Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Okt

    Türkiyə Respublikasının Gəncə şəhərindəki Konsulluğuna yeni təyin olunmuş Baş Konsul Zeki Öztürk tanışlıq məqsədilə Tərtər rayonuna səfər edib.
    Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
    Rayon rəhbəri bildirib ki, düşmənlə 48 km təmas xətti olan Tərtər günü-gündən böyüyür, gözəlləşir. Rayonda geniş tikinti-abadlıq işləri aparılır, yeni binalar, sosial obyektlər tikilir, yaşıllıq zolaqları salınır, yollar çəkilir. Cəbhə bölgəsində yerləşən rayonumuza daim dövlət tərəfindən diqqət və qayğı göstərilir.
    Sonra konsul hər iki dövləti bir-birinə bağlayan dostluq və qardaşlıq münasibətlərindən danışıb, səmimi qəbula və ətraflı məlumata görə öz minnətdarlığını ifadə edib.
    Konsul Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa – 150” abi-dəsinin qalıqlarına baxıb.
    Görüş səmimi və yaddaqalan olub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:25

    Teqlər:

İsmarıclar bağlıdır.