Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May

    Müşavirədə icra başçısı aparatının məsul işçiləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri, fermerlər və ictimaiyyət nümayəndələri iştirak edib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müşavirəni açaraq Prezident İlham Əliyevin müdrik düşüncəsi ilə qeyri-neft sektorunun durmadan inkişaf etdiril-məsinin artıq dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdiyini diqqətə çatdırıb. Bununla bağlı ölkədə kompleks tədbirlərin görüldüyünü, Dövlət Proqramlarının, müvafiq fərman və sərəncamların imzalandığını, çoxlu sayda əmək tutumlu və sosialyönümlü layihələrin icra olunduğunu bildirib. Qeyd edib ki, bunların ara-sında kənd təsərrüfatına daxil olan sahələrin inkişafına da geniş yer verilir.
    Müşavirədə bildirildi ki, 2017-ci ildə 3123 hektar sahədən 8419,9 ton məhsul tədarük edərək, orta məhsuldarlığa görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan Tərtər pambıqçıları ötən il də yüksək nəticəyə nail olublar. 3300 hektar sahədən 8196,5 ton məhsul tədarük edilib. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 24,8 sentner olub. Hazırda rayonumuzda 3427 hektar sahədə pambıq səpini aparılıb. Bu günə kimi 3350 hektaradək sahədə yaxşı bitiş alınıb. Hazırda kultivasiya işləri görülür.
    Qeyd olunub ki, rayon ərazisində bu günə kimi 8300 hektar sahədə yazlıq əkin işləri aparılıb.
    Buğda və şəkər çuğunduru istehsalına görə ötən illər respublikada ön sıralarda gedən tərtərli əkinçilər bu il də yüksək məhsul əldə etməyi qarşılarına məqsəd qoyublar. Belə ki, 2018-ci ildə 7545,6 hektar sahədə buğda əkilib, 30984,4 ton, 859 hektar sahədə şəkər çuğunduru əkilib, 29928 ton məhsul əldə edilib. Buğdanın orta məhsuldarlığı 41,1 sentner, şəkər çuğundurunun orta məhsuldarlığı 378,1 sentner olub. Bu il isə 7087,9 hektar sahədə buğda, 682,5 hektar sahədə şəkər çuğunduru əkilib. Əkin və becərmə işləri aqrotexniki qaydalara düzgün əməl olunaraq aparıldığı üçün bu il də sahələrdən bol məhsul əldə ediləcəyi gözlənilir.
    Baramaçılıq sahəsinin inkişaf etdirilməsi və yem bazasının artırılması istiqamətində də müvafiq işlər görülüb. Son üç ildə rayon ərazisində 223357 ədəd çəkil tingi əkilib. Ötən il rayon üzrə 10,2 ton barama istehsal olunub. Bu il isə kümçülərə 500 qutu ipəkqurdu verilib, 20 tondan artıq barama istehsalı nəzərdə tutulub.
    Tədbirdə əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat ətrafında fikir mübadiləsi aparılıb, taxıl biçini zamanı təhlü-kəsizlik tədbirləri, xü-susi ilə də yanğın hadisələrinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi, texnikanın hazırlıq vəziyyəti müzakirə olunub, kombaynların indidən işlək vəziyyətə gətirilməsi və kəndlər üzrə bölgüsünün aparılması aidiyyəti şəxslərə tapşırılıb.
    Görüş zamanı kənd təsərrüfatı sahəsindəki problemlər, onların həlli yolları müzakirə edilib, bu sahədə çalışanlara hər cür köməklik göstəriləcəyi bildirilib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:41

İsmarıclar bağlıdır.