Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,177
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Apr
    Digər Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da birgə mətbuat konfransı keçiriblər. Prezident İlham Əliyev mətbuat konfransında çıxışı edərək bildirib ki, İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Daha ətraflı »

  • 27Apr
    Digər COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir üçün şərhlər bağlıdır
    Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik.
    Prezident İlham Əliyevin dediyi kimi Azərbaycana növbəti dəfə yüksək etimad və dərin hörmət göstərilib. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Bütün bunlar aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir.Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsidir.Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüş yaranıb. Azərbaycanda qazanılan uğurlar dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsidir.Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində ölkəmizin qazandığı nailiyyətlər günbəgün artır.

    Daha ətraflı »

  • 27Apr
    Digər Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir üçün şərhlər bağlıdır

    24 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı bəyanatında bildirib: “Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Daha ətraflı »

  • 25Apr
    Digər Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü zamanı çıxışı etmişdir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya federasiyasına səfəri zamanı bu ilin aprel ayının 22-də Moskva şəhərində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həm də Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birlikdə görüşdə iştirak etmişdir. Görüş zamanı çıxış edən dövlətimizin başçısı Rusiya rəhbərliyinin, həmçinin Rusiya ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramın Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıraraq bildirdi ki, Ulu Öndər Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Daha ətraflı »

  • 19Apr
    Xəbərlər Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı mərasimdə çıxış edib.

    Qeyd olunub ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür.

    Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq.

    Bildirilib ki, icra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək.

    Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub. Şirvan kanalı istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır.

    Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır.

    Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Daha ətraflı »

  • 15Apr
    Səhiyyə Tibb elminə həsr olunmuş ömür üçün şərhlər bağlıdır

    1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir.

    Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.

    1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir.

    1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir.

    XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Daha ətraflı »

  • 08Apr
    Digər APARAT MÜŞAVİRƏSİ KEÇİRİLİB üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak ediblər.
    Müşavirədə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində mü-vafiq tədbirlərin görülməsi, İƏD üzrə nümayəndələr tərəfindən vergilərin yığılmasına köməklik göstərilməsi, əhali arasında daşınmaz əmlaklarının sığortalanması üçün maariflənmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, növbəti pambıq əkini üçün fermerlərlə bağlanmış müqavilələrin vəziyyəti, barama saxlanılacaq kümxanaların hazır vəziyyətə gətirilməsi, fermerlərin əkinlərini bəyan etmə prosesinə cəlb olunması, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə olunub.
    Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov və “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktor müavini Elmir Mustafayev çıxış ediblər. Daha ətraflı »

  • 08Apr
    Digər Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafında Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləri üçün şərhlər bağlıdır

    Böyüməkdə olan nəslin fiziki inkişafına daha çox fikir verilməli, bədən tərbiyəsinin tədrisi yaxşılaşdırılmalı, hər bir məktəbdə səmərəli idman məşğələləri üçün şərait yaradılmalı, uşaqlar fiziki cəhətdən hər vasitə ilə möhkəmləndirilməli, onların sağlamlığına qayğı göstərilməlidir.
                                                                               Heydər Əliyev, Ümummilli Lider

    Xalqını, vətənini, torpağını sonsuz məhəbbətlə sevən, bütün həyatını Azərbaycanın inkişafına, tərəqqisinə həsr edən, müasir Azərbaycanın müəllifi olan Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ölkəmizin daha da çiçəklənməsinə, beynəlxalq aləmdə tanınmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına, bütün sahələrlə yanaşı bədən tərbiyəsi və idmanımızın inkişaf etdirilməsinə çalışmış, uzaqgörən siyasəti nəticəsində ölkəmiz cəmiyyət həyatının bütün sahələrində böyük uğurlar əldə etmişdir.
    Taleyinin sahibi olmaq, müstəqil dövlətini qurmaq hər bir xalqın ən böyük arzusudur. Ona görə müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs və ən şirin nemətdir. Bu neməti əldə etmək, müstəqillik arzusuna qovuşmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da mürəkkəbdir. Bunu yola saldığımız son 30 il bir daha sübuta yetirdi. Bu illər ərzində biz azadlığımız, müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda apardığımız mübarizədə çətinliklərdən keçdik, minlərlə şəhidlər verdik, əvəzində müstəqilliyimizi şərəflə qoruduq, Böyük Zəfərə nail olduq. Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafında Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləri əvəzsizdir. Gəncləri idman vasitəsilə layiqli Azərbaycan vətəndaşları kimi yetişdirmək, kütləvi bədən tərbiyəsi vasitəsilə xalqın fiziki hazırlığına, sağlamlığına nail olmaq, peşəkar idmançıların uğur-lu çıxışına kömək edib onların gücü ilə Azərbaycanı dünyaya tanıtdırmaq Ümummilli Liderimiz Heydər Əliyevin başlıca amalı, həyat kodeksi idi. “Ən qədim zamanlardan belə Vətənin düşmənlərdən qorunması məqsədilə Azərbaycanda güclü pəhləvanlar hazırlanmış, onlar öz şücaəti və cəsarəti ilə ölkəmizə şan-şöhrət gətirmişlər. Daha ətraflı »

  • 08Apr
    Şəhidlər Aprel şəhidi Nicat İsgəndərovun xatirəsi anılıb üçün şərhlər bağlıdır

    Azərbaycan Silahlı Qüvvələrinin giziri, 2016-cı ilin Aprel hadisələrində Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş Nicat Bəhruz oğlu İsgəndərovun şəhadətə yüksəlməsinin 8-ci ildönümüdür.
    Bu münasibətlə şəhidin böyüyüb boya-başa çatdığı evin qarşısında təşkil olunmuş tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müs-təqim Məmmədov, rayon polis şöbəsinin rəis müavini, mayor Samir Bayramov, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov işğal olunmuş Qarabağ torpaqlarının azad olunması uğrunda zaman-zaman canından keçmiş Nicat kimi igid oğulların döyüş yolundan, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən, ötən ilin sentyabr ayının 19-da aparılan lokal xarakterli antiterror əməliyyatlarından danışıb, ölkə rəhbərinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazlərə göstərdiyi diqqət və qayğını dilə gətirib. Nicat kimi oğul böyütdükləri üçün valideynlərinə təşəkkür edib, şəhid analarının qarşısında baş əydiyini bildirib. Daha ətraflı »

  • 08Apr
    Xəbərlər Şəhid anası ziyarət olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə birinci Qarabağ müharibəsi şəhidi Vüqar Əkbərovun anası Səmayə Əkbərovanı 85 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıb. İcra başçısı bütün şəhid valideynlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.
    Qeyd edək ki, birinci Qarabağ müharibəsi şəhidi Əkbərov Vüqar Əsgər oğlu 1971-ci ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Doğulduğu kənddə 8 illik məktəbi bitirib. Təhsilini 96 №-li Texniki Peşə Məktəbində davam etdirib. 1989-1991-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1992-ci ilin sentyabr ayında Ağdərə Polis Şöbəsində işə qəbul edilib. O dövrdə Ağdərə polis şöbəsi hərbçilərlə birgə bölgədə erməni faşistlərinə qarşı döyüşmək tapşırığı almışdı. Torpaqlarımızın azad edilməsində bilavasitə iştirak etmək tapşırığı almış Ağdərə polisinin bütün əməkdaşları kimi Vüqar Əkbərov da erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edirdi. 1992-ci il dekabr ayının 14-də Ağdərə rayonunun Çıldıran kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
    Subay idi. Qaynaq kənd qəbiristanlığında dəfn olunub. Daha ətraflı »