Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn

    “Ağ qızıl” hesab edilən pambıq strateji bitki sayılır. Pambıq dünyada ən çox əkilən və gəlir gətirən bitkilər sırasındadır. Pambıqçılıq ölkəmizdə ənənəvi bir tarixi inkişafa malikdir.
    Pambıqçılıq–iqtisadiyyatın önəmli sahəsi olduğu üçün və həm də kənd zəhmətkeşlərinə gəlir mənbəyi gətirdiyinə görə daimi ölkəmizin Prezidenti İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Pambıqçılığın inkişafı istiqamətində ölkə Prezidentinin sərəncamlarına əsasən yanacaq, motor, sürtgü yağları, mineral gübrələr güzəştli şərtlərlə verilir, həmçinin subsidiyalar ayrılır, bu sahədə çalışan istehsalçıların marağı təmin olunur. Ölkə rəhbərinin bu sahədə olan tapşırıqları Tərtər rayonunda yüksək səviyyədə yerinə yetirilir. 2015-ci ildə rayonumuzun fermerləri tərəfindən 550 hektar sahədə pambıq bitkisi əkilməsi nəticəsində 893 ton məhsul istehsal edilmişdir. 2016-cı ildə pambığın əkin sahəsi 1035 hektar olmuş, istehsal olunan məhsul 2334 ton, məhsuldarlıq isə 22,5 sentner, 2017-ci ildə pambığın əkin sahəsi 3123 hektar, istehsal olunan məhsul 8420 ton, məhsuldarlıq isə 27 sentner və nəhayət, 2018-ci ildə rayonumuzda 3300 hektar pambıq əkilmiş, istehsal olunan məhsul 8196 ton, məhsuldarlıq isə 24,8 sentner olmuşdur. 2019-cu ildə pambıq istehsalçıları ilə MKT Azərpambıq və Yevlax PİAQRO şirkətləri arasında indiyə qədər 3431 hektar ərazidə pambığın əkilməsi barədə müqavilələr bağlanmışdır. Onu da qeyd edim ki, kənd zəhmətkeşləri bu sahədə gəlir olduğu üçün pay torpaqlarında öz vəsaitləri hesabına pambığın əkilib-becərilməsi üçün təcrübələrini və bacarıqlarını əsirgəmirlər. Pambıqçılığın inkişafı istiqamətində görülən işlər davam etdirilir.

    Arif BEHBUDOV,
    Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzi,
    Bitkiçilik sektorunun müdiri

    Müəllif: Redaktor, 09:01

İsmarıclar bağlıdır.