. Müəllimlər deyir ki, uşaqlar sözə baxmır, xəstələr həkimlərin sözünü dinləmir. Valideynlər övladlarından şikayətçidir: “Övladıma sözüm keçmir”. Yaşlılar: –İndikilərə söz əsər eləmir, –deyirlər. Yol polisi sürücünün, sürücü də piyadanın sözə baxmadığını deyir. Nə isə, belə çıxır ki, söz ortalıqda qalıb, vurnuxur. Dəyərini axtarır, tapa bilmir, üzü danlanır. Bəlkə, söz ərşə çəkilib?! Tanrı ərşə çəkib! Bir rəvayət vardı: Tanrı insanların çörəklə pis rəftar etdiyini görüb, onu göyə çəkdi. Amma acından ulayan bir it səsinə dözə bilmədi və itin üzünə çörəyi yerə qaytardı…
    Sonralar anladım ki, rəhmətlik anam niyə təndirin başındaca çörəyi kəsib deyirdi ki, aparın itə verin …
    Görəsən, sözü kimin üzünə qaytaracaq Tanrı?! Axı, bizlər Qurana, Çörəyə and içdiyimiz kimi Sözə də and içirik! “Səninlə kəsdiyim o kəlmə haqqı!” “Sözünü balla kəsim!” Biz sözə çörək kimi, yemək kimi yanaşan millətik. “Sözü ağzında bişir, sonra çıxar!”–deyirik. Amma yediyimiz söz var, yemədiyimiz söz var. Sözü yeyənlər çörəyə əl vurmur: “Sağ olun!” –deyir, “Mən doydum”. Sözü yeməyənlər də elə çörəyi kəsdiyi bıçaqla ürəyini yüz yerdən yaralar …
    Birinə deyirlərsə ki, ruhsuzdur, demək, o, ömründə ağzından fərli bir söz çıxarmayıb! Kiməsə ümidverici, təsəlliverici xoş bir söz deməyib. Beləsi üçün deyərlər ki, ya ona söz dedin, ya divara, fərq etməz. Bu “divarlar” ki var, cəmiyyətin ən qorxulu laqeyd kəsimidir. Bunlar sözə baxan deyillər! Daha ətraflı »

  • 30Okt
    Digər Şəhidlərimiz üçün şərhlər bağlıdır

    YAXŞI Kİ, ÜMİD VAR!…

    Bu günlərdə redaksiyamıza yaşlı bir kişi gəldi. Bir qədər özündən, ailəsindən, yaşama tərzlərindən danışdı. Övladları haqqında qısa olaraq məlumat verdi. Bir az da küskün olmasını hiss elətdirdi. Onun söhbətindən anladım ki, şəhid atasıdır. Küskünlüyünə səbəb olan da elə oğul itkisidir. Bu qəmli atanın sözlərinə səbrlə qulaq asdıqdan sonra ona nə deyəcəyimi düşündüm. Yaxşı bilirəm ki, bu cür insanlarla söhbət edəndə də gərək hər bir sözə fikir verilsin, çünki sınmış qəlbin təkrarən qırılmasına səbəb ola bilərdim…
    Bir az təskinlik verdim. Oğlunun şəhidliyini, hamımızın, öncə xalqımızın şəhidi olduğunu söylədim. Şəhidlərin heç zaman unudulmadığını, şəhid adının yüksək olduğunu və hər kəsə nəsib olmadığını söylədim. Bu zaman hiss etdim ki, bu dərd köləsi olan atanın əsəbini bir az sakitləşdirdim. Hətta: “Çox sağ ol, ay bala!” –dedi də…
    Bu, şəhid İlham Sarıyevin atası Əli kişi idi.
    İlhamgil ailədə 5 uşaq olublar, Azad, Mübariz, Azər, İlham, İlhamə. Ataları Əli kişi sürücü, anaları Solmaz evdar qadın idi. Sadə, zəhmətkeş bir ailə olublar. Uşaqların hər biri öz qismətini yaşayıb. İlhamın qismətinə isə şəhidlik düşüb.
    İlham 1972-ci il mart ayının 24-də baharın ilk günlərində doğulub. Bütün qardaş-bacısı kimi qayğı ilə böyüyüb. Orta təhsilini Tərtər şəhər 2 saylı tam orta məktəbdə aldıqdan sonra Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağrılıb. Xidmətdən qayıtdıqdan sonra 41 nömrəli səyyar mexanikləşdirilmiş tikinti təşkilatında, sonra isə Tərtər pambıqtəmizləmə zavodunda işləyib. Daha ətraflı »