Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,177
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyl
    Xəbərlər Tərtər rayon İcra Hakimiyyətində növbəti Aparat müşavirəsi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə Aparat müşavirəsi keçirilib. Müşavirədə  aqrar sahədə aparılan mövsümi işlər, biçilmiş taxıl sahələrində yanğınların qarşısının alınması, o cümlədən pambığın becərilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatı, vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri və qazilərin problem və sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Vətən müharibəsi şəhidlərinin ailələrinin və əlilliyi təstiq edilmiş qazilərin sosial rifahının yaxşılaşdırılması üçün bələdiyyələr tərəfindən əlavə torpaq sahəsi ilə təmin edilməsi, qəbullarda vətəndaş məmnunluğunun təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, yaşayış məntəqələrinin ərazisində mütəmadi olaraq təmizlik işlərinin aparılması, Məhərrəm ayının gəlişi ilə əlaqədar olaraq kənd qəbrsitanlıqlarının və ziyarətgahların ətrafının təmzilənməsi, səliqə-sahmana salınması ilə bağlı məsələlər müzakirə olunub.

    Müzakirə olunan məsələlər ilə bağlı rayon rəhbəri tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyyələr verilib.

     

  • 30İyl
    Xəbərlər İcra başçısının yanında Məhərrəm ayının başlanması ilə bağlı müşavirə keçirilib üçün şərhlər bağlıdır

     29 iyul 2022-ci il tarixdə Tərtər rayon İcra Hakimiyyəti başçısı yanında Məhərrəm ayının başlanması ilə bağlı müşavirə keçirilib.

    Müşavirədə rayon prokuroru Əli Qurbanov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin əməkdaşı  Kamal Rəsulov, rayon polis şöbəsinin rəis müavini Həsən Məmmədov, başçının birinci müavini Elvin Umudov, rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev və Tərtər cümə Məscidinin imamının müavini Saleh Ədilov iştirak ediblər.

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müşavirəni açaraq Məhərrəm ayı ərəfəsində rayonda dini durumun vəziyyəti barədə danışıb və keçiriləcək dini mərasimlərin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə uyğun aparılmasını tövsiyyə edib. Daha ətraflı »

  • 30İyl
    Xəbərlər Rayon rəhbəri Xoruzlu kəndində şəhid ailələri ilə görüşüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev ilə birlikdə rayonun Xoruzlu kəndində Xoruzlu və Kəbirli kəndlərindən olan şəhid ailələri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb, ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün rayonda görülən işlərdən söhbət açıb. Bu istiqamətdə ölkə rəhbəri cənab İlham Əliyevin və birinci vitse Prezident Mehriban xanım Əliyevanın bütün dövlət qurumlarına nümunə olduğunu bildirib.

    Qeyd olunub ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi onların ailə üzvlərinə bir təskinlik verir, onların heç vaxt unudulmadığını əks etdirir.

    İcra başçısı şəhid ailələri ilə Respublika Prezidentinin sərəncamı ilə yeni tikilən Xoruzlu kənd tam orta məktəbinin həyətində şəhidlərin xatirəsinə inşa ediləcək şəhidlər abidə kompleksi ilə də bağlı söhbət aparıb, onların fikirlərini öyrənib. Daha ətraflı »

  • 30İyl
    Xəbərlər Rayon rəhbəri birinci Qarabağ Müharibəsinin əlili İlqar Vəliyevi qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ müharibəsinin ikinci qrup əlili, 26 iyul 2022-ci il tarixdə özünü yandırmağa cəhd edən Vəliyev İlqar Qabil oğlunu qəbul edib.  Qazi Tərtər şəhər 5 saylı körpələr evi-uşaq bağçasında musiqi müəllimi işləyən qızı Fəridə Əliyevanın analıq məzuniyyəti pulunun gecikdirilməsindən əsəbləşərək,  özünü yandırmağa cəhd etdiyini və bunun səhv hərəkət olduğunu bildirib.

    İlqar Vəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2007-ci ildə Tərtər Şəhəri Elman Səfərov küçəsində 2 mərtəbəli yaşayış evində 2 otaqlı mənzillə və “Nazlifan” markalı minik avtomobili ilə təmin olunub, dövlət tərəfindən müharibə əlillərinə göstərilən bütün imtiyazlardan istifadə edir.

    İcra başçısı əlaqədar qurumlarla danışaraq qazinin problemini həll edib.

