Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt

    Tərtər rayonunda keçirilən zona toplantısında gənclər və idman nazirinin müavini İntiqam Babayev, müxtəlif dövlət qurumlarının nümayəndələri, rayon rəhbərliyi, bu zonaya daxil olan Naftalan, Goranboy, Ağcabədi, Ağdam, Bərdə, Xocalı və Laçın rayonlarından 300 nəfər fəal gənc iştirak ediblər.
    Toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
    Sonra tədbir iştirakçıları rayon məktəblilərinin hazırladığı əl işlərindən ibarət sərgi ilə tanış olublar və “N” saylı hərbi hissənin əsgərlərinin hazırladığı nümunəvi çıxışlara baxıblar.
    Tədbir rayon mədəniyyət mərkəzinin zalında davam etdirilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində reallaşan zona toplantısının əlamətdar bir zamanda–Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin böyük təntənə ilə qeyd edildiyi bir dövrdə keçirilməsini əlamətdar hadisə adlandırıb. Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu diqqətə çatdırıb.
    Zona toplantısında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində gənclik mövzusu ye-nə də əsas prioritet istiqamətlərdən biri hesab olunur. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil əldə etməsi, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilərək bacarıqlarının sti-mullaşdırılması üçün hərtərəfli şərait yaradılıb.
    Toplantıda Azərbaycan Res-publikası Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş Şö-bəsinin müdiri Seymur Hüsey-nov, səhiyyə nazirliyinin ictimai səhiyyə və islahat mərkəzinin həkimi Lətafət Dadaşova çıxış edərək, ölkənin ictimai-siyasi həyatında gənclərin rolundan danışıblar.
    Ekspertlərin çıxışlarından sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
    Sonra Azərbaycan Gənclərinin VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiqlənib.
    Tədbirdən sonra forum iştirakçıları “Tərtər-Şıxarx” avtomobil yolunun kənarında 400 ədəd ağac əkiblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:16

    Teqlər:

İsmarıclar bağlıdır.