Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,177
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy
    Digər AZƏRBAYCAN İLƏ RUSİYA ARASINDAKI MÜNASİBƏTLƏR STRATEJİ MÜSTƏVİDƏ İNKİŞAF EDİR üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

     

     

    1 İl ərzində Azərbaycan və Rusiya arasında çox fəal dialoq aparılıb. İkitərəfli münasibətlər sürətlə inkişaf edir. İkitərəfli formatda çox məsələlər həll olunub. Münasibətlər bütün istiqamətlər üzrə qarşılıqlı maraqlar üzərində inkişaf edir. Əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Münasibətlər çoxlu sahələri ehtiva edir. Hazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi reallaşdırılır;
    Hazırda 15 mindən çox azərbaycanlı tələbə Rusiyanın ali məktəblərində təhsil alır. Bu fakt ölkələrimiz arasında körpü deməkdir. Rusiya tərəfin fəal iştirakı ilə Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında əlaqələrin nizamlanması üçün cəhdlər atılır;
    Son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Həftə ərzində Rusiya ekspert mərkəzinin və Rosekzimbankın iştirakı ilə biznes konfransı keçirilib. Tədbirdə Rusiyanın 30-dan çox şirkəti iştirak edib; Daha ətraflı »

  • 30Noy
    Digər AZƏRBAYCAN ÖZÜ BMT TƏHLÜKƏSİZLİK ŞURASININ QƏTNAMƏSİNİN İCRASINI TƏMİN EDİB üçün şərhlər bağlıdır

    Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir.
    Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.
    Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır.Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir.
    Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin Daha ətraflı »

  • 29Noy
    Tərtər RİH-də VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarına uyğun olaraq vətəndaşları qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
    Qəbula gələn vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən müharibəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
    Rayon sakinləri əhaliyə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.

     

  • 29Noy
    Tərtər RİH-də ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    Tərtərdə Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Karantin qaydalarının tələblərinə əməl etməklə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışılıb. Bu tarixi günün ulu öndər Heydər Əliyevin Daha ətraflı »

  • 29Noy
    Digər YENİ AZƏRBAYACAN PARTİYASININ YARADILMASININ 29-cu İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Karantin qaydalarının tələblərinə əməl etməklə keçirilən tədbirdə rayon təşkilatının ərazi partiya təşkilat sədrləri, rayonun idarə, müəssisə rəhbərləri və partiya fəalları iştirak ediblər.
    Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
    Sonra tədbir rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilib.
    Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bü-tövlüyü və müstəqilliyi uğ-runda həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Sonra rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının keçdiyi 29 illik şanlı tarixi, YAP-ın Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi möhtəşəm fəaliyyəti özündə əks etdirən geniş Daha ətraflı »

  • 29Noy
    Digər BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ üçün şərhlər bağlıdır

    Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
    BMT-nin məlumatına əsa-sən, onlar dünya əhalisinin ən kasıb hissəsini təşkil edir və təhsil, səhiyyə, məşğulluq sahələrində, eləcə də sosial və hüquqi yardım almaq baxımından digər cəmiyyət üzvləri ilə eyni imkana malik deyillər.
    2006-cı ildə ““Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Daha ətraflı »

  • 29Noy
    Xəbərlər AĞACƏKMƏ KOMPANİYASI üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar olaraq Rayon Təşkilatının təşkilatçılığı ilə rayonda ağacəkmə kampaniyası keçirilib. Ağacəkmə kampaniyasında rayon təşkilatının çoxsaylı fəal üzvləri və kampaniyaya cəlb edilən rayon ictimaiyyətinin nümayəndələri tərəfindən “Tərtər – Bərdə” magistral yolu kənarlarına 800 ədəd müxtəlif növ meyvə və həmişəyaşıl ağacları əkilmişdir.

  • 29Noy
    Xəbərlər QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    Tərtər Rayon Heydər Əliyev Mərkəzində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 221 nəfər könüllü donordan qan götürülüb.
    Aksiyada icra hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qarabağ müharibəsi veteranları, habelə sıravi vətəndaşlar, könüllü gənclər fəal iştirak ediblər. Kampaniyaya könüllü qoşulan minə yaxın rayon sakini əvvəlcə müayinədən keçirilib. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının peşəkar həkimləri tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Daha ətraflı »

  • 29Noy
    Xəbərlər MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər rayon Gənclər mərkəzində “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili” adlı maarifləndirici layihəsinin növbəti mərhələsini həyata keçirmişdir.
    Üç gün davam edən layihənin əsas məqsədi gənclərə bərabər məşğulluq imkanları yaratmaqdır. Təlim kursunda iştirak edən rayon Gənclər və İdman İdarəsinin,Təhsil şöbəsinin, Gənclərin İnkişaf və Karyera mərkəzinin, o cümlədən Tərtər DAİM-in məsul şəxsləri və könüllülər rayon gənclərinin maariflənməsi və karyera inkişafı baxımından bu layihənin müsbət əhəmiyyətini qeyd etmişlər.

     

  • 29Noy
    Xəbərlər VAKSİNASİYA DAVAM EDİR üçün şərhlər bağlıdır

    “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.
    Rayon mərkəzi xəstəxanasının həkim heyəti rayon mərkəzi ilə yanaşı kənd yaşayış məntəqələrində də əhalinin kütləvi olaraq vaksinasiya olunmasını həyata keçirir. İndiyədək rayon sakinlərinə 86 min 289 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 43 min 733, II mərhələ üzrə peyvənd olunanların sayı 38 min 300 və Buster doza üzrə peyvənd olunanların sayı isə 6880 nəfərdir. Daha ətraflı »