     

  • 29İyl
    Kənd Təsərufatı Kənd Təsərrüfatı naziri İnam Kərimov Tərtər və Bərdədə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb üçün şərhlər bağlıdır

    Bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumu və təkrar əkinlərin aparılması prosesi davam edir.
    Kənd təsərrüfatı naziri İnam Kərimov Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında (BTS) yay şumu və təkrar qarğıdalı əkini prosesini izləyib, Ağdam, Bərdə, Yevlax, Tərtər, Goranboy rayonlarından olan fermerlərlə görüşüb.
    Tədbirdə bir neçə əməliyyatı eyni zamanda aparmağa imkan verən yeni aqreqatlardan istifadənin əhəmiyyətinə toxunulub. Tədbir iştirakçılarına innovativ becərmə texnologiyaları – şum aparılması, reperləmə, torpağın ağır disk-li mala ilə üzlənməsi və təkrar əkin prosesi əyani nümayiş olunub.
    Kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə taxılçılığın inkişafı üçün subsidiya verilir, texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Bu günlərdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzaladığını xatırladan nazir İnam Kərimov qeyd edib ki, yeni qərar ölkədə ərzaqlıq buğdanın istehsalını daha da stimullaşdıracaq: “Bildiyiniz kimi, bütün dünya ölkələrində, qlobal səviyyədə ərzaq təhlükəsziliyi ilə bağlı çağırışlar mövcuddur. Bu sahədə risqlərin qarşı-sının alınması üçün cənab Prezident tərəfindən ərzaqlıq buğda əkinlərini təşviq etmək məqsədilə müvafıq Fərman imzalanıb. Daha ətraflı »

  • 29İyl
    Digər Nazir İnam Kərimov Tərtərdə vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq kənd təsərrüfatı naziri İnam Kərimov iyulun 23-də Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Tərtər, Bərdə və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
    Qəbuldan öncə nazir İnam Kərimov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra nazir İnam Kərimov Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 63 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən subsidiyaların ödənişi, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Daha ətraflı »

  • 29İyl
    Kənd Təsərufatı Tərtər taxılçılarının uğurları üçün şərhlər bağlıdır

    Rayonumuzun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini müvəffəqiyyətlə başa vurub, uğur qazanıblar.
    2022-ci ilin məhsulu üçün rayonda 8102.9 hektar sahədə taxıl beçərilmişdi. Bunun 3976.7 hektarı buğda, 4216.2 hektarı dən üçün arpadır.
    Bütün qüvvələrini səfərbər edən taxılçılar 8102.9 hektar taxıl sahəsindən 33 min 233.1 ton məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 41 sentner olub. Buğda sahələrində məhsuldarlıq 43.6 sentner, arpa sahəsində isə 38.5 sentner təşkil edib. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 0.7 sentner, arpanın məhsuldarlığı 0.6 sentner artıb.
    Fermerlərdən Emin Qurbanov, Şahmar Müseyibov, Fazil Vəliyev, Rüstəm Quliyev və başqaları taxıl zəmilərinin hər hektarından 45 sentner buğda götürərək, rayonun ümumi göstəricisinə öz töhfələrini veriblər.
    Hazırda biçilmiş taxıl sahələrində şum aparılır.

    “Yeni Tərtər”

  • 29İyl
    Digər Medallar təqdim olundu üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medallarının ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına təqdimetmə mərasimi keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tərtər rayon icra hakimiyyətində keçirilən tədbirdə öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri Müstəqim Məmmədov tədbirdə çıxış edərək tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən danışıb. Bildirilib ki, öz qanları, canları bahasına tarixə şanlı zəfər gününü yazan Vətən oğulları heç zaman unudulmayacaq. Daha ətraflı »

  • 29İyl
    Hərbi vətənpərvərlik Rayon rəhbəri Hacıqərvənd kəndində şəhid Rəşad Mirzəlinin ailəsində olub üçün şərhlər bağlıdır

    Onun mənalı ömür yolu gənclərə örnəkdir

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə Hacıqərvənd kəndində şəhid Rəşad Mirzəlinin ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıblar.
    Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib.
    Sonra şəhidin ömür kitabının səhifələri bir daha birlikdə vərəqlənib, onun şücaəti barədə söhbətlər dinlənilib.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası za-manı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Rəşad Mirzəli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
    Görüşdə Hacıqərvənd kəndindən olan qazilər Elgiz Məmmədli və Beyrək Quliyev də iş-tirak ediblər.
    Şəhidin atası Hafiz kişi və qazilər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

     

     

  • 29İyl
    Milli-mənəvi dəyərlər Tərtərdə Milli Mətbuatın 147-ci ildönümü qeyd olunub üçün şərhlər bağlıdır

    Jurnalistikamızın əsas qayəsi vətənpərvərlikdir

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 22 iyul – Milli Mətbuat gününün 147-ci ildönümü və Jurnalistika Günü münasibətilə “Yeni Tərtər” rayon qəzetinin kollektivini və bölgədə fəaliyyət göstərən mətbuat işçilərini qəbul edib. Tədbirdə “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyev, Bizim.medianın bölgə müxbiri Elgün Gəncimsoy və digərləri iştirak ediblər.
    İcra başçısı mətbuat işçilərini təbrik edərək, onlara şərəfli və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayıb. Qeyd olunub ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib.
    Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider KİV-in cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Məhz buna görə də “Jurnalistlərin dostu” olmuşdur. Bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində mətbu orqanlarını maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin sosial- iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Daha ətraflı »