Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Okt

    “Beynəlxalq Ahıllar Günü” münasibətilə Gənclər Mərkəzində ahıllar arasında nərd üzrə rayon birinciliyi keçirilib.
    Yarışdan əvvəl Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək iştirakçıları və onların timsalında rayonumuzun bütün ahıl sakinlərini bayram günü münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizdə bu təbəqədən olan insanlara göstərdikləri qayğıdan danışıb.
    Qeyd edib ki, rayonumuzda da ahıllar rayon rəhbərliyinin daimi qayğısı ilə əhatə olunublar. Onların hər bir müraciətinə həssaslıqla yanaşılır, problemləri həll olunur. Ağsaqqalların keçdiyi şanlı həyat yolu gənclər üçün nümunədir.
    Yarışda I yerə Surxay Vəliyev, II yerə Səməd Abbasov, III yerə isə Zakir Bağırov layiq görülüblər. Qaliblər Gənclər Mərkəzi tərəfindən diplomla təltif ediliblər. I yerin qalibinə isə hədiyyə olaraq nərd bağışlanıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:55

    Teqlər:

İsmarıclar bağlıdır.