Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt


    Tərtərdə prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirildi.
    Əvvəlcə tədbir iştirakçıları mərkəzi meydanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
    Tədbir sonra Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatında davam etdirildi.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə təbrik edib, işlərində uğurlar arzuladı. Qeyd etdi ki, ulu öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirdi. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləş-dirilməsi üçün müvafiq tədbirlər görülür.
    Sonra rayon prokuroru Şıxəli Alməmmədov, Tərtər hərbi prokuroru Hümbət Məmmədov, rayon məhkə-məsinin hakimi Mübariz Məmmədov, Tərtər hərbi məhkəməsi İlqar Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Ülvü Kazımov, polis şöbəsinin rəis əvəzi İlqar Fərəcov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi İslam Məmmədov, “N” saylı hərbi hissənin komandir müavini Babək Səmidli çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışdılar.
    Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən bir qrup prokurorluq işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:11

    Teqlər:

İsmarıclar bağlıdır.