Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Noy

    DOĞMA MƏKTƏBDƏ GÖRÜŞ

    Umudlu kənd tam orta məktəbində narkotiklərlə mübarizə mövzusuna həsr olunmuş tədbirin təşkilatçıları stereotip yığıncaq formasından uzaqlaşaraq, şagirdlərin həm qəlbinə, həm şüuruna daha tez yol tapan bir məzmun seçmişdilər. Bəli, söhbət dünyanı bürüyən “ağ ölüm”dən gedirdi.
    Bu məktəbin məzunu olmuş, hal-hazırda Tərtər rayon Polis Şöbəsinin rəisi işləyən polis polkovniki Elçin Qasımov qeyid etdi ki, hər kəs çalışmalıdır uşaqlar çirkin niyyətli insanların toruna düşməsinlər. Çünki bu yola ilk addım atdıqdan sonra geri qayıtmaq çox çətin, əksər hallarda mümkünsüz olur.
    Tədbirdə iştirak edən mərkəzi rayon xəstəxanasının narkoloq həkimi Rima Axundova öz çıxışında həyəcan doğuran faktları diqqətə çatdırdı.Təəssüflə qeyd etdi ki, narkomanlar arasında tələbə gənclərin sayı artıq 35 faizə çatıb. Bu sırada qadınlar da var. Toksikomanlıq sürətlə yayılmaqdadır. Rayon icra hakimiyyəti aparatının nümayəndəsi Çingiz İsayev bu məsələdə ictimaiyyətin rolundan danışdı.
    Bundan sonra söhbət diskussiya şəklində davam etdirildi. Müəllimlərin, şagirdlərin fikirləri, təklifləri dinlənildi.
    Məktəbin müəllimlərindən Könül Hacıyeva, Xuraman Axundova, Şəhla Musayeva, şagirdlərdən Nilufər Zeynalova, Günay Qasımzadə çıxış etdilər
    Məktəbin direktoru Zabil Zeynalov vaxtilə şagird kimi bu məktəbin müəllimlərindən dərs almış Elçin Qasımovun indi polis rəisi kimi onların görüşünə gəlməsindən qürur duyduğunu söylədi. Dünyasını dəyişmiş müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonda direktor narkomaniyaya qarşı mübarizə yollarından bəhs etdi.
    Elçin Qasımovun ilk müəllimi olmuş Zümrüd Mustafayevanın dərs dediyi IV sinif şagirdlərinin hazırladıqları kompozisiyaya da böyük maraqla baxdılar.
    Tədbirdə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, Aslan Qiyaslı iştirak edirdi.
    Sonda xatirə şəkli çəkdirildi.
    * * *
    Tərtər rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 6 saylı tam orta məktəbdə də “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Azad Abbasov açıb..
    Rayon polis şöbəsinin rəisi Elçin Qasımov narkomaniyaya həsr olunmuş geniş məruzə ilə çıxış edib.
    Rayon icra hakimiyyəti aparatının nümayəndəsi Zabil Paşayev və təhsil şöbəsinin təmsilçisi Elxan Ələkbərov öz çıxışlarında narkomaniyanın insan həyatına vurduğu zərbələrdən danışıblar.
    Sonra polis əməkdaşları müəllim və şagirdlərin narkomaniya ilə bağlı suallarını cavablandırıblar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:25

    Teqlər:

İsmarıclar bağlıdır.