Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt

    Tərtər rayon Məşğulluq Mərkəzi şəhər 1 saylı orta məktəbin akt zalında “Əmək yarmarkası” keçirib. Əmək yarmarkasında idarə, müəssisə, təşkilat rəhbərləri, rayon icra hakimiyyətinin nümayəndələri ilə birlikdə 250 nəfər iştirak edib.
    “Əmək yarmarkası”na rayon ərazisində fəaliyyət göstərən 29 idarə, müəssisə və təşkilatdan 165 boş iş yeri çıxarılıb. Həmin boş iş yerlərindən 77-si fəhlə, 88-i qulluqçu kateqo-riyasına daxil olan iş yerləri olub. Yarmarkada 54 nəfərə işə göndəriş verilib. İşə göndəriş verilənlərdən 5 nəfərini sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar, yəni kvota yerləri, 20 nəfərini isə müvəqqəti xarakterlilər təşkil edib.
    1 nəfəri isə bir aylıq əmək haqqı 100 faiz “MKT-İK” MMC-nin Tərtər Filialı tərəfindən ödənilməklə ictimai işlərə göndərilib.

    Azər AĞAYEV,
    rayon Məşğulluq Mərkəzinin direktoru

    Müəllif: Redaktor, 15:05

    Teqlər:

İsmarıclar bağlıdır.