Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn

    Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikasının Arıçılar Assosiasiyası ilk dəfə Ədliyyə Nazirliyinin qeydiyyatından 30 oktyabr 2016-cı ildə keçmişdir. Həmin gündən digər regionların arıçıları kimi biz Tərtər rayonunun arıçıları da assosiasiyanın mənəvi dəstəyindən həmişə bəhrələnmişik. 15 dekabr 2017-ci il tarixdə Respublika Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov idarə heyyəti ilə birlikdə bizim qəhrəman Tərtərimizdə qonaq olmuşdular, rayonun inkişafından çox məmnun qalmışdılar, onlar ermənilərin Qarabağa “qonaq” gəldiklərini təsdiq edən “Marağa–150” memorialını ziyarət etmişdilər. Sonra 45 nəfərdən ibarət sahibkar arıçılar səsvermə yolu ilə məni Respublika Arıçılar Assosiasiyasının Tərtər rayonu üzrə sədri seçdilər.
    Respublikamızın Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin mart ayında verdiyi sərəncama uyğun olaraq hər bir arı ailəsinə 10 manat məbləğində subsidiyanın verilməsi xəbəri biz arıçıları daha da ruhlandırdı. Vaxtında verilmiş bu sərəncama görə 507 nəfərlik arıçı adından Prezidentimizə öz minnətdarlığımı bildirirəm. Bu sərəncam 270 min arı ailəsini əhatə edir.
    Bu gün Tərtər rayonundakı 507 nəfərdə 6687 arı ailəsi mövcuddur.
    Hazırda Məmmədova Əskinaz Qasım qızının rəhbərliyi altında 32 nəfərlik qadın arıçılar birliyi fəaliyyət göstərir. Bu birlik əsasən arı satışı ilə məşğuldur, öz təcrübələrini arıçılarla bölüşür və yüksək nəticələr əldə edir.
    Rayonumuzda 165 nəfərdən ibarət gənc arıçılar birliyi fəaliyyət göstərir və onların ümdə məramı yaşlı nəsil arıçılara kömək göstərməklə təcrübə toplamaqdır.
    2018-ci il Tərtər arıçıları üçün uğurlu sayılır. Belə ki, hər bir arı ailəsindən 18-25 kq bal, ümumilikdə rayon üzrə 30 kq çiçək tozu, 25 kq güləm, 50 kq vərəmum (propolis), 700 qram ana südü, 50 ton bal məhsulu əldə edilmişdir.
    Hər il olduğu kimi 2018-ci ildə respublikanın paytaxtı Bakı şəhərində keçirilən arıçılıq məhsulları–bal yarmarkasının iştirakçısı olmuşuq və 200 kq bal məhsulumuz Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laborator yoxlanışı zamanı ən yüksək keyfiyyət göstəricisinə 22,5 diastaz əmsalına layiq görülmüşdür.
    Ümüdvaram ki, 2019-cu il Tərtər arıçıları üçün məhsuldar il olacaq, məhsulumuzun miqdarı və keyfiyyəti daha da yüksələcəkdir.

    Bəkir AĞAYEV,
    Tərtər Rayon Arıçılar Assosiasiyasının sədri,

    Müəllif: Redaktor, 09:09

İsmarıclar bağlıdır.