Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek

    Həyatımızdakı bütün müvəffəqiyyətlər əməklə bağlıdır. Halal zəhməti ilə çörək qazanan şəxslər cəmiyyət içində üzüağ, alnıaçıq, nüfuzlu olurlar. Hər kəs əməyi ilə bu həyatda mövqe tutur. Lakin zəhmət dedikdə tək fiziki işdən yox, həm də zehni işdən söhbət gedir. Necə deyərlər: “Adam ağır zəhmətlə alim olur”. Hansı sahəni fərqi yoxdur, özünə peşə seçən zaman gərək ona qarşı səndə maraq ola. Bir sözlə, arzuladığın deyil, bacardığın işlə məşğul ol. Valideynlərin təkidi ilə seçim edənlər, bu sənətdə yarımçıq qala bilərlər. Bir məşhur aforizm var: “O xalq xoşbəxt xalqdır ki, hər kəs öz bacardığı işlə məşğuldur”. Dahi şairimiz Nizami Gəncəvinin dediyi kimi: “Kamil bir palançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqdan”. Əlbəttə, sənətin pisi yoxdur. Belə bir atalar sözü var: “Sənətkar günortaya qədər ac qalar”. Bu sözlərin dərin mənası var. Hər bir müəllimin, valideynin borcu gənc nəsldə əməyə məhəbbət oyatmaqdan, çalışmaqdan, yorulmamağa və mübariz olmağa alışdırmaqdan ibarət olmalıdır. İnsan var ki, özünə əziyyət vermək istəmir. Lakin unutmaq lazım deyil ki, zəhmətlə qazanılan hər bir şey dəyərli, əməksiz başa gələn isə qiymətsiz olur və tez itirilir. Ölkəmiz daim əməksevər, bacarıqlı oğul və qızları ilə tanınıb. Məhz əməyi, bacarığı ilə hər kəsin hörmətini qazanan, qəlblərdə yaşayan böyük xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Hələ 10 yaşında ikən bənnanın köməkçisi, 12 yaşında daş yonan işləyib,15 yaşında isə bənnalıq etməklə məşğul olub. Bu zəhmətin sayəsində o, dəyərli şəxsiyyət oldu, ölkəmiz üçün bir çox xeyirli işlər görüb. Ədəbiyyatımızda da bu mövzuya çox toxunulub. Məsələn, “Xəmsə”nin yaradıcısı Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasına daxil olan “Kərpickəsən kişinin hekayəti”ndə kərpickəsən kişi, Səməd Vurğunun “Fərhad və Şirin” dramında Fərhad obrazı buna misaldır. Faktlar sübut edib ki, insanın nailiyyətlərində onun istedadı və əməyi vəhdət təşkil edir. Mənim millətim zaman-zaman işgüzarlığı, zəhmətsevərliyi ilə dünya xalqları arasında şan-şöhrət qazanıb. Biz firəvan və sağlam həyat tərzini əməyi sevməklə əldə edə bilərik. Əmək xoşbəxtliyin açarıdır.

    Nübar XANLAR QIZI

    Müəllif: Redaktor, 11:01

    Teqlər:

İsmarıclar bağlıdır.