Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt

    Tərtərdə Müəllim Günü yüksək əhval-ruhiyyə ilə qeyd olundu. Bu münasibətlə keçirilən bayram tədbirinin istirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək, onun şə-hərin Mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzdülər. Sonra tədbir Mədəniy-yət Mərkəzində davam etdirildi.
    Yığıncağı rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev açdı. Təhsilin inkişafına həsr olunmuş məruzə ilə çıxış edən Surxay Mirzəyev bildirdi ki, bu sahədə qazanılan bütün uğurların əsasında Prezident İlham Əliyevin apardığı düşünülmüş xarici və daxili siyasət dayanır.
    Çıxış edənlərdən Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, şəhər 6 saylı tam orta məktəbin müəllimləri Mülayim Məmmədova, Xalidə Quliyeva, şəhər 1 saylı tam orta məktəbin müəllimi Fazilə Kərimova, Gülabatlı kənd tam orta məktəbin müəllimi Vəfa Quliyeva və Umudlu kənd tam orta məktəbin müəllimi Gülgün Əliyeva həmkarlarını və toplantı iştirakçılarını bayram münasibətilə təbrik edərək, müəllim əməyinin ucalığından, şərəfindən danışdılar.
    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov öz çıxışında qeyd etdi ki, alimi də, qəhrəmanı da, sadə peşə sahibini də müəllim yetişdirir. Ona görə hər bir insan həyatda qazandığı yaxşı nə varsa, bunlardan ötrü müəllimlərinə borcludur. Tərtərin qəhrəman bölgə olduğunu qeyd edən icra başçısı söylədi ki, müəllimlər şagirdlərə bilik verməklə yanaşı, onları vətənpərvər kimi böyütməlidirlər.
    Sonda bir qrup qabaqcıl təhsil işçisinə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, rayon təhsil şöbəsinin və Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” Fondunun Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.
    Tədbirdə həmçinin bildirildi ki, Müəllim Günü münasibətilə şəhər 6 saylı tam orta məktəbin müəllimi Tahirə Quliyeva “Əməkdar müəllim” adına layiq görülüb. Şəhər 5 saylı tam orta məktəbin müəllimi Fərqanə Məhərrəmova “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, Qaradağlı kənd tam orta məktəbinin müəllimi Ləman Səfərova Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:14

    Teqlər:

İsmarıclar bağlıdır.