Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,177
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Apr
    Şəhidlər İcra başçısı Müstəqim Məmmədov rayonun Kəngərli kəndində Vətən müharibəsi şəhidi Qənbər Qənbərlinin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədov birlikdə “Rəşadət” ordenli, Vətən müharibəsi şəhidi  Qənbər Qənbərlinin rayonun Kəngərli kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

    Rayon rəhbəri bizi ərazi bütövlüyümüzə qovuşduran, Şanlı Zəfər tarixmizi yazan şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını bildirib, Qənbər Qənbərlinin keçdiyi şərəfli ömür yoluna nəzər salıb.

    Qənbər Qənbərli 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub.

    Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib. Daha ətraflı »

  • 29Apr
    Xəbərlər Rayon rəhbərinin Kəngərli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Kəngərli kəndində keçirilib.

    Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub.

    Rayon rəhbəri qəbulda möhtərəm Prezident cənab İlham Əliyevin  diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, ölkə rəhbərinin Novruz bayramında Talış kəndinə səfərindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Rayon rəhbəri aprelin 23-də Azərbaycanın tarixində ən əlamətdar bir tarix kimi yaddaşlara həkk olunduğunu bildirib. Qeyd olunub ki, həmin tarixdə Azərbaycan tərəfindən Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin əraziləri üzərində süverenliyinin növbəti təsdiqidir. Bununla yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin, rifahın-əminamanlığın təməlinin qoyulması istiqamətində mühüm addımdır. Daha ətraflı »

  • 28Apr
    Digər Heydər Əliyev ili–2023 üçün şərhlər bağlıdır

    XALQIN ULU ÖNDƏRƏ OLAN MƏHƏBBƏTİ SONSUZDUR

    Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi naminə konkret, məqsədyönlü, uğurlu siyasət aparmış və Azərbaycan vətəndaşları bunun müqabilində firavan həyat sürməkdədirlər. Hələ Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyət göstərərkən Azərbaycan xalqına xidmət etmək Heydər Əliyevin amalı, onun ən ümdə vəzifələrindən biri olmuşdur.
    1969-cu ildən, Azərbaycana rəhbərlik etdiyi birinci dövrdən Ulu Öndərin işgüzar fəaliyyətinin bəhrələrini Azərbaycan vətəndaşları öz həyatlarında yaxından hiss etmişlər. Bu nailiyyətləri sadalamaqla bitən deyil.
    Şirvan zonasında olan şoran torpaqlarda münbit şərait yaradıldı. Bakı Kondinsionerlər Zavodunun açılmasına görə Ukrayna dövləti 2 il Azərbaycanla incik vəziyyətdə qaldı. Çünki həmin kondinsionerlər zavodu Ukraynada açılmalı idi. Lakin, Ulu Öndərin səyi nəticəsində həmin müəssisə məhz Bakıda açıldı.
    1978-ci ildə Azərbaycan Konstitusiyası qəbul edildi. Ulu Öndər öz xatirələrində bu-nunla bağlı belə qeyd edirdi: “Məni o vaxt SSRİ-nin rəhbərlərindən biri Ponomaryov yanına çağırtdırıb dedi ki, Qarabağda yaşayan ermənilərə ayrıca xüsusi bir status vermək lazımdır”. 2 gün sonra Azərbaycan Konstitusiyası qəbul edilməli idi. Ulu Öndər bu təklifdən dərhal sonra bir günün içərisində Sov.İKP MK-nın Baş Katibi Brejnev ilə görüşüb bu məsələni müsbət həll etdi. Daha ətraflı »

  • 28Apr
    Digər “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Bölgə Təcrübə Stansiyasının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib.
    “Dəyirmi masa”da Tərtər rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri və Bölgə Təcrübə Stansiyasının kollektivi iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.
    Sonra “dəyirmi masa” ətrafında davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    “Dəyirmi masa”da iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev rayonda Ulu Öndərin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən danışıb. Daha ətraflı »

  • 28Apr
    İdman Tərtər İdman Olimpiya Kompleksində kütləvi idman tədbirləri keçirilib üçün şərhlər bağlıdır

    Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə Tərtər rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Təhsil sektorunun, Gənclər və İdman İdarəsinin və Tərtər Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən N. saylı hərbi hissələrin hərbçiləri və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Tərtər Olimpiya Kompleksində kütləvi idman tədbirləri keçirilib.
    Yarışdan öncə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə hörmət və ehtiram əlaməti ola-raq onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, N. saylı hərbi hissənin polkovniki Seymur Həbibullayev, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Tərtər Olimpiya İdman Kompleksinin müdiri Emin Dadaşov, Uşaq Gənclər İdman-Şahmat məktəbinin direktoru Emin Quliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən tədbirlərdən, idman yarışlarından, “dəyirmi masa”, elmi konfranslar və sair tədbirlər haqqında məlumat verib və id-mançılara uğurlar arzulayıblar.
    Yarışda 40 nəfər hərbçi, 25 nəfər məktəbli, 15 nəfər həvəskar idmançı iştirak edib. Daha ətraflı »

  • 28Apr
    Digər Təşəkkür üçün şərhlər bağlıdır

    MÜALİCƏLƏRLƏ YANAŞI MƏNƏVİ QAYĞI SƏHHƏTİMİZİ YAXŞILAŞDIRDI

    Hər bir ana övlad böyüdür, bəhrəsini görmək üçün. Vətən də anadır. Biz şəhid analarının övladları ana Vətən yolunda canlarını fəda etdilər. İndi onların yeri evimizdə deyil, milyonların ürəyindədir. Biz bunu göstərilən qaygıdan, münasibətdən hiss edirik.
    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü ilə “Heydər Əliyev İli” çərçivəsində Tərtər rayonundan olan biz şəhid anaları akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi müayinələrdən keçdik.
    Otuzdan çox şəhid anası kardioloji, endokrinoloji, şüadiaqnostika və nevroloji müayinələrdən keçdi. Bizə EKQ, ExoKQ və USM müayinələri və müasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də aparıldı.
    Müayinələrin nəticələrinə əsasən müvafiq müalicələr təyin edildi, digər patologiya aşkar olunanlar isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirildi. Daha ətraflı »

  • 28Apr
    Xəbərlər TALIŞDA İLK TOY SEVİNCİ üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin hər bir sözünün arxasında konkret, real işlər dayanır. Torpaqlarımız işğaldan azad ediləndən sonra onun xalqa verdiyi növbəti vədi bu yerlərə tezliklə Böyük Qayıdışın başlanması olmuşdu. İndi budur, erməni vandallarının viran qoyduqları doğma yurdlara qayıdış başlayıb. Bu torpaqlarda irimiqyaslı layihələr həyata keçirilir, evlər tikilir, vətəndaşlarımızın rahat yaşaması üçün infrastruktur yaradılır. Belə yaşayış məntəqələrindən biri də rayonumuzun Talış kəndidir.
    Doğma ocaqlarına köçən ailələrə gözəl şərait yaradılıb və həyat getdikcə öz axarına düşür. Bu yaxınlarda isə Talışda ilk toy sevinci yaşanıb.
    Kənd sakini Anar Camalov deyir:
    –Çox istəyirdik ki, övladlarımızın kiçik toy məclisini məcburi köçkün kimi deyil, öz ocağımızda, öz evimizdə qeyd edək. İndi arzumuza çatmışıq. Məclisimizdə hörmətli qonaqların – Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, Milli Məclisin deputatı Sahib Alıyevin iştirak etmələri sevincimizi daha da artırdı.
    Bu toy Talışda ilk xeyir iş oldu. Ancaq gələcəkdə belə toyların sa-yı çox olacaq. Çünki insanlar öz torpaqlarına qayıdıblar. Bu qayıdışı təmin edən, bizə sevincli günləri yaşadan isə müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevdir. Daha ətraflı »

