Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn

    Keçmiş zamanlardan insanların ən qədim məşğul olduğu peşə heyvandarlıq və əkinçilik olub. “Torpaq islahatı haqqında” qanun qəbul edildikdən sonra torpaq əsl sahiblərinə, kəndlilərə qaytarıldı. Lakin kəndlinin sahib olduğu torpağı əkib-becərməyə nə texnikası nə də vəsaiti çatmırdı. Dövlətimizin başçısı kəndlinin çörəyinin, bol ruzisinin torpaqla bağlı olduğuna görə onlara çox böyük dəstək göstərir. Milli Məclisdə bununla bağlı “Aqrar islahatların əsasları haqqında”, “Meliorasiya və irriqasiya haqqında”, “Toxumçuluq haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında”, “Taxılçılıq haqqında”, “Balıqçılıq haqqında” və digər qanunlar qəbul edilib.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2015-ci il “Kənd Təsərrüfatı İli” elan edilib.
    Kənd təsərrüfatı əhalini zəruri ərzaq məhsulları ilə təmin edən vacib bir sahədir.
    Dövlətimiz son illər yerli bazarlarımızda özümüzün istehsal etdiyimiz məhsullara daha çox yer verir. Çünki məhsullarımızın keyfiyyəti və bolluğu buna şərait yaradır. Dünya bazarında fındıq, xurma, pomidor, nar və digər məhsullara tələbat yüksəkdir.
    Bu il ölkə başçısının tapşırığına əsasən həvəsləndirmək məqsədi ilə məcburi köçkünlərə və aztəminatlı ailələrə iribuynuzlu və xırdabuynuzlu heyvanlar verməklə bu insanların da gələcəkdə təsərrüfatlarını daha da genişləndirib, gəlirlərinin artmasına şərait yaradır. Dövlət qayğısının nəticəsidir ki, kənd təsərrüfatında çalışanların gəlirləri hər il daha da çoxalır, bununla da insanların maddi-rifah halı və güzəranı yaxşılaşır.
    Dövlətimizin dəstəyi nəticəsində kəndli ona verilən torpaq sahələrini müasir texnikaların köməyi ilə əkib-becərir. Yüksək keyfiyyətli məhsul əldə etmək üçün torpaq sahiblərinə güzəştli şərtlərlə gübrələr verilir.
    Maldarlığın yüksək səviyyədə inkişafı üçün başqa ölkələrdən məhsuldarlığı bol olan cins heyvanlar gətirilir. Heyvanların otlaq sahələrinin suvarılması üçün yeni meliorasiya xidmətlərindən istifadə olunur.
    Kəndlinin torpaqdan götürdüyü qazancının daha da çoxalması və əməyinin yüngülləşməsi üçün ölkə başçısı yeni-yeni islahatlar həyata keçirir. Bu dəstəyin nəticəsində kənd təsərrüfatımız həm özümüzün tələbatımızı təmin edir, həm də xaricə ixrac edərək yüksək mənfəət qazanır.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Kənd təsərrüfatı bizim iqtisadiyyatın çox önəmli bir sahəsidir. Eyni zamanda sosial sahədir. Əhalinin təxminən yarısı kənd şəraitində yaşayır və bu sahəyə biz daim diqqət yetirməliyik”.
    Dövlətimizin kənd təsərrüfatına ayırdığı vəsait, göstərdiyi qayğı kəndlini günbəgün həvəsləndirib, marağını daha da artırır. Hər il torpağın məhsuldarlığı ötən ilə nisbətən daha da yüksəlir, heyvandarlıqdan götürülən gəlir birə-beş artır.
    Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli Fərmanı ilə kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarı liberallaşdırılıb.
    Ölkəmizdə çoxlu sayda idxal məhsullarını əvəz edəcək məhsul istehsalı üzrə iri təsərrüfatlar və aqroparklar yaradılır. Eyni zamanda bu ilin büdcəsindən kənd təsərrüfatına 800 milyon manata yaxın və ya bu ilin gözlənilən icrasına nisbətən 14 faiz çox vəsait ayrılıb ki, bu da ümumi büdcə xərclərinin 3,2 faizi deməkdir.
    Son illər kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə etmək, yeni su kanalları və dəryaçaların inşa edilməsi, torpaqların münbitliyinin artırılması və erroziyasının qarşısının alınması üçün genişmiqyaslı işlər görülür. Bunun nəticəsidir ki, minlərlə hektar əvvəllər istifadə olunmayan torpaqlar suvarılan əkin torpaqları dövriyyəsinə daxil edilib.
    Kənd əməkçilərinə yüksək məbləğdə və uzunmüddətli kreditlərin verilməsi onların sahib olduğu torpaqda çalışması üçün böyük dəstək yaradır.
    Respublikamızda olduğu kimi Tərtər rayonunda da kənd təsərrüfatının inkişafına xüsusi qayğı göstərilir. Heyvandarlıq, taxılçılıq, baramaçılıq, pambıqçılıq, meyvəçilik və digər aqrar sahələrdə ilbəil məhsul istehsalı artır və qeyri-neft sektorunun inkişafı haqqında ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bu vacib sahələr genişləndirilir. Rayonda fermerlərə və sahibkarlara həmişə yaxından köməklik və dəstək göstərilir, onların tələblərinin yerinə yetirilməsi üçün lazım gələn bütün tədbirlər həyata keçirilir.
    Rayon rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, təkcə 2018-ci ildə təsərrüfatlarda 8196,5 ton pambıq, 10 min 228,3 kiloqram barama, 44 min 175,2 ton taxıl, 71,2 ton ət, 22 min 127 ton süd istehsal olunub.
    Öz üzərlərində dövlətin qayğısını həmişə yaxından hiss edən rayonumuzun kənd təsərrüfatı əməkçiləri bu il də nəzərdə tutulan bütün kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və yeni-yeni uğurlar qazanmaq əzmindədirlər.

    Nübar MEHDİZADƏ

    Müəllif: Redaktor, 09:13

İsmarıclar bağlıdır.