Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev

    2018-ci İLDƏ SAHİBKARLAR TƏRƏFİNDƏN TƏRTƏR RAYONUNUN İQTİSADİYYATINA 2795 MİN MANAT HƏCMİNDƏ İNVESTİSİYA QOYULMUŞDUR

    İlkin məlumata əsasən 2018-ci ildə Tərtər rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 38234.6 min manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 72,7 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 36326,8 min manatı və ya 95 faizi tikinti quraşdırma işlərinə yönəldilmişdir.
    Əsas kapitala yönəldilmiş investisiyanın 33 milyon 839,6 min manatı və ya 88,5 faizi dövlət mülkiyyətinə məxsus müəssisələr 4 milyon 395 min manatı və ya 11,5 faiz qeyri-dövlət sektoru müəssisə və təşkilatlar tərəfindən yönəldilmişdir. 2018-ci ildə sahibkarları tərəfindən Tərtər rayonunun iqtisadiyyatına 2795 min manat həcmində investisiya qoyulmuşdur.

    2018-ci ildə rayonda 8 milyon 673,6 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, onun da 7 milyon 73,6 min manatı dövlət 1 milyon 600 min manatı qeyri dövlət mülkiyyətinə məxsusdur.
    Rayonda vətəndaşların şəxsi vəsaiti hesabına ümumi sahəsi 10 min 600 kv. metr olan, dəyəri 1 milyon 600 min manat olan 132 yeni yaşayış evləri tikilmişdir.

    TƏRTƏR RAYONUNDA HEYVANDARLIQ MƏHSULLARININ İSTEHSALI ARTIB

    2018-ci ildə diri çəkidə 3071,2 ton ət, 22 min 127 ton süd, 14 milyon 740 min ədəd yumurta istehsal edilmiş və 110,8 ton qoyun yunu qırxılmışdır. 2017-ci ilə nisbətən diri çəkidə ət istehsalı 107 ton və ya 7 faiz, süd istehsalı 497,1 ton və ya 2,3 faiz, yumurta istehsalı 6 milyon 790 min ədəd və ya 85,4 faiz artmışdır.

    TƏRTƏRDƏ KƏND TƏSƏRRÜFATI MƏHSULUNUN 2,7 FAİZİ ARTIB

    2018-ci ildə Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 64 milyon 396,2 min manat təşkil edərək 2017-ci ilə nisbətən 2,7 faiz artmışdır. Onun 35 milyon 968,9 min manatı və ya 55,9 faizi bitkiçilik məhsulları hesabına, 28 milyon 427, 3 min manatı və ya 44,1 faizi heyvandarlıq məhsulları hesabına formalaşmışdır.

    Müəllif: Redaktor, 10:36

    Teqlər:

İsmarıclar bağlıdır.