  • 28Apr
    Digər ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ HUMANİTAR DİPLOMATİYA üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və “Qızıl Aypara” Cəmiyyətinin Tərtər rayon bölməsinin təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və humanitar diplomatiya” mövzusunda “dəyirmi masa” keçirilib.
    “Dəyirmi masa” da Tərtər rayon İcra Hakimiyyəti Başçısı aparatının, YAP rayon təşkilatının əməkdaşları, “Qızıl Aypara” cəmiyyətinin rayon bölməsnin sədri Etibar Heydərov və könüllülər, cəmiyyətin Bərdə rayon bölməsinin sədri Rəfael Vəliyev iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.
    Sonra “dəyirmi masa” ətrafında Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tərtər rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova tədbiri açaraq rayonda Ulu Öndərin 100 illiyi münasibəti ilə keçirilən tədbirlər haqqında iştirakçılara məlumat verib, müstəqillik dövründə AzQAC-ın itirilmiş hüquqi bazasının formalaşdırılmasında və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının bərabərhüquqlu üzvlüyünə qəbul edilməsində Ulu Öndərin xüsusi rolunu vurğulayıb. Daha ətraflı »

  • 28Apr
    Digər BİR ŞƏHİD ANASI TANIYIRDIM… üçün şərhlər bağlıdır

    Birinci Qarabağ müharibəsi şəhidi Xəlil Əzimovun
    anım günü münasibəti ilə

    20 il öncə Qaynaq kəndindən bir şəhid anası ilə tanış olmuşdum.İndi Tanrı dərgahında haqq dünyasına qovuşub.
    “Bir vaxt körpə idi, qucağımda gəzdirirdim, indi də şəklini qoynumda gəzdirirəm,”- deyib, oğlunun şəklini çıxarıb göstərmişdi, kövrələ-kövrələ:”Mənim 7 oğlum, 1 qızım var. Oğlanlarımı elə tərbiyə etmişəm ki, düşmənin qarşısına ürəklə çıxıblar.
    Xəlil mənim böyük oğlum idi. Erməni “dığa”ları “Qarabağ bizimdir,”- deyəndə könüllü cəbhəyə getdi, kişi kimi döyüşdü, Şıxarx kəndi uğrunda gedən döyüşlərdə kişi kimi də həlak oldu. ”- demişdi.
    O vaxt bir yazı yazmışdım, onun şəhid oğlundan…
    …Xəlil Əzimov 1958-ci ildə Qaynaq kəndində dünyaya göz açmışdı. Doğulduğu kənddə 8-ci sinfi bitirdikdən sonra Sumqayıtda 35 saylı orta texniki peşə məktəbini bitirmiş, sonra hərbi xidmətə yola düşmüşdür.
    Xəlil hərbi xidmətdən qayıtdıqdan sonra kolxozda işləyir, ailəsinə kömək edirdi…
    …Torpaq uğrunda canından keçdi, şəhidlik zirvəsinə ucaldı, elə doğulduğu kənddə də torpağa tapşırıldı.
    Ondan sonra əkiz qardaşları İlham və İlqar cəbhəyə getdilər, vuruşdular, düşməndən qardaşlarının qisasını aldılar. Müharibədən hər ikisinin bədənində güllə, qəlpə yarası yadigar qaldı.
    Mayın 11-i Xəlil Əzimovun şəhid olduğu gündür. Dünyasını dəyişənə kimi Pakizə xala ürəyində bu dərdi daşıdı, təskinliyi tək onda tapırdı ki, oğlu vətən yolunda şəhid olub. Vaxtilə Xəlilin oxuduğu Qaynaq kənd ümumi orta məktəbi indi onun adını daşıyır. Daha ətraflı »

  • 28Apr
    Digər Dövlət Rəmzləri Muzeyinə ekskursiya üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, N. saylı hərbi hissənin və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N. saylı hərbi hissənin hərbçiləri Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə “Dövlət Rəmzləri Muzeyi”nə ekskursiya ediblər.
    Ekskursiya çərçivəsində hərbçilərə muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, istənilən dövləti onun mövcudluğunu, çoxəsrlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil. Xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında onların xüsusi əhəmiyyəti var.
    Hərbçilər muzeydə Azərbaycanda xanlıqlar dövrü-nün xəritəsi, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövründə qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin andiçmə mərasimlərindən fotolarla tanış olublar. Onlara “Heydər Əliyev” ordeni ilə bağlı ətraflı məlumat verilib.