Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Noy

    Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birgə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirdi.
    Tədbiri giriş sözü ilə YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov açaraq, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu–Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığından, həmin dövrün tarixi zərurətlərindən danışdı.
    Tədbirdə çıxış edən rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov, mərkəzi xəstəxananın baş həkiminin müavini Mətanət Hüseynzadə, Qaraağacı kənd tam orta məktəbin direktoru Rəşad Qarayev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Samirə Səfərova Konstitusiyamızda insanların hüquq və azadlıqlarının qorunması, əhalinin sosial təminatı, hər kəsin azad yaşaması və sair vacib sahələrin təsbit olunduğunu bildirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:40

    Teqlər:

İsmarıclar bağlıdır.